Зящмят шащвердийев



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə44/51
tarix15.07.2018
ölçüsü4,61 Mb.
#56013
1   ...   40   41   42   43   44   45   46   47   ...   51

102
VI FƏSİL
NAXÇIVANIN GÖRKƏMLİ TARİXİ ŞƏXSİYYƏTLƏRİNİN RUSİYA İMPERİYASI VƏ
AZƏRBAYCANIN XIX-XX ƏSRİN ƏVVƏLLƏRİ SİYASİ, SOSİAL-İQTİSADİ VƏ MƏDƏNİ
HƏYATINDA İŞTİRAKI
Naxçıvan bölgəsi tarix boyu öz hüdudlarında qapanıb qalmamış, bütün Azərbaycanın, o cümlədən Yaxın
və Orta Şərqin, XIX-XX əsrin əvvəllərində isə Rusiyanın həyatının müxtəlif sahələrində dərin iz qoymuş tarixi
şəxsiyyətlər yetirmişdir. Naxçıvanın bir parçasına çevrilmiş həmin insanlar, onun tarixinə də  əbədi daxil
olmuşdur.
Naxçıvanın qədim və orta əsr tarixindən bəhs edən müəlliflər orada anadan olmuş, dünyanın müxtəlif
ölkələrinə yayılaraq, burada elm və mədəniyyətə böyük töhfələr vermiş tarixi şəxsiyyətlərdən bəhs etmişlər.
1
Z.Bünyadov Azərbaycan Atabəylərinə aid monoqrafiyasında yazır ki, «mənbələr Azərbaycandan çıxmış çoxlu
alimin adını mühafizə edib saxlamışdır. Həmin alimlər nəinki Azərbaycan şəhərlərində, bu günkü təbirlə desək,
Bağdadda, Qahirədə, Dəməşqdə və başqa şəhərlərdə də fəaliyyət göstərmişlər». Z.Bünyadov adını
müəyyənləşdirdiyi belə şəxsiyyətlər içərisində Gəncədə kitabxana (Dar əl-kütüb) qoruyucusu olan Həddad ibn
Asim ibn Bəkran Əbülfəzl Ən-Naxçıvaninin də adını çəkir.
2
Naxçıvanın XIII-XIV əsrlər tarixinə dair kitabın müəllifi V.Piriyev də bu problemə diqqət yetirərək
yazmışdır: «XIII-XIV əsrlər Naxçıvanı  Şərqin elm və mədəniyyət mərkəzlərindən biri olaraq qalırdı.
Naxçıvanın görkəmli elm və mədəniyyət xadimləri Azərbaycanda, Hülakulər və Cəlairilər dövlətinin müxtəlif
vilayətlərində və dünyanın bir çox ölkələrində tanınır, öz elmi, fəlsəfi, tarixi və s. əsərləri ilə məşhurlaşmışdılar.
Onların arasında münəccimlər, filosoflar, ilahiyyatçılar, tarixçilər, dilçilər, qanunşünaslar (fəqihlər),
riyaziyyatçılar, həkimlər və s. mütəfəkkirlər var idi».
3
Tədqiqatçı onların sırasında Xacə Nəsirəddin Məhəmməd
Tusinin (1201-1274), Nəcməddin ibn Əhməd Əbubəkr ibn Məhəmməd Naxçıvaninin, Həsən ibn Ömər
Naxçıvaninin və b. adlarını çəkir. Səncər ibn Abdulla ən Naxçıvani və onun xələflərinin, xüsusilə nəvəsi
Məhəmməd ibn Hinduşah Naxçıvaninin (1293-1376) həyat və fəaliyyəti də araşdırılır.
4
Naxçıvan şəhəri tarixinin tədqiqatçısı R.Məmmədovun kitabında da qeyd edilən süjet nəzərdən
keçirilmişdir. O bildirir ki, ərəb alimlərindən Yaqut Həməvi özünün «Mucəm əl-buldan» əsərində Naxçıvan
şəhərindən çoxlu alim çıxdığını və onların ən-Nəşəvi nisbəsilə məşhur olduqlarını göstərir. Tədqiqatçının
qeydinə görə «Ən-Nəşəvi» nisbəli naxçıvanlı alimlər haqqında məlumata XII-XIII əsr məxəzlərində təsadüf
edildiyinə baxmayaraq, çox güman ki, onlar daha əvvəl, təxminən X-XI əsrlərdə yaşamışlar. Belə bir ehtimal
ondan irəli gəlir ki, artıq XII-XIII əsrlərdə yaşamış naxçıvanlı alimlər bir qayda olaraq özləri üçün nisbəni «Ən-
Nəşəvi» şəklində deyil, «Naxçıvani» şəklində götürürdülər».
5
Naxçıvanın bu ənənəsi sonrakı  əsrlərdə özünü göstərməkdə idi.
6
 Naxçıvan xanlığının Rusiya tərəfindən
işğalı və bütün Şimali Azərbaycanda olduğu kimi burada da müstəmləkə rejiminin qurulmasına baxmayaraq, bu
tarixi ənənə yeni şəraitdə yeni istiqamətlər də kəsb etmişdi.
Naxçıvanın XIX-XX əsrin əvvəllərində yaşamış bir sıra görkəmli tarixi şəxsiyyətləri Azərbaycanın digər
yerlərində və Rusiyada fəaliyyətlərini davam etdirmişlər. Onları fəaliyyət sahələri üzrə nəzərdən keçirək.
Naxçıvanın hərbi tarix ənənələri XIX-XX əsrin əvvəllərində özünü daha qabarıq şəkildə biruzə vermişdi.
Sonuncu Naxçıvan xanı Ehsan xan Kəngərli  1823-cü ildən atasının iradəsilə xanlıqda hakimiyyətə gəlmiş,
1827-ci ildə xanlığın Rusiya tərəfindən ilhaqından sonra da idarəetmə sahəsində fəaliyyətini davam etdirmişdi.
O, general-mayor rütbəsi almışdı.
1840-cı il islahatı zamanı «Erməni vilayəti» ilə birgə Naxçıvan əyaləti də ləğv edildi. Ehsan xan bundan
sonra süvari dəstəsinə başçılıq etmişdi. Ş.Nəzirli yazır ki, «hərbi tarixçilər V.Potto, İ.Zinovyev, general
V.Zubov, İ.Paskeviç və yazıçı  İ.Qriboyedovun yol qeydlərindən məlum olur ki, rus-İran müharibəsi zamanı
Ehsan xan on min nəfərlik naxçıvanlılardan və ruslardan ibarət olan qoşuna başçılıq etmişdir. Bu müharibədə
ad-san qazanan general Ehsan xan sonralar Krım müharibəsində (1853-1856-cı illər. – Z.Ş.) də  şücaətlə
vuruşmuş, ali hərbi ordenlərlə təltif olunmuşdur. Görkəmli sərkərdə kimi Ehsan xanın adı Kremlin Georgi
salonunda qızıl hərflərlə yazılmışdır».
7
Ehsan xan həm də gözəl ailə başçısı olmuşdur. Onun ailəsində İsmayıl xan, Kalbalı xan və Qönçəbəyim
kimi məşhur şəxslər yetişmişdi.
Ş.Nəzirli qeyd edir ki, İsmayıl xan haqqında əlmizdə çox az məlumat var.
8
Lakin görkəmli hərbi tarixçi
R.N.İvanovun «Bayazedin müdafiəsi: həqiqət və yalan», kitabından sonra vəziyyət dəyişdi.
9
 İvanov İsmayıl xan
haqqında, xüsusilə 1877-1878-ci illər rus-türk müharibəsinin gedişi zamanı baş verən Bayazidin müdafiəsində
onun rolu barədə yeni qaynaqlar üzrə obyektiv məlumat vermişdir. Məsələ ondadır ki, həmin dövrün rəsmi
baxışlarında, sonra isə yazıçı V.Pikulun «Bayazid» romanı (1961) və onun ssenarisi əsasında çəkilən filmdə
(2003) İsmayıl xanın obrazı bilərəkdən təhrif olmuşdu. 1877-ci ildə Bayazidin müdafiəsinə rəhbərlik etmiş


103
İsmayıl xanın xidmətləri heçə endirilmiş, əksinə kapitan F.E.Ştokviçin rolu şişirdilmişdi. Bütün bunları kəskin
tənqid edən R.İvanov kitabında İsmayıl xan barəsində bütün uydurmaları rədd etməyə nail olmuşdur. Kitabın
93-96-cı səhifələrində  İsmayıl xanın Rusiyanın Dövlət Hərbi Tarix arxivindən aşkar edilmiş xidməti
dəftərçəsindən çıxarış verilmişdir. Oradan aydın olur ki, İsmayıl xan 1819-cu il yanvarın 5-də anadan olub.
1877-1878-ci il rus-türk müharibəsinə 58 yaşında başlamışdı. İsamyıl xan Tiflis zadəgan gimnaziyasında ümumi
təhsil almışdı. Hərbi xidmətə 1839-cu il mayın 1-də Qafqaz müsəlman süvari polkunun naibi kimi başlamışdı.
Əlahəzrətin hökmü ilə 1847-ci il iyulun 31-də Kəngərli qəbiləsinin rəisi təyin edilmişdi. 1853-1877-ci illərdə
müxtəlif hərbi çinlərdə olmuş, 1877-ci ilin mayında İrəvan qeyri-nizami polkunun komandiri təyin edilmiş,
həmin il dekabrın 19-da general-mayor rütbəsi almışdı və s. Yeri gəlmişkən qeyd edək ki, digər bir hərb tarixçisi
H.M.İbrahimbəyli 1853-1856-cı il Krım müharibəsinə həsr edilmiş kitabında İsmayıl xanın qəhrəmanlığını qeyd
etmişdir.
10
 1877-ci ilin yayında da Bayazidin mühasirəsinin təşkilində əsas rolu məhz İsmayıl xan Naxçıvanski
oynamışdır. R.İvanov bununla kifayətlənməmiş, İsmayıl xan Naxçıvanskinin həyatının sonrakı dövrünə də
aydınlıq gətirmişdir. İsmayıl xan 1878-ci il yanvarın 28-də İrəvan qeyri-nizami polkunun komandanı vəzifəsini
vermiş, Qafqaz ordusu yanında hesaba qeydə alınmışdır. İsmayıl xana 1870-ci ildə general-leytenant rütbəsi
verilmiş, 1908-ci ildə isə tam süvari generalı olmuşdur. 1883-cü ildə III Aleksandrın, 1895-ci ildə II Nikolayın
tacqoyma mərasimlərində iştirak etmişdi. Görkəmli hərbi xadim İsmayıl xan Naxçıvanski 1909-cu il fevralın
10-da Naxçıvanda vəfat etmişdi.
11
Ehsan xanın digər oğlu, babasının adını daşıyan Kalbalı xan Naxçıvanski (1824-1883) də hərb tarixində
özünəməxsus iz qoymuşdur. Kalbalı xan Naxçıvanskinin xidmət dəftərçəsi də R.İvanov tərəfindən Rusiya
Dövlət Hərbi Tarix arxivindən aşkar edilərək «Bayazidin müdafiəsi: həqiqət və yalan» kitabında çap
olunmuşdur. Buradan aydın olur ki, Kalbalı xan paj korpusunda tərbiyə almışdır. 1848-ci ildə Naxçıvan
milisinin rəisi təyin edilmiş, 1849-cu il mayın 21-də praporşik rütbəsi almışdır. 1851-1853-cü illərdə  İrəvan
hərbi qubernatoru yanında xüsusi tapşırıqlar üzrə kiçik, sonra böyük məmur olmuşdu. Krım müharibəsi
başlandıqdan sonra hərbi işə cəlb edilmişdi. 1854-cü ilin mayında nüfuzlu ailələrdən toplanan Bəy drujinasının
rəisi təyin edilmişdi. 1854-cü il iyulun 17-də Çinqıl yüksəkliklərindəki döyüşdə göstərdiyi igidliyə görə ordenlə
təltif edilmişdi. Krım müharibəsindən sonra hərbi karyerasını davam etdirmiş, 1874-cü ildə general-mayor
rütbəsi almışdır. Kalbalı xan Naxçıvanski 1877-1878-ci il rus-türk müharibəsi başladıqda, qeyri-nizami süvari
briqadasının komandanı təyin edilmişdi.
12
Briqada müharibədə fəal iştirak etmişdi. Kalbalı xan Naxçıvanski
1883-cü ildə həyatını dəyişmişdi.
Kalbalı xanın işini oğlu Hüseyn xan (1863-1919) davam etdirmişdir. Hüseyn xan haqqında bəzi yazıların
olmasına baxmayaraq,
13
bu sahədə  ən tutarlı  əsərin də R.İvanova məxsus olduğunu qeyd etmək olar.
14
Arxiv
materialları ilə zəngin olan bu kitab görkəmli sərkərdənin həyat və fəaliyyətinin əsas dövrlərini bərpa edə
bilmişdir. Hüseyn xan 1904-1905-ci illər rus-yapon müharibəsi dövründə II Dağıstan süvari alayının komandiri
olmuş, 1907-ci ildə general-mayor rütbəsi almışdı. Hüseyn xan Naxçıvanskinin komandanlıq etdiyi süvari
diviziyaları Birinci Dünya müharibəsində qəhrəmanlıqla vuruşmuşdu. Hüseyn xan Naxçıvanski 1916-cı ildə tam
süvari qoşunu generalı olmuşdu. R.İvanovun kitabının adından göründüyü kimi Əlahəzrətin general-adyutantı
təyin edilmişdi. Əbülfət Nəcəfqulu oğlu Şaxtaxtinski (1858-1913) də müxtəlif ali məktəblərdə təhsil almasına
baxmayaraq, hərbi sahədə fəaliyyətə başlamış, 1904-1905-ci illər rus-yapon müharibəsində iştirak etmiş, 1912-
ci ildə polkovnik rütbəsində Rusiyanın hərbi nümayəndəsi kimi İsveçrə ordusunun manevrlərini müşahidə
etmişdi.
15
Naxçıvanın görkəmli hərbi xadimləri içərisində Cəmşid Naxçıvanski (1895-1938) də mühüm yer tutur.
Cəmşid Naxçıvanskinin həyatının cəmi 22 ili XIX-XX əsrin əvvəlinə təsadüf etsə də, bu dövr zəngin olmuşdur.
O, 1915-ci ildə Yelizavetqrad qvardiya məktəbini bitirmiş, Birinci Dünya müharibəsi zamanı məşhur «Brusilov
hücumu» nda iştirak etmişdi. «Müqəddəs Georgi» ordeninin dördüncü dərəcəsi ilə təltif olunmuşdu. Avstriya və
Rumıniya cəbhələrində üç dəfə yaralanan Naxçıvanski igid bir süvari zabiti kimi gümüş silahla təltif edilmiş və
ikinci, üçüncü, dördüncü dərəcəli Anna, ikinci, üçüncü dərəcəli Stanislav ordenləri ilə mükafatlandırılmışdır».
16
Cəmşid Naxçıvanskinin həyatının sonrakı dövrü Azərbaycan Xalq Cümhüriyyəti, onun süqutundan sonra isə
sovet dövləti ilə bağlı olmuş, 1938-ci ildə represiya olunaraq güllələnmişdi.
XIX əsrin sonlarında anadan olan, həmin dövrün ictimai-siyasi hadisələrndə fəal iştirak edən Həmid ağa
Şahtaxtinski (1880-1944), Behbud ağa Şahtaxtinski (1881-1924), İbrahim Əbilov (1882-1923) və başqaları
sonralar dövlət xadimi kimi fəaliyyət göstərmişlər.
17
XIX-XX əsrin əvvəllərində Naxçıvanda yetişmiş  şair və yazıçılar Təbriz, Bakı,Tiflis və b. şəhərlərdə
məskunlaşmış, burada Azəraycan ədəbiyyatına böyük xidmətlərini davam etdirmişlər. Onların ilk
nümayəndələrindən biri Heyran xanım Dünbulidir (1790-1860). Heyran xanım ilk təhsilini Naxçıvanda almış,
rus-İran müharibəsi zamanı ailəsilə birgə Təbrizə köçmüşdür.
18
  Şairənin yaradıcılığı XIX əsrin birinci yarısı
Azərbaycan ədəbiyyatını zənginləşdirmişdir.
19
 Heyran xanım klassik janrlarda (qəzəl, qəsidə, müxəmməs, rübai)
yazıb yaratmış, 4500 beytlik divanı qalmışdır. «XVIII əsrin sonları – XIX əsrin əvvəllərində Azərbaycanda baş
vermiş bir sıra siyasi-ictimai hadisələr, habelə şəxsi həyatında keçirdiyi faciələr əslən nikbin ruhlu bir şair olan


Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə