Зящмят шащвердийев



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə42/51
tarix15.07.2018
ölçüsü4,61 Mb.
#56013
1   ...   38   39   40   41   42   43   44   45   ...   51

98
C.Məmməquluzadə ilə yanaşı  Əliməmməd Xəlilov (1862-1896), Mirzə Sadıq Qulubəyov (1823-?), Fəcəculla
Şeyxov, Nəsrula Şeyxov (1863-1921), Məhəmməd Tağı Sidqi (1854-1903), Mirzə Cəlil Mirzəyev (Şürbi) (1874-
1915), Mirzə  Əhməd Musa oğlu Hüseynov, Ələkbər Məmmədhüseyn Xəlilov və başqaları Naxçıvan teatrının
yaranmasında fəallıq göstərirlər. Bunlarla yanaşı Qurbanəli Şərifzadə (1854-1914), Sadiq Mirzə Xəlilov (1864-1905),
Cümşüd-Paşa Sultanov (1849-1902), Mirzə  Əliqulu Novruzov, Məmmədqulu bəy Kəngərli (1854-1905), Bəhram
xan, Kiçik xan, Böyük xan Naxçıvanskilər və digərləri də Naxçıvan teatr hərəkatında yaxından iştirak etmişlər.
38
Naxçıvanda 1883-cü ilin mayından başlanan teatr hərəkatı bütün çətinliklərə baxmayaraq, dayanmır, yeni
vüsətlə davam edir. 1884-cü ildə E.Sultanovun «Tarka» və rus dramaturqu N.Y.Solovyovin «İşin
başlanğıcında» pyesləri rus dilində tamaşaya qoyulur.
Buna baxmayaraq M.F.Axundovun pyesləri XX əsrin əvvəllərinədək teatr tamaşalarında üstün mövqeyini
saxlayır. İ.Rəhimli yazır: 1887-ci il sentyabr 2-də Mirzə Sadıq Qulubəyovun rəhbərliyi ilə Mirzə Fətəli
Axundzadənin «Molla İbrahimxəlil kimyagər» məsxərəsi oynanılıb. Hacı Nəcəf Zeynalovun evində göstərilən
tamaşanı Cəlil Məmmədquluzadə və  Əliməmməd Xəlilov hazırlayıblar. Əsas rolları Cəlil Məmmədquluzadə
(Molla İbrahimxəlil), Ələkbər Süleymanov (Şeyx Salah), Məmətağı Səfərəlibəyov (Molla Həmid) ifa edirlər. Bu
tamaşadan sonra şəhərdə teatr həvəskarları nisbətən fəallaşıblar. İl ərzində bir neçə tamaşa oynanılıb. Novruz və
Orucluq bayramlarında göstərilən tamaşalar daha təmtaraqlı keçib. Yay tətillərində başqa şəhərlərdə oxuyan
tələbələr tətilə gələndə tamaşa və konsertlərin götərilməsi prosesi daha da canlanıb». Bununla birlikdə digər
müəlliflərin əsərləri də tamaşaya qoyulur. C.Məmədquluzadənin yaradıcılığına müraciət edilməsi də mühüm
hadisə idi. Onun «Çay dəstgahı» mənzum dram əsəri 1889-cu ildə müəllim işlədiyi Baş Noraşen  kənd
məktəbində, 1890-cı ildə isə Naxçıvanda tamaşaya qoyuldu. 1898-ci ildən başlayaraq N.B.Vəzirovun
yaradıcılığına müraciət edilir. 1907-ci ildə N.B.Vəzirovun «Müsibəti-Fəxrəddin» əsəri tamaşaya qoyulmuşdu.
Elə həmin il Ə.Haqverdiyevin «Bəxtsiz cavan» əsəri səhnələşdirilmişdi. 1917-ci ildə C.Məmmədquluzadənin
«Ölülər» pyesinin tamaşaya qoyulması Naxçıvan teatrında böyük hadisə olmuşdu.
39
Naxçıvan şəhəri ilə birgə Ordubad və Culfada da teatr tamaşaları göstərilirdi.
Naxçıvanda teatr işi özünə yer tutduqca teatrla bağlı sənət sahələri, bina və s. məsələlər də həllini tələb
edirdi. Ə.Qəhrəmanov yazır ki, 1904-cü ildən 1910-cu ilə kimi Naxçıvan teatrında rejissorluq vəzifəsini
istedadlı artist kimi şöhrət tapmış Böyükxan Naxçıvanlı ifa etməyə başlayır. Bu görkəmli sənətkarın Naxçıvan
teatrının inkişafında böyük xidmətləri olmuşdur.
40
 Bəhruz Kəngərli 1912-ci ildən etibarən Naxçıvanda
göstərilən tamaşalarda tərtibatçı-rəssam kimi fəaliyyət göstərir.
 41
Naxçıvandakı teatr hərəkatı təcrid olunmuş halda qalmamış, Bakı, Tiflis, İrəvanla qarşılıqlı teatr əlaqələri
saxlamışdır.
42
Bütün bunların nəticəsi idi ki, C.Cəfərov Naxçıvan teatrına yüksək qiymət verərək yazmışdır: «Azərbaycan teatr
hərəkatının başlanğıcı Naxçıvanla bilavasitə əlaqədardır… Naxçıvan teatrı başqa teatr mərkəzlərinə nisbətən milli teatr
hərəkatında daha güclü mövqe tutmuş və Azərbaycanda teatr sənətinin inkişafına səmərəli təsir göstərmişdir…
Naxçıvan teatrının mühüm rol oynaması onun müstəqil mövqeyə malik olduğunu da aydın sübut edir».
43
Naxçıvanın Azərbaycanda rəssamlığın inkişafında xüsusi rolu olmuşdur. Onun əsas nümayəndələrindən
biri Bəhruz Kəngərli cəmi otuz il (1892-1922) ömür sürməsinə baxmayaraq 2000-ə yaxın müxtəlif səciyyəli əsər
yaratmışdır. Bu əsərlərin böyük bir qismi rəssamın həyatının 1918-ci ilə qədər olan dövrünə aiddir.
44
B.Kəngərlinin həyat və yaradıcılığının tədqiqatçısı K.Kərimov yazır ki, «…Kəngərlinin öz əsərlərini – onların
tarixi, teması və üslub xüsusiyyətlərini diqqətlə nəzərdən keçirdikdən sonra, məntiqi olaraq blelə bir nəticə
çıxarmaq olar ki,o 1912-ci ildə deyil, 1910-cu ildə Tiflis rəssamlıq məktəbinə daxil olmuş və 5 il oxuduqdan
sonra 1915-ci ildə təhsilini bitirərək Naxçıvana qayıtmışdır. 1915-ci ildən etibarən rəssamın əsərləri içərisində
gips heykəllərindən çəkilmiş «akademik» rəsmlərin olmaması, təsvir edilən mövzu və naturaların əksərən
Naxçıvana aid olması da bu nəticənin düzgünlüyünə dəlalət edir».
44
B. Kəngərlinin yaradıcılığı çoxsahəli olmuşdur. O, «Molla Nəsrəddin» jurnalının müəyyən etdiyi tipdə
karikaturalar, portretlər, mənzərə  şəkilləri çəkmişdir. Artıq göstərildiyi kimi teatr tamaşalarına rəsam kimi
tərtibat vermişdir.
B.Kəngərli Naxçıvanda əsərlərinin sərgisini təşkil etmiş, rəssmalığa marağı olanları  ətrafına toplayıb,
onlara bu sənətin sirrini öyrətmişdir. 1917-ci ildəkindən sonrakı əsərləri B.Kəngərlinin sənətkarlıq səviyyəsinin
daha da yüksəldiyini nümayiş etdirir.
45
Naxçıvanda dekorativ tətbiqi sənət sahələri – xalçaçılıq, bədii tikmə və b. sahələrdə də uğurlar özünü
göstərirdi.
Naxçıvan, tarixən Azərbaycan memarlığının inkişaf mərkəzlərindən biri olmuşdur. Əcəmi Naxçıvaninin
fəaliyyəti nəticəsində xüsusi Naxçıvan memarlıq məktəbinin əsası qoyulmuşdur. «Naxçıvan memarlıq
məktəbinin əhatə etdiyi ərazidə  əsas etibarı ilə kərpic binalar inşa edilirdi. Naxçıvan memarlarının yaratdığı
qüllə quruluşlu türbələr nəinki Azərbaycan memarlarının, ümumiyyətlə bütün Yaxın və Orta Şərq memarlığının
sonrakı inkişafına böyük təsir göstərmişdir».
46
 XIII-XIV əsrlərdə Naxçıvan memarlıq məktəbi inkişafını davam
eidirmişdir. Belə hesab etmək olar ki, Naxçıvan XV əsrdən etibarən əsas memarlıq mərkəzi kimi öz yerini
Təbrizə vermişdir.
47
 Lakin sonrakı dövrlərdə, xüsusilə XVIII əsrin sonları – XIX əsrin əvvəllərində Naxçıvanda


Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə