Зящмят шащвердийев



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə45/51
tarix15.07.2018
ölçüsü4,61 Mb.
#56013
1   ...   41   42   43   44   45   46   47   48   ...   51

104
Heyran xanımı, dövr və zamandan narazı  şeirlər yazmağa məcbur etmişdir. Şeirlərinin çoxunda o qadının
ictimai həyatda və ailədəki hüquqsuz, acınacaqlı həyatını təsvir edir».
20
Heyran xanım Azərbaycan dili ilə birgə fars dilində də  şeirlər yazmışdır. Heyran xanım Azərbaycanın
qadın şairləri içərisində əsərlərinin bədii gücünə görə mühüm yerlərdən birini tutur.
21
Bir bülbüləm eyləmiş zamanə,
Qəm oxlarına sinəm nişanə.
Ey dilbərim, o qaşın oxşar,
Əbruyi-müqəvvəsi-kəmanə.
O aldadıcı şirin kəlamın,
Qıldı məni dənrdə fəsanə.
Tək mən deyiləm, min aşiqi sən.
Məcnun kimi eylədin divanə…
                         yaxud:
Olubdu ğəm yatağı şad gördüyün könlüm,
Dağıldı qüssədən abad gördüyün könlüm.
Diyari-ğəmdə giriftarü dəstgin olu,
Kəməndi-firqətə, azad gördüyün könlüm…
Naxçıvan ədəbi mühitinin, onun düşüncə tərzinin, problemlərinin Naxçıvan hüdudlarından daha geniş coğrafi
əraziyə çıxmasında, Rusiya və ümumdünya prosesləri səviyyəsinə yüksəlməsində, yeni-yeni istedadların bu axına
qoşulmasında Cəlil Məmmədquluzadənin rolu xüsusi qeyd edilməlidir.
22
C.Məmməquluzadənin ilk yaradıcılıq nümunələri onun Naxçıvanda müəllim işlədiyi dövrlə (1887-1897) bağlı
olmuşdur. O, 1898-1903-cü illərdə  İrəvanda işlətdiyi dövrdə də bədii yaradıcılığını davam etdirmişdir. 1903-cü ildə
Tiflisə gəlişi, onun həyatında mühüm yer tutur. «Şərqi-Rus» qəzetində «Poçt qutusu» hekayəsini çap etdirir. 1906-cı il
aprelin 7 (20)-də «Mola Nəsrəddin» jurnalının əsasını qoyur. Jurnal əvvəlcə Tiflisdə (1906-1917), bir müddət Təbrizdə
(1921), sonra Bakıda (1922-1931) nəşr olunur. C.Məmmədquluzadə naşirliklə bərabər ədəbi-bədii yaradıcılığı da davam
etdirmişdir. «Ölülər» (1909-1916), «Anamın kitabı» (1920), «Danabaş kəndinin məktəbi» (1921), «Dəli yığıncağı»
(1927) kimi əsərlər yazmışdır.
Azərbaycan ədəbiyyatı tarixində C.Məmmədquluzadənin yaracıdıcılığına belə qiymət verilmişdir:
«C.Məmmədquluzadənin yaradıcılığı XX əsr Azərbaycan ədəbiyyatında tam bir mərhələ təşkil edir. O, inqilabi-
demokratik ideyalarla silahlanmış «Molla Nəsrəddin» cərəyanının əsasını qoymuş, burjua-mülkədar istismarını, ictimai
bərabərsizliyi, burjua-meşşan əxlaqını, ümumən köhnə cəmiyyətin yaralarını açıb-tökən əsərləri ilə XX əsr Azərbaycan
realizmini həm məzmun, həm də formaca zənginləşdirmiş və irəli aparmışdır».
23
C.Məmmədquluzadənin «Molla Nəsrəddin» jurnalı  ətrafında birləşən, Naxçıvandan kənarda da ədəbi-bədii
yaradıcılığı ilə Azərbaycan ədəbiyyatına xidmətini davam etdirən şəxslər içərisində Əliqulu Qəmküsar (1880-1919) və
Əli Səbrini (1892-1983) də göstərmək olar.
Ə.Qəmküsar C.Məmmədquluzadənin dəvəti ilə 1912-ci ildə Tiflisə köçmşdü. O, 1913-1914-cü illərdə jurnala
redaktorluq da etmişdi. Molla Nəsrəddin və Molla Nəsrəddinçilər haqqında tədqiqat aparmış F.Hüseynov yazmışdır:
«XX əsrin əvvəllərində Azərbaycan ictimai-siyasi həyatının parlaq bədii salnaməsi olan «Molla Nəsrəddin» jurnalının
yaradıcı qüvvəlləri arasında Əliqulu Qəmküsarın ilk nəzərdən seçilən ayrıca yeri və mövqeyi vardır. 1916-cı ildə ustadı
C.Məmmədquluzadə ilə birlikdə Volqaboyu və Orta Asiya səyahətinə çıxan Qəmküsar  məşhur «Ölülər» əsərinin
tamaşaya qoyulmasında fəal iştirak etmiş, Azərbaycan aktyorluq sənəti tarixində  Şeyx Nəsrullah rolunun ən mahir
ifaçısı kimi şöhrət qazanmışdır».
24
Əli Səbri də «Molla Nəsrəddin» jurnalı ilə əməkdaşlıq etmiş, «Taqiyanuszadə» imzası ilə şeirlər yazmışdır.
Naxçıvanın mədəni həyatında teatrın təməlini qoyan (1883) və  ədəbi-bədii yaradıcılığı ilə diqqəti cəlb edən
şəxslərdən biri də Eynəli Sultanov (1866-1935) idi.
25
O, 1908-ci ildən Tiflisdə yaşamış, buradakı fəaliyyəti ilə Azərbaycan
mədəniyyətinə xidmətini davam etdirmişdir.
 26
Naxçıvan ədəbi mühitinin yetişdirməsi olub, Azərbaycan ədəbiyyatında görkəmli yer tutan ədiblərdən biri
Məmməd Səid Ordubadi (1872-1950) idi. Ordubadi «Molla Nəsrəddin» jurnalında fəal əməkdaşlıq etmiş,
27
Azərbaycan ədəbiyyatında tarixi romanlar ustası kimi məşhurlaşmışdı.
Azərbaycan romantizminin banilərindən olan Hüseyn Cavidin (1882-1941) yaradıcılığı da ədəbiyyat tarixinin
mühüm hadisələrindən biridir. 1915-ci ildən Bakıda müəllimlik fəaliyyətini davam etdirən H.Cavid burada Azərbaycan
ədəbiyyatına əbədi daxil olmuş şeir və dram əsərlərini yazmışdır.
28
Şair repressiya olunmuş, 1941-ci il dekabrın 5-də
İrkutskda vəfat etmişdir. Onun cənazəsi ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə vətənə gətirilmiş, Naxçıvanda
yenidən dəfn edilmişdir. 1996-cı ildə isə qəbri üzərində əzəmətli məqbərə tikilmişdir.
Azərbaycan mətbuatı və publisistikasından bəhs edərkən 1903-cü ildə Tiflisdə «Şərqi-Rus» qəzetinin əsasını
qoymuş Məhəmməd ağa Şahtaxtlını (1846-1931), jurnalist   İsasultan Şhtaxtinskini (1851-1894) də xüsusi qeyd
etmək lazımdır.


105
Naxçıvan bölgəsində həyata qədəm qoymuş, ədəbi-bədi, elmi, hərbi-siyasi və ictimai fəaliyyəti ilə həm
Azərbaycanın, həm də İran və Rusiyanın həyatında iz qoymuş tarixi şəxsiyyətlərin dairəsi bununla bitmir. Bütün bunlar
Naxçıvan bölgəsinin geniş yaracıdılıq potensialından xəbər verir.



106
1.
Даща ятрафлы бах: Вялиханлы Н.
Нахчыван – яряблярдян
монголларадяк (ВЫЫ-ХЫЫ). Бакы,
2005; Пирийев В. Нахчыван
тарихиндян сящифяляр (ХЫЫЫ-ХЫВ
ясрляр). Бакы, 2004; Бцнйадов
З. Азярбайъан Атабяйляр
дювляти. 1136-1225. Бакы, 1985;
Мяммядов Р. Нахчыван шящя-
ринин тарихи очерки (орта ясрляр
дюврц). Бакы, 1977.
2.
Бцнйадов З. Азярбайъан
Атабяйляр дювляти. 1136-1225,
с.230-231.
3.
Пирийев В. Нахчыван тарихиндян
сящифяляр (ХЫЫЫ-ХЫВ ясрляр), с.55.
4.
йеня орада, с.62, 63, 69-109;
йеня онун, Мящяммяд ибн
Щиндушащ Нахчывани. Бакы,
2001.
5.
Мяммядов Р. Нахчыван шящя-
ринин тарихи очерки (орта ясрляр
дюврц), с.142-143.
6.
Щябиббяйли И. Нахчыванда елм
вя мядяниййят // Азярбайъан
тарихиндя Нахчыван. Бакы, 1996,
с.83-84.
7.
Нязирли Ш. Азярбайъан
эенераллары. Бакы, 1991, с.15.
8.
йеня орада, с.18.
9.
Иванов Р. Оборона Баязета:
правда и ложь. М., 2005.
10.
Ибрагимбейли Х.-М.
Страницы истории боевого
содружества русского и
Кавказских народов (1853-1856
гг.). Баку, 1970, с.111.
11.
Иванов Р. Оборона Баязета:
правда и ложь, с.225-230
12.
там же, с.114-116.
13.
Нязирли Ш. Азярбайъан
эенераллары. Бакы, 1991; йеня
онун, Архивлярин сирри ачылыр. Ба-
кы, 1999
14.
Иванов Р. Генерал-адъютант
Его Величества. Сказание о
Гусейн-хане Нахичеванском.
М., 2006.
15.
Нахчыван енсиклопедийасы. Ики
ъилддя. ъ.2. Нахчыван, 2005,
с.294.
16.
Нязирли Ш. Азярбайъан эенерал-
лары, с.23.
17.
Ялийев М. Щямид бяй Шащтах-
тински // Азярбайъан Демокра-
тик Республикасы. Азярбайъан
щюкумяти. Бакы, 1990; Ибращим-
задя Ф. Бещбуд Шащтахтински.
Бакы, 2004; Щаъыйев И., Мям-
мядов Ш. Нахчыван вя нахчы-
ванлылар. Бакы, 2001.
18.
Бах: Гасымзадя Ф. ХЫХ яср
Азярбайъан ядябиййаты тарихи.
Бакы, 1974; Наьыйева Ъ.
Щейран ханым (щяйат вя
йараъылыьы). Бакы, 1989.
19.
Щейран ханым. Сечилмиш ясярляри.
Бакы, 1961; йеня онун, 37 гязял
вя бир тяръибянд. Бакы, 1981;
йеня онун, Шеирляр //
Азярбайъанын ашыг шаир вя
гадынлары. Бакы, 1991, с.35-49.
20.
Щейран ханым (1790-1860) //
Азярбайъанын ашыг вя шаир
гадынлары, с.35.
21.
йеня орада, с.36.
22.
Ъ.Мяммядгулузадянин щяйат
вя фяалиййяти эениш тядгигат
обйекти олмушдур. Сон
дюврлярдя бу сащядя
И.Щябиббяйли хейли иш эюрмцшдцр.


Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə