Зящмят шащвердийев



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə46/51
tarix15.07.2018
ölçüsü4,61 Mb.
#56013
1   ...   43   44   45   46   47   48   49   50   51

107
Бах: Щябиббяйли И. Ъялил
Мяммядгулузадя (албом-
монографийа). Бакы, 1987; йеня
онун, Ъялил Мяммядгулузадя:
мцщити вя мцасирляри. Бакы, 1997
вя б.
23.
Азярбайъан ядябиййаты тарихи.
Цч ъилддя. ЫЫ ъ. Бакы, 1960,
с.613.
24.
Щцсейнов Ф. «Молла
Нясряддин» вя
молланясряддинчиляр. Бакы,
1986, с.228.
25.
Щябиббйяли И. Ъялил
Мяммядгулузадя: мцщити вя
мцасирляри. Бакы, 1996; Максу-
дов И. Жизнь и творчетсво
Эйналы Султанова. АКД. Баку,
1963; Асадова И. Творческий
путь Э.Султанова. АКД. Баку,
1991.
26.
Султанов Е. Сечилмиш щекайяляри.
Бакы, 1966.
27.
Щцсейнов Ф. «Молла
Нясряддин» вя
молланясряддинчиляр, с.214-225.
28.
Бах: Мяммяд Ъяфяр. Щцсейн
Ъавид. Бакы, 1960; Яфяндийев Т.
Ъавидин идейалар алями. Бакы,
1985 вя б.


108
NƏTİCƏ
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan bölgəsinin XIX-XX əsrin əvvəlləri tarixinin kompleks
şəkildə öyrənilməsinin aktuallığı nəzərə alınaraq, problem xüsusi tədqiqat obyekti olmuşdur. Mövzu üzrə
tarixşünaslıq tədqiqatı problemin öyrənilməsi səviyyəsini müəyyən etməyə, nailiyyətlərlə birgə mövcud boşluqları,
dövr üzrə qarşıda duran vəzifələri ortaya çıxarmağa imkan vermişdir. Müəyyən olunmuş məqsədi və ona uyğun
vəzifələri həll etmək üçün geniş və hərtərəfli mənbə bazası yaradılmışdır. Bütün bunlar problemin əhatə etdiyi hər bir
məsələni yüksək səviyyədə araşdırmağa və onu yeni elmi müddəalarla zənginləşdirməyə imkan vermişdir.
Nadir şahın ölümündən sonra genişlənən xanlıqyaranma prosesində meydana gələn Naxçıvan xanlığı
Azərbaycanın xanlıqlar sistemində özünəməxsus yer tutmuşdu. Rusiya imperiyasının Şimali Azərbaycan
torpaqlarının işğalının ilk mərhələsində Naxçıvan və eyni zamanda İrəvan xanlıqlarını tutmaq mümkün olmamışdı.
Lakin buna baxmayaraq, çar Rusiyası bu xanlıqların işğalı planından əl çəkməmişdi. 1826-1828-ci illər rus-İran
müharibəsinin gedişində bu xanlıqlar da ilhaq edilmiş, 1828-ci il Türkmənçay müqaviləsilə bu rəsmiləşdirilmişdi.
Rusiya imperatoru I Nikolay Türkmənçay müqaviləsindən qısa müddət sonra, 1828-ci il martın 21-də Naxçıvan və
İrəvan xanlıqlarının torpaqları əsasında qondarma «Erməni vilayəti» yaratmaq haqqında sənəd imzalamışdı. Belə bir
sənədin qəbulu tamamilə yanlış olub, gerçəkliyi əks etdirmirdi. Təsadüfi deyil ki, çar hökuməti, yalnız beş il sonra,
1833-cü ildə bu vilayətin idarəsinin quruluşu haqqında Əsasnamə qəbul etmiş, 1840-cı il islahatı zamanı isə bu
vilayət ləğv olunmuşdu. Bundan sonra keçmiş Naxçıvan xanlığının ərazisi Şimali Azərbaycan torpaqlarına dair
ümumi siyasətə uyğun idarə olunmuşdu. 1840-cı il islahatı ilə Naxçıvan əyaləti qəzaya çevrilərək Gürcü-İmeret
quberniyasının, 1846-cı ildə Tiflis quberniyasının, 1849-cu ildən isə İrəvan quberniyasının tərkibinə verildi. Keçmiş
Naxçıvan xanlığının ərazisi, bəzi daxili bölgülərə də məruz qalmışdı. İlk vaxtlar İrəvan quberniyası tərkibində
Naxçıvan və Ordubad qəzaları ayrılmış, lakin Ordubad qəzası 1867-ci ildə ləğv edilərək Naxçıvan qəzası ilə
birləşdirilmişdi. 1870-ci ildə İrəvan qəzasının Şərur sahəsi Naxçıvan qəzasının tərkibinə verilmiş, 1874-cü ildə isə bu
qəzanın Şərur və Dərələyəz sahələri əsasında Şərur-Dərələyəz qəzası təşkil edilmişdi. Naxçıvan Muxtar Respublikası
keçmiş Naxçıvan qəzası və Şərur sahələrinin ərazisində yaradılmışdı.
Naxçıvanın iqtisadi həyatının əsasını kənd təsərrüfatı və sənətkarlıq təşkil edirdi. Taxılçılıq, maldarlıq, bağçılıq
və üzümçülük, ipəkçilik, pambıqçılıq kənd təsərrüfatının əsas sahələrindən idi. Torpaq mülkiyyətinin xəzinə, sahibkar
və ruhani idarələrinə məxsus olan vəqf formaları üstün idi. XIX əsrin sonları – XX əsrin əvvəllərində tiyul torpaqları
aradan qalxmışdı. Sudan istifadə haqqında 1890-cı il 3 dekabr qanununun tətbiqi ilə əlaqədar olaraq, adət qaydaları
ilə birgə yeni sistemin tətbiqinə başlanmışdı.
Sənətkarlıq və sənayenin inkişafında da yeniliklər özünü göstərirdi. Naxçıvan bölgəsi əsas duz istehsalı
mərkəzlərindən biri idi. İpəkçilik də istehsalda mühüm yer tuturdu. Nəqliyyat və ticarətdə də yeniliklər yaranırdı.
Aleksandropol – Uluxanlı (1902) və Uluxanlı – Culfa (1908) dəmir yol xətləri çəkildi. Ələtlə Culfanın dəmir yol xətti
ilə birləşdirilməsi sahəsində işlər başlamışdı.
XIX əsrin ikinci yarısı – XX əsrin əvvəllərində istər kənd təsərrüfatında, istərsə də sənayedə kapitalist
münasibətlərinin inkişafı özünü göstərirdi.
XIX – XX əsrin əvvəllərində Naxçıvan bölgəsi əhalisinin say dinamikası da diqqəti cəlb edir. Burada (müasir
sərhədlər üzrə) əhalinin sayı 1829-cu ildə 40.248 nəfər idisə, 1917-ci ildə 165.000 nəfərə çatmışdı.
Naxçıvanın Rusiya işğalı və müstəmləkəçiliyi dövrü tarixinin ən mühüm hadisələrindən biri çarizmin bu
bölgəni köçürmələr vasitəsilə erməniləşdirmək cəhdi və onun uğursuzluğa düçar olmasıdır. Ən qədim zamanlardan
Azərbaycan torpağı olan Naxçıvan bu dövrdə də tarixi simasını qoruyub saxlamışdı. Naxçıvanda üstünlüyə nail ola
bilməyən ermənilər çar hökumətinin yaxından köməyi ilə etnik təmizləmə siyasətinə əl atmış, 1905-1906-cı illərdə
bütün Azərbaycanda olduğu kimi burada da azərbaycanlılara qarşı solyqırım törətmişdilər.
Naxçıvan bölgəsi bütün tarixi dövr ərzində olduğu kimi XIX-XX əsrin əvvəllərində də istər çarizmin milli və
dini zülmü, istərsə də ermənilərin bölgədə törətdikləri etnik təmizləmə ilə barışmamış, qəti və ardıcıl şəkildə azadlıq
hərəkatı aparmışdı. Məhz bu tarixi ənənənin nəticəsi idi ki, Naxçıvan Azərbycanın ayrılmaz tərkib hissəsi kimi
mövqeyini qoruyub saxlamışdı.
Naxçıvan çarizmin müstəmləkəçilik zülmünə və ayrıseçkilik siyasətinə baxmayaraq Azərbaycanın mədəniyyət
mərkəzlərindən biri kimi tarixi missiyasını yerinə yetirmiş, Azərbaycan mədəniyyətinin bütün sahələri üzrə görkəmli
şəxsiyyətlər yetişdirmişdi.
XIX-XX əsrin əvvəllərində Naxçıvan bölgəsinin keçdiyi tarixi inkişaf yolu böyük elmi-idraki və təcrübi
əhəmiyyətə malikdir. Ona görə də bu tarixi irsi hər zaman öyrənməyə ehtiyac vardır.
Naxçıvan bölgəsində hər bir tarixi dövrdə mövcud olan azadlıq, inkişaf və yaradıcılıq potensialı özünü sonrakı
mərhələlərdə də göstərmişdi. Naxçıvan 1918-1920-ci illərdə bütün çətinliklərə baxmayaraq Azərbycanın istiqlaliyyət
mübarizəsinə şərəfli səhifələr yazmışdır. Naxçıvan Azərbaycan xalqına Ümummilli lider Heydər Əliyevi bəxş etmişdir.
Heydər Əliyev demişdir: «Həyatım haqqında danışmaq üçün çox vaxt lazımdır. Buna bir saat bəs etməz. Amma
qısa olaraq deyə bilərəm: Mən 1923-cü ildə Naxçıvanda anadan olmuşam». Naxçıvandan başlanan bu uğurlu həyat
yolu Ümummilli lideri dünyanın ən məşhur dövlət başçıları sırasına aparmışdı. Heydər Əliyev ömrünün sonunadək


Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə