5. analaoq rrx-nın radioveriCİ qurğulari



Yüklə 1,12 Mb.
səhifə1/11
tarix25.09.2023
ölçüsü1,12 Mb.
#123861
  1   2   3   4   5   6   7   8   9   10   11
Analaoq RRX-nın radioverici qurğuları


5. ANALAOQ RRX-nın RADİOVERİCİ QURĞULARI
5.1. Bölmənin öyrənilməsində məqsəd
Bu bölmənin məqsədi TM analoq RRX - nın radioverici qurğularının qurulma prinsiplərinin, onların əsas parametrlərinin, radioverici qurğuların hissələrinin reallaşdırılma variantlarının örənilməsi və mənimsənilməsidir.


5.2. Struktur sxem. Əsas parametrlər
Bu bölmədə RRX, TRX və PRS - də quraşdırılan vericilərin qurulma prisipləri, texniki parametrləri verilmişdir. Göstərilən radiorabitə sistemlərində, blokları analoji prisipial sxemlər üzrə qurulan analoji struktur sxemlərə malik vericilər tətbiq olunur. Aşağıda blokların sxemlərinə, əsasən, RRX radiovericilərinin misalında baxılmışdır.
Magistral TM analoq RRX, TRX və PRS - də aralıq tezlik üzrə modulyasiya olunan radiovericilər geniş tətbiq olunur (şək. 5.1). Tezlik modulyatorunun çıxışında, lülənin qrup siqnalı (ГС) ilə modulyasiya olunmuş aralıq tezlikli siqnal alınır. Bu siqnal aralıq tezlikli güc gücləndiricisində, qarışdırıcının UZ nor­mal üşi üçün zəruri olan səviyyəyə qədər gücləndirilir. Siqnalın parazit amplitud modulyasiyası amplitud məhdudlayıcısı vasitəsi ilə zəiflədilir. Siqnalın tezliyinin çevrilməsini təmin edən və tərkibində heterodin (G), qarışdırıcı1 (UZ) və zolaq süzgəci2 (Z) (burada yan zolaq süzgəci) olan elektrik dövrəsi tezlik çeviri­cisi3 (ПрЧ) adlandırılır. RRX, TRX və PRS vericilərində heterodin rolunu vericinin heterodin traktı oyna­yır. Qarışdırıcının çıxışında yaranan rəqslərin spektrindən vericinin, orta tezliyi olan TM siqnalı yan zolaq süzgəci vasitəsi ilə ayrılır. Vericinin nominal çıxış gücü İYT güc gücləndiricisi A ilə təmin olunur. Bir çox hallarda vericinin heterodin traktına, sonra FM üsulu ilə ötürülən XR siqnalı daxil edilir.

Zona, zonadaxili və yerli RRX - da baxılan sxem ilə bərabər UYT (İYT) diapazonlarda birbaşa TM və ya FM sxemləridə tətbiq olunur.
Əsas parametrlər.
Radiovericinin, tezliyin paylanma planı ilə müəyyən olunan nominal işçi tezliyi.
Radiovericinin, AFT- yə daxil olan güc kimi təyin olunan çıxış gücü.

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə