Afrika ümumi İcmal coğrafi mövqeyi, sahəsi, sərhədləri və sahil xətti



Yüklə 298,08 Kb.
Pdf görüntüsü
səhifə1/11
tarix14.01.2018
ölçüsü298,08 Kb.
#20625
  1   2   3   4   5   6   7   8   9   10   11


 

http://coqrafiya.blogspot.com/



 

Mənbə-


http://behruzmelikov.com/

 

AFRİKA 

 

ÜMUMİ İCMAL 

Coğrafi mövqeyi, sahəsi, sərhədləri və sahil xətti. 

Afrika  böyüklüyünə  görə  Avrasiyadan  sonra  materiklər 

arasında  ikinci  yerdə  durur.Sahəsi  29,2  milyon  kv.km,adalarla 

birlikdə  30,3  kv.km-dir.Ucqar  nöqtələri:  şimalda  Əl-Əbeyd 

(Engela)  burnu-37°20’  şm.en  dairəsində  (Kapblan  burnu 

yaxınlığında),cənubda 

İynə 

burnu-34°51’ 



cənub 

en 


dairəsində,qərbdə  Yaşıl  burun-17°33’  qərb  uzunluğunda, 

şərqdə Rashafun burnu-51°24’ şərq uzunluğundadır. 

           Afrikanın  coğrafi  mövqeyinin  başlıca  xüsusiyyəti  onun 

ekvatora  nisbətən  simmetrik  yerləşməsidir.Engela  burnu 

ekvatordan  4144  km,İynə  burnu  isə  3868  km  məsafədədir.  Ən 

geniş  yerində  Afrikanın  eni  7500  km  (Yaşıl  burundan 

Qvardafuy  burnuna  qədər),cənubda  isə  3100  km-dir.  Материк 

qərbdə  Atlantik,şərqdə  Hind  okeanı  ilə  əhatələnir.Şimalda 

Aralıq  dənizi  onu  Cənubi  Avropadan,şimal-şərqdə  Qırmızı 

dəniz Asiyadan (Ərəbistan yarımadasından) ayırır.Hələ üçüncü 

dövrün sonunda və dördüncü dövrün əvvəllərində Atlas dağları 

Pireney  yarımadası  ilə,Tunis  isə  Siciliya  adası  və  Appenin 

yarımadssı  ilə  bitişik  olmuşdur.Hazırda  Afrika  Pireney 

yarımadasın-  dan  ensiz  (14  km)  və  dərinliyi  300  m  olan 

Cəbəllüttariq boğazı,Ön Asiyadan isə Babəlməndəb boğazı (eni 

26 km) ilə ayrılır.Şimal-şərqdə Süveyş kanalı açılana (1869-cu 

il)  kimi  eyni  adlı  bərzəx  (eni  120  km)  Afrikanı  Asiya  ilə 

birləşdirirdi. 

             Afrikanın  sahil  xətti  zəif  parçalanmışdır.Sahillər  çox 

yerdə tektonik strukturlara uyğun olaraq düz xətlə uzanır.Sahil 

dayazlığı  ensizdir.Buna  görə  Afrika  sahillərində  əlverişli 

körfəzlər və buxtalar,həmçinin yarımadalar və adalar azdır. Ən 

böyük körfəzləri şimalda Qabes və Sidra,qərbdə Qvineya,Benin 



 

və  Biafra,cənub-şərqdə  Frensis  Bey,Alqoa,Delaqoa  və  Beyra 



buxtalarıdır.Kiçik  buxtalar  və  adalara  qərbdə  Yaşıl  burundan 

Palmas  burnuna  qədər,şərqdə  isə  Mombasa  və  Mozambik 

şəhərləri  arasındakı  sahildə  rast  gəlinir.  Şərqdə  Madaqaskar, 

Zənzibar, Sokotra, Mafiya, Pemba, Komor, Maskaren, Amirant 

və  Seyşel  adaları,  qərbdə  Madeyra,  Kanar,  Yaşıl  Burun, 

Annobon,  San-Tome,  Fernanada-Po,  Merac  (Vozneseniye), 

Müqəddəs  Yelena,  Tristan-da-  Kunya  adaları  Afrikaya  aiddir. 

Materikin ən böyük yarımadası Somalidir. 

              Beləliklə,  Afrika  üfüqi  istiqamətdə  olduqca  zəif 

parçalanmışdır.Onun sahil xəttinin hər 1 kilometrinə 960 kv.km 

ərazi  düşür.  Adalar  isə  ərazisinin  cəmi  2%-ni  təşkil  edir 

(Avropada 8,5%). Materikin daxili vilayətləri sahildən 1500 km 

içəridə yerləşir (Avropada bu məsafə cəmi 600 km-ə qədərdir). 

 

Geoloji quruluşu və inkişafının əsas mərhələləri. 

Afrika  geoloji  quruluşuna  görə  ilk  baxışda  çox  sadə 

görünür.Şimal-qərb və cənub ucqar hissələri müstəsna olmaqla 

Afrika paleozoydan əvvəl platforma rejiminə keçmiş və sonrakı 

dövrlərdə  onun  ərazisində  əsasən  zəif  rəqsi  hərəkətlər  baş 

vermişdir.  Epiplatforma  dənizlərində  kontinental  şəraitdə 

toplanmış  cavan  çöküntü  süxur  qatları  qırışıqlıqda  iştirak 

etməmiş, zəif qalxma və əyilmələrə məruz qalmışdır. 

               Afrikanın 

geoloji 

inkişafının 

ən 

əlamətdar 



cəhətlərindən  biri  onun  qədim  Qondvana  materikinin 

mərkəzində  yerləşməsi,  şimal  və  şərq  dağlıq  sahəsi  müstəsna 

olmaqla,qalan  sahələrdə  şaquli  tektonik  hərəkətlərin  zəif  baş 

verməsi  ilə  səciyyələnir.  Yer  qabığının  qalınlığı  geniş  sahədə 

38-40 km-dir. Hündür Afrikada yer qabığının qalınlığı 45 km-ə 

qədərdir.  Atlas  dağlarında  və  Həbəşistan  yaylasında  bu  rəqəm 

50-55  km-ə  çatır.  Afrika  ilə  ətraf  okeanlar  arasında 

keçid,hipsometrik  xəritədən  göründüyü  kimi,  çox  kəskindir. 

Burada  materik  tipli  yer  qabığı  kəskin  şəkildə  okean  tipli 

qabığa  keçir  (Afrika  ətrafında  okean  dibində  yer  qabığının 




 

qalınlığı  10  km-dən  artıq  deyildir).  Materikin  kontinental  yer 



qabığı artıq paleozoyun başlanğıcına qədər təşəkkül tapmışdır. 

             Materik  ərazisinin  üçdə  birində  qədim  kristallik  və 

metamorfik  süxurlar  yer  səthinə  çıxır.  Qalan  sahələrdə  isə  bu 

paleozoy,mezozoy  və  kaynozoyun  o  qədər  də  qalın  olmayan 

kontinental  və  dəniz  çöküntü  süxur  qatları  və  kaynozoyun 

vulkanik süxurları ilə örtülüdür. 

              Müxtəlif 

yaşlı 


kristallik 

süxurlar 

arasında 

qranit,qneys,kristallik şistlər,qumdaşı və s-dən ibarət olan arxey 

və proterozoy çöküntüləri paleozoydan əvvəlki dövrdə müxtəlif 

qırışıqlıq mərhələləri keçirmişlər. Afrikanın qədim kristallik və 

metamorfik  süxurları    bir  neçə  qata  bölü-nür.Sebakvi  sistemi 

adlanan  (Rodeziyada)  serpentinitlər  və  qneyslərlə  kəsilmiş  ən 

qədim  metamorfik  və  vulkanik süxurların  yaşı  3  milyard ildən 

artıqdır. Bunun üzərində yatan yaşıl süxurların yaşı 2800 mln.il 

(Bulavay  sistemi),  Şamavay  sisteminin  arkoz  qumdaşı 

qatlarının  yaşı  isə  2600  mln.ildir.  Şamavay  sistemi  qatlarını 

yaşı  1900-1250  mln.il  olan  qranit  intruziyaları  kəsir,  Konqo 

hövzəsi  ətrafında  üzə  çıxan  kristallik  süxurlar  daha  cavandır 

(1400-600  mln.il).  Kabara  və  Katanqa  sistemi  adı  ilə  məşhur 

olan  bu  süxurlar  proterozoy  erasına  aid  edilir.  Şimali  Qvineya 

yüksəkliklərindən  Kamerun  və  Azande  yüksəkliklərinə  uzanan 

qalxma  sahəsi  də  qədim  arxey  kristallik  və  metamorfik 

süxurlarından ibarətdir. Arxeyin qüvvətli qırışmış süxurları çox 

yerdə  proterozoyun  kristallik  və  metamorfik  süxurları  ilə 

örtülür. 

                Proterozoyun  axırında  Cənubi  Afrikada  baş  verən 

Katanqa qırışıqlığı yaş etibarı ilə Asiyanın Baykal qırışıqlığı ilə 

müqayisə edilir. 

             Paleozoy  erasında  materikin  cənub  və  şimal  hissələri 

müxtəlif yollarla inkişaf etmişdir. Cənubi Afrikada paleozoyda 

qalxma  və  denudasiya  prosesləri  ilə  yanaşı,bə’zi  yerlər 

əyilməyə  məruz  qalmış  və  burada  çox  qalın  (10  km-ə  qədər) 

kontinental  çöküntü  kompleksi  toplanmışdır.  Qalınlığı  3  km-ə 




Yüklə 298,08 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə