Azərbaycan miLLİ elmlər akademiyasi akademiK h.Ə.ƏLİyev adina coğrafiya institutu



Yüklə 368 Kb.
Pdf görüntüsü
səhifə1/47
tarix11.04.2018
ölçüsü368 Kb.
#37415
  1   2   3   4   5   6   7   8   9   ...   47
37415

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
AKADEMİK H.Ə.ƏLİYEV ADINA COĞRAFİYA İNSTİTUTU
AZƏRBAYCANIN
COĞRAFİYAÇI
ALİMLƏRİ
C
-   «
-
Azərbaycan  Respublikası  Prezidentinin 
İşlər İdarəsi
PREZİDENT KİTABXANASI
" "B A K I -   tfELM J* —2B+3-J


UOT: 479.21.91
Azərbaycan  МЕЛ  akademik H.Ə.Əliyev adma  Coğrafiya 
İnstitutunun elmi şurasının qəran ilə çap olunur 
(protokol JV°6 2006-cı il)
K itab 
coğrafiya elmləri namizədləri 
H.T.Haqverdiyev, 
M .S.H əsənov 
və elmi işçi 
E.T.M əm m ədova 
tərəfindən tərtib edilmişdir.
İdeya  müəllifi: 
akademik 
B.Ə.Budaqov
Baş  redaktor: 
AMEA-nın  müxbir üzvü
R.M .M əmmədov
M əsul  redaktorlar: 
Coğrafiya elmləri namizədləri
M .S.H əsənov və M.C.İsmayılov
«A zərbaycanın  coğrafiyaçı  alim ləri»
Bakı:  «Elm», 2013,  204  səh.
ISBN  978-9952-453-15-7
Kitab  ilk  dəfə  çap  olunmaqla  Azərbaycanın  bütün  coğra­
fiyaçı  alimlərinin  elmi  yaradıcılıq fəaliyyətlərinin  və  coğrafiya 
elminin inkişafındakı elmi-nəzəri fikirlərinin,  elmə verdikləri töh­
fələrin  yığcam  xülasəsinə  həsr  olunmuşdur.  Əsərdə  həmçinin 
Azərbaycanda  coğrafiya  elmi  sahəsində yetişmiş  elmi-kadr p o ­
tensialının inkişaf dinamikası və müasir ekocoğrafı problemlərin 
həlli istiqamətlərinin təhlili verilmişdir.
1801000000 
655(07) -2013
© «Elm» nəşriyyatı, 2013
I
ÖN  SÖZ
Azərbaycanda  coğrafiya  elminin  qədim  tarixi  vardır  və 
onun  coğrafiya  elminə  töhfələr  vermiş  bir  sıra  məşhur  coğra­
fiyaçı  səyyahları  olmuşdur.  Bunlara  misal  olaraq  X-XI  əsrlərdə 
yaşa-mış  və  türk  xalqlarının  yaşadığı  ərazilərin  ilk  xəritəsini 
tərtib  etmiş  M.Qaşqarini,  XIII  əsrdə  yaşamış,  Marağa  rəsəd­
xanasının  əsasını  qoymuş,  səma  cisimlərini  müşahidə  etməklə 
yerin  fırlandığını  sübut  etmiş  Nəsirəddin  Tusini,  XIV-XV  əsr­
lərdə  yaşamış,  yer  kürəsində  yeddi  iqlim  tipi  ayıraraq  onların 
hər  birinin  səciyyəsini  vermiş  Ə.Bakuvini,  XVIII-XIX  əsrlərdə 
yaşamış,  ömrünün  40  ilini  səyahətdə  keçirərək  Şimali  Afrika, 
cənubi,  cənub-qərbi  və  cənub  şərqi  Asiyanın  təbii  şəraitinə, 
iqtisadiyatına,  əhalisinə,  təbii  ehtiyatlarına  aid  zəngin  mate­
riallar  toplamış  H.Z.Şirvanini,  XVIII-XIX  əsrlərdə  yaşamış, 
Azərbaycanda  olan  bir  çox  yaşayış  məntəqələri,  onların  m ən­
şəyi  haqqında  ilkin  məlumatlar  vermiş,  dünyada  olan  müxtəlif 
kəşflər  haqqında,  kainatın  quruluşu,  ümumi  coğrafi  təkamül 
haqqında  müasir  dövrdə  də  əhəmiyyətini  itirməyən  qiymətli 
fikirlər söyləmiş A.Bakıxanovu və başqalarını  göstərmək olar.
Professor  N.Kərəmovun  Hacı  Zeynalabdin  Şirvani  və 
A.A.Bakıxanovun  həyat  və  fəaliyyəti  haqqında  olan  kitabları 
görkəmli  Azərbaycan  səyyah  və  coğrafiyaçıları  haqqında  zən­
gin  bilik vermişdir.  Bu kitabların  Moskvada nəşr edilməsi  Azər­
baycan  coğrafiyaçılarının  xarici  ölkələrdə,  keçmiş  SSRİ  məka­
nında təbliğinə real zəmin yaratmışdır.
Moskva  Dövlət  Universitetinin  riyaziyyat  fakültəsinin  bio­
logiya  bölməsini  bitirmiş  Həsənbəy  Zərdabi  həyatını  Azərbay­
canın  tədqiqinə,  maarifin  təşkilinə,  ilk  dövrü  mətbuatın  yaran­
masına  («Əkinçi  qəzeti»),  Azərbaycan  təbiətinin  tədqiqinə, 
ətraf mühiti  qorunmasına  həsr etmişdir.
1912-ci  ildə  Həsənbəy  Zərdabinin  tələbləri  tərəfindən 
onun  məqalələri  toplanaraq  «Torpaq,  su,  hava»  adlı  əsəri  nəşr 
edilmişdir.  Bu  əsər  Azərbaycanda  işıq  üzü  görmüş  ilk  ümumi 
yerşünaslıq  əsəri  adlandırılmasıdır.  B.Ə.Budaqovun  «Həsənbəy
3


Zərdabinin  coğrafi  görüşləri»  adlı  məqaləsinin  nəşri  (bax 
Azərb.  EA  «Xəbərləri»,  Geologiya-coğrafiya  seriyası,  1960, 
№3)  mütəfəkkirin  elmdə  qazandığı  uğurların  təbliği  demək  idi. 
B.Ə.Budaqov Həsənbəy Zərdabinin  elmi yaradıcılığının  təbliği­
nə,  xüsusi  ilə  onun  ətraf mühitin  qorunmasına  dair  əsərlərinin 
üzə  çıxarılmasına uğurla xidmət göstərmişdir.
XX  əsrdə  yaşamış  Q.R.Mirzəzadə  ilk  dəfə  Azərbaycan 
dilində «Qafqazın coğrafiyası» (1909) və «Ümumi coğrafiya» (I 
hissə  1912,  II  hissə  1916)  adlı  kitablar  yazmış  və  burada 
Qafqazın  təbiəti  və  iqtisadiyyatı  haqqında  geniş  məlumat  ver­
mişdir.  M.Baharlı «Azərbaycan»  (1922) adlı  kitabında XX əsrin 
əvvəlləri  üçün  Azərbaycanın  iqtisadiyyatı,  təbiəti,  siyasi-tarixi 
coğrafiyası,  bəzi  toponimləri  haqqında geniş  elmi  məlumat ver­
miş,  ilk dəfə Azərbaycanın  ana dilində xəritəsini  tərtib etmişdir. 
M.Baharlının  coğrafiya  elminin  tədrisində  və  təbliğində  böyük 
xidmətləri olmuşdur.
Sonrakı  dövrlərdə  Azərbaycanda  Coğrafiya elminin  inkişafı 
və  onun  milli  zəmində  formalaşması  daim  mövcud  ictimai  şə­
raitdən  və  kadr potensialından  asılı  olmuşdur.  1937-ci  ildə  keç­
miş  SSRİ  Elmlər Akademiyasının  Azərbaycan  Filialının  Coğra­
fiya  sektoru  yaradılmış  və  onun  əsasında  da  1945-ci  ildə  Azər­
baycan  Elmlər Akademiyasının nəzdində ayrıca Coğrafiya İnsti­
tutu  fəaliyyətə  başlamışdır.  Coğrafiya  institutunun  tarixi  Azər­
baycanın  coğrafi  şəraitinin  öyrənilməsinə,  respublikanın  təbii 
ehtiyat  potensialının  müəyyən  edilməsinə,  coğrafiyanın  yeni  və 
fundamental  istiqamətlərinin  inkişafına  böyük  töhfələr  vermiş 
və mühüm elmi  nailiyyətlər qazanmış  alimlərin  elmi  yaradıcılıq 
bioqrafiyası  ilə  sıx  vəhdət  təşkil  edir.  Azərbaycan  Dövlət  Uni­
versitetinin (Bakı Dövlət Universiteti) Azərbaycan Dövlət  Peda­
qoji  Universitetinin  (Azərbaycan  Pedaqoji  İnstitutu)  və  keçmiş 
Sovetlər  ittifaqının  nüfuzlu  ali  təhsil  ocaqlarının  məzunları  ol­
muş  və  sonradan  görkəmli  tədqiqatçı  -   coğrafiyaçı  alim  kimi 
tanınmış kadrların  rəhbərliyi  və yaradıcılığı  sayəsində Azərbay­
can  MEA  Coğrafiya  institutu  keçmiş  Sovet  ittifaqında  tanınmış 
elm ocaqlarından  biri  kimi  qəbul  edilirdi.
4
Azərbaycan  MEA  Coğrafiya  institutunun  keçdiyi  60  illik 
elmi-ictimai  yaradıcılıq  yolunu  gözdən  keçirərkən  biz,  istedad­
ları  və  fədakar  əməkləri  nəticəsində  Azərbaycanın  müasir- 
konstruktiv  Coğrafiya  elminin  yaranmasında  böyük  nailiyyət 
qazanılmasına  səbəb  olmuş  alimlərimizin  xidmətlərini  və  par­
laq xatirələrini həmişə yüksək qiymətləndiririk.
Coğrafiya  elminin  inkişafında  böyük  rolu  olmuş  akademik­
lər  Əliyev  H.Ə.,  Budaqov  B.Ə.,  Məmmədov  Ə.V,  akademiya­
nın  müxbir  üzvləri  -   Qasım  Gül,  Kazım  Ələkbərov,  Ə.M.Şıx­
linski,  Ş.B.Xəlilov,  R.M.,Məmmədov,  Coğrafiya  elmləri  dok­
torları  M.H.Əliyev,  H.B.Əliyev,  B.A.Antonov,  N.Ş.Şirinov, 
B.T.Nəzirova,  N.Ə.Nəbiyev,  S.H.Rüstəmov,  Ə.A.Mədətzadə, 
E.Q.Mehrəliyev,  Ə.C.Əyyubov,  R.B.Tarverdiyev,  A.İ.Xəlilov,
S.Y.Babayev,  M.A.Müseyibov,  Ş.Y.Göyçaylı,  M.Ə.Məmmə­
dov,  X.K.Tanrıverdiyev,  B.C.Ələsgərov,  H.A.Xəlilov,  E.K.Əli- 
zadə və başqalarını  misal  çəkmək olar.
Coğrafiya  elminin  ayrı-ayrı  istiqamətləri  üzrə  uğurlu  tədqi­
qat  aparmış  coğrafiya  elmləri  namizədlərindən  mərhum  N.Vəli- 
yevin,  P.Mirzəyevin,  Q.Hacıyevin,  S.Axundovun,  A.Xəlilovun, 
M.Süleymanovun,  İ.İsmayılovun,  G.Salamovun,  E.Şərifovun, 
M.Abbasovun,  M.Axundovun,  S.Şükürovun,  M.Zeynalovun, 
M.Rüstəmovun,  A.Məmmədovun,  B.Məmmədovun,  V.Babaye­
va  və  bir  çox  başqalarının  adını  böyük  hörmət  və  ehtiramla  çək­
mək  olar.  Onlardan  hər  biri  öz  ixtisas  sahələrində  mühüm  elmi 
uğurlar  qazanmışlar.  Məsələn,  P.Mirzəyevin  «Naxçıvan  MR-ııin 
aqroiqlim  səciyyəsi»,  Q.Hacıyevin  «Azərbaycanın  pambıqçılıq 
rayonlarının iqlimi» və başqa kitablar indi də öz elmi əhəmiyyətini 
saxlayır.
Hal-hazırda  uğurla  fəaliyyət göstərən  elmlər  namizədlərin­
dən  əməkdar  elm  xadimi  Almaz  Mikayılov,  H. Haq verdiyev, 
X.Rəhimov,  N.Əyyubov,  V.Quluzadə,  Y.  Hadıyev,  M.Həsənov, 
Ş.Mirzəyev,  M.İsmayılov və başqalarını  misal  çəkmək olar.
Bu  alimlərin  çoxillik  və  uğurlu  elmi  yaradıcılıq  fəaliyyəti 
və  səyi  nəticəsində  Azərbaycanda  Coğrafiya  elmi  yaradıcı 
şəkildə  inkişaf  etdirilmiş,  elmimizin  yeni  fundamental  istiqa­
mətləri  müəyyən  edilmiş  və  Milli  məktəbləri  yaradılmışdır. 
Onların  sayəsində  respublika  ərazisinin  Coğrafi  öyrənilməsinin
5


Yüklə 368 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə