Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə1/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
  1   2   3   4   5   6   7   8   9   ...   135


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

MƏHƏMMƏD FÜZULİ adına ƏLYAZMALAR İNSTİTUTU

 

HAŞIM BƏY SAQİB



DİVAN

NURLAR

BAKI-2009

1



Azərbaycan MEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu elmi şurasının 10 iyul 

2009-cu il tarixli 7 nömrəli iclasının qərarı ilə nəşr edilir.

Rəyçilər:

Hacı Vasim Məmmədəliyev



akademik

Ziyad Səmədzadə



akademik

Möhsün Nağısoylu



filologiya elmləri doktoru

Tərtib edib nəşrə hazırlayan:

Hacı Mustafa Mailoğlu

Redaktorlar:

Məmməd Adilov

filologiya elmləri doktoru

Hacı Arif Buzovnalı

HAŞIM BƏY SAQİB. “DİVAN”

Bakı, “NURLAR” Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009

İSBN: 9952 – 403 – 35 – 6

© Babayeva Ziba Zeynal qızı, 2009

2



“TƏNG OLSA

CƏHAN MÜLKİ...”

Uşaqlıq   xatirələri   hamı   üçün   əzizdir.   Buzovnadakı   həyətimizdəki   tut   ağacının 

meyvələri kimi şirin  olan  həmin xatirələrin mərkəzində isə bir insanın xüsusi yeri 

vardır: ötən əsrin 20-30-cu illərində Bakıda və Bakının ətraf kəndlərində ad çıxarmış 

şair   Haşım   bəy   Saqib!   O,   anamın   əmisi   idi.   Əslində   anamın   dediklərindən   və 

uşaqlığımın əziz xatirəsi kimi yaddaşımda dərin iz salmış hadisə də Haşım bəy Saqib 

və məşhur muğam ustası Cabbar Qaryağdıoğlu ilə bağlıdır. Bu haqda bir qədər sonra.

Klassik şeir ənənələrimizin novator davamçısı, Şərqin böyük şeir dühalarının və 

nümunələrinin   mahir   bilicisi   Haşım   bəy   Saqibin   “Divan”ının   nəşri   klassik 

ədəbiyyatımızın   və   poeziya   vurğunlarının   haqlı   olaraq   böyük   sevincinə   səbəb 

olacaqdır. Mükəmməl şəkildə tərtib olunmuş bu kitab mədəni həyatımızda mühüm 

hadisədir.   “Divan”a   şairin   böyük   ustalıqla   qələmə   aldığı,   insanlara   ilahi   eşqi,   əsl 

məhəbbəti tərənnüm edən qəzəlləri ilə yanaşı, yaşadığı dövrün reallıqlarını, o illərin 

müsibətlərini,   xalqımızın   başına   gətirilən   faciələri   əks   etdirən   əsərləri   də   daxil 

edilmişdir.

Bu qiymətli şeir nümunələrindən biri də zamanın ziddiyətli məqamlarını özündə 

səciyyələndirən, uşaqlıq yaddaşıma həkk olan, bu gün də sevə-sevə xatırladığım “Kim-

kimədir”   adlı   şeirdir.   Çünki   atamın   və   anamın   Haşım   bəy   Saqibin   “Kim-kimədir” 

şeirini necə böyük həvəslə, lakin çox həyəcanla əzbərdən oxuması uşaqlıq xatirələrimin 

heç vaxt unudulmayan səhifələrindəndir. Anam da, Haşım bəyin qızı Nuriyyə xanım 

da danışardılar ki, yazdığı bu şeirə və bir neçə başqa şeirlərinə görə Haşım bəy Saqibə 

çox təzyiqlər olmuş, lakin şair öz əqidəsinə sadiq qalmış, zəmanəsinin və  xalqının 

dərdlərinə əsərlərində yer verməkdə davam etmişdir. 

“Divan”la   yaxından   tanışlıqdan   belə   qənaətə   gəlmək   olur   ki,   öz   sələflərinin 

ənənəsini   zənginləşdirən   Haşım   bəy   Saqib   yarım   əsrə   yaxın   bir   zaman   kəsiyində 

ədəbiyyata yeni poetik düşüncə və nəfəs gətirmişdir.

Şairin,   yazıçının   fitri   istedaddan   savayı   mütləq   savadı   olmalıdır.   Yəni,   dünya 

ədəbiyyatının ən yaxşı nümunələrinə bələd olmalı, daha dəqiq desək, yazdığından çox 

mütaliə   etməlidir,   böyük   mədəniyyətə   sahib   olmalıdır.   Haşım   bəyin   əsərlərindən 

aldığımız təəssüratlar deməyə əsas verir ki, o, cəmiyyətə baxışları, xasiyyəti, əməli ilə 

əsil-nəcabətinə layiq olan, savadlı, eyni zamanda son dərəcə mədəni bir şəxs idi. O, 

bolşeviklər   hakimiyyətə   gəldikdən   sonra   “bəy   nəslindəndir”   deyə   ona   xor   baxan, 

cəmiyyətdə sözü keçən ziyalıların hər addımını izləyən, “ədəbiyyat yalnız bolşevik 

ideyasına xidmət etməlidir” fikrini zorla yeritməyə çalışanlara münasibətini şeirlərində 

ifadə edirdi.

Haşım bəy Saqib sözü sözdən seçən, hər kəlmənin uca məqamını dəyərləndirən 

ustad idi. Müasirləri mötəbər şeir məclislərində dəfələrlə onun hazırcavablığının şahidi 

olublar.

3



Anam İzzət xanım Haşım bəy Saqibin qardaşı Kərim bəyin ortancıl qızı idi. Babam 

da kəndin hörmətli adamlarından idi. O, dini təhsil görmüşdü, ərəb fars, türk, rus 

dillərini mükəmməl bilirdi. Bu xalqların ədəbiyyatına dərindən bələd idi.

Haşım   bəy   muğamı,   onun   incəliklərini   çox   gözəl   bilirdi.   Təsadüfi   deyil   ki, 

görkəmli tarzən Mirzə Fərəcin sənətkarlığını, ifa tərzini yüksək qiymətləndirən Haşım 

bəy evində tez-tez muğam-şeir məclisləri qurar və bu məclislərdən xüsusi zövq alarmış. 

“Divan”da yer alan, Mirzə Fərəcin vəfatı münasibəti ilə ona ithaf etdiyi şeir Haşım 

bəyin sənətə və sənətkara verdiyi yüksək qiymətin təzahürüdür. 

Kəndin   ağsaqqallarından   sayılan   İsa   kişi   danışardı   ki,   1930-cu   ildə   Buzovna 

kəndində atam Əliabasla anam İzzət xanımın toy məclisi üç gün-üç gecə davam edib. 

Həmin toy məclisində Bakının və ətraf kəndlərin sayılıb-seçilən adamları, o cümlədən 

Haşım bəy Saqib, Məşədi Azər, Səməd Mənsur, Hacı Dadaş Qaib kimi şairlər iştirak 

etmişlər. Şahidlərin dediyinə görə, xanəndə Cabbar Qayağdıoğlu “Bayatı-Qacar” və 

“Mənsuriyyə” muğamlarını oxuyanda Haşım bəy Saqib göz yaşlarını saxlaya bilmir. 

Bunu görən xanəndə ayağa qalxır, onun üz-gözündən öpür. Sonradan Haşım bəy bu 

hadisədən təsirlənərək böyük muğam ustadına – Cabbar Qaryağdıoğluna bir qəzəl həsr 

edir.

Anam İzzət xanım atası Kərim bəyin və əmisi Haşım bəy Saqibin istirahətlərini 



ovda   keçirmələri  haqqında   ağız  dolusu   danışardı.   Bir   qayda   olaraq   onlar   ova   şair 

Əbdülhəmid Mina və milyonçu-mesenat Şəmsi bəy Əsədullayevlə getməyə üstünlük 

verər və ovdan sonra Buzonadakı malikanələrində məclis qurardılar.

Haşım bəy Saqibin babası Əliyar bəy də, şeir və sənət hamisi idi. Bir dəfə Əliyar 

bəy   şamaxılı   Mahmud   ağa   ilə   birlikdə   “Beytüs-səfa”   şeir   məclisinin   qonağı   olmuş 

fransız yazıçısı Aleksandr Dümanın Bakıya gəldiyini eşidir. Dərhal Aleksandr Dümanı 

evinə   dəvət   edir,   Buzovnadakı   mülkündə   bir   neçə   gün   qonaq   saxlayır,   şərəfinə 

ziyafətlər verir, şeir-muğam məclisləri təşkil edir. Düma Əliyar bəydən minnətdarlıqla 

ayrılır, yerli şairlərin, peşəkar muğam ustalarının ifalarından məmnun qaldığını dilə 

gətirir. Əliyar bəyin ənənələrini sonralar Haşım bəy, Ağa bəy və mənim babam Kərim 

bəy ləyaqətlə davam etdirmişlər.

Bir faktı da qeyd edim ki, Bakıda olarkən görkəmli rus şərqşünası Berezin 1837-ci 

ildə nəşr olunmuş “Qafqaza səyahət” adlı kitabında da Buzovnada Əliyar bəyin qonağı 

olmasından, onun evində şeir-musiqi məclislərində iştirakından bəhs edir.

Əslində   həmin   nəslin   kökləri   çox   uzaqlara   gedir.   Belə   ki,   Haşım   bəyin   atası 

Hacıbəy Heybətbəyovlar nəsli Buzovna kəndində ziyalı və xeyriyyəçi kimi tanınırdı. 

Həmin dövrdə onların xoş sorağı Türkiyə, İsveçrə, Fransa və Almaniyadan gəlirdi. 

Onlar Bakı xanlarının sarayına yaxınlığı ilə tanınır, həmçinin içərişəhərli Mansurovlar, 

Mirbabayevlər, Əsədullayevlər, Muxtarovlar ailəsi ilə dostluq edirdilər. Bütün bunları 

ona görə vurğulayıram ki, XX əsrin əvvəllərində Bakının inkişafı, yuxarıda adı çəkilən 

Bakı milyonçularının bu istiqamətdə gördüyü iri həcmli işlər, Abşeronun ab-havası, 

İslam ənənələrini daim uca tutan Bakı kəndlərində keçirilən poeziya, muğam və təziyə 

məclisləri şairin yaradıcılığına öz təsirini göstərmişdi.

Anamın dediyinə görə, 1931-ci ildə təkcə Heybətbəyovlar və Səmədzadələr nəslini 

deyil, Buzovnanı və Bakının ətraf kəndlərini acı xəbər sarsıtdı. Ömrünün 61-ci ilində 

Haşım bəy Saqib vaxtsız vəfat etdi. Şairin yas məclisinə Bakı, Buxara, Şəki, Dərbənd, 

4



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə