Azərbaycan milli musiqi mədəniyyəti



Yüklə 44,46 Kb.
səhifə1/17
tarix28.11.2023
ölçüsü44,46 Kb.
#136774
  1   2   3   4   5   6   7   8   9   ...   17
MUĞAM CVB


Azərbaycan milli musiqi mədəniyyəti
Az-can xalqının bədii yaradıcılığının zəngin irsi özündə çox əsrli ənənələri cəmləşdirir. Onun geniş yayılmış növləri – Tətbiqi sənət, şifahi xalq yaradıcılığı, musiqi sənəti öz parlaq milli xüsusiyyətləri ilə seçilərək xalq arasında geniş yayılmışdır.Azərbaycan profesional musiqisinin banısı Ü.Hacıbəyov 1945 ci ildə “Vətən uğrunda ” 2 3 cü nomrələrində çao olunmuş “Sovet Az-canın çiçəklənən incəsənəti ”məqaləsibdə xalqımızın mədəniyyət və incəsənətinin uzub əsrlərdən bəri davam edib bu günümüzə qədərki tarixindən söz açaraq yazır “az can xalqının mədəniyyət incəsənəti qədim tarixə malikdir. Az can şeirinin dahi simaları Nizami, Nəsimi, Füzüli, Əbdülqadir Marağai, Səfiəddin Ürməvi və başqaları bütün dunyada tanınmış məşhur şəxsiyyətlərdir. Qədim zamanlardan bəri Azərbaycanın incə rübaisi, şeirləri , müğənnilərimizin nəğmələri Qafqazda, orta Asiyada və yaxın Şərq ölkələrində böuük şöhrət qazanmışdır” Ü. Hacıbəylinin qeyd etdiyi kimi Azərbaycan musiqisi təkcə zaqafqaziyada və orta asiyada deyil , Yaxın v orta şərq ölkələrində də geniş yayılmışdır. Musiqi ədəbiyyatına aid yazılarda bu fikirlərə rast gələ bilərik : German vamberin “ Orta Asiyaya səyahət” kitabında gotürülmüş bir statı misaı göstərmək olar. “Türkmənlər Az Canın yüksəl sivilizasiyasının mərkəzi hesab edirlər Əgər İnsan qəlbini təlatümə gətirən gözəl bir mahnı oxumağı xahiş etsələr , onda salona mütəq azərbaycan təranələri yayilmalidir.” Az can xalq musiqi taradıcılığı deyəndə mahnılar və oyun havaları nəzərdə tutulur. Onların zənginliyi ilk növbədə musiqi forma və janrlarının çoxcəhətliliyində və çoxşaxəliliyində özünü göstərir. Az can xalqını musiqi irsində zəngin və özünə məxsus xalq musiqi yaradıcılığı ilə yanaşı mühüm yeri şifahi ənənəyə əsaslanan profesional musiqi yaradıcılığının zəngin rəngarəng formaları tutur. Xalq musiqi növləri və şifahi ənənəyə əsaslanan profesional musiqi janrları bütün dövrlərdə bir birilə sıx əlaqədədir. Oz kokləri ilə gedib qədim dövrlərə şatan xalq musiqi yaradıılığı şifahi ənənəyə əsaslanan profesional musiqi sənətinin yaranması və getdikcə inkişafı üçün faydalı zəmin olmuşdur. Şifahi profesioal musiqi yazısız əənənələrə əsaslanır . Bu inciləri hələ keçmiş əsrlərdə xalq musiqisi əsasında istedadlı ifaçılar xanəndə və sazandalar yaratmışlar . əsrlər boyu püxtələşmiş muğam dəstgahları , zərbu muğamlar , təsniflər rənglər xanəndə və sazəndə yaradıcılığığının uğurudur. Azərbaycan ənənəvu musiqi mədəniyyəti inkişafına görə iki qrupa bölünür. Xalq və Şifahi profesional musiqiyə ayrılır. Aşıq yaradıcılığını xalq profesional musiqi sənətinə aid etmək olar.

Yüklə 44,46 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə