AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
Aktın növü
Azərbaycan
Respublikası
Mərkəzi
Bankın
İdarə
Heyətinin Qərarı
Qəbul edildiyi tarix
18.04.2012
Qeydiyyat nömrəsi
8
Adı
“Monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər
şəxslər tərəfindən məlumatların Azərbaycan Respublikasının
Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinə təqdim
olunması Qaydalarının təsdiq edilməsi barədə
Rəsmi dərc edildiyi
mənbə
Qüvvəyə minmə
tarixi
03.05.2012
Azərbaycan
Respublikasının
Vahid
hüquqi
təsnifatı üzrə indeks
kodu
090.140.020
Hüquqi
Aktların
Dövlət
Reyestrinin
qeydiyyat nömrəsi
23201204180008
Hüquqi aktın Hüquqi
Aktların
Dövlət
Reyestrinə
daxil
edildiyi tarix
02.05.2012
“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”
Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan
Respublikasının 2011-ci il 15 noyabr tarixli 249-IVQD nömrəli Qanununun tətbiqi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 22 dekabr tarixli
1918 nömrəli Sərəncamının 2-ci hissəsinə əsasən və Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2011-ci il 11 noyabr tarixli 184 nömrəli Qərarı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikası Mərkəzi Bankının normativ xarakterli aktlarının
hazırlanması və qəbul edilməsi Qaydası”nın 2.4-cü bəndinə uyğun olaraq Azərbaycan
Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin təklifləri
nəzərə alınmaqla Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti
Q Ə R A R A A L I R:
1. “Monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən
məlumatların Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə
Monitorinqi Xidmətinə təqdim olunması Qaydaları” təsdiq edilsin (əlavə olunur);
2. Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Qaydaları 3 gün
müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil
edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin;
3. Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi
Xidmətinin 31.05.2010-cu il tarixli, 001 nömrəli qərarı ilə təsdiq edilmiş və Ədliyyə
Nazirliyində 03.06.2010-cu il tarixdə 3867 nömrəli şəhadətnamə verilməklə dövlət
qeydiyyatına alınmış “Monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər
şəxslər tərəfindən məlumatların Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında
Maliyyə Monitorinqi Xidmətinə təqdim olunması Qaydaları” ləğv edilsin;
4. Bu Qərarın icrasına nəzarət Mərkəzi Bankın Baş direktoru R.Orucova həvalə
edilsin.
Sədr Elman Rüstəmov
“Təsdiq edilmişdir”
Azərbaycan Respublikasının
Mərkəzi Bankı
Qərar № 8
18 aprel 2012-ci il
Sədr
_____________________
Elman Rüstəmov
MONİTORİNQ İŞTİRAKÇILARI VƏ MONİTORİNQDƏ İŞTİRAK EDƏN DİGƏR
ŞƏXSLƏR TƏRƏFİNDƏN MƏLUMATLARIN AZƏRBAYCAN
RESPUBLİKASININ MƏRKƏZİ BANKI YANINDA MALİYYƏ MONİTORİNQİ
XİDMƏTİNƏ TƏQDİM OLUNMASI
QAYDALARI
1. ÜMUMİ MÜDDƏALAR
1.1.
Bu Qaydalar "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər
əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə
haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 11-ci
maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 11 noyabr tarixli
184 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Mərkəzi Bankının
normativ xarakterli aktlarının hazırlanması və qəbul edilməsi Qaydası"nın 2.4-cü
bəndinə əsasən hazırlanmışdır.
1.2.
Bu Qaydalar monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər
şəxslər (bundan sonra birlikdə - monitorinq subyektləri) tərəfindən pul vəsaitləri və ya
digər əmlakla əməliyyatlara dair Qanunun 11.1-ci maddəsində nəzərdə tutulmuş
məlumatların (bundan sonra - məlumatlar) Azərbaycan Respublikasının Mərkəzi Bankı
yanında Maliyyə Monitorinqi Xidmətinə (bundan sonra - Maliyyə Monitorinqi Xidməti)
təqdim olunması qaydalarını müəyyən edir.
1.3.
Maliyyə Monitorinqi Xidmətinə verilən məlumatlar monitorinq subyektləri
tərəfindən məxfi saxlanılır. Qeyd olunan məlumatlar monitorinq subyektlərindən
yalnız cinayət prosesini həyata keçirən orqanlar tərəfindən cinayət təqibi ilə əlaqədar
tələb edilə bilər. Bu halda göstərilən məlumatlar yalnız məhkəmənin qanuni qüvvəyə
minmiş qərarı əsasında verilir.
1.4.
Maliyyə Monitorinqi Xidməti təqdim olunmuş məlumatların məxfiliyini və
yalnız Qanunla nəzərdə tutulmuş məqsədlərin həyata keçirilməsi üçün istifadəsini