Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi



Yüklə 489,01 Kb.
Pdf görüntüsü
səhifə1/14
tarix29.01.2018
ölçüsü489,01 Kb.
#22857
  1   2   3   4   5   6   7   8   9   ...   14


 

 

CƏNUBI QAFQAZ 



REGIONUNDA ALMAN 

MƏSKƏNLƏRININ 

SALINMASININ 200 

ILLIYI 


                                  Biblioqrafik icmal 

 

 



 

 

 

 

 

 

 

 

 

 

Bakı  2017

 

 

 

C.Cabbarlı 

adına 

Respublika 

Gənclər 

Kitabxanas

ı

 


 

      30  avqust  2016-



cı  ildə  Azərbaycan  Respublikasının  Prezidenti  "Cənubi  Qafqaz 

regionunda  alman  məskənlərinin  salınmasının  200  illiyi  haqqında"

 

Sərəncam 



imzalamışdır.

 

    



                 

 

Cənubi Qafqa

z regionunda alman 

məskənlərini

 

salınmasının 200 illiyi haqqında 



Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 



        

«Azərbaycanda  yüzillər  boyu  bərqərar  olmuş  tolerantlıq  mühiti  XIX  əsrin 

əvvəllərində buraya köçürüldükləri ilk vaxtlardan alman mühacirlərinin yerli əhali ilə qısa 

müddətdə  dərin  ünsiyyət  qurması  üçün  əlverişli  zəmin  yaratmışdır.  Məskunlaşdıqları  və 

qaynayıb  qarışdıqları  bu  yerləri  İkinci  Dünya  müharibəsi  dövründə  tərk  etmək 

məcburiyyətində  qalsalar da,  onların  özlərindən sonra qoyub  getdikləri tarixi

-

mədə


ni  irsi 

Azərbaycan  xalqı  multikultural  təbiətinə  sadiqlik  nümayiş  etdirərək  lazımınca  qoruyub 

saxlamışdır. Bir

-

birinin milli dəyərlərinə qarşılıqlı hörmət və ehtiram Azərbaycan və alman 



xalqlarının  mədəni  əlaqələrini  səciyyələndirən  başlıca  cəhətdir.  Alman

 

şərqşünasları 



Azərbaycan  xalqının  möhtəşəm  söz  sənəti  yadigarlarının  dünya  elm  aləminə 

tanıdılmasında  mühüm  xidmətlər  göstərmiş,  alman  memarları  isə  Azərbaycanda 

şəhərsalma mədəniyyətinə dəyərli töhfələr vermişlər.

 

       2017-



ci  ildə  Cənubi  Qafqaz  regionunda  alman  məskənlərinin  salınmasının  200  illiyi 

tamam olur. Azərbaycan xalqının tarixi və mədəniyyətində dərin iz qoymuş bu hadisənin 

UNESCO-

nun  “2016–



2017-

ci  illər  üçün  görkəmli  şəxslərin  və  əlamətdar  hadisələrin 

yubileyləri proqramı”na daxil edilməsi təqdirə layiqdir.

 

Azərbaycan  Respublikası  Konstitusiyasının  109



-

cu  maddəsinin  32

-

ci  bəndini  rəhbər 



tutaraq  və  Azərbaycanın  multikultural  ənənələrə  malik  çoxəsrlik  tolerantlıq  məkanı  kimi 

təbliğində  böyük  əhəmiyyətini  nəzərə  alaraq,  Cənubi  Qafqaz  regionunda  a

lman 

məskənlərinin  salınmasının  200



-

cü  ildönümünün  layiqincə  qarşılanmasını  təmin  etmək 

məqsədi ilə qərara alıram:

 

1.   



Azərbaycan  Respublikasının  Mədəniyyət  və  Turizm  Nazirliyi  Azərbaycan 

Respublikasının  Xarici İşlər Nazirliyi və Azərbaycan  Milli Elmlər Akademiyası ilə birlikdə 

Cənubi Qafqaz regionunda alman  məskənlərinin salınmasının 200  illiyinə  həsr olunmuş 

tədbirlərə dair xüsusi proqram hazırlayıb həyata keçirsin.

 

2.  


Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri 

həl


l etsin.

»

 



                                                                                

 

İlham Əliyev



 

                                            

 

          



Azərbaycan Respublikasının Prezidenti

 

                                                          Ba



kı şəhəri, 30 avqust 2016

-



 il. 

 



 

 



 

 

 

 

2017-


ci ildə Cənubi Qafqazda alman yaşayış məntə

-

qələrinin salınmasının (1817) 



200 illik yub

ileyləri qeyd ediləcək

dir. 

            Y

ubiley təklifi Almaniyanın dəstəyi ilə Azərbaycan və Gürcüstan tərəfindən birgə 

qdim edil



mişdir.

 

            



Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Cənubi Qafqazda 

mövcud  olan  alman  irsi  haqqında  film  çəkilişlərinin  aparılması  məqsədilə  nümayəndə 

heyəti ilə görüşmüşdür.

 

            



Almaniya,  Azərbaycan,  Gürcüstan  ölkələrinin  təşəbbüsü  ilə  2016

-2017-


ci  illərdə 

YUNESKO-


nun  yubileylər  proqramı  çərçivəsində  Cənubi  Qafqazda  alman  yaşayış 

məntəqələrinin  salınmasının  (1817)  200  illik  yubileyinin  qeyd  olunması  barədə 

YUNESKO tərəfindən qərar qəbul edilmişdir.

 

 



Bununla  əlaqə

dar  18  oktyabr  2016-

cı  il  tarixində  Azərbaycan  və  Gürcüstanda 

mövcud olan alman irsi haqqında film çəkilişlərinin aparılması məqsədilə mədəniyyət və 

turizm nazirinin müavini Sevda Məmmədəliyeva alman kinorejissoru Fridhelm Brükner və 

onu müşayiət edən həmkarları Ortvin Henniq, Gunter Konrad, Gürcüstan Milli Muzeyinin 

direktor müavini Mixeil Tseretelli ilə görüşmüşdür.

 

 



Görüşdə  Azərbaycan  Respublikası  Prezidentinin  Administrasiyasının  baş 

məsləhətçisi Sudabə Zeynalova və Nazirliyin məsul əməkdaşları da iştirak etmişdir.

 

            



Nazir  müavini  Sevda  Məmmədəliyeva  çıxış  edərək  qeyd  etmişdir  ki,  üç  ölkənin: 

      


Almaniya, Azərbaycan və Gürcüstanın birgə tarixinə həsr olunmuş bu filmin çəkilişi bütün 

xalqlar  üçün  böyük  əhəmiyyət  kəsb  edir  və  Azərbaycanda

  xalqlar

arası  mövcud  olan 

multikultural  mühit  və  tolerantlıq  bu  filmdə  öz  əksini  tapmalı  və  alman  ictimaiyyətinə 

çatdırılmalıdır.  Eyni  zamanda  Sevda  xanım,  çəkilişlərlə  bağlı  müvafiq  tövsiyələr  vermiş, 

əlavə  arxiv  və  foto  materialların  daxil  olunması  zərurətini

 

bildirmiş  və  mövzunun 



tədqiqatçısı olan Sudabə Zeynalovanın elmi və popular əsərlərindən istifadə olunmasını 

tövsiyə etmiş və sözü ona vermişdir.

 

S.Zeynalova öz fikirləri ilə bölüşmüş və çap olunmuş 



bəzi əsərlərinin surətlərini Almaniyadan gələn mütəxəs

-s

islərə təqdim etmişdir.



 

 

F.Brükner  və  O.Henniq  çıxış  edərək  Azərbaycanın  qərb  hissəndə  200  il  bundan 



əvvəl məskunlaşmış Alman köçkünlərinin tarix və mədəniyyətinin qorunması və gələcək 

nəsillərə çatdırılmasında mühüm işlərin həyata keçirilməsinə görə Azərbaycan Xalqına və 

Dövlətinə  dərin hörmət və ehtiramlarını bildirmiş və filmin çəkilişlərinə 2016

-cu  ilin  sonu 

2017-

ci ilin əvvəllərində başlayacaqlarını qeyd edərək, layihənin həyata keçirilməsinə 1



-2 

il vaxt tələb olduğunu vurğulamışdırlar.

 

       

Almaniya  və  Azərbaycan  yaxşı  tərəfdaşlardır.  Biz  bir 

çox  sahələrdə  əməkdaşlıq  edirik.  Bizim  aramızda  çox  fəal 

siyasi dialoq mövcuddur.

 

 

Azərbaycan Respublikasının Prezidenti



  

İlham Əliyev 

 

 

                    



Yüklə 489,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə