AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
BAKI DÖVLƏT UNİVERSİTETİ
R.M.HƏSƏNOV
SIYASI SOSİOLOGİYA
(Ali məktəblər üçün dərs vəsaiti)
Azərbaycan Respublikası Təhsil Nazi
rinin 06 dekabr 2010-cu il tarixli 1574
saylı əmri ilə ali məktəblər üçün dərs
vəsaiti kimi təsdiq edilmişdir
B akı-2 0 1 0
Elmi redaktorlar:
fəlsəfə elmləri doktoru, professor
İ.Ə.Rüstəmov
fəlsəfə elmləri namizədi, dosent
F.Q.Vahidov
Rəyçilər:
fəlsəfə elmləri doktoru, professor
H.İmanov
fəlsəfə elmləri doktoru, professor
M. Əliyev
fəlsəfə elmləri doktoru, professor
E.Nəcəfov
fəlsəfə elmləri namizədi, dosent
Ü.Şəfiyev
Həsənov R.M. Siyasi sosiologiya. Ali məktəblər üçün
dərs vəsaiti. Bakı, 2010, 208 s.
Dərs vəsaiti bütünlükdə sosiologiya və siyasətlə maraqla
nan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. Burada əsas
diqqət müasir siyasi sosiologiya elminin aktual problemlərinə
verilir.
ÖN SÖZ
Oxuculara təqdim olunan bu dərs vəsaiti siyasi sosio
logiyanın bütün problemlərini əhatə etməyi qarşısına məqsəd
qoymasa da müəyyən mövzu və məsələlərə diqqəti yönəldir.
Bu məqsədlə bu gün siyasi sosiologiyada xüsusi maraq
doğuran bir sıra nəzəriyyələr və mövzular işıqlandırılır.
Dərs vəsaiti iki bölmədən ibarətdir. Birinci bölmədə
siyasi sosiologiyanın bir sıra nəzəri əsasları işıqlandırlır ki,
bura da hakimiyyət, elitalar, liderlik, nüfuz, sinif, status, le
gitimlik, bürokratiya və s. haqqındakı nəzəriyyələri aid et
mək olar. Burada diqqəti çəkən daha bir məqam da siyasi və
qeyri-siyasi sistemlərin təhlili, seçkilərin sosiologiyası və so
sial dəyişikliyə dair mövzuların oxucuların diqqətinə çatdırıl
masıdır. Dərs vəsaitinin ikinci bölməsində isə müasir siyasi
sosiologiyanın nəhəngləri sayılan K.Marksın, M.Veberin və
T.Parsonsun sosial-siyasi baxışlarının hərtərəfli təhlili verilir.
3
BÖLMƏ I. SIYASI SOSİOLOGİYANIN ƏSASLARI
FƏSİL I. SIYASI SOSİOLOGİYANIN TƏBİƏTİ VƏ
ƏHATƏ DAİRƏSİ
1. Siyasi sosiologiya nədir və nəyi öyrənir?
Siyasi sosiologiya siyasətin sosial konteksti haqqında
elmdir. Siyasi sosiologiya sosiologiyanın bir sahəsi olaraq
cəmiyyət daxilində və ya cəmiyyətlər arasında hakimiyyətin
paylanmasının sosial səbəb və nəticələrini, hakimiyyətin
paylanılmasmda dəyişikliklərə gətirən sosial və siyasi kon
fliktləri öyrənir. Seymur Martin Lipset tamamilə haqlı olaraq
qeyd edir: “Əgər sosiologiya üçün əsas məsələ cəmiyyətin
sabitliyidirsə, siyasi sosiologiya üçün bu - siyasi rejimin ...
sabitliyidir”1. Buradan da siyasi sosiologiya siyasi və sosial
fenomenlər (yaxud dövlətlə vətəndaş cəmiyyəti) arasındakı
qarşılıqlı əlaqəni tədqiq edən elm kimi xarakterizə oluna
bilər.
Bu elm sahəsinin kökləri qədimlərə gedib çıxsa da
(məs., Platon, Aristotel antik dövrdə, Makiavelli, Hobbs
Yeni dövrdə və s.) o əsas nəzəri problematikasmı XIX əsrin
nəhəngləri sayılan Hegel, Marks və Tokvilin, XX əsrin
əvvəllərində yaşamış Veber, Mixels və Dürkheymin əsərlə
rindən götürmüşdür. Bu əsasda siyasi sosiologiyanın bir elm
kimi birinci Dünya müharibəsi ərəfəsində yaranmasını gös
tərmək olar.
1 Politics: Who gets What, When, How. New York: Meridian Books,
1958, pp.91-92.
4
Siyasi sosiologiya bu elmin formalaşmasında böyük
rol oynamış Reynard Bendiks və Martin Lipsetlə yanaşı
Barrinqton Mur, Vilyam Komhauzer, Robert Leyn və müəy
yən dərəcədə bu sahəyə aidiyyatı olan Karl Doyç, Qabriel
Almond, Sidney Verba, Harri Ekştayn və Devid Apterin
əhəmiyyətli elmi işləri nətəcəsində qəti olaraq xüsusi bir elm
sahəsinə çevrilə bilmişdir. “Siyasi sosiologiya” termini 1930-
cu illərin əvvəllərində bir sıra tədqiqatları ifadə etmək, eləcə
də kommunist inqilabları, faşizmin yayılması və ikinci
Dünya müharibəsi ilə əlaqədar baş verən sosial və siyasi
dəyişiklikləri əks etdirmək üçün qəbul edildi.
2. Siyasi sosiologiya, yoxsa siyasətin sosiologiyası?
Siyasi sosiologiya, yoxsa siyasətin sosiologiyası?
“Siyasətin sosiologiyası” və “siyasi sosiologiya”
anlayışları ilə bağlı bir sıra suallar meydana çıxır. Bunlar
eyni, yoxsa fərqli terminlərdir? Əgər bu terminlər arasında
fərq yoxdursa, onda niyə onların hər ikisi də işlədilir?
Siyasətin sosiologiyası siyasi sfera və onun institut
larının digər ictimai institutlarla əlaqəsini öyrənən bir elm
sahəsidir. Siyasətin sosiologiyası siyasi sistemin, qeyri-siyasi
sistemlərin, siyasi aktorların, siyasi davranışın, siyasi təsisat
ların, siyasi proseslərin, siyasi kommunikasiya və siyasi
nəticələrin sosioloji fonunun sistematik tədqiqini nəzərdə
tutur. Bütün bunlar siyasi sosiologiyada da geniş öyrənilir.
Lakin siyasətin sosiologiyası o qədər də uğurlu anlayış
olmayaraq hakimiyyət münasibətləri də daxil olmaqla ictimai
həyatın bütün sahələrində məqsədyönlü fəaliyyətə dair çox
geniş problemləri əhatə edir və burada siyasət tədqiqatçı
üçün kənardan müşahidə edilən, onun daxil olmadığı, zahi
5
rən ondan uzaq bir fenomen kimi çıxış edir.
Siyasi sosiologiya anlayışına gəldikdə isə burada
insanın hər hansı bir sosial qrup və ya sosial təşkilatın üzvi
kimi bütün problemlərə deyil, yalnız hakimiyyətlə qarşılıqlı
münasibətlərinin, bu və ya digər siyasi aksiyalara münasi
bətdə mövqeyinin qiymətləndirilməsi mühüm əhəmiyyət
kəsb edir. Siyasi sosiologiya diqqəti sözün dar mənasında
yalnız siyasət problemlərində (insanların siyasi vəziyyəti,
siyasi meylləri və siyasi inkişaf problemlərini qavraması,
siyasi həyatda iştirakı və s.) cəmləşdirir. Nəhayət, müasir
elmi ədəbiyyatda demək olar ki, “siyasi sosiologiya”ya
“siyasətin sosiologiyası” anlayışından daha çox rast gəlinir.
3. Siyasi sosiologiyanın obyekti və predm eti
Siyasi sosiologiyanın obyekti sosiologiyanın obyek
tindən heç nə ilə fərqlənmir. Sosiologiyanın obyekti isə
bildiyimizə görə, vətəndaş cəmiyyətidir.
Vətəndaş cəmiyyətinin partiyalar, ictimai təşkilatlar,
könülli birliklər, vətəndaş təşəbbüsləri və s. kimi qurumları
dövlətə bir müxalif olaraq yaranmışlar. Onlar dövlət prob
lemlərinin alternativ həlli yollarını irəli sürür, lazım gəldikdə
onları şübhə altına da alırlar.
Beləliklə, Siyasi sosiologiyanın obyekti vətəndaş
cəmiyyətinin siyasi həyatıdır.
Siyasi sosiologiyanın predmetini siyasi həyatm sub
yekti olan şəxsiyyətin siyasi şüuru və davranışı təşkil edir.
Müasir cəmiyyətdə hər bir insan siyasi münasibətlərin sub
yektidir. İnsanların siyasi həyatda iştirakdan istənilən şəkildə
uzaqlaşdırılması ciddi nəticələrə gətirib çıxara bilər. İstənilən
səviyyəli rəhbərin və ya siyasi təşkilat strukturunun rolu nə
6
qədər əhəmiyyətli olsa da insanların siyasət sahəsində şüur
və davranışları son nəticədə həmişə həlledici olaraq qalır.
4. Siyasi sosiologiyada elmi yanaşmalar
Burada üç elmi yanaşma nəzərdən keçiriləcək: bi-
heviorist, sistem təhlil və input-autput (bu termin Azər
baycan dilinə “giriş-çıxış”, “töhfə-məhsul”; “goyuluş-nəticə”
və s. kimi tərcümə edilə bilər) təhlilləri.
4.1. Biheviorist yanaşm a
Bu metod mənşə etibarilə psixologiyaya məxsus olsa
da digər elmlər, məsələn, tarix, iqtisadiyyat, antropologiya,
siaysi elm, sosiologiya, siyasi sosiologiya və s. tərəfindən də
istifadə olunur. Biheviorizm şüuru elmi tədqiqatın predmeti
kimi inkar edir. Bu nəzəriyyəyə görə, insan psixikası
müxtəlif davranış formalarının təzahürüdür. İnsan davranışı
isə orqanizmin xarici mühitin stimullarına (S) göstərdiyi
reaksiyaların (R) cəmidir (S—*R). Metodoloji cəhətdən
biheviorizmin ilkin şərtini pozitivist fəlsəfəsinin prinsipləri
təşkil edir ki, buna da əsasən, elm yalnız bilavasitə müşahidə
edilə biləni tədqiq etməlidir.
Biheviorizm XX əsrin əvvəllərində ABŞ-da yaran
mışdır. Onun banisi Con Votson öz baxışlarını “Psixologiya
biheviorist mövqeyindən” və “Biheviorizm” kimi əsərlərində
ifadə etmişdir. Bu nəzəriyyənin digər nümayəndələrindən
Eduard Tomdaykın, Berres Skinnerin (“Elm və insan
davranışı”), Talkott Parsonsun, Eduard Şilzin, eləcə də İvan
Pavlovun, Vladimir Bexterevin, İvan Seçenevin və b.
adlarını çəkmək olar.
Biheviorizmə görə, insanın davranışını öyrənmək
7
Dostları ilə paylaş: |