DüŞÜNƏN İnsan avqust 2013; Elmi-kütləvi, mənəvi-psixoloji jurnal



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə1/20
tarix18.04.2018
ölçüsü0,56 Mb.
#39102
  1   2   3   4   5   6   7   8   9   ...   20




1

DÜŞÜNƏN İNSAN - Avqust 2013; 

Elmi-kütləvi, mənəvi-psixoloji jurnal

Təsisçi və redaktor: Ziya Kazımov

Ünvan: Bakı şəhəri, M.Şərifzadə küçəsi 78/57

Telefon: (077) 381 61 91; E-mail:admin@dusuneninsan.info

“Düşünən İnsan” jurnalı Azərbaycan Respublikası Ədliyyə

Nazirliyində qeydiyyatdan keçmişdir.Qeydiyyat N 3418  



içindəkilər

DÜŞÜNƏN İNSAN ; AVQUST 2013

İslam dünyasında keçən ay

Quranda bəhs edilən İrəm şəhəri

Biomimetika

Dəyərli qida mənbəyi: balıq

Allah’a necə yaxın ola bilərik?

Allah’ın isimləri: Kəbir

Eritrositlərin xüsusi olaraq 

yaradılmış yastı forması

Pinqvinlərin qeyri-adi xüsusiyyətləri

Allah rızasının ən coxunu axtarmaq nədir?

Özünü aldatmaq əvəzinə səmimiyyət

Həzrəti Muhəmmədin (s.ə.v)

gənclərə verdiyi dəyər

Fosillər təkamülü təkzib edir

Maddə dediyimiz məfhumun nə 

olduğunu tam olaraq bilirikmi ?

Bir ayə, bir açıqlama

6

14

8



20

24

37



38

46

42



50

56

60



64

53

16



48

54

10



28


2

 

Yer  planeti,  bildiyimiz  kimi,  Günəş  sisteminin  bir  parçasıdır.  Günəş 



sistemi isə qüsursuz planın və mükəmməl tarazlıqların olduğu bir məkandır. 

Günəşin  diametri  Yerin  diametrinin  103  misli  qədərdir.  Bunu  bir  bənzətmə  ilə 

açıqlayaq:  Əgər  diametri  12.200  km  olan  Yeri  bir  üzüm  çəyirdəyi  böyüklüyünə 

gətirsək, Günəş də bildiyimiz futbol topunun iki misli qədər böyüklükdə dairəvi bir 

kürə halına gələr. Əsl maraq doğuran şey aradakı məsafədir.

  Təsəvvür  edilə  biləcək  bir  model  qurmağımız  üçün  üzüm  çəyirdəyi  böyüklüyündəki 

Yer ilə top böyüklüyündəki Günəşin arasını təxminən 280 metr etməliyik. Günəş sisteminin 

xaricində olan planetləri isə kilometrlərlə kənara daşımağımız lazım olacaq. 

 

Göy  cisimlərinin  kosmosdakı  mövqeləri  və  aralarındakı  bu  nəhəng  boşluqlar  Yerdə 



canlı həyatın mövcud ola bilməsi üçün zəruridir. Göy cisimləri arasındakı məsafələr Yerdəki 

həyatı  dəstəkləyəcək  şəkildə  bir  çox  universal  güclə  münasib  bir  uyğunluq  təşkil  edir.  Bu 

məsafələr planetlərin orbitlərinə, hətta varlıqlarına təsir edir. Bu məsafələr indiki ölçüdən daha 

az  olsaydı,  ulduzlar  arası  cazibə  qüvvəsi  planetlərin  orbitlərini  möhkəm  olmayan  və  qeyri-

sabit hala gətirəcəkdi. Bu isə planetlərdə çox yüksək hərarət dəyişikliyinə gətirib çıxaracaqdı. 

Əgər boşluqlar bir az daha çox olsaydı, ifrat yeni ulduzlarla kosmosa atılan ağır elementlərin 

yayılması  çox  seyrək  olacaq  və  Yer  kimi  dağlıq 

planetlər meydana gələ bilməyəcəkdi. 

 

Ulduzlar arasında hal-hazırda mövcud 



olan boşluqlar Yer kimi bir planet sisteminin 

mövcud  ola  bilməsi  üçün  ən  ideal 

məsafəyə malikdir.



3


4

   ELM ADAMLARI İLK DƏFƏ PƏTƏK GÖZ DÜZƏLDİBLƏR

 

Drozofil milçəyindən ilham alaraq panoramik görüntü verən süni pətək göz düzəldilib.



 

Avropalı elm adamları milçəklər və bənzər canlıların müxtəlif tərəflərdəki sürətli hərəkətləri 

eyni anda sezmə xüsusiyyətini ilk dəfə süni gözə tətbiq etməyi bacarıb.

 

“PNAS” jurnalında dərc olunmuş tədqiqatda elm adamları drozofil milçəklərinin gözündən 



nümunə  götürərək  düzəldilən  “CurVACE”  adlanan  prototipin  bükülmədən  ətrafdakı  müxtəlif 

sıxlıqdakı işıq dəstələrinə uyğunlaşan, yüksək meqapikselli panoramik görüntü təmin etdiyini 

vurğulayıblar.

 

Yüksək sürət tələb edən vəziyyətlərdə, məsələn, quruda və ya havada 



toqquşmaların qarşısının alınması üçün süni gözdən üçölçülü təyin etmə 

sistemlərində istifadə olunacağı bildirilib.

 

Tədqiqatçılar 360 dərəcəlik görmə əldə etmək üçün 2 süni gözü arxa-



arxaya birləşdirməyin kifayət etdiyini qeyd ediblər.

4

Düşünən İnsan, 

Avqust  2013

www.sosialdarvinizm.com




5

BİTKİLƏR GÖBƏLƏK TORU İLƏ 

XƏBƏRLƏŞİRLƏR

 

Bitkilər yerin altındakı göbələk torundan 



istifadə  edərək  bitki  bitlərinin  hücumunu  bir-

birlərinə xəbər verirlər. 

 

Bitkilərin  hava  yolu  ilə  xəbərləşdiyi 



bundan  əvvəl  sübut  olunmuş,  məhv  olmuş 

bitkinin sorduğu kimyəvi maddələrin qonşu bitki 

tərəfindən müəyyən edildiyi üzə çıxarılmışdı. 

 

Yeni  aparılmış  bir  tədqiqata  əsasən, 



bitkilər  yerin  altında  mycorrhizae  adlı 

göbələklərdən  ibarət  tor  ilə  bir-birlərinə 

bağlıdırlar.

 

“Ecology  Letters”  adlı  jurnalda  dərc 



olunmuş  tədqiqat  bu  göbələklərin  bitkilər 

arasında ünsiyyətə kömək etdiyini aşkar edib.

İngiltərədəki  ekoloji  tədqiqat  institutlarının 

apardığı tədqiqatda göbələklərin əmələ gətirdiyi 

ipəbənzər torun təsirləri tədqiq olunub.

 

Tədqiqat  qrupu  xüsusilə  bitki  biti 



hücumunun təsirini araşdırıb.

 

Bir çox bitki həm bu bitləri uzaqlaşdıran, 



həm  də  onlarla  qidalanan  eşşək  arılarını  cəlb 

edən  kimyəvi  maddələr  ifraz  etməklə  bitlərə 

qarşı mübarizə aparır.

 

Tədqiqat  qrupu  beş  paxla  bitkisi 



yetişdirərək  bunlardan  üçündə    mikoriza 

(mycorrhizae)  göbələk  torlarının  əmələ 

gəlməsinə  imkan  verib,  digərlərində  bunun 

qarşısını alıb.

 

Hava  yolu  ilə  rabitəni  kəsmək  üçün 



bitkilər torbalarla örtülüb.

 

Bir  bitkinin  bitki  bitlərinin  hücumuna 



məruz  qalmasına  imkan  verilib.  Mikoriza 

göbələkləri  olan  bitkilərin  dərhal  kimyəvi 

müdafiə  sistemi  qurduqları  müşahidə  olunub, 

digərlərində  isə  heç  bir  kimyəvi  reaksiya  baş 

verməyib.

 

Tədqiqat  qrupundan  olan  Con  Piket 



mikoriza  göbələyinin  bitkidən  fotosintez 

məhsulları aldığına görə bitkiyə yaxşılıq etdiyini 

–  bitkilər  arasında  rabitə  funksiyası  yerinə 

yetirdiyini açıqlayıb.

 

Piket  bu  sistemin  təsirli  və  güclü 



olduğunu vurğulayıb.

5

Düşünən İnsan, 

Avqust  2013

Düşünən İnsan, Avqust 2013




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə