Fənnin adı: Fövqəladə halların təhlükəli amilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/82
tarix28.11.2023
ölçüsü5,01 Kb.
#135238
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   82
a35522fd6f49dc7d35fba0d0b6a3640c



Azərbaycan Respublikası Təhsil Nazirliyi 
Azərbaycan Memarlıq və İnşaat Universiteti
 Fakültə : İnşaat-texnologiya
Kafedra: Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi
Fənnin adı:
Fövqəladə halların təhlükəli amilləri
Mövzu: 1

XXI əsrdə təhlükələr və təhlükəsizlik problemi. 
 
Mühazirəçi:
 E.K.Qafarov
Mühazirənin planı : 
1.Təhlükəsizlik anlayışı, fövqəladə hadisələrin qabaqlanması üzrə siyasətin 
istiqamətləri,elmi-texniki tərəqqidən irli gələn məsələlər, təhlükəsizliyin təminatı 
problemi. 
2.Azərbaycan Respublikasına xaricdən və daxildən təsir edən təhlükələrin 
xarakteristikaları.
Ədəbiyyat: 
1. Ocaqov H.O., Nağıyev. N.T., Muxtarov .R.M ,Müliki müdafiə Bakı -2011. 397 s 
2.C.N.Qasımov .,N.Z.Abdullayev. Fövqəladə halların təhlükəli amilləri Bakı -
2017. 390 səh. 
3.С.В.Ефремов,В.В.Цаплин.Безопасность в чрезвычайных ситуациях.Санкт-
Петербург,2011 .253 səh.
4. Сычев, Ю. Н. Безопасность жизнедеятельности в чрезвычайных ситуациях
- М.: Финансы и статистика, 2015. - 224 c.
 
5. H.O.Ocaqov. Fövqəladə hallarda həyat fəaliyyətinin təhlükəsizliyi (Mülki 
müdafiə) Bakı 2010, səh.388 
6.Ocaqov H.O., Hacıyev A.İ.Sabitliyi pozan amillər və onların nəticələrinin
xarakteristikası. Bakı-2003. 189 səh.
 
7.
 
Fövqəladə halların təhlükəli amilləri
fənni üzrə elektron mühazirələr 
toplusu.Bakı-2021 (azmiu.edu.az) 
Bakı-2021 


1.Təhlükəsizlik anlayışı, fövqəladə hadisələrin qabaqlanması üzrə siyasətin 
istiqamətləri,elmi-texniki tərəqqidən irli gələn məsələlər, təhlükəsizliyin təminatı 
problemi. 
XXI əsr artıq rəqəmsallaşma dövrünü yaşayır.İKT-nin geniş imkanları bütün 
sahələrdə 
özünü 
göstərir.Eləcə 
də 
fövqəladə 
halların 
idarəolunması 
,proqnozlaşdırılması istiqamətlərində tətbiq olunur.2020-ci ildə ikinci Qarabağ 
müharibəsi onu göstərdi ki,artıq müharibələrin də formatı dəyişmişdir. 
Həmçinin məsafədən idarəolunan texniki vasitələr fövqəladə hadisələrin 
idarəolunmasında tətbiq edilə bilər. 
Digər bir məsələ ondan ibarətdir ki ,mövcud qloballaşma dövründə informasiya 
təhlükəsizliyinin təminatı mürəkkəbləşmişdir.Buna təkan verən isə mövcud 
informasiya mənbələridir. 
XXI əsr bütün dünyada “ekologiya, sabit inkişaf və sağlamlıq” əsri elan 
edilmişdir. Lakin buna baxmayaraq şahidi oluruq ki,təbii xarakterli fövqəladə 
hadisələr daha tez-tez baş verir və geniş miqyas alır. 
XXI əsrin imperativləri və əsas tələbləri başqa cürdür. Burada başlıca tələblər - 
dəyanətlilik, təhlükəsizlik və keyfiyyətdir. Burada fənlərarası sintez, 
ümumiləşdirici yeni metodlar aparıcı tendensiya mahiyyəti kəsb edir. Bu gün 
alimin cəmiyyətə hər hansı problemin həlli yolunu göstərməsi kifayət deyil, indi 
həm də bu yolun, bu sahədə görüləcək tədbirlərin nəticələrini tədqiq etmək, bu 
nəticələri qabaqcadan qiymətləndirmək tələb olunur. Bu zaman insan, bütünlükdə 
cəmiyyət, eləcə də cəmiyyətin əsas məqsədi - hər bir şəxsin həyatı və mənafeyinin 
qorunması - diqqət mərkəzində dayanmalıdır. 


Cəmiyyətin müasir inkişaf dövrü insanla onu əhatə edən təbii mühit arasındakı 
ziddiyyətlərin kəskinləşməsi, fövqəladə hadisələrin (FH) artması tendensiyası ilə 
xarakterizə edilir. İqtisadi inkişaf nəticəsində biosferaya düşən antropogen, insan 
amilli təsirin səviyyəsi böhran həddinə yaxınlaşmışdır və bütünlükdə bəşəriyyət 
üçün fəlakətli dönməz nəticələr törəməsi təhlükəsi yaradır. İqtisadiyyatın əsasən 
intensiv inkişafı və bunun sayəsində bir çox məqsədlər üçün istifadə edilə biləcək 
bir sıra təbii ehtiyat növlərinin ancaq bir məhdud məqsəd üçün işlədilməsi, təbii 
xammallardan olduqca səmərəsiz istifadə, müvafiq ekoloji sistemlərin təsərrüfat 
tutumu nəzərə alınmadan istehsalatların azsaylı bəzi məhdud regionlarda toplanıb 
təmərküzləşməsi, məişət və istehsalat tullantılarının təkrar istehsal və 
utilləşdirilməsi üçün müvafiq obyektlərin olmaması da ətraf mühitə xeyli neqativ 
təsir göstərməkdədir. Əsas fondların aşınması nəticəsində müəssisələrin 
əksəriyyətində köhnəlmiş texnologiyalardan istifadə edilməsi, texnoloji 
avadanlıqların etibarsızlığı və s. vəziyyəti daha da mürəkkəbləşdirir. 
FH vurduğu birbaşa ziyanın onların nəticələrinin aradan qaldırılması və zərər 
çəkmiş əhalinin və ərazilərin reabilizasiya - bərpa edilməsi üçün xərclərin 
miqyasının durmadan artdığını nəzərə alaraq belə bir nəticəyə gəlmək olar ki, 
yaxın gələcəkdə respublikamızın iqtisadiyyatı bir sıra göstəricilər üzrə fövqəladə 
hadisələrin yeritdiyi zərərin yerini doldurmaq qabiliyyətində olmayacaqdır. Belə 
vəziyyətdə FH təhlükəsi ehtimalının, onların nəticələrinin miqyasının azaldılması 
üzrə görülən qabaqlayıcı tədbirlərin səviyyəsini və effektivliyini kəskin surətdə 
yüksəltməyən iqtisadiyyatın dəyanətli və etibarlı inkişafının təmin edilməsi qeyri-
real olar. 


Bir sıra təbii fəlakətlərin qarşısının alınması mümkün olmadığı üçün, onların 
vurduğu zərərin və törətdiyi itkilərin azaldılması uğrunda mübarizə - bu sahədə 
respublikada dövlət siyasətinin vacib elementlərindən biri kimi əhəmiyyət kəsb 
edir ki, bu gün də təməlini təhlükə törədən fəlakətin proqnozlaşdırılması və bu 
barədə insanlara vaxtında xəbər verilməsi təşkil etməlidir. Nəzərdən keçirilən 
problemlərin həlli üçün vahid “El-hüquq-siyasət” üçlüyü çərçivəsində yollar 
axtarmaq təklif edilir. Belə halda riskin (təhlükənin) azaldılması və fövqəladə 
hadisənin nəticələrinin zəiflədilməsi yollarının axtarılması vəzifəsi təbiət elmlərinə 
həvalə olunur. Hüquq sahəsinin rolu isə təbiət elmlərinin tələblərini normativ 
sənədlərdə göstəriş formasında əks etdirmək və bu göstərişlərə əməl olunmasını 
təmin etməkdən ibarətdir; müəyyən olunmuş və dövlət tərəfindən qorunan belə 
norma və qaydalar əsasında da dövlət hakimiyyət orqanlarının fəaliyyətini 
müəyyən edən və riskin azaldılmasına FH nəticələrinin zəiflədilməsinə yönəldilmiş 
dövlət siyasəti formalaşmalıdır. Yüksək dərəcədə inkişaf etmiş ölkələrdə 
təhlükəsizliyin təmin olunması sahəsindəki təcrübə göstərir ki, fövqəladə 
hadisələrin qarşısının alınması probleminin həlli bu gün nəhəng maddi xərclər 
tələb edir, bunlarda təhlükəsizlik səviyyəsi yüksəldikcə sonsuz dərəcədə artmağa 
meyillidir. Ehtiyatlarımızın məhdud olduğu bir şəraitdə, bu ehtiyatların 
miqdarından asılı olmayaraq onların bu və ya digər təhlükəli yaranan riski 
azaltmaq 
üçün 
bölüşdürülməsinin 
səmərəliliyə 
və 
optimallığının 
qiymətləndirilməsi məsələsi vacib əhəmiyyət kəsb edir. Buna görə də 
təhlükəsizliyin təminatı üzrə problemlər xeyli dərəcədə iqtisadi qanunla və siyasi 
qərarlarla müəyyən edilir. 
Təhlükəsizliyin təminatı problemi aşağıdakı istiqamətlər üzrə aparılan elmi 
axtarışları əhatə edir: 
· sosial-iqtisadi sistemin inkişafını göstərən dinamik modellərin yaradılması; 
· təhlükəsizliyin təminatı problemi üzrə məqsədli funksiyasının tərtib edilməsi 
və funksiyanın sosial-iqtisadi sistemi idarə etməyə imkan verən müvafiq dəyişkən 
ünsürlərinin müəyyənləşdirilməsi. 


Azərbaycanda əhalinin və ərazinin təhlükəsizliyi üzrə təminatın əsaslı sistemi 
olmaqla risklərin araşdırılması və idarə edilməsi prinsipinin qəbul edilməsi təbii və 
texnogen xarakterli fövqəladə hadisələrin sayının artması sahəsindəki neqativ 
tendensiyaların qarşısının alınmasına imkan yaradır.
Hazırda cəmiyyətdə risklərin idarə edilməsi sisteminin yaradılması zərurəti 
meydana çıxmışdır. 
Bu problemi riskin idarə edilməsi üzrə aşağıdakı 4 prinsip əsasında həll etmək 
təklif olunur ki, həmin prinsiplər də qarşılıqlı əlaqəli vahid bir sistem kimi nəzərdə 
tutulmalıdır. Risklərin idarə edilməsi üzrə bu prinsiplərdən hər biri ayrı-ayrılıqda 
dayanıqlı inkişafın təmin olunması üzrə lazımi şərtlərdən biri sayılır. Prinsiplər 
bunlardır: 
Əməli fəaliyyətə və görüləcək işlərə haqq qazandırılması prinsipi - riskin idarə 
edilməsinin strateji məqsədi cəmiyyətdə rifah həyat səviyyəsinin yüksəldilməsinə 
imkan yaratmaqdır; lakin bu fəaliyyət aşağıdakı şərtin hökmən gözlənilməsi 
şəraitində olmalıdır: əgər hər hansı bir məqsədin reallaşdırılmasına yönəldilmiş 
əməli fəaliyyətinin cəmiyyətə verəcəyi fayda onun vuracağı zərərdən artıq 
olmayacaqsa, heç bir belə fəaliyyətə haqq qazandırmaq, yəni onu məqbul saymaq 
olmaz; 
Ekoloji sistemlərin dayanıqlığı prinsipi - riskin idarə edilməsi sahəsində 
yürüdülən siyasət, məcburi bir şərt olaraq ekosistemlərə göstərilən təsirlərin ciddi 
məhdudlaşdırılması çərçivəsində həyata keçirilməli, bu təsir ekosistemlərə 
göstərilə biləcək təsirlərin yolverilən kəmiyyətlərindən artıq olmalıdır. 
Fövqəladə hadisələrin qabaqlanması (qarşısının alınması) üzrə siyasətin iki 
istiqamətdə detallaşdırılması təklif olunur. 
Birinci istiqamət - fövqəladə hadisə mənbələrinin yaratdığı riskin (təhlükənin) 
azaldılmasına yönəldilən siyasət, buraya aşağıdakı məsələlər aid edilir. 
· fövqəladə hadisə mənbələrinin törətdiyi cürbəcür risklərin identifikasiya edilib 
eyniləşdirilməsi və qiymətləndirilməsi; 


· fövqəladə hadisə mənbələrinin törətdiyi risklərin idarə edilməsi; bunda 
məqsəd - sosial tələbləri və iqtisadi imkanları nəzərə almaqla riskləri mümkün olan 
ən aşağı səviyyəyədək zəiflətməkdir; 
· fövqəladə hadisə mənbələrinin monitorinqi (müşahidəsi) sisteminin 
yaradılması; bu sistem fövqəladə hadisələrin baş verməsi imkanlarını uzun müddət, 
orta və qısa müddətlər üçün proqnozlaşdırmaqla habelə onların nəticələrini 
qiymətləndirməklə məşğul olmalıdır. 
İkinci istiqamət - fövqəladə hadisələrin insanlara və ərazilərə təsirinin 
nəticələrinin zəiflədilməsinə yönəldilən siyasət; belə siyasət aşağıdakıları əhatə 
edir; 
· fövqəladə hadisə mənbəyinin yerləşdiyi ərazidə torpaqlardan istifadəni 
planlaşdırarkən bu tələbin ciddi gözlənilməsinə nail olmalı: hər-hansı bir fəaliyyət 
növü hazırda mövcud olan riskin səviyyəsinin (təhlükə mənbəyinin törətdiyi 
“qalıq” riskin səviyyəsinin) əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb olmamalıdır; 
· fövqəladə hadisə və onun nəticələrinin aradan qıldırılması üzrə qəzalar zamanı 
operativ fəaliyyət planının işlənib hazırlanması; 
· fövqəladə hadisə təhlükəsi və onun nəticələrinin zəiflədilməsi tədbirləri barədə 
əhalinin məlumat və bilik səviyyəsinin yüksəldilməsi; 
Fövqəladə hadisə mənbəyinin yaratdığı “qalıq” risklər müşahidə üzrə 
monitorinq sisteminin yaradılması, uzun, orta və qısa müddətlər üçün fövqəladə 
hadisənin proqnozlaşdırılması və nəticələrinin qiymətləndirilməsi. 
Hazırkı birinci mərhələdə fövqəladə hadisələri və onların nəticələrinin aradan 
qaldırılması vaxtı operativ fəaliyyət göstərməklə qəzalar və fəlakətlərdən əhalinin 
xilas edilməsi məsələlərinin həllinə əsas diqqəti yönəltmək tələb olunur. Bu 
məqsədlə: 
· əhalinin və ərazilərin fövqəladə hadisələrdən mühafizəsinin təmin edilməsi 
üzrə normativ-hüquqi bazanın əsaslarını işləyib hazırlamaq; 
· fövqəladə hadisələrin qarşısının alınması və aradan qaldırılması üçün yüksək 
dərəcədə səmərəli texnologiyalar texniki vasitələrin işlənib hazırlanması; 


· fövqəladə hadisələrin monitorinqi və proqnozlaşdırılması sisteminin 
yaradılması və inkişafı sahəsində iş aparmaq, xüsusən də fövqəladə hadisələrin 
monitorinqi proqnozlaşdırılması üzrə Agentlik yaradılması və buraya 
respublikanın müvafiq təşkilatları və elmi-tədqiqat müəssisələrin cəlb olunması; 
· təbii və texnogen xarakterli fövqəladə hadisə nəticələrinin aradan qaldırılması 
üçün nəzərdə tutulan idarəetmə orqanlarının, qüvvə və vasitələrin fəaliyyətə 
hazırlığının təmin edilməsi; 
· beynəlxalq humanitar tədbirlərin təşkili və həyata keçirilməsi sisteminin 
yaradılması; 
· şagirdlərin bu sahə üzrə tədrisinin vahid sisteminin yaradılması lazımdır. 
Fəlakətlərlə mübarizənin yeni ideologiyasını yaratmaq və onun əsasında 
risklərin azaldılması və fövqəladə hadisə nəticələrinin zəiflədilməsi sahəsində 
dövlət strategiyasının təməlini elmi cəhətdən əsaslandırılmış və iqtisadi cəhətdən 
məqsədyönlü tədbirlərin reallaşdırılması təşkil etməlidir. 
Təbii və texnogen mənşəli fövqəladə hadisələrin yaratdığı təhlükənin 
azaldılması və nəticələrinin zəiflədilməsi Azərbaycan Respublikası üçün son 
dərəcə vacib əhəmiyyət kəsb edir və bu problemin həlli milli təhlükəsizliyin təmin 
edilməsi üzrə prioritet sahəyə aiddir. Həmin problemin həlli üçün təxirəsalınmaz 
tədbirlər görülməsi tələb olunur ki, bu tədbirlər sayəsində ölkə iqtisadiyyatının 
dəyanətli inkişafı və geniş təkrar istehsal imkanları üçün lazım olan şəraitin 
itirilməsinin qarşısı alınsın. Problem sahələrarası və regionlararası xarakter daşıyır, 
özünə dövlət səviyyəsində kompleks yanaşma habelə hakimiyyət orqanları və 
rəhbər işçilərin məsuliyyətinin artırılmasını tələb edir. 
2.Azərbaycan Respublikasına xaricdən və daxildən təsir edən təhlükələr. 
Şəxsiyyət, cəmiyyət, dövlət və təbiət üçün daxildən və kənardan təhlükə 
potensialının mövcudluğu respublikada əhalinin həyatının və sağlamlığının, habelə 
ətraf mühitin mühafizəsi məqsədi ilə hər cür fövqəladə hadisələrin vaxtında 
proqnozlaşdırılmasını, eləcə də onların qarşısını almaq və nəticələrini operativ 
surətdə aradan qaldırmaqdan ötrü təsirli tədbirlər kompleksinin əvvəlcədən 
hazırlanıb həyata keçirilməsi üzrə bütün səylərin artırılmasını tələb edir. 


Hal-hazırda bütün dünyada informasiya müharibəsi(soyuq müharibə)qlobal 
xarakter daşıyır.bu da insanlar arasında çaxnaşmaya ,narazıçıqlara səbəb olur. Bu 
tip hadisələr Azərbaycan Respublikasına həm xarici həm də daxili təsir göstərir. 
Burada mülki mühafizə konsepsiyasına aid aşağıdakı problemləri bir qədər geniş 
şərh etməyi məqsədəuyğun sayırıq: 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə