Birinci bölüm. ƏBÜLFƏZ
“Hələ uĢaqlIqdan mən qocalmIĢam”
1938-in 24 Ġyununda (deyilənə görə, seçki günündə)
Kələki kəndinin “Xəlil yurdu” yaylağında
Qədirqulu kiĢinin oğlu anadan oldu. UĢaq 40 gündən artıq adsız qaldı - hamını razı salan ad
tapılmırdı. Atasının əmisi - kənd camaatının “Baba” adlandırdığı çox hörmətli din adamı, Qarabağ,
Naxçıvan və Təbrizdə ruhani təhsili almıĢ Mir Yəhya baba kitab açaraq ona Əbülfəzl Abbasın
Ģərəfinə Əbülfəz adı qoydu.
Xərçəng bürcü altında, pələng ilində doğulan uĢağın gələcəyi haqqında hələ neçə yüz illər öncə
bir türk Ģairi belə yazmıĢdı:
O ilin baĢında doğulan uĢaq
Alihümmət olur, üzüyumuĢaq.
Ortasında doğulsa kamil olur...
Orta əsrlərin məĢhur yunan münəccimi Əbu Mə‟Ģər əl-Fələki öz əsərində buyurur ki, ulduzu Ay
olan, xərçəng bürcü altında doğulan Ģəxs xoĢ görkəmli, nurani, ucaboy, zərif bədənli olur. O,
özünə vurğundur və tez gözə gələndir. UĢaqlığında hamı onu sevir. Hər Ģeyi tez əldə edəndir. O,
Ģərəfə nail olur. Ġdmanı, Ģadyanalığı, məclisləri çox xoĢlayır. Böyük mənsəb sahibidir.
Ümumiyyətlə, bu bürc altında doğulmuĢ adam Allaha və adamlara münasibətində saf niyyətlidir.
Sirrini, saxlamayanlara daha çox açır, yaxın və uzaq adamlara yaxĢılıq edir. Onun aqibəti
salamatlıqdır. YaĢı artdıqca ruzisi çoxalır, əhvalı düzəlir. Ömrünün əvvəlində mal-dövləti az
olacaq, çoxlu əziyyət və məĢəqqət çəkəcəkdir. Onun həyatı üçün təhlükəli yaĢ 7, 14, 28 və
40'dır. Əgər 40'ı keçsə 74 il yaĢayacaqdır. Çox yerlərə səfərə gedəcək, peyğəmbərin (s.ə.s.)
qəbrini və Kə‟bəni ziyarət edəcəkdir.
Əbu Mə‟Ģər əl-Fələkinin fikrincə, bu bürc altında doğulan Ģəxs padĢah yanında yaxĢı mənsəb
sahibi olacaq, dövlət xadimləri yanında bəxti gətirəcəkdir. Harada olur-olsun onun sözünü
böyüklər qəbul edəcəkdir. Onun arzuları sabitdir, istədiyinə çatacaq, aqibəti yaxĢı olacaqdır. YaĢıl
rəngi və ağ, mavi, göy paltarları xoĢlayır. Sevdiyi metalı gümüĢ, qaĢı firuzədir. Onun çoxlu
düĢməni vardır. Xüsusən özünü sarıĢın, üzündə xal olan adamdan gözləməlidir, çünki həmin
adam onun ən böyük düĢmənidir.
Əbu Mə‟Ģərin söylədiklərini hələlik bir yana qoyaraq bu uĢağın SəyavuĢ təbiətinin kökünü
axtaraq; bu köklərsə onun olduqca qədim və Ģərəfli nəslinin iki qolundadır.
Birinci qolun - ata nəslinin tarixi hicri qəməri tarixlə 1172 (miladi tarixlə: 1758/59) ilində 10
mötəbər Ģəxsin, o sıradan babasının ulu babasının ulu babası Mir Məhəmmədin iĢtirakıyla tərtib
edilmiĢ və 5 möhürlə təsdiqlənərək Mir Məhəmmədə təqdim olunmuĢ farsca soyağacında -
Ģəcərədə yazılıb. Həmin sənədə, üstəgəl ata-babalarının Ģəhadətlərinə əsasən Əbülfəz bəyin
bütöv soyağacı incəliklə müəyyənləĢdirilib:
1) Əbülfəz. 2) Qədirqulu. 3) MəĢədi Mərdan. 4)
Mir Əli Xoca. 5) Mir Məhəmməd. 6) Mir Yusif. 7) Mir Məhəmməd. 8) Mir Sadıq ağa. 9)
Mir Məhəmməd. 10) Seyid Mir Mustafa. 11) Seyid Hüseyn. 12) Seyid Saleh. 13) Seyid
Nurəddin ağa. 14) Seyid ġəmsəddin. 15) Seyid. 16) Seyid Ġsmayıl. 17) Seyid Əli. 18)
Seyid Abbas. 19) Seyid Fəxrəddin. 20) Seyid HaĢım. 21) Seyid Mir Əli Xoca. 22) Seyid
Fəxrəddin. 23) Seyid ġərəfəddin. 24) Seyid ġəmsəddin...
(Yarımçıq verdiyimiz bu
siyahıdakı hər Ģəxs özündən sonra adı çəkilənin oğludur).
Seyidlərdən ibarət olan (bu üzdən də onların adına “Seyid” və “Mir” dini titulları artırılıb) ata
tərəfi Güneydəndi. Ġlkin ulu babaları kökcə ġah Ġsmayıl Xətayinin sələflərindən olan ġeyx
Sədrəddin Musanın (1305-1392) uruqlarındandır. Bəzi qaynaqlarda ġeyx Sədrəddinə ġeyx Xoca
Əli də deyildiyi bildirilir, bəzi qaynaqlardasa ġeyx Xoca Əlinin onun oğlu olduğu göstərilir. Bu
fikirlərdən hansının doğruluğundan asılı olmayaraq Əbülfəz bəyin nəsli məhz həmin ġeyx Xoca
Əlidən (O, ġeyx Əli Xoca da adlanıb) baĢlanır. Ancaq bunu da demək gərəkdir ki, ġeyx Əli
Xocanın törəmələrinin bu qolunda Ģeyxlik olmayıb.
Orijinalı Əbülfəz bəyin özündə, surəti məndə olan həmin soyağacında nəslin davamçıları olan
30'dan artıq adamın adı sadalanır. Onların içərisində adı çəkilmiĢ Seyid ġəmsəddin Səfəvilər
çağında “dinin və dövlətin günəĢi”, onun oğlu Seyid ġərəfəddinsə “dinin və dövlətin Ģərəfi” rəsmi
dövlət ləqəbi qazanmıĢdılar (hər bir ləqəbi dövlət baĢçısı verir, ona uyğun da pul təminatı və
imtiyazlar müəyyənləĢdirirdi. Bir sıra hallarda ləqəb o qədər iĢlənirdi ki, Ģəxsin öz adı
unudulurdu).
Bu qədim seyidlər Təbrizlə Zunuz arasındakı Kükəmər (düzgünü: Kür kəmər) qəsəbəsindəndi. Bu
soyun davamçısı Seyid Mir Əli Xocanın (bunu ġeyx Əli Xocayla qarıĢdırmamalı) övladları Zunuza
köçmüĢdülər.
Mir Yusif ağanın nəsli isə Qarabağa gəlib, ġuĢanın yaxınlığında oturaqlaĢıb. Bir müddət sonra
onlar Zəngəzura köçüb, indiki Qafanın Pirdavdan (açımı: “Ġki Davudun piri”) kəndində yaĢayıblar.
ġeyxlər məkanı sayılan bu kənd iki Ģeyxin: baba və nəvə Davudların adlarını yaĢadıb. Əsrin
baĢlanğıcında - 1918'də erməni-müsəlman qırğınları düĢəndə Pirdavdanı ermənilər dağıdıb,
qohumların bir bölümü Zəngilan - Qubadlı tərəflərə, Əbülfəz bəyin atası və onun əmiləri
Ordubada köçməyə məcbur olublar. Ancaq Ordubadda da çox qala bilməyiblər; əmilərin bəziləri
(eləcə də babası MəĢədi Mərdanın qardaĢı Kərbəlayı Musa) ailəlikcə MəĢhədə köçüb, bəzilərisə
yenidən Təbriz, Kükəmər və Zunuzdakı köhnə dədə-baba yurdlarına qayıdaraq orada yaĢayıblar.
Lap 1930'uncu illərdə də MəĢhədə gedib-gələnlər MəĢədi Musayla görüĢürmüĢ. O, bu Ģəhərdə
suya baxan cuvarmıĢ, ona görə də “mir əmirab” (“cuvarlar, suçular baĢçısı”) adlanırmıĢ. (Onun
ölümündən sonra bu vəzifəni oğlu aparıb).
Əbülfəz bəyin babasının qardaĢları və baĢqa qandaĢları çox savadlıymıĢ. Onların arasında
MəĢhəddə təhsil alanlar, müxtəlif sənət yiyələri də vardı. MəĢədi Mərdanın iki əmisinin oğlanları:
Mir Yəhya və Molla Xanlar (Mir Müfid) el içində sonsuz nüfuz qazanmıĢdılar.
Ulu babası Mir Əli Xoca (Əliyev soyadı ondan qaynaqlanır) xeyirxahlığıyla ad çıxarmıĢ mələk