KəNDİMİZDƏ Bİr göZƏl var novellalar romani sevimli qızım Leylaya ithaf edirəm



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə1/40
tarix01.07.2018
ölçüsü1,58 Mb.
#52641
  1   2   3   4   5   6   7   8   9   ...   40



 
 
KƏNDİMİZDƏ BİR GÖZƏL VAR... 
 
NOVELLALAR ROMANI 
 
Sevimli qızım Leylaya ithaf edirəm. 
 
P R O L O Q 
 
Adı  Leyladır  onun.  Həyatı  bəxtəvərliklə,  qəlbi  istəklərlə  doludur. 
Dodaqlarındakı gülüşlə, gözlərindəki sevinc əkiz yaranmışdır. Ömründən keçən on 
səkkiz ildə ata-ana həmişə bu yeganə qızcığazın nazını çəkmiş, üstündə əsmiş, onu 
ehtiyacın üzünü görməyə, xiffətin nə olduğunu bilməyə qoymamışdır. 
Baharda  açılan  qönçə  kimi  növrəstə  bir  xilqətin  xoşbəxtliyi  üçün  bunlar 
kifayət  deyildimi?  Bəs  bu  axşam  ürəyini  anlaşılmaz,  çılğın  hisslərlə  döyündürən, 
ona gah asudəlik, gah da narahatlıq verən  məstedici sevgi haradan gəldi? Leylanı 
necə tapdı?! 
O,  universitetdə  oxuduğu  gündən  Göydəniz  adlı  bir  oğlana  vurulmuşdu. 
Məhəbbətin  hökmü  qarşısında  aciz  qalan  qız,  bu  gözəgörünməz,  oğrun  hissi 
boğmağa, öldürməyə çalışsa da, bacarmırdı, iqtidarı çatmırdı. Həmişə Göydənizlə 
qarşılaşmağa, səsini dinləməyə zəruri bir ehtiyac duyurdu. 
Neçə  vaxt  idi  ki,  Leyla,  özlüyündə  dönə-dönə  götür-qoy  eləsə  də,  bir 
məsələni  anlaya  bilmirdi.  Anlaya  bilmirdi  ki,  universitetdə  yüzlərlə  başqa  oğlan 
olduğu halda, o, nə üçün məhz Göydənizi düşünür, onun xəyalı ilə yaşayır, onun 
adını əzizləyirdi. 
Əgər bu məhəbbət deyildisə, bəs nə idi? 
İnsafsız  oğlan  isə  hər  dəfə  Leyla  ilə  üz-üzə  gələndə,  ancaq  salamlaşmaqla 
kifayətlənir  və  bununla  da  borcunu  bitmiş  hesab  edirdi.  Tez-tez  təkrarlanan  bu 
ötəri, ani görüşlərdə o, ağlını çaşdırıb, özünü itirsə də, Göydəniz heç nə itirmirdi. 
Lakin  dünən  gözlənilməz  bir  təsadüf  qızı  yenidən  sarsıtdı,  köksündəki  məhəbbət 
qığılcımlarını  alovlandırdı,  şölələndirdi...  Leyla  çox  intizarında  olduğu  xoş 
dəqiqələrin vüsalına çatdı; Göydənizlə ilk görüşə getdi. 
Onlar  səhərdən  axşamadək  yorulmadan  şəhərin  küçələrini  ayaqdan  salıb 
gəzdilər,  danışdılar,  dərdləşdilər.  Leyla  heç  nə  görmədi.  Elə  gözlərini  Göydənizə 
zilləyib ona baxdı, ona baxdı... 
Bəli,  o  görüşdən  sonra  qız  birdən-birə  sanki  qanad  açdı,  fərəhdən  ayaqları 
yerdən üzüldü, pərvazlandı, göyərçin təki səmalara uçdu... 
downloaded from KitabYurdu.org



 
Qəribə,  məsud  anlar  başlandı  Leylanın  həyatında.  Sən  demə,  indiyəcən  o, 
ağlıkəsməz  bir  uşaq  imiş,  gəncliyin  şövqünü,  yaşamağın  mənasını  bütünlüklə 
duymurmuş. 
Həmişə  hər  şeyi  çəkinmədən  evdə  valideynlərinə  danışan  Leyla,  bu  sirrini 
əsla deyə bilmədi. Ürəyində özünə təzəcə yuva qurmuş məhəbbət, kibrit qutusuna 
salınmış  kəpənək  kimi  bütün  gecəni çırpındı,  ona  əziyyət  qarışıq  ləzzət də verdi. 
Qız  gözlərini  yumdu  −  Göydənizi  gördü,  gözlərini  açdı  −  Göydənizi  gördü. 
Dodaqları hey onun adını pıçıldadı. 
Səhər, hələ günəş pəncərəsindən salama gəlməmiş Leyla yerindən qalxıb əl-
üzünü  yudu,  saçalrını  daradı,  tualet  stolunun  qarşısına  keçdi.  Çərçivəsi  oymalı 
bədənnüma  aynada  iki  Leyla  bir-birinə  baxdı.  Ağ  geyimdə  olan  ucaboylu, 
nazikbədənli,  xurmayı  saçlı  leylalar;  qaşları  qaranquş  qanadı  kimi  gərilmiş  göy, 
aydın gözlü əkiz bacılar. Leylalar utandı, dodaqlarını dişləyib tez-tez kirpik çaldı... 
sonra fərəhdənmi, nədənsə əllərini sinəsinin üstünə qoyaraq güldülər... 
Qız,  bir  az  da  aynaya  yaxınlaşıb  gözlərinə  diqqət  yetirəndə,  qəfildən 
diksinən  təki  oldu.  Beynində  qəribə  fikirlər  cövlan  elədi.  Sanki  yuxudan  indi 
ayıldı. 
−  Ana,  oyaqsanmı?  −  deyə  bir  uşaq  sövq-təbiiliyi  ilə  səsləndi.  Əndəruni 
otaqdan Günəşin cavabı gəldi: 
− Nə var, qızım? Bu gün sənə nə olub, belə tezdən durmusan? 
Leyla  cəld  ara  qapını  açıb  hövlnak  içəri  atıldı.  Əvvəlcə  anasını  bağrına 
basaraq, bərk-bərk öpdü, sonra atasının çarpayısına yan alıb, onun boynuna sarıldı. 
Fikrət qızın bu anlaşılmaz hərəkətlərinə mat-məəttəl qaldı. 
−  Sizdən  bir  şey  soruşacağam,  düzgün  cavab  verməsəniz,  ikinizdən  də 
inciyəcəyəm,  −  deyə  Leyla  həyəcanla  dil-dil  ötməyə  başladı.  –  Anamın  gözləri 
qara, atamın gözləri qara... bəs mənimkilər niyə göydür?!. 
Qızın  səsi  titrədi.  O,  bu  sualı  zarafatlamı,  yoxsa  ciddimi  verirdi  –  bilmək 
çətin idi. 
Otağa sükut ələndi. Günəş, boğazında qurğuşun parçası qalmış kimi əzabla 
udqundu;  qızdan  xəlvəti  ərinə  tərəf  dönərək,  başının  cüzi  hərəkəti  ilə  ona 
anlaşılması  çox  çətin  bir  işarə  vurdu.  Lakin  danışmadı.  Fikrət  köksünü  ötürdü, 
yerinin  içində  dikəlib  mənalı  tərzdə  Leylaya  baxdı  və  özünü  zorla  ələ  alaraq 
gülümsədi. 
− Yəqin göy dənizə çox baxmısan, onun üçün gözlərin göydür, − dedi. 
Qızı  sanki  ildırım  vurdu.  Təlaş  içində  bir  addım  dala  sıçrayıb,  divara 
söykəndi. Yanaqlarından başlayan istilik sürətlə bütün bədəninə sirayət etdi; saçları 
sifətinə dağıldı: 
downloaded from KitabYurdu.org



 
“Aman!  Atam  məni  Göydənizlə  bir  yerdə  görmüşdür?!”  –  deyə  keçən 
axşamkı  gəzintini  xatırladı  və  daha  burada  dayana  bilməyib,  öz  otağına  qaçdı; 
üzüqoylu çarpayıya yıxılaraq ağladı Leyla. 
Fikrəti  də,  Günəşi  də  fikir  götürdü:  “Anamın  gözləri  qara,  atamın  gözləri 
qara... bəs  mənimkilər  niyə  göydür?!. Olmaya  on  səkkiz  il  gizli  qalan  müdhiş bir 
sirri indi Leyla kimdənsə öyrənmişdi?..” 
Soltanovların sakit ailəsində narahatlıq başlandı. 
 
 
BİRİNCİ NOVELLA 
 
 
İllər qanadlıdır, nədir? 
Gənclik necə də tez ötüb, keçdi! 
Elə bil lap srağagün idi: Fikrət dəniz sahilində xiyaban boyu Günəşlə yanaşı 
yeridikcə  həyəcan  keçirirdi.  İlk  dəfə  qəlbən  məhəbbət  bəslədiyi  bir  qıza  sirrini 
açmaq,  ona  “sevirəm”  demək  sizə  asanmı  gəlir?  Bu  bircə  kəlməni  dilə  gətirmək 
üçün adamdan ikiqat cəsarət tələb olunur. Gəncliyin bundan da qorxulu imtahanı, 
bundan da çətin sınaq dəqiqələri varmı? 
Hər  şeydən  xəbərsiz  Günəş  isə  şirin  söhbətində  idi.  Arxada  qalan  məktəb 
illərinin xoş xatirələrindən danışırdı. 
Fikrət,  qızın  gözlərinə  baxmaqdan  ehtiyat  edirmiş  kimi,  başını  aşağı 
dikmişdi.  Günəşin  asfalt  səkidə  asta-asta,  ahənglə  addımlayan  ayaqlarını  gördü. 
Dolubiçimli,  qəşəng,  mərmər  ayaqlarını.  O,  hündürdaban,  zərif  ağ  çəkmə 
geymişdi. Corabsız idi. Fikrət, ancaq indi fikir verdi: Günəşin nə balaca ayaqları 
vardı! 
Zövqlü qızlar saçlarını necə daramağı, hansı parçanın, hansı rəngin özlərinə 
yaraşdığını yaxşı bilirlər. Bu gün Günəş də ağ çəkmələrlə ətəkləri qırçınlı qırmızı 
paltarı  nahaqdan  geyməmişdi  ki.  Girdə  ağ  sifət,  qara  qaş-göz,  qırmızı  paltar,  ağ 
çəkmə...  İnsafən,  elə  bunlarsız  da  o,  Fikrət  üçün  gözəl  idi.  Təkcə  təmiz  ürəyi, 
mülayim xasiyyəti dünyalara dəyərdi! 
− Yorulmusunuzsa, əyləşək, − deyə qız, tənha söyüdün çətiri altda qoyulmuş 
skamyanı görəndə ayaq saxladı. 
Fikrət düşüncədən ayrılıb, dayandı. 
− Xətriniz necə istəyir... 
O, yaylığını çıxarıb qız üçün skamyanın üstünə sərəndə, yerə əzik, göyümtül 
bir kağız düşdü; Günəş əyildi, onu götürüb Fikrətə uzatdı: 
− Kino biletidir, deyəsən. 
downloaded from KitabYurdu.org


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə