KəNDİMİZDƏ Bİr göZƏl var novellalar romani sevimli qızım Leylaya ithaf edirəm



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə5/40
tarix01.07.2018
ölçüsü1,58 Mb.
#52641
1   2   3   4   5   6   7   8   9   ...   40

13 
 
Fəridə qısıldı: 
− Məmnuniyyətlə. 
− Gedək, Sərdar! – deyə oğlan yoldaşının boynundan yapışıb, onu özünə sarı 
çəkərək dikəltdi. – Voleybol da şahmat deyil ki, bacarmayasan. 
Fəridə  qara  eynəkdə  idi.  Gün  yandırmamaq  üçün,  burnunun  üstünə  kağız 
parçası yapışdırmışdı. Uzun hörüklərini çalma kimi başına dolayıb, düyünləmişdi. 
İlk  dəfə  rastlaşdığı  bu  oğlanın  qeyzlənmək  əvəzinə  belə  alicənablıq  göstərməsi 
Fəridənin  xoşuna  gəldi.  Çox  güman,  başqası  olsaydı,  möhkəm  hirslənərdi,  topu 
götürüb təpiklə qırağa vurardı; hələ üstəlik bir-iki söz də deyərdi. 
Qızların  dəstəsinə  çatıncaya  qədər  Fəridə  danışmadı.  Ancaq  bircə  yol 
çevrilib həsrət dolu baxışlarını yanındakı cüssəli gəncin üzündə gəzdirdi. Oğlanın 
sifətindəki  mərdanəliyi  və  bir  anlığa  ona  sarı  yönələn  gözlərindəki  qığılcımı 
görəndə  qızcığazın  qəlbi  təlatümə  gəldi.  Həyatın  nə  qəribə  işləri  varmış!  İndi 
Fəridə tanımadığı bir adamın haqqında düşünürdü. Həm də elə şeylər ki, desəydi, 
rəfiqələri  qəhqəhə  çəkib  gülərdilər...  Oğlan  isə  bundan  xəbərsiz,  qıza  baxmadan, 
voleybol  topuna  tez-tez  güclü  zərbələr  endirir,  arabir  də  dostuna  müraciətlə 
“Sərdar,  qoyma”  –  çağıraraq  oyunu  qızışdırırdı.  Bir  azdan  plyajdakı  gənclərdən 
daha üçü onlara qoşuldu. Dairə genişləndi. Hamıdan zəif Fəridə oynayırdı. Bunu 
özü də hiss edirdi. Fikri dağınıq idi. Nəzərlərini, adını təzəliklə öyrəndiyi gəncdən 
yayındıra  bilmirdi.  Üstünə  gələn  topları  bacardıqca  başqasına  deyil,  ancaq  ona  – 
Əkrəmə  ötürürdü.  Hörükləri  açılıb,  dağılmışdı.  Neçə  kərə  yerə  yıxıldığından 
bədəni  səlt  quma  batmışdı.  Özü  də  yamanca  susamışdı.  Dili-dodağı  qurumuşdu. 
Lakin  o,  bunların  hayında  deyildi.  Oyun  qurtarıncayadək  Əkrəmdən  ikicə  kəlmə 
məxsusi  söz  eşitməyi,  ürəyinin  yanğısını  söndürəcək  sərin  sudan  da  çox 
arzulayırdı.  Di  gəl,  bu  təmənnanı  oğlan  hardan,  nədən  biləydi,  necə  duyaydı?! 
Əkrəm,  axırıncı  dəfə  ona  göndərilən  topu  vurmadı,  alıcı  quş  kimi  göydə 
qamarlayıb, Fəridəyə yanaşdı: 
−  Görürəm,  yorulmusunuz.  Daha  bəsdir,  dincəlin,  −  dedi  və  minnətdarlıq 
əlaməti olaraq əlini sinəsinə qoyub, baş əydi. 
Fəridə təəssüfləndi: 
− Xeyr, mən hələ yorulmamışam... 
Gənclər  dağılışdılar.  Əkrəm  də  Sərdarla  sahilə  döndü,  adamlara  qarışıb, 
dənizə atıldı. Və bununla hər şey bitdi. 
O  gündən  Fəridə  uzun  zaman  Əkrəmi  düşündü.  Sonralar,  tədricən,  bütün 
olub-keçənlər dumanlı bir xatirəyə çevrildi onunçün. Lakin oğlanın sifətini, aydın, 
işıqlı gözlərini unuda bilmədi. 
downloaded from KitabYurdu.org


14 
 
İkinci  təsadüf  onu  Əkrəmlə  tamam  başqa  bir  şəraitdə  görüşdürdü.  Fəridə 
univermaqda,  fikrində  deyil,  nə  isə  almaq  istəyirdi.  Kassanın  qabağında  növbədə 
dayanmışdı.  Qız,  qəflətən  başını  qaldıranda,  tanış  bir  şəxsin  gülümsər  gözləri  ilə 
qarşılaşcaq  özünü  itirdi.  Bəli,  yanılmamışdı  –  bu  baxışlar  Əkrəminki  idi.  Sözlü 
adama oxşayırdı. 
− Bağışlayın, sizi bir dəqiqə narahat etmək olarmı? – deyə o, utancaq tərzdə, 
nəzakətlə  dilləndi.  Fəridə  çoxdan  bu  təklifin  intizarında  imiş  kimi  sevindi. 
Növbədən ayrılıb ona tərəf addımladı; kirpiklərini aşağı endirərək xəfifcə qızardı. 
“Görünür, bəxtimə bu oğlan düşüb. Qismətimdir. Gec də olsa, yenə rastlaşmışıq. 
Yəqin indi tanışlıq verəcək, plyajda voleybol oynadığımızı xatırladacaq, sonra da”. 
Əkrəmin səsi qızın düşüncələrini yarıda kəsdi: 
− Gərək bağışlayasınız, sizə əziyyət verirəm... 
Fəridə bu sözün müqabilində nə deyəydi? Məgər o, belə “əziyyətdən” imtina 
edə bilərdimi? 
Əkrəm onu qadın paltarları şöbəsinin yanına gətirdi. 
− Üzr istəyirəm, − dedi. – Burada, eynən siz boy-buxunda olan bir qız üçün 
plaş seçmişəm. Mümkünsə, onu geyin. Baxım, görüm əyninizə necə gəlir... 
Fəridənin üstünə sanki qaynar su əndərildi. 
−  Nişanlım  dərsdədir.  Qorxuram  o,  çıxınca  hamısı  satılıb  qurtarsın.  Sonra 
beləsini  tapmaq  çətindir.  –  Əkrəm  satıcıdan  aldığı  göy  rəngli  ipək  plaşı  Fəridəyə 
göstərdi. – Necədir? 
−  Yaxşıdır.  Hər  kim  geyəcəksə,  sağlığına  qismət  olsun.  Ancaq,  xətrinizə 
dəyməsin, mən maniken deyiləm! 
Fəridə pərt halda üz döndərib, ümidsizcəsinə uzaqlaşdı. Oğlan, şübhə yox ki, 
onu tanımamışdı. 
İndi  isə  qadın  Əkrəmi  bu  vəziyyətdə  görəndə,  o  vaxt  elədiklərinin 
peşmançılığını çəkdi. 
− Yaxşı... bəs sən tanımadın mən kiməm? – deyə xeyli sakit getdikdən sonra 
sərnişinlərinin qaradinməzliyindən darıxan söhbətcil faytonçu xırıltılı səslə sükutu 
pozdu. – Daşdəmirəm də... – O, çiyninin üstündən qanrılıb sifətini Əkrəmə tutdu. – 
Bir üzümə diqqətlə bax, gör yadına düşürəm. 
Kişinin  bu  hərəkətindən  qadını  sanki  cərəyan  vurdu,  dodaqlarını  bərk-bərk 
dişləyib, gözlərini yumaraq küncə qısıldı: “Bu qoca niyə belə xərifləyir!” 
Əkrəm  istehza  ilə  gülümsündü.  Bircə  anda  bütün  bədənini  isti  tər  basdı; 
xəcalətdən qüssələndi. 
Özü  istəmədən  leytenantın  qəlbinə  toxunduğunu  duyan  faytonçu  çıxılmaz 
vəziyyətdə qaldı. Əkrəmin kor olduğunu o, ancaq indi bilmişdi. 
downloaded from KitabYurdu.org


15 
 
− Başqa sözüm yoxdur: allah düşməni xəcil eləsin!.. – deyə faytonçu sərt bir 
hərəkətlə dönüb atları qırmancladı. 
Daha  heç  kəs  danışmırdı.  Hər  üçü  pərt,  məyus  və  fikirli  idi.  Haçandan-
haçana Əkrəmin ürəyini almaq məqsədi ilə qadın söhbətə başladı: 
− Bağışlayın, leytenant... 
− Adım Əkrəmdir. 
−  Çox  gözəl.  Mənimki  də  Fəridədir.  Deyirəm,  sizdən  qabaq  evinizə  mən 
qaçacağam. Gəldiyinizi xəbər verib, muştuluq alacağam. 
Fəridənin  şirin  dillə,  xoş  niyyətlə  söylədiyi  bu  sözlər  nə  qədər  səmimi  də 
olsa,  Əkrəmi  fərəhləndirmədi.  Əksinə  qadını  fikrindən  daşındırmaq  üçün  bəhanə 
axtardı. 
− Bilirsinizmi, evdə təkcə yoldaşım olur. Yəqin indi o da işdədir... – Əkrəm 
azacıq  susub  əlavə  elədi.  –  Əlbəttə,  muştuluğunuz  məndə!  Sizin  bu  yaxşılığınızı 
unutmayacağam... 
Faytonçu  indi  böyük  bir  qəbahət  etmiş  kimi  arxaya  dönməyə,  onların 
söhbətinə qarışmağa utanırdı. 
− Fəridə xanım! 
Qadın leytenantın dilindən öz adını eşitcək, diksindi: 
− Bəli. 
− Siz məni tanıyırdınız, yoxsa... elə rast gəldiyiniz bu gün birinci kərədir? 
− Niyə soruşursunuz ki? 
− Sadəcə maraqlanıram. 
Fəridə onu başa düşürdü. Yad bir qadının göstərdiyi bu qayğıkeşlik yəqin ki, 
Əkrəmə təəccüblü görünürdü. 
− Xeyr, tanımırdım. 
Sərnişinlər Təzə pirin qabağında faytondan düşdülər. 
−  Qoyun  sizi  qapıya  qədər  ötürüm,  −  deyə  Fəridə  leytenantın  qolundan 
yapışıb səkiyə çıxaranda o dilləndi: 
−  Xatircəm  olun.  Bu  küçədə  hər  şey  mənə  doğmadır.  Divarlara  əlimi 
toxunduran kimi bir-bir daşlarını tanıyacağam. 
− Onda salamat qalın... Həmişə evinizdə-eşiyinizdə... 
− Sizə çox-çox minnətdaram, Fəridə xanım. 
Ayaq  səslərindən  qadının  uzaqlaşdığını  yəqin  edən  Əkrəm,  dayanıb  bir  an 
fikrə getdi. Sonra çamadanını götürdü və sağ əlini divarda gəzdirə-gəzdirə ehtiyatla 
irəlilədi.  Birinci  qapını  keçdi...  ikinci  qapını  keçdi...  Bunlar  qonşu  həyətləri  idi. 
Üçüncü, geniş darvazaya çatanda uşaqlıq dostu Sərdar yadına düşdü. Əkrəm onun 
downloaded from KitabYurdu.org


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə