Məzmunu. İnsan resurslarının idarə edilməsinin xarakterik



Yüklə 135,63 Kb.
səhifə1/8
tarix07.04.2023
ölçüsü135,63 Kb.
#104524
  1   2   3   4   5   6   7   8
Mövzu 1.

MÖVZU 1.


Giriş. Fənnin mövzu və məqsədi, başqa fənlərlə əlaqəsi, insan resurslarının idarə edilməsinin nəzəri əsasları

    1. İnsan resurslarının idarə edilməsinin mahiyyəti və məzmunu.

    2. İnsan resurslarının idarə edilməsinin xarakterik xüsusiyyətləri.

    3. İnsan resurslarının idarə edilməsinin əsas tarixi inkişaf mərhələləri.

    4. İnsan resurslarının idarə edilməsində işçi qüvvələrinin yeri və rolu.

    5. İnsan resurslarının idarə edilməsində sistemli yanaşma mexanizmi.

    1. İnsan resurslarının idarə edilməsinin mahiyyəti və məzmunu.

İqtisadi ədəbiyyatlarda “İnsan resursları” termini, müəssisənin məhsul və xidmət istehsalında qarşıya qoyulan məqsədə çatması üçün istifadə etməli olduğu resurslardan biri kimi insanı əhatə edir. İnsan - istehsal və xidmət proseslərinin ayrılmaz bir hissəsidir. İnsan resursları termini təşkilatın daxilindən və ya xaricindən potensial cəlb oluna biləcək bütün işçi heyətini, yuxarı pillədəki rəhbərdən aşağı mövqeni tutan işçilərədək hamını əhatə edir.
Biznesdə insan resurslarının idarə edilməsi işçi-işəgötürən arasındakı sosial- iqtisadi münasibətləri, təşkilati-texniki, psixo-fizioloji, sosial hadisələri sistemli, kompleks şəkildə öyrənmək üçün digər elmlərin nailiyyətlərinə istinad edir. Həmin hadisələr bu və ya digər formada əmək situasiyasına və ondan asılı olaraq əmək davranışlarına təsir göstərir.
Biznesdə insan resurslarının idarə edilməsi birinci növbədə əməyin iqtisadiyyatı ilə üzvi şəkildə bağlıdır. Məsələn, əməyin iqtisadiyyatı, əhalinin həyat səviyyəsi, maddi stimullaşdırma, işçi qüvvəsi axını, işçilərin peşə-ixtisas hazırlığı, əmək bölgüsü və əmək kooperasiyası və digər məsələləri tədqiq edir. Göründüyü kimi, əsas problemlər istər əməyin iqtisadiyyatı və istərsə də insan resurslarının idarə edilməsi üçün eynidir, fərq əsasən bu problemlərin ayrı-ayrı aspektlər baxımın- dan öyrənilməsidir. Məsələn, əməyin iqtisadiyyatı əhalinin həyat səviyyəsini makro səviyyədə öyrəndiyi halda, biznesdə insan resurslarının idarə edilməsi fərqli biznes subyektlərinə işə qəbul ediləcək şəxslərin spesifik xüsusiyyələrini analitik metodlarla təhlil edərək onların kollektivə uygunlaşdırılması, düzgün yerləşdirilməsi və yüksək səriştə nümayiş etdirə bilmələri üçün xüsusi meyarları öyrənir.
Biznesdə insan resurslarının idarə edilməsi əməyin elmi təşkili ilə bağlıdır. İnsan resurslarının idarə edilməsi əməyin elmi təşkili üzrə tədbirlərin biznes subyektinin xarakterik xüsusiyyətlərinə uygunlaşdırılmasında mühüm rol oynayır.
Biznesdə insan resurslarının idarə edilməsi əməyin psixologiyası ilə birbaşa bağlıdır. Psixologiya beyinin funksiyası olub, obyektiv gerçəkliyin beyində təzahüründən ibarət olmaqla, idrak hadisələrindən bəhs edən bir elmdir. İstehsal və xidmət zamanı əmək prosesləri özünün psixoloji əsaslarına da malik olur. Bu psixoloji proseslər eyni zamanda əmək kollektivlərində psixoloji iqlimin formalaşmasında əhəmiyyətli rola malikdir.
Biznesdə insan resurslarının idarə edilməsi əməyin normalaşdırılması ilə də əlaqədardır. Əmək normalarının keyfiyyət və gərginlik səviyyəsi əməyin intensivliyi, əməkhaqqının təşkili ilə bağlıdır. Ona görə də ayrı-ayrı proseslər və işlər üçün lazım olan əmək normalarının biznesin strateji baxışına uyğun olaraq hazırlanması vacibdir.
Biznesdə insan resurslarının idarə edilməsi əmək hüququ ilə üzvi olaraq bağlıdır. Çünki əmək münasibətləri, bu sferada olan kənarlaşma halları əmək hüququ aktları və normativləri vasitəsi ilə tənzimlənir. İnsan resurslarının səciyyəvi təşkilati strukturunda belə kadrların uçotu və sənədləşdirilməsi ayrıca sahə olaraq yer alır.
Biznesdə insan resurslarının idarə edilməsi də əməyin sosiologiyası ilə üzvi olaraq bağlıdır. Çünki, əməyin sosiologiyası sosial proseslər, əmək münasibətləri, əmək situasiyası problemləri və əməyin elmi təşkili üzrə tədbirlərin sosial baxım- dan əsaslandırılması ilə əlaqədardır. İnsan resurslarının idarə edilməsində nəzəri və empirik tədqiqat metodları sistemləşdirilir, məqsədyönlü müşahidələr, sosioloji eksperimentlər xüsusi statistik proqramlar vasitəsi ilə reallaşdırılaraq təhlil edilir və rəhbərliyə təqdim edilir. Bu cür informasiyaların təhlili biznes subyektlərinin ümumi strateji baxış əsasında idarə edilməsinə şərait yaradır.

Yüklə 135,63 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə