Mövzu İqtisad elminin meydana qəlməsi və onun inkişafının əsas



Yüklə 319,32 Kb.
Pdf görüntüsü
səhifə1/11
tarix04.11.2017
ölçüsü319,32 Kb.
#8212
  1   2   3   4   5   6   7   8   9   10   11


 



İqtisadiyyata giriş fənni üzrə 



  suallar və cavablar                  

 

                                                                   

Mövzu 1. İqtisad  elminin meydana qəlməsi  və onun inkişafının  əsas 

mərhələləri 

      

      

1.İqtisadiyyat və iqtisad elmi. 

       2.İqtisadi nəzəriyyə yaranana qədərki  iqtisadi  fikir. 

       3.İqtisad elminin yaranması və inkişafının əsas mərhələləri. 

       4.Müasir iqtisad elminin istiqamətləri. 

       5.»Ekonomiya»,  «Ekonomika»  (İqtisadiyyat),  «İqtisadi  nəzəriyyə»,  «Siyasi  iqtisad», 

«Ekonomiks» anlayışlarının nisbəti. 

                                                                               

1.

 

İqtisadiyyat və iqtisad elmi. 

İqtisadiyyat  «oikonomik»  söründən  əmələ  qəlib  və    təsərrüfatın  sərişdəli,  məharətli 

aparılması  mənasını  verir.  Təsərrüfat  fəaliyyəti  kimi  iqtisadiyyat  insanların  birgə  yaşayışını 

təmin  edən  şərtlərdən  biridir.  İqtisadiyyat  sosial,  siyasi,  mədəni  və  başqa    proseslərlə  sıx 

əlaqəlidir, buna görədə  onu zəruri  həyat  nemətlərinin  yaradılması və cəmiyyətin  tələbatlarının 

ödənilməsini təmin edən  iqtisadi sistem kimi də  başa düşmək olar.  

İqtisadi fikirlər qədim dövrlərdən müxtəlif  mütəfəkkirlərin əsərlərində rast olunsada,  bir 

müstəqil  elm  kimi  o  XV-XVII  əsirlərdə    yaranmağa  başlamışdır.  İlk  iqtisadi    məktəb    sayılan  

merkantelistlər  iqtisad  elminin    vəzifəsini  sərvətin    mənbəyinin  müəyyənləşdirilməsində 

görurdülər.  Onlar    sərvət    qızılla    eyniləşdirir  və  onun  mənbəyinin    muladilə  olduğunu  etiraf 

edirdilər.  İqtisad elminin  inkişafında  fiziokratların əsərlərinin  mühüm  əhəmiyyəti olmuşdur. 

Fiziokratlar tədqiqatı mübadilədən  istehsala keçirdilər və sərvətin mənbəyi kimi  əkinçiliyi elan 

edirlər.  Fiziokrat  F.Kene  öz  «İqtisadi  cədvəl»ində    ilk  təkrar  istehsal  modelini  yaratmışdır. 

İqtisad  elmi  ingilis  klassik  siyasi  iqtisad  məktəbinin  nümayəndəsi  A.Smit  tərəfindən 

formalaşdırmışdır,  o  iqtisad  elminin  banisi  sayılır.  Müasir  iqtisad  elmi  neoklassik  məktəbin 

təlimi üzərində qurulmuşdur.   

 

2.

 

İqtisadi nəzəriyyə yaranana qədərki  iqtisadi  fikir. 

      İlk iqtisadi fikirlər hələ iqtisadi nəzəriyyə yaranana qədər, xeyli qədimdə insanların təsərrüfat 

fəaliyyəti  ilə  bağlı  baxışlarda  özünü  göstərir.  Aydındır  ki,  o  dövrdə  sistemləşdirilmiş  iqtisadi 

təlimlər  mövcud  ola  bilməzdi.  Lakin  ayrı-ayrı  mütəfəkkirlərin  əsərlərinə  müəyyən  iqtisadi 

anlayışlar, bəsit iqtisadi fikirlərə rast olunur. Bu baxımdan qədim şərqdə eramızdan əvvəl IV-III 

əsrlərdə  Hindistan və Çində müxtəlif ictimai  elmlərə aid  əsərlərdə bəzi  iqtisadi fikirlər maraq 

doğurur. O zaman hökmüdarlara dövlətin idarə edilməsi haqqında tövsiyyələr şəklində yazılmış 

əsərlərdə  var-dövlətin  toplanması,  xəzinə  və  vergi,  istehsal  və  ticarət  haqqında  baxışlar  ilk 

iqtisadi fikirlərə aid edilə bilər.  

      İqtisadi  fikir  sonrakı  inkişafını  Qədim  Yunanıstan  və  Romada  görkəmli  filosofların 

Ksenefont,  Aristotel,  Platon,  Katonun  əsərlərində  görmək  olar.  Bu  əsərlərdə  mübadilə,  ticarət, 

qiymət, təsərrüfatın təşkili haqqında dəyərli fikirlər əks olunmuşdur.  

      İqtisadi nəzəriyyənin bir elm kimi formalaşmasına qədər orta əsrlərdə qədim Şərqin görkəmli 

filosları İbn Sina, İbn Xaldun və başqalarının əsərləri xüsusilə qeyd edilməlidir. Həm Avropada, 

həm  də  şərqdə  dini  təlimlərdə,  müqəddəs  kitablarda  mövcud  olan  iqtisadi  deyimlərdə  iqtisadi 

fikirlərin inkişafında mühüm rol oynamışdır.  

      XV-XVII  əsrlərdə  Avropada  kapitalizmin  yaranması  ilə  təsərrüfatda  baş  verən  yeniliklər  o 

zamanın iqtisadi fikrinin inkişafına təkan verdi.  İqtisadi biliklərin sistemləşdirilməsinə təşəbbüs 

göstərən  merkantilist  və    fizokratlar  məktəblərinin  yaranması  və  inkişafı  sonralar  klassik  siyasi 



 

iqtisadın  nümayəndələri  A.Smit  və  D.Rikardonun  əsərlərində  iqtisad  elminin  formalaşmasına 



səbəb oldu.    

       


3.İqtisad elminin yaranması və inkişafının əsas mərhələləri

 

         İqtisadi  nəzəriyyənin  bir  elm  kimi  formalaşması,  XVI-XVII  əsrlərdən  başlamışdır. 



Kapitalizmin  yaranması  ilə  əmtəə-pul  münasibətlərinin  inkişafı,  manufaktura  sənayesinin 

qərarlaşması, xarici və daxili ticarətin intensivləşməsi bir çox suallara elmi izah verilməsini tələb 

edirdi.  İlk  iqtisadi  məktəbin  merkantelizmin  nümayəndələri  empirik  yanaşma  əsasında  ən  çox 

təsadüf  ediləni,  mübadiləni  tədqiqatın  əsas  obyekti  seçdilər.  Onlar  sərvəti  pulla  eyniləşdirir  və 

mübadiləni  sərvətin  mənbəyi  saydılar.  Növbəti  iqtisadi  məktəb  fiziokratlar  sərvətin  mənbəyi 

kimi  əkinçiliyi  göstərməklə  ilk  dəfə  tədqiqatı  mübadilədən  istehsala  keçirdilər.  Lakin  onlar 

sənayeni,  sənətkarlığı  və  başqa  istehsal  sahələrini  qeyri-məhsuldar  sahələr  kimi  görürdülər. 

Fiziokratların  elmə  gətirdiyi  yeniliklərdən  biri  də  təkrar  istehsal  prosesini  öyrənmək  təşəbbüsü 

idi. F.Kene öz «iqtisadi cədvəl»ində ilk makroiqtisadi model yaratmağa nail olmuşdur.  

      Elmin  sonrakı  inkişafı  və  müstəqil  iqtisadi  elm  kimi  formalaşması  ingilis  klassik  siyasi 

iqtisadının  nümayəndələrinin  əsərlərində  əks  olunmuşdur.  A.Smit  iqtisad  elminin  banisi  kimi 

iqtisadi  kateqoriyaları  və  elmi  qanunları  sistemləşdirilməklə  iqtisad  elminin  müstəsna  rol 

oynamışdır. İqtisad elminin sonrakı inkişafı XIX marksizim, majinalizm, neoklassik məktəblərin 

nümayəndələrinin  əsərlərində  öz  əksini  tapır.  XX  əsrdə  müxtəlif  cərəyanlarda  iqtisad  elminin 

inkişafı  baş  vermişdir.  Bunlardan  keynsçilik,  neoliberalizm,  monetarizm,  institusionalizm  və 

başqalarını göstərmək olar.       



 

 4. Müasir iqtisad elminin istiqamətləri. 

 

      Müasir  iqtisadi  nəzəriyyə  dedikdə  XIX  əsrin  sonu  XX  əsrin  əvvəllərindən  yaranan  elmi 

cərəyanlar  nəzərdə  tutulur.  XIX  əsrin  sonlarında  geniş  yayılmış  klassik  və  marjinalist 

nəzəriyyələrin  vahid  konsepsiyada  birləşdirilməsi  zərurəti  yarandı.İlk  dəfə  bu  problem 

neoklassik  məktəbin  banilərindən  biri  A.Marşalın  əsərlərində  dərindən  təhlil  edilir.  Beləliklə 

neoklassik  məktəb  yaranır,  sonrakı  dövrlərdə  yaranmış  keynsçilik  və  institusional  –  sosioloji 

məktəblər də müasir iqtisad elminin əsas istiqamətlərinə aiddir.  

        Neoklassiklər  bazar  mexanizminin  tənzimləyici  roluna  daha  çox  əhəmiyyət  verməklə 

iqtisadiyyata  dövlət  müdaxiləsinin  məhdudlaşdırılması  tərəfdarları  idi.  Bu  nəzəriyyənin 

tərəfdarları  kimi  o  dövrdə  monetarist,  neoliberalist  və  başqa  cərəyanlar  yarandı.  Lakin  1929-

1933-cü  illərin  ümumdünya  bövranı  iqtisadiyyata  bazarın  tənzimləyici  mexanizm  olması 

haqqında fikirləri inkar etdi. 

        XX  əsrin  30-cu  illərində  C.Keyns  dövlətin  iqtisadiyyata  müdaxiləsinin  zəruriliyini 

əsaslandıran təlim yaratdı. Bu müasir iqtisad elminin ikinci istiqamətinin keynsçiliyin yaranması 

idi.  Keynsin  təlimi  bir  çox  alimlərin  əsərlərində  makroiqtisadi  tənzimləmə  nəzəriyyələri  kimi 

geniş yayılmışdır.  

       Müasir  iqtisad  elminin  üçüncü  istiqaməti  institusionalizmin  banisi  T.Veblen  sayılır. 

İnstitusionalistlər iqtisadiyyatda sosial amillərin təsirinə xüsusi yer verirlər. Onlar sosial, mədəni, 

texniki, texnoloji amillərin iqtisadiyyatla funksional asılıqda olduğunu iddia edir və cəmiyyətin 

fəaliyyətini  institutların  inkişafı  kimi  təhlil  edilməsini  zəruri  hesab  edirlər.  Müasir  dövrdə 

institusional – sosioloji istiqamət iqtisad elminin ən geniş yayılmış cərəyanlarından hesab edilir.  

      Son illərdə iqtisad elminin inkişafında iqtisadi artım, neokonstitusional, iqtisadi qlobalizm və 

başqa elmi cərəyanların yayılması da müasir istiqamətlərə aid edilir.                          



 

     5.»Ekonomiya»,»Ekonomika» (İqtisadiyyat),»İqtisadi  nəzəriyyə», «Siyasi iqtisad», 



«Ekonomiks» anlayışlarının nisbəti. 

 

      Bu anlayışlar insanların təsərrüfat fəaliyyəti haqqında tədqiqat aparan alim  və elmi 

məktəblərin müxtəlif dövrlərdə istifadə etdikləri terminlərdir.  



Yüklə 319,32 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə