Mühazirə mətnləri 15 movzu üzrə-30 saat Hazırladı: Qida məhsulları mühəndisliyi və ekspertiza kafedrasının



Yüklə 2,17 Mb.
səhifə1/23
tarix18.04.2018
ölçüsü2,17 Mb.
#39386
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   23

AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

Funksional qida məhsullarının texnologiyası və bədii tərtibatı”

fənnindən “Dizayn” ixtisasının tələbələri üçün

Mühazirə mətnləri

15 movzu üzrə-30 saat

Hazırladı: Qida məhsulları mühəndisliyi və ekspertiza kafedrasının



dosenti Cəfərov Firuddin Nəsrəddin oğlu

Gəncə-2017-2018-cı tədris ili

Mövzu 1. Giriş. Funksional qidalanmanın elmi əsasları.Qidalanmanın nəzəriyyə və konsepsiyası.

PLAN:

Giriş


2. Funksional qidalanma konsepsiyası

3.Vitaminlər və antioksidantlar

4. Doymamış yağ turşuları

5. Mineral maddələr

6. Funksional qidalanmanın elmi əsasları

7. Balanslaşdırılmış qidalanma.

8. Adekvat qidalanma

9. Səmərəli qidalanma



ƏDƏBİYYAT

  1. Кацерикова Н.В. Технология продуктов функционального питания. Кемерово.2004.-146 с.

  2. Касьянов Г.И., Шаззо Р.И. Функциональные продукты питания. – М:Просвещение, 2000. – 115 с.

  3. Теплов В.И., Белецкая Н.М. и др. Функциональные продукты питания. – М:А-Приор, 2008. – 234 с.

  4. Функциональные продукты питания. – Коллектив авторов М:Кнорус, 2012. – 303 с.

  5. Устинова А.В., Тимошенко Н.В Продукты для детского питания на основе мясного сырья".- М.: ВНИИМП, 2003. - 438 с.

  6. Смоляр В.И. Рациональное питание. Киев: Наукова думка, 1995 г. - 268 с.

  7. Гудков А.В., Гудков С.А., Козловская М.А. и др. Бифидобактерии: биологическая роль в жизнедеятельности человека и животных. Производство бифидосодержащих продуктов. – Углич: ВНитс, 1999 г. – 85 с.

  8. Гумовская И. Питание людей пожилого возраста. - Варшава: Ватра. - 1984. - 93 с.

  9. Доценко В.А., Бондарев Г.И., Мартинчик А.Н. Организация лечебно-про-филактического питания. - М.: Медицина, 1987. - 215 с.


Giriş

İnsan orqanizmində gedən fizioloji proseslər üçün təkcə qida maddələrinin deyil, eyni zamanda aminturşu, vitamin, mineral maddə, qida lifləri və başqa bioloji aktiv komponentlərin də vacib olduğunu müasir dietologiya elmi sübut edir. Hətta son dövrlərdə «funksional qida məhsulları» anlayışı yaranmışdır.

Orqanizmin bütün orqan və sistemlərinin normal həyati funksiyalarının tam yerinə yetirməsi üçün onun lazımi qida maddələri ilə təmin edilməsi vacibdir. Belə qidalanma «funksional qidalanma» adlandırılmışdır.

Bizi əhatə edən ekoloji mühit insan orqanizminə müxtəlif təsirlər edir.

Funksional qida məhsulları – insanın immun sistemini möhkəmləndirir, həzmi yaxşılaşdırır, müəyyən xəstəliklərin qabağını alır. Funksional qidalanma təbii mənşəli məhsulların qida rasionuna qoşulması və yeməklə istifadə olunması deməkdir.Vitamin, mineral, probiotik, prebiotik, həmçinin digər qiymətli qida maddələri ilə zənginləşdirilmə hesabına insan üçün sağlamlaşdırıcı effektə və xoşagələn dada malik olur. Funksional məhsullar təkcə fiziki sağlamlığı yaxşılaşdırmır, eyni zamanda müxtəlif xəstəliklərin də qabağını alır.

Azərbaycanda funksional qida məhsullarının istehsalına son illərdə başlanılmışdır (Aznar ASC, "Bakı Yağ və Qida Sənaye" ASC, ”Vitadiet” MMC, Caspian Crystal şirkəti).

XX əsrin sonunda “sağlam qidalanma” haqqında yeni dünya konsepsiyası qəbul edilmişdir. Bu konsepsiyanın əsasını “probiotiklər və funksional qidalanma” proqramı təşkil edir.

Bundan sonra funksional məhsullar geniş şöhrət qazanmışdır. Funksional məhsulların hazırlanmasına dair ilk layihələrə 1984-cü ildə başlanmış, 1987-ci ildə isə artıq 100 adda məhsul istehsal olunurdu. Hal-hazırda funksional məhsullar ümumi məhsulların 5%-ni təşkil eir. Mütəxəssislər belə hesab edirlər ki, funksional məhsullar profilaktiki təbabətin ənənəvi dərman preparatlarının 40-50%-ni əvəz edir.

Funksional məhsullara dənli səhər yeməkləri, çörək-kökə, makaron və qənnadı məmulatları, dəniz məhsulları, alkoqollu və alkoqolsuz içkilər, meyvə şirələri, mədəni və yabanı bitki xammalının ekstraktları, meyvə-tərəvəz məhsulları, ətin və südün emal məhsulları, arıçılıq məhsulları aiddir. Ən böyük xüsusi çəkiyə (65-70%) süd məhsulları malikdir.

Dövlətin qidalanma sahəsində elmi-texniki siyasəti xalqın sağlamlığının möhkəmlənməsinə yönəldilməlidir. Bu məsələnin həlli üçün yüksək keyfiyyətli məhsul istehsalı tələb olunur.

Kimyəvi tərkibinə görə tam keyfiyyətli olmayan qida xammalının istifadəsi, texnoloji işlənməsi və digər səbəblər nəticəsində insan orqanizmi lazım olan miqdarda əvəzolunmaz komponentləri qəbul edə bilmir.

Tərəvəzlərdə nutrientlər optimal nisbətdə olur. Tərəvəzlərin yem rasionuna daxil edilməsi, orqanizmdən zərərli maddələrin kənarlaşmasına kömək edir.

Yabanı bitkilər əlavə qida məhsulları sayılır. Onlar bir tərəfdən yem rasionunda müxtəliflik yaradır, digər tərəfdən onu bioloji aktiv maddələrlə zənginləşdirir.

Bitki aləmini öyrənən tədqiqatçılar qeyd edirlər ki, zəngin bitki aləmi haqqında olan bilgilər nəinki insanı qida məhsulları ilə təmin edir, eyni zamanda ətraf mühitin kəskin şəraitinə optimal psixofizioloji uyğunlaşmasına təminat verir.

Funksional qida məhsullarının yaradılması zamanı mütləq xammalın kimyəvi tərkibi, qidalılıq dəyəri, xüsusi texnoloji emal üsulları haqda məlumata malik olunmalıdır.

Funksional qida məhsulları və onların komponentləri insan orqanizmindəki metabolizmi modifikasiya etməklə müxtəlif xəstəliklərin əmələ gəlməsinin qarşısının alınmasında mühüm rol oynayır.

Bu gün bütün dünyada qida sənayesi qibtə ediləcək bir təşəbbüslə üçüncü minilliyin yeni funksional qida məhsullarını yaratmağa çalışılır. Bu məhsullar antikanserogen, antioksidant, iltihaba qarşı, xolesterin nizamlayıcısı və digər xeyirli xüsusiyyətlərə malik olmalıdır.

Ətraf mühitinn kimyalaşdırlması, qida əvəzedicilərinin qəbulu, qida rasionunun balanslaşdırılmaması, xəstələnməyə, vaxtsız qocalmaya və həyatın qısalmasına səbəb olur. Bu vəziyyət əhalinin səmərəli qidalanma mədəniyyəti məsələlərinin aşağı səviyyədə olması, sağlam həyat tərzi vərdişlərinin olmaması ilə əlaqədar olaraq dərinləşir.

Bazar münasibətlərinin keçid dövründə iqtisadi durum bu sosial problemlərin kəskinləşməsinə səbəb olur.

Adambaşına düşən heyvan mənşəli zülalın miqdarı böhran səviyyəsinə (32 q əvəzinə 30 q) düşmüşdür. Nəticədə immunitet zəifləmiş, hamilə qadınlarda anemiya müşahidə olunmuş, yeniyetmələrdə bədən çəkisinin azalması və yeni doğulan körpələrdə fiziki parametrlərin aşağı düşməsi müşahidə olunur. Uşaqlarda erkən yaşlarda zülallı maddələrin çatışmazlığı beynin formalaşmasında material çatışmazlığına səbəb olur ki, bu da psixi cəhətdən tam formalaşmaya təhlükə yaradır.

Qidalanma rasionunda xaricdən gətirilmə məhsulların istifadə edilməsi, orqanizmin yeni tərkibli qida məhsullarına uzun müddətli adaptasiya reaksiyasına səbəb olur ki, bu da stres və sağlamlığın pozulması hallarını yaradır.

Qida sənayesi və ictimai iaşə məhsullarının rəqabətə davamlığını təmin etmək üçün, xammalın səmərəli kompleks emalını təmin edən yeni texnologiyalar işlənməlidir.

Bu, təkrar material ehtiyatlarından istifadədən asılıdır. Yeni texnologiyaların tətbiqi yüksək keyfiyyətli təhlükəsiz qida məhsulunun yaradılmasına imkan verəcəkdir.

Qida sənayesi və ictimai iaşənin mühəndis texnoloqlarının prioritet fəaliyyət istiqaməti yerli təbii xammalın əsasında yeni texnologiyaların işlənməsidir.

Qida məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində standartlara və tələblərə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi qaydalara görə elm və aqrar sənaye kompleksinin qarşısında əhalinin fizioloji təlabatını yüksək keyfiyyətli bioloji qiymətli və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi məsələsini qoyur.

Bu qaydalar “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli, 969 saylı Fərmanına və digər qüvvədə olan qanunvericilik aktlarına əsasən hazırlanmışdır və qida məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində standartlara və tələblərə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi qaydalarını müəyyən edir.

Sağlam qidalanmada dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır:

1. İnsanın sağlamlığı

2. Qida məhsulları insan sağlamlığına zərər vurmamalıdır

3. Uşaqların səmərəli qidalanması və onların sağlamlıqlarının vəziyyəti dövlətin əsas diqqət predmeti olmalıdır

4. Havanın, su hövzələrinin, torpağın çirklənməsinin davam etməsi ilə əlaqədar olaraq qidalanma insan orqanizmini ətraf mühitin əlverişsiz şəraitindən mühafizə etməlidir

5. Qidalanma tək insan orqanizminin qida maddələrinə və enerjiyə olan fizioloji təlabatını ödəməməli, eyni zamanda profilaktiki və müalicə məsələlərini də həll etməlidir.

Bütün bu məsələlər “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair” Dövlət Proqramında geniş şərh olunmaqla məqsəd və vəzifələr müəyyənləşdirilmişdir.

Funksional qidalanma konsepsiyası. Hazırda yalnız mütəxəssislərdə deyil, həm də adi istehlakçılarda da şühbə yeri qalmamışdır ki, insanın sağlamlığı birbaşa onun qəbul etdiyi qidadan asılıdır.

Sağlamlığı, iş qabiliyyətini və insanın uzunömürlüyünü mühafizə etmək üçün səmərəli qidalanmanın 3 əsas prinsipinə riayət etmək vacibdir: enerji balansı, orqanizmin qida maddələrinə təlabatının lazimi miqdarda və nisbətdə ödənilməsi, qidalanma rejimi.

Texniki inkişafla bağlı, ekoloji vəziyyətin kəskin pisləşməsi insanın qəbul etdiyi qidanın keyfiyyət tərkibinə təsir etmişdir. Hal-hazırda “sivilizasiya xəstəliklərin”ə həddən artıq yorulma, yüksək qan təzyiqi, ateroskleroz, qəbzlik, babasil və divertikulez, piylənmə və diabet, öd-daşı xəstəliyi və s. aid edilir.

Rusiyada aparılan tibbi elmi tədqiqatlar göstərmişdir ki, son illər bir sıra əhali təbəqələrinin, xüsusilə az gəliri olan əhali qrupunun qidasında zülal və enerji çatışmazlığı müşahidə olunmaqdadır. Eyni zamanda piylənmədən əziyyət çəkən insanlar müəyyən olunmuşdur ki, bu da maddələr mübadiləsinin pozulmasının nəticəsidir. Orta ömür 30%-dək qısalmaqla kişilərdə bu göstərici 57 il, qadınlarda isə 72 ildir. Yaşlı insanların xəstələnməsi halları ürək-damar, xərçəng xəstəlikləri, diabet, insult, katarakta və qlaukoma, osteoporoz, bəzi beyin xəstəlikləri, əsəb sistemi, məsələn parkinson xəstəliyi və s. xəstəliklər hesabına nəzərə çarpacaq dərəcədə artmışdır. Daha çox narahatlıq doğuran ürək-damar və onkoloji xəstəliklərdir.

Alimlər müəyyən etmişlər ki, bu xəstəliklər çox vaxt balanslaşmamış qidalanma, ayrı-ayrı fərdlərin qidaya olan hərisliyi ilə bağlıdır. İndi sübut olumuşdur ki, məhsullarının böyük miqdarda qəbul edilməsi, zərərli vərdişlər, irsiyyət və ekoloji əlverişsizlik orqanizmin bir çox həyati vacib funksiyalarına təsir edir və xətəliklərin yaranmasına səbəb olur.

Bunun səbəbi qida məhsullarında risk amilinə daxil olan maddələrin olmasıdır. Ürək-damar xəstəlikləri üçün bu xolesterin, kanserogenlər üçün – nitrozaminlər və yarımqapalı karbohidrogenlər, diabet üçün-qlükoza, insult üçün-xörək duzu və doymuş yağ turşuları və sairədir.

Qidanın “sağlam” inqredientləri – antoqonistlər də yaxşı məlumdur. Çoxillik tədqiqatlar göstərir ki, onların köməyilə bəzi xəstəliklərin qarşısı alınır, digərlərinin isə vaxtı uzadılır və ya keçməsi yüngülləşdirilir. Məsələn, ürək-damar xəstəliklərinə qarşı antioksidant C və E vitaminləri, karatinoidlər, flavonoidlər bəzi qeyri-üzvi elementlər, qida lifləri yaxşı nəticə verir. C-vitamininin istifadə edilməsi, orqanizmi mədə xərçəngindən, beta-karotin isə ciyər xərçəngindən müdafiə edir. Osteoporozun qarşısı qida məhsulları rasionunun tərkibinə Ca, K, C, B6, D3 vitaminləri və bor elementi daxil edilməklə alına bilər. Ayrı-ayrı inqredientlər bir neçə xəstəliklərə qarşı mühafizəedici rol oynayır (cədvəl 1.1).

Cədvəl 1


Risk amili

Yaşla əlaqədar olan xəstəliklər

Müdafiə funksiyalı qida inqrdientləri

Siqaret çəkmə, artıq təzyiq, artıq miqdarda xolesterinin olması, qidada E, C vitamin-antioksidantların az miqdarda olması

Ürək-damar

Linol turşusu, omeqa-3-yağ turşuları,vitamin antioksidantlar, flavonoidlər, folatlar, qida lifləri, mineral maddələr

Yüksək yağlı qida qəbulu, meyvə və tərəvəzin kifayəət qədər olmaması (vitaminlər və qida lifləri) qaxac, duzlanmış və hisə verilmiş ət, nitrozaminli və yarımqapalı karbohidrogenlər

Xərçəng

C-vitamini, beta-karotin, qida lifləri, fitoelementlər, D-vitamini, kalsium

İrsyyət, ifrat çəki, virus infeksiyası, ifrat şəkər və süd zülalının istifadəsi

Şəkərli diabet

Qida lifləri, xrom, D-vitamini

Yüksək təzyiq, xörək duzunun ifrat miqdarı, qidada yağ turşularının artıqlığı

Insult

E-vitamini, omeqa-3 yağ turşuları, A-vitamini flavonoidlər, xinonlar

Günəş radiasiyası, pis ekologiya, diabet, qalaktozemik pozğunluq, bəzi dərmanların qəbulu

Katarakta

C-vitamini, karatinoidlər, B-qrupu vitaminləri, lyütein

Fiziki aktivliyin çatışmazlığı, orqanizmdə estrogenin və kalsiumun miqdarının azlığı

Osteoporoz

Kalsium, K, C, B6, D vitaminləri F, B, Mg

Sərbəst radikallar, alüminium, pestisidlər, bəzi dərmanların qəbulu

Beyin xəstəlikləri, o cümlədən parkinson

Vitaminlər-antioksidantlar

Yüksək kalorili qidanın artıq istifadə olunması, nutrientlərin optimal nisbətinin pozulması

Piylənmə

Qida lifləri, vitaminlər,

mineral maddələr



Bəzi inqredientlərin insanların sağlamlığı ilə qarşılıqlı əlaqəsi haqda yeni məlumatların aydınlaşdırılması, müxtəlif tədqiqatların nəticələrinin tədqiqi qidalanma elminin yeni istiqamətlərinin əmələ gəlməsinə gətirib çıxardı. Pozitiv (sağlam, funksional) qidalanma 80-ci illərin əvvəllərində Yaponiyada yaranmış və burada funksional məhsul adı altında geniş şöhrət qazanmışdır.

Bu termin adı altında tərkibində inqredientlər olan məhsullar başa düşülür ki, onlar da sağlamlıq üçün faydalı olub, xəstəliyə qarşı davamlığı artırır, orqanizmdə bir çox fizioloji prosesləri yaxşılaşdırır və insanın uzun müddət aktiv həyat tərzi keçirməsinə imkan yaradır. Bu məhsul geniş istehlakçı dairəsi üçün nəzərdə tutulmaqla adi qida formasında olub, normal qidalanma rasionunun tərkibində müntəzəm olaraq qəbul edilə bilər və edilməlidir.

Yapon tədqiqatçıları funksional məhsulların 3 əsas keyfiyyətini qeyd edirlər: qida dəyəri, xoşagələn dad və müsbət fizioloji təsir.

Adi gündəlik qida məhsullarına nisbətən funksional məhsullar sağlamlığa faydalı olmalı və insan orqanizminə heç bir zərər verməməlidir.

Qeyd edilməsi vacibdir ki, bu tələb tək onun inqredientinə yox, eyni zamanda bütövlükdə məhsula aiddir.

Sağlam qidalanma məhsulları dərman olmayıb, xəstəni müalicə edə bilmir, ancaq o, əlverişsiz yaşayış mühitində xəstəliyin və qocalmanın qarşısını ala bilir.

Tədqiqatçılar pozitiv qidalanmanı müəyyən xəstə insanlar dairəsi üçün adi rasionla, pəhriz qidalanma arasında orta qidalanma kimi qəbul edirlər.

Pozitiv qidalanma konsepsiyası özündə istehsalın, işlənmələrin nəzəri əsasını, realizəsini və funksional məhsulların istifadəsini birləşdirir.

Bütün pozitiv qidalanma tərkibində ona funksional xüsusiyyət verən inqredientlər olur. D. Potter 7 əsas funksional inqredientlər müəyyən etmişdir: qida lifləri (həll olan və həll olmayan), vitaminlər (A, B, qrupu, D və s.), mineral maddələr (Ca, Fe), yarımdoymamış yağlar (bitki yağları, balıq yağı, omeqa-3 yağ turşuları), antioksidantlar: beta-karotin və vitaminlər (askorbin turşusu - C vitamini və alfa tokoferol-E vitamini), oliqosaxaridlər (faydalı bakteriyalar üçün faydalı substrat kimi), həmçinin mikroelement, bifidobakteriya və s. qruplar.

Qida lifləri – qidalanmada və pəhrizdə vacib rol oynayır. Onlar çoxlu sayda üzvi birləşmələrin qarışığı olub, qəribə kimyəvi struktura və fiziki xüusiyyətlərə malikdir.

Ənənəvi olaraq qida lifləri bitki polisaxaridləri və liqnin kimi müəyyən olunmuş və onlar insanın həzm sistemində metabolizmə uğramır. Həll olan qida lifləri nümayəndəsinə pektin, həll olmayanlara isə sellüloza aiddir.

Qida liflərinin funksional xüsusiyyətləri əsasən mədə-bağırsaq sisteminin işi ilə əlaqədardır.

Qida lifləri ilə zəngin olan qida, həzm prosesinə müsbət təsir edir və nəticədə xəstəliyin məsələn, bağırsaq xərçənginin əmələ gəlmə riski azalır.



Vitaminlər və antioksidantlara A, C, E vitaminləri, B-qrupu vitaminləri, beta karotin aid olub, funksional inqredient kimi, pozitiv qidalanmada vacib rol oynayır.

Onlar metabolizmdə iştirak edir. Orqanizmin immun sistemini möhkəmlədir, sinqa və beri-beri xəstəliklərinin qarşısını alır.

Antioksidantlara C və E vitamini aiddir. Antioksidantlar lipidlərin tərkibinə daxil olan yağ turşularının oksidləşmə prosesini oksigenin birgə təsiri ilə ləngidir və həmçinin əmələ gələn peroksidləri parçalayır.

Qida antioksidantlarının təsiri, onların az aktiv radikallar əmələ gətirmə xüsusiyyətindən asılıdır.

Beləliklə, antioksidantlar antikanserogen təsir göstərməklə insan orqanizmini sərbəst radikallardan qoruyur, həmçinin aktiv peroksid radikallarını bloklaşdıraraq qocalma prosesini ləngidir.

Antioksidantlar sinerqizm xüsusiyyətinə malikdir. Yəni bir neçə antioksidant qarışdırıldıqda onların təsir gücü artır.



Doymamış yağ turşuları alimlər tərəfindən 20 il ərzində çox geniş öyrənilmişdir.

Doymamış yağ turşuları az sıxlıqlı lipoproteinlərin, xolesterinin parçalanmasında, hidrogenləşmə proseslərində iştirak edir, qan cisimciklərinin aqreqat halının dəyişməsinin və trombların (qan laxtasının) qarşısını alır, iltihab proseslərini aradan qaldırır və s.



Mineral maddələr, oliqosaxaridlər, bifidobakteriyalar da inqredient kimi, insan orqanizminin normal funksiyaları üçün çox vacibdir. Məhsullara funksional xüsusiyyət verən inqredientlər müəyyən tələblərə cavab verməlidirlər.

Onlar təbii və ya təbii-identik və sağlamlıq üçün faydalı olmalıdır. Həm də bunlar elmi cəhətdən əsaslandırılmış olmalıdır. Hər günlük doza, tibbi və qidalanma mütəxəssisləri tərəfindən bəyənilməlidir. Bu doza balanslaşmış olmalı, qida məhsullarının qidalılıq dəyəri azaldılmamalıdır. Hər funksional inqredient üçün dəqiq fiziki-kimyəvi göstəricilər və oların təyininin dəqiq metodikası olmalıdır.

Bundan başqa, onlar ağızdan qəbul edilir (adi qida kimi) və dərman formasında (həb, kapsul, toz) buraxılmır.

Funksional inqredientli qida məhsullarını şərti olaraq 4 qrupa bölmək olar: dənli səhər yeməkləri, süd məhsulları, marqarinlər və alkoqolsuz içkilər.

Dənli səhər yeməkləri və digər məhsulların tərkibində xeyli miqdarda həll olan və həll olmayan qida lifləri vardır ki, bu da onun funksional xüsusiyyətini müəyyən edir. Funksional xüsusiyyəti gücləndirmək üçün digər funksional inqredientlər - məsələn, vitaminlər və mikroelementlər əlavə edilir. Bu məhsullar ürək-damar və mədə-bağırsaq xəstəliklərinin qarşısının alınması üçün çox faydalıdır. Süd məhsulları-kalsium, riboflavin kimi funksional inqredientlərin qiymətli mənbəyidir. Onların funksional xüsusiyyətləri A, D, E, beta-karotin və maqnezium (Mg) kimi mineral maddələr, həmçinin qida lifləri, məsələn, petkin, bifidobakteriya əlavə etməklə artırıla bilər.

Funksional süd məhsulları ürək-damar, mədə-bağırsaq, osteoporoz, xərçəng və başqa xəstəliklərin qarşısının alınmasında effektli ola bilər.

Marqarin və bitki yağları doymamış yağ turşularının əsas mənbəyi olub, ürək-damar xəstəliklərinin qarşısını alır. Onların funksional təsirini artırmaq üçün inqredient kimi D, A vitaminləri, bəzi triqliseridlər, strukturlaşdırılmış lipidlər əlavə oluna bilər. Bu məhsullar aşağı enerji dəyərinə malik olmağı ilə piylənmənin qarşısını alır.

Yeni növ funksional qidalanma yaratmaq üçün içkilər əsas texnoloji məhsuldur. Bundan başqa alkoqolsuz içkilərin əsas komponenti olan meyvə-tərəvəz şirələri, C-vitamini, beta-karotin, B qrupu vitaminlər kompleksinə malik olub, onların tərkibinə funksional inqredientlərin əlavə edilməsi elə bir çətinlik törətmir. Vitaminlər, mikroelementlər və qida lifləri ilə zənginləşdirilmiş içkilər, ürək-damar və mədə bağırsaq xəstəliklərinin, xərçəngin və digər xəstəliklərin, həmçinin müxtəlif növ intoksikasiyaların qarşısının alınması üçün istifadə oluna bilər.

Vitamin istehsalında dünyada lider olan - “Xoffman-Lya Roş” firması (İsveçrə) məhsulların zənginləşdirilməsi üçün yüksək keyfiyyətli funksional inqredientlərin böyük çeşidini buraxır.

Funksional qidalanmada hal-hazırda lider Yaponiyadır. Bu ölkədə pozitiv qidalanmada qanunvericilik aktları daha dəqiq və hərtərəfli işlənmişdir. Layihə 1984-cü ildə qəbul edilmiş və hökümət tərəfindən geniş müdafiə edilmiş, maliyyələşdirilmişdir. Buna görə də mütəxəssislərin hesablamalarına görə Yaponiyada funksional məhsullar bazarı, yaxın vaxtlarda 7 mld. dollara çatacaqdır.

Avropa ölkələri üçün pozitiv qidalanma konsepsiyası kifayət qədər olub, qida sənayesinin son istiqamətlərini müəyyən edir. Bu sahədə qanunvericilik hələ indi işlənilir, funksional məhsulların statusu isə ən çox müzakirə olunan müasir hüquqi məsələlərdən olub, onun tələblərinə görə qida insan xəstəliklərinin qarşısını almaq və müalicə etmək xüsusiyyətinə malik olmalıdır.

Hal-hazırda Avropa Birliyi dövlətlərində və ABŞ-da elə vəziyyət mövcuddur ki, funksional qida məhsulları sağlamlığın vəziyyətini yaxşılaşdırmaq xüsusiyyətinə malik olsa da, tibbi təlabatlara tam cavab vermir.

“Sağlam qidalanma” ideyası, istifadəçilər arasında get-gedə daha çox şöhrət qazanmaqdadır.

Funksional qida məhsullarına istehlakçıların geniş təlabatının olması üçün, onlar əsas 3 keyfiyyətə malik olmalıdır: xoşa gələn dada, istifadə zamanı rahatlığa və sağlamlıq üçün faydalılığa.

Beləliklə pozitiv qidalanmanın tətbiq ounması ölkənin ümumi inkişafından, qida sənayesinin həm də elmi texnologiyanın inkişaf səviyyəsindən asılıdır.

Funksional xüsusiyyətli yağ-piy məhsulları sahəsində alim və istehsalçılar funksional inqredientli kombinəedilmiş yağların və aşağı yağlı marqarin və mayonez çeşidlərinin yaradılması yolu ilə getmişlər.

Funksional inqredientlərə malik olan alkoqolsuz içkilər, o cümlədən şirələr, şirəli içkilər, morslar, kvas və çay məhdud şəkildə insanların həyatına daxil olmuşlar.

Funksional qidalanmanın elmi əsasları


Kataloq: img -> page -> tmp
tmp -> Mövzu fəLSƏFƏ onun predmeti, problem dairəsi və CƏmiyyəTDƏ rolu
tmp -> Multikulturalizmə giriş” fənninin predmeti və əhəmiyyəti plan mədəniyyətin sosioloji anlayışı Mədəniyyətin Elementləri
tmp -> Azərbaycan döVLƏt aqrar universiteti MÜHƏNDİSLİk fakultəSİ HƏyat fəALİYYƏTİNİn təHLÜKƏSİZLİYİ kafedrası
tmp -> Mövzu Dövlət və hüququn Plan
tmp -> Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"
tmp -> Dos. Azad Mustafa oğlu Bayramov Azərbaycan Dövlət Aqrar Universiteti İctimai elmlər və Multikulturalizm kafedrası
tmp -> Mühazirənin planı: Maddələrin qruluşu və xassəsi Süni və təbii radioaktivlik
tmp -> 27 aprel 2017-ci IL tariXLİ İclasinin protokolundan çixariş EŞ 09 1
tmp -> Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"

Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə