Mühazirə mətnləri 15 movzu üzrə-30 saat Hazırladı: Qida məhsulları mühəndisliyi və ekspertiza kafedrasının


Yabanı xammaldan hazırlanan içkilərin texnologiyası



Yüklə 2,17 Mb.
səhifə23/23
tarix18.04.2018
ölçüsü2,17 Mb.
#39386
növüMühazirə
1   ...   15   16   17   18   19   20   21   22   23

Yabanı xammaldan hazırlanan içkilərin texnologiyası

Yabanı xammaldan hazırlanan içkilərin texnologiyası və reseptləri işlənmışdır. Aşağıda onların bəziləri haqqında məlumat verilir.



Limon otundan cövhərin hazırlanma texnologiyası. Xammal əvvəlcədən sortlaşdırılır və xırdalanır, üzərinə su tökülür, 95-1000C-dək isidilir (xammalın və suyun nisbəti 1:20) və 4 saat ərzində su hamamına qoyulur (1000C). Cövhəri almaq prosesi qurtardıqdan sonra, məhlul süzgəcdən keçirilir və şərbət hazırlanması üçün istifadə edilir. Limon otundan cövhər hazırlanması texnologiyası şəkil 4.1-də göstərilmişdir.

Limon otu cövhərinin keyfiyyətinə bir sıra tələblər qoyulur. Belə ki, o xarici görünüşcə-şəffaf, rəngli çöküntüsüz maye olmalı rəngi-sarı rəngdən açıq şabalıdıya qədər, iyi-xarakterik, xammala uyğun, dadı özünəməxsus və limon otuna xas olmalıdır. Yüngül acılığa icazə verilir. Kənar tam ola bilməz.

Alınmış cövhər, içki ilə hazırlanması üçün istifadə edilən şəkər şərbətinin ətirləşdirilməsində istifadə edilir.

Melissa” şərbətinin hazırlanma texnologiyası. Şəkər-tozu 3:1 nisbətində su ilə qarışdırılır, limon turşusu əlavə edilərək qaynadılır və daimi qarışdırılmaqla əmələ gələn köpük götürülür. Bu proses 10-12 saat davam edir. Sonra limonotunun sulu cövhəri əlavə edilir, şərbət qaynama həddinə çatdırılır və 18-200C-dək soyudularaq süzülür. Keyfiyyətinə bir sıra tələblər qoyulur. Özülü şərbətin xarici görünüşü-şəffaf, rəngi – limonu-yaşıl, dad və ətri – aydın ifadə olunan, şirin bal və limon ətirli olmalıdır.

Alınmış ətirli “Melissa” şərbəti qarışıq içkilərin hazırlanmasında istifadə edilir. Şərbət içkilərə daha çox tam, dad keyfiyyətləri, gözəl ətir və fərdilik verir.


c:\documents and settings\user\мои документы\мои рисунки\2014-06-19\изображение0007.jpg
Şəkil 1. Limon otundan su cövhərinin hazırlanmasının texnoloji sxemi
“Melissa” şərbətinin hazırlanma texnologiyası aşağıdakı şəkil 4.2-də öz əksini tapmışdır.

c:\documents and settings\user\мои документы\мои рисунки\2014-06-19\изображение0008.jpg
Şəkil .2. Ətirləşdirilmiş “Melissa” şərbətinin texnologiyası
“Rodniçok” içkisinin hazırlanma texnologiyası şəkil .3-də verilmişdir.

Rodniçok” içkisinin hazırlanma texnologiyası. Şərbəti, limon turşusunu və 2-3 kub buzu stəkana yerəşdirirlər. Üzərinə qazlaşdırılmış su əlavə edilir. İçkinin xarici görünüşü – şəffaf limonolu iyli olmaqla stəkanın divarlarında qaz qabarcıqları nəzərə çarpır.



c:\documents and settings\user\мои документы\мои рисунки\2014-06-19\изображение0009.jpg

Şəkil .3. “Rodniçok” içkisinin hazırlanmasının texnoloji

sxemi

Müalicəvi qənnadı məmulatları

Müalicəvi qənnadı məmulatları xüsusi texnoloji sxemlə və xammal əlavə edilməklə hazırlanır. Bu məmulatların tərkibinə sorbit, ksilit, qoz cecəsi, kola qozu, nanə, zirə və evkalipt yağları, saxarin, yerkökü şirəsi, hematogen və dəniz kələmi daxildir.

Diabet xəstəliyindən əziyyət çəkən xəstələrə məmulat minimum miqdarda karbohidrat olmaq şərtilə hazırlanır. Şəkərin əvəzinə ona saxarin, sorbit, ksilit, nişastanın əvəzinə isə qoz cecəsi, kəpək əlavə olunur.

Mədə-bağırsaq və qaraciyər xəstəlikləri zamanı draje, karamel, pektinli marmelad qəbul etmək olar. Yuxarı tənəffüs yollarının xəstələnməsi zamanı evkamentol, anisomentol, mentol pastilkaları və s. qanazlığında-hemotogenli yerkökü, zirəli məmulatlar; ateroskleroz zamanı-dəniz kələmi məmulatları (məsələn: “Klubnika”, “Monpasye” karamelləri, “Zelyonıy qoreşok” drajesi; yodlaşdırılmış məmulatlar) məsləhət görülür.

Həmçinin qarğıdalı yağından da məmulatlar hazırlanır ki, bu da yarımdoymamış yağ turşuları ilə zəngin olub, orqanizmdə xolesterinin çıxarılmasına köməklik edir. Məsələn, “Novoye”, “Dietik” peçenyeləri. 4.3 saylı cədvəldə bəzi qənnadı məlumatların kimyəvi tərkibi verilmişdir:

Cədvəl 4.3

Bəzi qənnadı məmulatların kimyəvi tərkibi


Məmulatın adı

Rütubət, %

Yağ, %

Həll olan karbohidratlar, %

Əlavələr, %

Tryüfellər:













Saxarinlə

3,3±1,5

45,5±2

20,2±3

Saxarin

Ksilitlə

1,2±0,3

42,2±3

-

Ksilit

Südlü şokalad:













Saxarinlə

1,9±0,5

42,2±2

36,6±2

Saxarin

Ksilitlə

1,9±0,2

35,5±2

4±2

Ksilit-41,7

Ksilitli batonçiklər

1,7

29,7

4

Ksilit-51,8

“Diabetik” peçenye

5-6

12,24

-

Sorbit-29,1

Ksilitdə gözcüklənmiş konfetlər

9

7,6

-

Ksilit-62,5

Tərkibində yod olan məmulatlar müalicə-profilaktiki əhəmiyyət daşıyır. Onlar, yod çatışmazlığında qalxanvari vəzin fəaliyyəti pozulduqda məsləhət görülür. Bunun üçün dəniz kələmi və ya nişastalı yod, karamel, zefir, marmelad həm təbii, həm də sintetik vitaminlər və ya vitamin xammalı əlavə etməklə hazırlanır. Karamel, draje, konfetlər, şokalad, peçenye, pryanik və halva vitaminləşdirilir. Satışa tərkibində C, B1, A, D, PP vitaminləri olan drajelər çıxarılır. C vitamini olan draje “Şokaladlı izyum”, “Moloçnoe”, “Şəkərli itburnu”, “Sitrusovoe”, “Yujnoe” adı altında buraxılır. C və B1 vitaminləri olan karamel-nabat yastıqcıqları “Şipovnik”, “Bim-Bom” karamelidir. Şirələnmiş konfetlər C-vitamini ilə (“Krem-pomadka”), B1 vitamini ilə (“Kiyevskaya pomadka”) hazırlanır.

Yeni sort peçenye, pryanik və konfetlərin çeşidləri işlənib, istehsalata yayılmışdır. Bu qənnadı məmulatlarının reseptlərində buğda rüşeyminin lopası, karotin, alma püresi, üvəz püresi və alma tozu istifadə olunmuşdur. Məhz bu qida əlavələri - pektinlər, sellüloza, bitki yağları, vitaminlər və mineral maddələr yeni məhsullara profilaktiki təyinat verir və onların istifadə olunması orqanizmin bioloji-immun reaktivliyini artırır. Bu məhsulların istehsalında sirkə və ya essens turşularından istifadə edilmir.

Müalicəvi və profilkatiki qənnadı məmulatlarının buraxılışının təşkili ilə əlaqədar problemin həlli üçün aşağdakı məsələlər həll olunmalıdır:



  1. Məmulatın kalorisinin aşağı salınması. Rusiya Elmlər Akademiyasının Qida İnstitutunun məlumatına görə, qeyd olunan məmulatlarda yağın miqdarı 10-15% arasında olmalıdır. Hal-hazırda o, 33%-i keçir ki, bu da piylənməyə və aterosklerozun inkişafına səbəb olur. Karbohidratların miqdarı 55-75%, rafinləşmişlərin miqdarı 10%-dən artıq olmamalı olduğu halda faktiki-20%-dən artıq olur. Ümumi zülalın miqdarı 0-15% olmalıdır, faktiki isə 5,9 olur, qida lifləri 27-40% olmalıdır, ancaq hal-hazırda 10% təşkil edir.

  2. Bir sıra yeni xammal növündən və əlavələrdən istifadə edilməklə, məmulatın buraxılışı üçün əlverişli şəraitin yaradılması: qanda hemoqlobinin əmələ gəlməsinin kəskin aktivləşməsi üçün kolloid dəmirin, yüksək bioloji dəyərə və yaxşı mənimsənilməyə və yüksək miqdarda zülala (quru maddəyə görə 45%) malik olan soya süd konsentratının, orqanizmdən zərərli kimyəvi birləşmələri və ağır metalları çıxara bilən bioloji aktiv əlavələrin istifadəsini nəzərdə tutur.

  3. Yağlar qarışığının yağ-turşu tərkibinin modelləşməsi yolu ilə tətbiqinin təmini. Doymuş yağ turşularının miqdarı 10%-dək olmalıdır. Ancaq hal hazırda 25% təşkil edir. Doymuş turşuların artıqlığı maddələr mübadiləsinin pozulmasına, o cümlədən qanda xolesterinin miqdarının artmasına səbəb olur. Yarım doymamış yağ turşularının (linol, linolen, araxidon) miqdarı 7-100% arasında tərəddüd etsə də real olaraq 5%-ə qədər olur. Yarımdoymamış turşular orqanizm üçün mühüm əhəmiyyət kəsb edir. Onlar hüceyrə membranının tərkibinə daxil olub, normal böyümə və maddələr mübadiləsini, damarların elastikiyini və orqanizmdən xolesterinin xaric olmasını təmin edir.

  4. Tələb olunan təhlükəsizlik meyarlarının yaradılması. Qeyd olunan məsələlərin realizə olunması üçün xammal göstərilən tövsiyyələrə uyğun istifadə olunmalı, qənnadı məmulatına vitaminlər və mikroelementlərin əsas miqdarı birbaşa təbii mənşəli ilkin xammalından keçməlidir.


Mövzu 15. Bioloji aktiv əlavələr (BAƏ)

PLAN:


Giriş

Nutrisevtiklərin profilaktiki effektliyi

Parafarmasevtiklər profilaktiki effektliyi
ƏDƏBİYYAT


  1. Кацерикова Н.В. Технология продуктов функционального питания. Кемерово. 2004.-146 с.

  2. Касьянов Г.И., Шаззо Р.И. Функциональные продукты питания. – М:Просвещение, 2000. – 115 с.

  3. Теплов В.И., Белецкая Н.М. и др. Функциональные продукты питания. – М:А-Приор, 2008. – 234 с.

  4. Функциональные продукты питания. – Коллектив авторов М: Кнорус, 2012. – 303 с.

  5. Устинова А.В., Тимошенко Н.В Продукты для детского питания на основе мясного сырья". - М.: ВНИИМП, 2003. - 438 с.

  6. Смоляр В.И. Рациональное питание. Киев: Наукова думка, 1995 г. - 268 с.

  7. Гудков А.В., Гудков С.А., Козловская М.А. и др. Бифидобактерии: биологическая роль в жизнедеятельности человека и животных. Производство бифидосодержащих продуктов. – Углич: ВНитс, 1999 г. – 85 с.

  8. Гумовская И. Питание людей пожилого возраста. - Варшава: Ватра. - 1984. - 93 с.

  9. Доценко В.А., Бондарев Г.И., Мартинчик А.Н. Организация лечебно-про-филактического питания. - М.: Медицина, 1987. - 215 с.

Bioloji aktiv əlavələr (BAƏ) yəni qida ilə eyni vaxtda istifadə edilən və ya qida məhsullarının tərkibinə daxil edilənlərdir. Onlar qidanın mənbəyi, həzm komponentləridir. BAƏ qidaya qatmaq üçün quru və ya maye konsentrat, ekstraktlar, cövhərlər, balzamlar, tozlar, şərbətlər, həblər, draj, kapsul və s. formada hazırlanır.

Qidaya qatılan BAƏ nutrisevtiklərə (qida dəyərinə malik olan) və parafarmasevtik (bioloji aktivliynə malik olan) qruplarına bölünür.

Nurtisevtiklər – essensial element olub, təbii qida inqredientləridir. Vitaminlər və onların nümayəndələri, yarımdoymamış yağ turşuları, fosfolipidlər, ayrı-ayrı mineral maddələr və mikroelementlər (kasium, dəmir, selen, sink, yod, flor), əvəzolunmayan aminturşuları, bəzi mono- və disaxaridlər və qida lifləri (sellüloza, pektin, hemisellüloza və s.) bu qrupa aid edilən maddələrdir.

Nutrisevtiklərin profilaktiki effektliyini çox hallarda eksperiment və ya kliniki müşahidələrlə qiymətləndirməyə ehtiyac yoxdur. Bu məhsulların reseptlərinin ekspert qiymətləndirilməsinin əsasında ümumi məlum olan ədəbiyyat məlumatları durur.

Nutrisevtiklərin funksional rolu aşağıdakılardır:

- essensial qida maddələrinin çatışmazlığının doldurulması;

- maddələr mübadiləsinin istiqamətli dəyişdirilməsi;

- orqanizmə ətraf mühitin əlverişsiz amillərinin təsirinə qarşı spesifik olmayan rezistentliyinin artırılması;

- immunmodullaşdırma;

- ksenobiotiklərin əlaqələndirilərək kənar edilməsi;

- müalicəvi qidalanma.

Təhlükəsizlik və effektliyin qiymətləndirilməsi aparılarkən, gündəlik BAƏ ilə qidaya əlavə edilən nutrientlər tərəfindən təmin olunan təlabat payı müəyyən olunmalıdır.

A, D, B1, B2, B6, B12 vitaminlərinin, niasinin, foli və pantoten turşularının, biotinin miqdarı gündəlik təlabat normasından 3, E və C vitaminlərininki isə 10 dəfədən artıq olmamalıdır.

BAƏ-nin qidada tətbiqi geniş yayılmış piylənmə, ateroskleroz, ürək-damar, bədxassəli şişlərin, immunçatışmazlığı və digər vəziyyətlərin ilkin və təkrar pəhriz profilaktikasının effektli metodudur.

Parafarmasevtiklər qidanın həzin komponenti olub, profilaktikada, orqan və sistemlərin funksional aktivliyinin müdafiəsi və köməkçi terapiysında istifadə olunur.

Parafarmasevtikanın tərkibinə daxil olan bütün bitkilər üçün onların qida sənayesində tətbiqinə dair yerli və beynəlxalq normativ sənədlərlə icazə alınmalıdır.

Orqanizmin hüceyrə və toxumalarında bir çox parafarmasevtiklərin başlanğıc təsir miqdarının fizioloji səviyyəsi məlum deyil (məsələn, biogen aminləri, aliqopeptidlər, qlükozidlər, üzvü turşular, saponinlər və s.), eyni zamnda yaşlı sağlam insanların da onlara təlabatı məlum deyildir.

BAƏ-in xeyli miqdarında məsələn qida və dərman bitkilərinin və digər təbii xammal növlərinin mürəkkəb kompleksindən alınan ekstraktlar, ümumiyyətlə aktiv komponentlər identifikasiya olunmamışdır.

Dərman bitkilərindən ibarət olan və yüksək aktiv təsirə malik olan parafarmasevtiklərin təyin olunması zamanı dəqiq olmayan doza və təsir mexanizmi çox hallarda kompensasiya-adaptasiya xarakterli reaksiyasına görə adekvat olmaya bilər. O, ya güclü və ya zəif ola bilər. Bu orqanizmdə patoloji dəyişikliklərin yaranmasına səbəb ola bilər. Məsələn, əgər ümumi adaptasiya sindromunda qlükokortikoidlərin sekresiyası artıq olduqda, onda onlar immunoloji, spesifik olmayan müdafiə reaksiyalarının (iltihabın) inkişafının qarşısını alır və bu zaman xeyli xəstəlikıərin yaranma riski artır, çünki immun sisteminin funksional aktivliyi kifayət qədər olmur.

BAƏ - parafarmasevtiklər çox hallarda qidanın təbii komponent mənbəyi olub, qida dəyərinə malik olmur. Ancaq qidalanmanın əvəzolunmaz amili qida və dərman bitkilərinin, dəniz məhsullarının və heyvani toxumaların üzvü komponetləridir.

BAƏ-parafamasevtiklərə aid olan məhsullara mikroorqanizmlərin kompozisiyası əsasında hazırlanan məhsullar aid edilir.

Bu məhsullar bağırsağın mikrobiosenozunu saxlayan və normallaşdıran (eubiotiklər/probiotiklər) məhsullardır.

BAƏ-in təsiri spesifik olaraq ayrı-ayrı orqanları və sistemləri fizioloji cəhətdən saxlayır və nizamlayır.

BAƏ açıq satışda ərzaq mağazalarının xüsusi şöbələrində və apteklərdə reseptsiz realizə olunur.

BAƏ parafarmasevtiklər xəstə insanın diaterapiyasında köməkçi vasitə və ya spesifik profilaktiki vasitə kimi istifadə edilməzdən əvvəl həkim-mütəxəssislə məsləhətləşmək lazımdır.

Qablanmış bioloji aktiv maddələrin etiketi üzərində aşağıdakılar əks olunmalıdır:



  • məhsulun adı və növü;

  • texniki şərtlərin №-si;

  • istifadə sahəsi;

  • istehsalçı təşkilatın adı və ünvanı;

  • məhsulun kütləsi və həcmi;

  • məhsulun tərkibinə daxil olan inqredientlərin siyahısı (qida əlavələri daxil olmaqla.;

  • qida dəyəri;

  • saxlanma şəraiti;

  • yararlılıq müddəəti və hazırlanma vaxtı;

  • istifadə üsulu;

  • istifadəsinə tövsiyə, dozası;

  • əks təsir və əlavə təsirlə.

Bioloji aktiv əlavələr və onların təhlükəsizli

Düzgün qidalanma - sağlamlığın təməlidir. Qidaya bioloji aktiv əlavələr rasionu dolğun və optimal etməyə kömək göstərir. 

BAƏ - mineralların, vitaminlərin, qida liflərinin, dərman bitkilərindən alınan ekstraktların, tam doymamış yağ turşularının, amin turşularının və i. a. təbii kompleksləridir. Onlar qidadakı boşluqları doldurur, faydalı maddələrin mənimsənilməsini yaxşılaşdırır, orqanizmin daxili ehtiyatlarını aktivləşdirir və bir çox xəstəliklərin yaranma riskini aşağı salır. 

Əksər alim və həkimlərin fikrincə, BAƏ-lərin düzgün və müntəzəm qəbulu insanın nəinki uzun illər cavan, sağlam və çevik qalmasına imkan verir, həm də onun həyat keyfiyyətini xeyli yaxşılaşdırır. 

Bioloji aktiv əlavələr (BAƏ) yəni qida ilə eyni vaxtda istifadə edilən və ya qida məhsullarının tərkibinə daxil edilənlərdir. Onlar qidanın mənbəyi, həzm komponentləridir. BAƏ qidaya qatmaq üçün quru və ya maye konsentrat, ekstraktlar, cövhərlər, balzamlar, tozlar, şərbətlər, həblər, draj, kapsul və s. formada hazırlanır.

Bioloji aktiv qida əlavələri (BAƏ) və ya sapplements təbii birləşmələr olub, qida məhsullarının istehsalı və istifadəsi zamanı onların tərkibinə əlavə olunur. Bunlar təsir mexanizminə görə iki qrupa ayrılırlar: nutrisevtiklər parafarmasevtiklər.

NUTRISEVTIKLƏR- essensial (cövhəri) nutrientlər olub, qidanın təbii inqridientləri (hər hansı maddənin tərkibinə daxil olan az miqdarlı maddə) kimi onlara əlavə olunurlar:

• vitaminlər və onların əvəzləyiciləri;

• yarıdoymamış və tam doymamış yağ turşuları ;

• fosfolipidlər ;

• ayrı - ayrı mineral maddələr və mikroelementlər (kalsium, dəmir, selen, sink, yod, flüor, manqan və kobalt);

• əvəzolunmayan aminturşular;

• bir sıra mono -və disaxaridlər;

• qida lifləri - selüloza, pektin və hemiseluloza

Bioloji fəal qida əlavələrini aşağıda göstərilən sxemdə istifadə olunma metodikası və təsir mexanizmi göstərir ki, hər bir fərdi insanın özünə məxsus qida əlavəsi -nutrienti mövcuddur. Bu qida əlavəsinə tələbat bir sıra faktorlarla müəyyən edilir.

• istifadə edənin, yaşı cinsi;

• fıziki fəaliyyət rejimi;

• insanın bioloji ritmi, onun sağlamlıq dərəcəsi;

• qadınların hamiləlik vəziyyəti;

• emosional stress vəziyyəti və ən nəhayət, onun yaşayış səviyyəsi və yaşadığı ərazinin ekologiyası.

Qida rasionuna bioloji aktiv nutriyentlərin əlavə olunması imkan verir ki, hər bir insan orqanizmində çatışmayan və lazım olan maddələrdən istifadə edərək, sağlamlığını qorusun və fəal həyat sürsün.

Nutrientlərdən istifadə olunması hüceyrələrin fermentativ müdafiəsini təşkil edir, orqanizmin xarici mühitin mənfi təsirinə qarşı müdafiə qabiliyyətini artırır, həzm sistemində və toxumalarda gedən maddələr mübadiləsinin normal getməsini həyata keçirir, orqanizmə daxil olan toksiki təsirli maddələrin çıxarılmasında

böyük rol oynayır.

Bioloji aktiv qida əlavələrindən səmərəli istifadə edildikdə piylənmə, atereoskleroz və digər xəstəliklərin baş verməsinin qarşısı alınır.



Parafarmasevtik qida əlavələri əsasən əhval- ruhiyyəyə təsir edən maddələr olub, müxtəlif üzvi turşular, bioflavonoidlər, kofein, peptid nizamlayıcıları, eubiotiklər (bağırsaq mikroflorasının funksional aktivliyini və normal fəaliyyətini təmin edən maddələr) və digər maddələrdir .

Onların funksional rolu aşağıdakılardan ibarətdir:

-mədə bağırsaq fəaliyyətinin mikrobiosenozunu tənzim etmək;

- sinir sisteminin fəaliyyətini nizamlamaq;

- orqanizmin fizioloji normasını müəyyənləşdirərək, orqan və toxumaların (əsasən sekresiya vəzlərinin və həzm orqanlarının) funksiyalarını nizamlamaq;

- iştahanın artırılmasını və ya artıq qida qəbulundan imtinanı tənzimləmək;

- orqanizmin qidalara adaptasiya (öyrəşmə) funksiyasını tənzimləmək.

Qeyd etmək lazımdır ki, parafarmasevtiklərin adaptogen

effektivliyi fizioloji norma daxilində sərhədləşir. Bu sərhədi keçən

yalnız effektiv dərman maddələrinə aiddir.

Sadalanan effektlərin cəmi, orqanizmin ekstremal şəraitdə adaptasiya qabiliyyətini təmin edir. Parafmarsevtiklərin tətbiqi köməkçi terapiya formalarından biridir. Odur ki, son zamanlar bioloji fəal qida əlavələrinə (BFQƏ) diqqət artmış və bunun nəticəsində orqanizmin bioloji üsulla (heyvani , bitki və mikrobioloji) sintez olunmuş maddələrlə təmin olunması insanın inkişaf xüsusiyyətlərini və ümumi iqtisadiyyatı müəyyən edir.

Həyat şəraitinin və qidalanmanın xarakteri , insanların və bütünlükdə cəmiyyətin sivilləşməsinin əsas göstəricilərindən biridir . Demək olar ki, qida insanların təbiətlə əlaqə formalarından biri olub ,onun dəyişməsi disbalans yaradaraq bizi təbiətdən uzaqlaşdıra bilir. Əcdadlarımızın qida növlərinə görə uyğunlaşması nəticəsində, məişət formaları dəyişmiş ,müxtəliflik yaranaraq indiki vəziyyətə çatdırılmışdır.

Həyat fəaliyyətinin dəyişməsi nəticəsində müasir insanın xərclədiyi enerjinin miqdarı azalaraq 2,2-2,5 min kaloriya düşmüşdür. Sənayenin, eləcədə kənd təsərrüfatının mexanikləşdirilməsi və avtomatlaşdırılması müasir insani bir sıra problemlərdən uzaqlaşdırmış və nəticədə orqanizmin iş qabiliyyəti get-gedə azalaraq, orqan və toxumaların bir növ atrafıyasına səbəb olmuşdur Digər tərəfdən, bir –biri ilə sıx əlaqə təşkil edən qidalanma və sərf olunan enerji balansı minimuma düşərək, orqanizmə lazım olan əsas qida komponentləri - zülallar, yarımdoymamış turşular, vitaminlər ,mineral maddələr - qida tərkibindən ya tam çıxarılmış, ya da canlı varlığın təmin olunmasını minimuma endirmişdir. Bu da öz növbəsində insanların bir növ təbiətdən uzaqlaşmasına gətirib çıxarmışdır . Bütün bunların qarşısını almaq üçün, bioloji fəal qida əlavələrinin tətbiqi əhəmiyyətli vasitələrdən

biridir. Müasir həyat şəraiti göstərir ki, parafarmasevtiklərin tətbiqi, hələ bir sıra həll olunmamış məsələlər nöqteyi nəzərincə biokimyəvi və tibbi xarakterli tam istifadəsini müəyyən edə bilməmişdir.

Qidaya qatılan BAƏ nutrisevtiklərə (qida dəyərinə malik olan) və parafarmasevtik (bioloji aktivliynə malik olan) qruplarına bölünür.

Nurtisevtiklər – essensial element olub, təbii qida inqrediyentləridir. Vitaminlər və onların nümayəndələri, yarımdoymamış yağ turşuları, fosfolipidlər, ayrı-ayrı mineral maddələr və mikroelementlər (kasium, dəmir, selen, sink, yod, flor), əvəzolunmayan aminturşuları, bəzi mono- və disaxaridlər və qida lifləri (sellüloza, pektin, hemisellüloza və s.) bu qrupa aid edilən maddələrdir.

Nutrisevtiklərin profilaktiki səmərəliliyini çox hallarda eksperiment və ya kliniki müşahidələrlə qiymətləndirməyə ehtiyac yoxdur. Bu məhsulların reseptlərinin ekspert qiymətləndirilməsinin əsasında məlum olan ümumi ədəbiyyat məlumatları durur.

Nutrisevtiklərin funksional rolu aşağıdakı kimi istiqamətlənmişdir:

- essensial qida maddələrinin çatışmazlığının aradan qaldırılması;

- maddələr mübadiləsinin istiqamətli dəyişdirilməsi;

- orqanizmə ətraf mühitin əlverişsiz amillərinin təsirinə qarşı spesifik olmayan rezistentliyinin artırılması;

- immunmodullaşdırma;

- ksenobiotiklərin əlaqələndirilərək kənar edilməsi;

- müalicəvi qidalanma.

Təhlükəsizlik və effektliyin qiymətləndirilməsi aparılarkən, gündəlik BAƏ ilə qidaya əlavə edilən nutrientlər tərəfindən təmin olunan tələbat payı müəyyən olunmalıdır.

A, D, B1, B2, B6, B12 vitaminlərinin, niasinin, foli və pantoten turşularının, biotinin miqdarı gündəlik tələbat normasından 3, E və C vitaminlərininki isə 10 dəfədən artıq olmamalıdır.

BAƏ-in qidada tətbiqi geniş yayılmış piylənmə, ateroskleroz, ürək-damar, bədxassəli şişlərin, immunçatışmazlığı və digər vəziyyətlərin ilkin və təkrar pəhriz profilaktikasının effektli metodudur.



Parafarmasevtiklər qidanın həzin komponenti olub, profiliktikada, orqan və sistemlərin funksional aktivliyinin müdafiəsi və köməkçi terapiyasında istifadə olunur.

Parafarmasevtiklərin tərkibinə daxil olan bütün bitkilər üçün, onların qida sənayesində tətbiqinə dair yerli və beynəlxalq normativ sənədlərlə icazə alınmalıdır.

Orqanizmin hüceyrə və toxumalarında bir çox parafarmasevtiklərin başlanğıc təsir miqdarının fizioloji səviyyəsi məlum deyil (məsələn, biogen aminləri, oliqopeptidlər, qlükozidlər, üzvü turşular, saponinlər və s.), eyni zamnda yaşlı sağlam insanların da onlara təlabatı məlum deyildir.

BAƏ-in çoxunda, məsələn qida və dərman bitkilərinin və digər təbii xammal növlərinin mürəkkəb kompleksindən alınan ekstraktlarda, ümumiyyətlə aktiv komponentlər identifikasiya olunmamışdır.

Dərman yüksək aktiv təsirli bitkilərindən ibarət olan parafarmasevtiklərin təyin olunması zamanı dəqiq olmayan doza və təsir mexanizmi çox hallarda kompensator-adaptasiya xarakterli reaksiyasına görə adekvat olmaya bilər. O, ya güclü və ya zəif ola bilər. Bu isə orqanizmdə patoloji dəyişikliklərin yaranmasına gətirib çıxarır. Məsələn, əgər ümumi adaptasiya sindromunda qlükokortikoidlərin sekresiyası artıq olduqda, onda onlar immunoloji, spesifik olmayan müdafiə reaksiyalarının (iltihabın) inkişafının qarşısını alır və bu zaman xeyli xəstəlikıərin yaranma riski artır, çünki immun sisteminin funksional aktivliyi kifayət qədər olmur.

BAƏ - parafarmasevtiklər çox hallarda qidanın təbii komponent mənbəyi olsa da, qida dəyərinə malik olmur. Ancaq qidalanmanın əvəzolunmayan amili qida və dərman bitkilərinin, dəniz məhsullarının və heyvani toxumaların üzvü komponentləridir.

BAƏ - parafamasevtiklərə aid olan məhsullara mikroorqanizmlərin kompozisiyası əsasında hazırlanan məhsullar aid edilir. Bu məhsullar bağırsağın mikrobiosenozunu saxlayan və normallaşdıran (eubiotiklər/probiotiklər) məhsullardır. BAƏ-in təsiri spesifik olaraq ayrı-ayrı orqanları və sistemləri fizioloji cəhətdən saxlayır və nizamlayır. BAƏ açıq satışda ərzaq mağazalarının xüsusi şöbələrində və apteklərdə reseptsiz realizə olunur. BAƏ parafarmasevtiklər xəstə insanın diaterapiyasında köməkçi vasitə və ya spesifik profilaktiki vasitə kimi istifadə edilməzdən əvvəl həkim-mütəxəssislə məsləhətləşmək lazımdır.

Qablanmış bioloji aktiv maddələrin etiketi üzərində aşağıdakılar əks olunmalıdır:



  • məhsulun adı və növü;

  • texniki şərtlərin №-si;

  • istifadə sahəsi;

  • istehsalçı təşkilatın adı və ünvanı;

  • məhsulun kütləsi və həcmi;

  • məhsulun tərkibinə daxil olan inqredientlərin siyahısı (qida əlavələri daxil olmaqla);

  • qida dəyəri;

  • saxlanma şəraiti;

  • yararlılıq müddəti və hazırlanma vaxtı;

  • istifadə üsulu;

  • istifadəsinə tövsiyə, dozası;

  • istifadədən yaranan zərərli təsir və əlavə ikinci dərəcəli təsir.

Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə