Mühazirə mətnləri 15 movzu üzrə-30 saat Hazırladı: Qida məhsulları mühəndisliyi və ekspertiza kafedrasının


MÖVZU 13. İDMANÇILAR ÜÇÜN QİDA MƏHSULLARININ TEXNOLOGIYASI VƏ ONLARIN XÜSUSIYYƏTLƏRİ



Yüklə 2,17 Mb.
səhifə19/23
tarix18.04.2018
ölçüsü2,17 Mb.
#39386
növüMühazirə
1   ...   15   16   17   18   19   20   21   22   23

MÖVZU 13. İDMANÇILAR ÜÇÜN QİDA MƏHSULLARININ TEXNOLOGIYASI VƏ ONLARIN XÜSUSIYYƏTLƏRİ

PLAN:




Qidanın enerji dəyəri və keyfiyyət tərkibi

İdmançılar üçün əsas qida məhsulları

Yüksək bioloji və qida dəyərli məhsullar

İdmançının gündəlik rasionu. Qidalanma rejimi

İdmançıların yarışda və yarışdan sonra qidalanması




ƏDƏBİYYAT

  1. Кацерикова Н.В. Технология продуктов функционального питания. Кемерово.2004.-146 с.

  2. Касьянов Г.И., Шаззо Р.И. Функциональные продукты питания. – М:Просвещение, 2000. – 115 с.

  3. Теплов В.И., Белецкая Н.М. и др. Функциональные продукты питания. – М:А-Приор, 2008. – 234 с.

  4. Функциональные продукты питания. – Коллектив авторов М:Кнорус, 2012. – 303 с.

  5. Устинова А.В., Тимошенко Н.В Продукты для детского питания на основе мясного сырья".- М.: ВНИИМП, 2003. - 438 с.

  6. Смоляр В.И. Рациональное питание. Киев: Наукова думка, 1995 г. - 268 с.

  7. Гудков А.В., Гудков С.А., Козловская М.А. и др. Бифидобактерии: биологическая роль в жизнедеятельности человека и животных. Производство бифидосодержащих продуктов. – Углич: ВНитс, 1999 г. – 85 с.

  8. Гумовская И. Питание людей пожилого возраста. - Варшава: Ватра. - 1984. - 93 с.

  9. Доценко В.А., Бондарев Г.И., Мартинчик А.Н. Организация лечебно-про-филактического питания. - М.: Медицина, 1987. - 215 с.



Qidanın enerji dəyəri və keyfiyyət tərkibi

Idmançıların qidalanması-sağlamlığın saxlanması üçün vacib amillərdən biri olub, iş qabiliyyətinin artırılmasında, yeni idman göstəricilərinə nail olunmasında mühüm rol oynayır.

Eyni zamanda idmançıların qidalanması fərdi xüsusiyyətlərlə bağlıdır. Bu idman növündən, hazırlığın müxtəlif mərhələ və istiqamətindən, məşqlərin intensivliyindən və həcmindən, yaşlıların şəraitindən, coğrafi-iqlim zonasından və fərdi müxtəliflikdən asılıdır.

Qidanın enerji dəyəri, idmançının bütün yüksək enerji sərfiyyatını tam kompensasiya etməlidir. Qidanın kaloriliyi hesablandıqda idman fəaliyyətinin xarakteri və bədənin çəkisi nəzərə alınmalıdır. İdmançının gündəlik rasionunun enerji dəyərini müəyyən etdikdə 1 saylı cəvəldəki rəqəmləri idmançının bədən çəkisinə vurmaq tələb olunur.

İdmançının qidalanmasının miqdar keyfiyyətinə nəzarət üçün onun 2 ölçüsü müqayisə olunmalıdır. Gündəlik enerji sərfiyyatı bir qayda olaraq xronometrik- cədvəl üsulu ilə və qidanın kaloriliyi menyusuna görə hesablanır.

Cədvəl 1


Müxtəlif idman növü ilə məşğul olanlar üçün rasionun tərkibi və kaloriliyi

(bədənin 1 kq çəkisinə görə)



Idman növü

zülal, q

yağlar, q

Karbohidrat,q

Rasionun enerji dəyəri, kkal/kj

Gimnastika, fiqurlu konkisürmə

2,2-2,5

1,7-1,89

8,6-9,75

56-66/234-276

Yüngül atletika, yaxın məsafəyə qaçış, tullanmaq

2,3-2.5

1,8-2,0

9,0-9,8

62-67/259-280

Yaxın və uzaq məsafələrə qaçış

2,4-2,8

2,0-2,1

10,3-12,0

69-78/289-326

Çox uzaq məsafəyə qaçış, idman yerişi (20-50km-ə)

2,5-2,9

2,0-2,2

11,2-13,0

73-84/305-352

Üzmək və su polosu

2,3-2,5

2,2-2,4

9,5-10,0

67-72/280-301

Ağır atletika, daş atma

2,2-2,9

1,8-2,z

10,1-11,8

66-77/276-322

Boks və güləş

2,4-2,8

1,8-2,2

9,0-11,0

62-75/259-314

Avarçəkmə

2,5-2,7

2,0-2,3

10,5-11,3

70-77/293-322

Futbol, xokkey

2,4-2,6

2,0-2,2

9,6-10,4

66-72/276-301

Basketbol, voleybol

2,3-2,4

1,8-2,0

9,5-10,8

63-71/264-297

Velosiped idmanı :













Dairəvi yürüş

2,3-2,5

1,8-2,0

10,8-11,8

69-75/289-314

Şossedə yürüş

2,5-2,7

2,0-2,2

12,2-14,3

77-87/322-364

At idmanı

2,1-2,3

1,7-1,9

8,9-10,0

60-65/251-272

Yelkən idmanı

2,2-2,4

2,1-2,2

8,5-9,7

62-68/259-285

Atıcılıq idmanı

2,2-2,4

2,0-2,1

8,3-9,5

60-67/251-280

Xizək sürmə idmanı:













qısa məsafəyə

2,3-2,5

1,9-2,2

10,2-11,0

67-74/280-310

uzun məsafəyə

2,4-2,6

2,0-2,4

11,5-12,6

74-82/310-343

Konkisürmə idmanı

2,5-2,7

2,0-2,3

10,0-10,9

69-74/289-310

Qidanın enerji nöqteyi nəzərindən keyfiyyəti haqda idmançının bədən çəkisinin dəyişməsinə görə də fikir yürütmək olar. Qidanın kifayət qədər kaloriliyi müqabilində idmançının bədəninin çəkisi böyük olmayan həddə tərəddüd edir.

Qida rasionunun keyfiyyət dəyəri hər şeydən əvvəl zülal, yağ və karbohidratların düzgün nisbətində yaranır.

Zülallar idmançıların rasionunda vacib yerlərdən birini tutur. Bu onların əsas plastiki funksiyasından asılı olub, əzələ sisteminin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir və əzələ işi zamanı intensiv sıradan çıxan toxuma zülallarının daimi yeniləşməsinə səbəb olur.

Bundan başqa zülallar əzələ sisteminin oyanmasını artırır. Rasionda zülalların miqdarı ümumi kalorinin 16-20%-ni təşkil etməlidir. Zülala malik olan məhsulların istifadəsini gün ərzində aşağıdakı kimi paylamaq lazımdır: səhər yeməyində və naharda ət, ət məhsulları, pendirlər; şam yeməyində-balıq, şor, süd sıyığı.

Yağlar idmançıların rasionunun vacib komponentlərindəndir. Yağların 80-85%-i heyvan mənşəli, 15-20%-i isə bitki mənşəli olmalıdır.

İdmançılar üçün bitki mənşəli yağların daha çox istifadə olunması məsləhət görülür. Bu dözümlülük tələb edən məşqlərdə (idman yerişi, uzun məsafəyə qaçış, marafon, velosiped yürüşü) çox vacibdir.

Karbohidratlar da idmançıların qidalanamsında mühüm rol oynayır. İstifadə olunan karbohidratların 64%-ni mürəkkəb (nişasta) və 36%-ni sadə karbohidratlar (şəkərlər) təşkil etməlidir. İdmançılar yaxşı olar ki, şəkəri qidaya şirin dad vermək üçün, həmçinin müxtəlif xörəklər formasında qəbul etsinlər. Böyük miqdarda birdəfəlik şəkər (100-150 q) orqanizmin xeyli miqdarda enerji sərfini kompensasiya etmək tələb olunduqda qəbul edilə bilər. Bu, uzun müddətli davam edən gərgin yüklənmələrdən sonra, məsafəyə qaçışda və ya finişdə həyata keçirilir.

İdmançıların rasionunda vitaminlər lazimi miqdarda iştirak etməlidir. İntensiv əzələ işi həyata keçirilərək maddələr mübadiləsinin yüksəlməsi ilə əlaqədar vitaminlərə olan təlabat artır. İdmançıların vitaminlərə olan gündəlik təlabatı 2 saylı cədvəldə verilmişdir.

İdmançıların vitaminlərə olan təlabatı təbii qida məhsulları hesabına ödənilməlidir. Onların çatışmadığı hallarında əvvəlcə vitamin konsertrantı(itburnu həlimi və şərbəti, mayalar, qara qarağat mürəbbəsi və s.) sonra isə sintetik vitamin preparatları istifadə olunmalıdır.

Cədvəl 2

İdmançıların vitaminlərə olan gündəlik təlabatı



Idman növü

Vitaminlər, mq

C

B1

B2

PP

A

E

Gimnastika, fiqurlu konki sürmə

120-175

2,5-3,5

3,0-4,0

21-35

2,0-3,0

15-30

Yüngül atletika, yaxın məsafəyə qaçış, tullanma

150-200

2,8-3,6

3,6-4,2

30-36

2,5-3,5

22-26

Orta və uzun məsafəyə qaçış

180-250

3,0-4,0

3,6-4,8

32-42

3,0-3,8

25-40

Çox uzaq məsafəyə idman yerişi (20-50km-ə)

200-350

3,2-5,0

3,9-5,0

32-45

3,2-3,8

28-45

Üzgüçülük və su polosu

150-250

2,9-3,9

3,4-4,5

25-40

3,0-3,8

28-35

Ağır atletika, daş atma

175-210

2,5-4,0

4,0-5,5

25-45

2,8-3,8

20-35

Boks və güləş

175-250

2,4-4,0

3,8-5,2

25-45

3,0-3,8

20-30

Avarçəkmə (akademik, baydarka, kanoy)

200-300

3,1-4,5

3,6-5,3

30-45

3,0-3.8

25-45

Futbol, xokkey

180-220

3,0-3,9

3,9-4,4

30-35

3,2-3,6

25-30

Basketbol, voleybol

190-240

3,0-4,2

3,8-4,8

30-40

3,2-3,7

25-35

Velosiped yarışı :



















dairəvi yürüş

150-250

3,5-4,0

4,0-4,6

28-40

2,8-3,6

28-35

şossedə yürüş

200-350

4,0-4,8

4,6-5,2

32-45

3,0-3,8

30-45

At idmanı

130-175

2,7-3,0

3,0-3,5

24-30

2,0-2,7

20-30

Atıcılıq idmanı

130-180

2,6-3,5

3,0-4,0

25-35

3,5-4,0

20-30

Yelkən idmanı:

150-200

3,1-3,6

3,6-4,2

30-35

2,8-3,7

20-30

Xizək idmanı :



















yaxın məsəfəyə

150-210

3,4-4,0

3,8-4,6

30-40

3,0-3,6

20-40

uzaq məsafəyə

200-350

3,8-4,9

4,3-5,6

34-45

3,0-3,8

30-45

Konkisürmə idmanı

150-200

3,4-3,9

3,8-4,4

30-40

2,5-3,5

20-40

İdman məşqləri proseində orqanizmin mineral maddələrə təlabatı artır. Mineral maddələrə gündəlik təlabat normaları aşağıdakı cədvəllərdə verilmişdir (cədvəl 3).


Cədvəl 3

Idmançıların mineral maddələrə olan gündəlik təlabatı




İdman növü

Mineral maddələr, mq

Ca

P

Fe

Mg

K

Gimnastika, fiqurlu konki sürmə

1000-1400

1250-1750

25-35

400-700

4000-5000

Yüngül atletika, yaxın məsafəyə qaçış, tullanma

1200-2100

1500-2600

25-40

500-700

4500-5500

Orta və uzun məsafəyə qaçış

1600-2300

2000-2800

30-40

600-800

5000-6500

Çox uzaq məsafəyə qaçış, idman yerişi (20-50km-ə)

1800-2800

2200-3500

35-45

600-800

5000-6500

Üzgüçülük və su polosu

1200-2100

1500-2600

25-40

500-700

4500-5500

Ağır atletika, daş atma

2000-2400

2500-3000

20-35

500-700

4000-6500

Boks və güləş

2000-2400

2500-3000

20-35

500-700

5000-6000

Avarçəkmə (akademik baydarka, kanoy)

1800-2500

2250-3100

30-45

600-800

5000-6500

Futbol, xokkey

1200-1800

1500-2250

25-30

450-650

4500-5500

Basketbol, voleybol

1200-1900

1500-2370

25-40

450-650

4000-6000

Velosiped:
















dairəvi qonka

1300-2300

1600-2800

25-30

500-700

4500-6000

şossedə qonka

1800-2700

2250-3400

30-40

600-800

5000-7000

At idmanı

1000-1400

1250-1750

25-30

400-600

4000-5000

Atıcılıq idmanı

1200-2200

1500-2750

20-30

400-700

4500-5500

Yelkən idmanı

1000-1400

1250-1750

20-30

400-500

4000-5000

Xizək idmanı: yaxın məsafəyə

1200-2300

1500-2800

25-40

500-700

4500-5500

uzaq məsafəyə

1800-2600

2300-3250

30-45

600-800

5000-7000

Konki sürmə idmanı

1200-2300

2500-2800

25-40

500-700

4500-6500



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə