1
AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM
NAZİRLİYİ
F. KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASI
ELMİ-METODİKA ŞÖBƏSİ
Ümummilli lider Heydər Əliyevin 90 illik
yubileyi münasibəti ilə
Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti
metodik vəsait
Bakı – 2013
2
Tərtib edən:
Ruhiyyə Məmmədli – F.Köçərli adına Respublika Uşaq
Kitabxanası elmi-metodika şöbəsinin baş kitabxanaçısı
Redaktor:
Fizurə Quliyeva – F.Köçərli adına Respublika Uşaq
Kitabxanasının direktoru
3
Tərtibçidən
Bu vəsaiti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə imzaladığı
sərəncama əsasən sizə təqdim edirik. Vəsaiti sizə təqdim etməkdə əsas məqsədimiz
oxucuların Ulu öndər Heydər Əliyev haqqında olan məlumatlarını daha da
artırmaqdır.
“Azərbaycanın özü qədər əbədi şəxsiyyəti” adlanan metodik vəsait “Giriş”
və “Keçiriləcək tədbirlər” hissəsindən ibarətdir. Vəsaitin “Giriş” hissəsində bu
böyük şəxsiyyətin fəaliyyətindən, həyat və yaradıcılığından söhbət açılır. Vəsaitin
ikinci hissəsində yubileylə əlaqədar kitabxanalarda keçiriləcək tədbirlərdən bəhs
olunur.
Dünyanın zənginliyi məhz bənzərsiz şəxsiyyətlərdir, onların əməllərinin
sayəsində dünyanın nuru artır. Tariximizin ən çətin dönəmlərində Azərbaycanın və
xalqımızın nicatı, quruluşu və xoşbəxt gələcəyi naminə hakimiyyətə qayıtmış ulu
öndər Heydər Əliyev məhz belə bənzərsiz dahi tarixi şəxsiyyətdir. Ana dilimizin
dövlət dili kimi tətbiqində, onun imkanlarının genişləndirilməsi və Azərbaycan
xalqının ən böyük sərvəti kimi dəyərləndirilməsində Heydər Əliyev şəxsiyyətinin
rolu danılmazdır. Azərbaycan mədəniyyətinin və zəngin tarixi irsimizin dünya
ictimaiyyətinə tanıdılması Heydər Əliyevin misilsiz xidmətlərindəndir. Heydər
Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş və
xalqımızın taleyində silinməz izlər qoymuşdur.
Ümummilli liderin siyasi fəaliyyəti onun davamçısı İlham Əliyev tərəfindən
uğurla davam etdirilir və Azərbaycan xalqını daha da xoşbəxt gələcəyə doğru
aparır. Bu vəsaiti hazırlamaqda əsas məqsəd uşaqları, gənc nəsli Heydər Əliyev irsi
ruhunda tərbiyə etmək, onları vətənpərvərlik ruhunda yetişdirməkdir.
4
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi
haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində
müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər
Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli
dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin
qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz
Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və
mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu
oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə
çevrilmişdir.
Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu,
vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin,
mədəniyyətin inkişafı əbədi surətdə Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizin
əsas qanunu Konstitusiyanın qəbul edilməsi, hakimiyyətlərin bölünmə prinsipinin
təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq
standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması və
müvafiq dövlət qurumlarının formalaşdırılması Heydər Əliyevin rəhbərliyi ilə
gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissələridir.
Azərbaycanın dünya miqyasında neft-qaz hasil və ixrac edən ölkəyə
çevrilməsi, milli neft strategiyasının uğurla həyata keçirilməsi, xarici dövlətlərin
aparıcı neft şirkətləri ilə müqavilələrin bağlanması, neft sənayesinin müasir
tələblərə uyğun infrastrukturunun qurulması, neftin Bakı–Tbilisi–Ceyhan, Bakı–
Supsa, Bakı–Novorossiysk boru kəmərləri vasitəsilə şaxələnmiş şəkildə nəqli
bilavasitə Heydər Əliyevin xidmətləridir.
Dünya iqtisadiyyatına uğurla inteqrasiya, ölkə daxilində iqtisadi
liberallaşma,
kredit
reytinqimizin
artması,
iqtisadiyyatımızın
rəqabət
qabiliyyətliliyinin yüksək mövqedə olması, büdcəmizin və valyuta ehtiyatlarımızın
ildən-ilə çoxalması 1993-cü ildən etibarən Heydər Əliyev tərəfindən yeni prinsiplər
əsasında qurulan iqtisadiyyatın sabitliyinin bariz nümunəsidir.
Azərbaycanda qeyri-neft sektorunun uğurla inkişaf etdirilməsi də Heydər
Əliyevin uzaqgörənliyinin məntiqi nəticəsidir.
Postsovet məkanında analoqu olmayan cəsarətli qərarları ilə Heydər Əliyev
torpağın şəxsi mülkiyyətə verilməsi ilə ölkəmizin ərzaq təhlükəsizliyini təmin
etmiş oldu. Bu gün müxtəlif kənd təsərrüfatı komplekslərinin uğurlu fəaliyyəti
onun aqrar siyasətinin parlaq təzahürüdür.
Ulu öndərin vaxtilə Cəmşid Naxçıvanski adına hərbi liseyin açılması ilə
həyata keçirməyə başladığı müdrik siyasəti milli ordumuzun formalaşması və
Azərbaycan Silahlı Qüvvələrinin yaradılması mərhələlərindən keçərək onun
Cənubi Qafqazda aparıcı hərbi qüvvə olmasına gətirib çıxarmışdır.
Ana dilimizin dövlət dili kimi tətbiqində, onun imkanlarının
genişləndirilməsi
və
Azərbaycan
xalqının
ən
böyük
sərvəti
kimi
dəyərləndirilməsində Heydər Əliyev şəxsiyyətinin rolu danılmazdır. Azərbaycan