Qafqazin coğrafiyasi (İQTİsadi,sosial və Sİyasi coğrafiyasi) Qafqazın coğrafiyası



Yüklə 166,34 Kb.
səhifə1/20
tarix30.12.2023
ölçüsü166,34 Kb.
#165927
  1   2   3   4   5   6   7   8   9   ...   20
qafqaz-cografiyasi-hamisi-by-rustem




QAFQAZIN COĞRAFİYASI
(İQTİSADİ,SOSİAL VƏ SİYASİ COĞRAFİYASI)


Qafqazın coğrafiyası

  1. Kursun predmeti, obyekti və vəzifələri -2

  2. Qafqazın təbii şəraiti və təbii ehtiyatları

  3. Qafqazın əhalisi və şəhərləri-2

  4. Qafqazın milli-etnik tərkibinin coğrafiyası (tarix fakultəsi üçün)

  5. Qafqazın mədəni-tarixi abidələrinin coğrafiyası (tarix fakultəsi üçün) -2

4.1. Qara və Xəzər dənizlərinin coğrafi səciyyəsi (coğrafiya fakultəsi)
5.1. Qafqazın kurort-turizm coğrafiyası

  1. Qafqaz ölkələrinin təsərrüfat sahələrinin coğrafiyası . Sənaye sahələri -2

  2. Qafqaz ölkələrinin kənd təsərrüfatı və aqrar-sənaye inteqrasiyası -2

  3. Qafqazın nəqliyyat coğrafiyası

  4. Şimali Qafqaz-Krasnadar diyarı -2

  5. Stavropol diyarı

  6. Şimali Qafqazın milli respublikaları

  7. Azərbaycan Respublikasının coğrafi mövqeyi, təbi ehtiyatları və əhalisi

  8. Azərbaycanın təsərrüfat sahələrinin səciyyəsi

  9. Gürcüstan Respublikasının iqtisadi-coğrafi səciyyəsi

  10. ErmənistanRespublikasının iqtisadi-coğrafi səciyyəsi



Kursun obyekti və vəzifələri
Kurs Qafqaz regionunun təbiəti , təbii resdursları , geosiyasi və təsərrüfat xüsusiyyətlərini və onun Cənubi Qafqaz hissəsində yerləşən Azərbaycan üçün əhəmiyyətini öyrenir .Kursun əsas obyektləri Qafqaz regionu onun şimal və cənubi Qafqaz subyektleərinin coğrafiyasıdır .
Dünyada insan yaşayan ərazilər çox müxtəlifdir . Ayrı-ayrı xalqlar , etnik qruplar , təsərrüfat fəaliyyəti növləri, məişəti, adət-ənənələri və s. Təkrarolunmaz palitra yaradır. Bu fərqlilik, coğrafi müxtəliflik dünyanın tənzimlənməsinin-yəni ölkələrin böyük regionlarda birləşdirilməsini , ölkələrin isə daxili rayonlara ayrılmasını tələb edir .
Azərbaycan coğrafi cəhətdən Qafqaz regionuna daxildir . Buna görə də onun taleyi Qafqaz xalqlarının tarixi və mədəniyyəti ilə sıx əlaqədə. Azərbaycaın inkişafı üçün həm cənubi və həm də şimali Qafqaz ölkələri –Gürcüstan və Rusiya ilə bağlı olan əlaqəlıəri xüsusi əhəmiyyət kəsb edir .Cənubi Qafqazın digər ölkəsi işğalçı Ermənistanla Azərbaycanın heç bir əlaqəsi yoxdur .
Bu gün Azərbaycanın həm cənubu və həm də şimalı Qafqaz ölkələri ilə həyata keçirdiyi əməkdaşlıq xüsusilə vacibdir .Özüdə əlavə edək ki , Azərbaycan təkcə dövlət miqyasında deyil həm də Ş.Qafqazın ayrı-ayrı respublika və diyarları ilə münasibətlər qurur .
Qafqaz regionu (lat.region-ölkə deməkdir ) fiziki-coğrafi ,iqtisadi-coğrafi , siyasi-coğrafi xüsusiyyətlərinin oxşarlığına görə ayrılan yer kürəsinin bir hissəsinə deyilir . Qafqaz fiziki-coğrafi region kimi bütövlük təşkil edən ərazidir . Dünyada belə regionlara misal olaraq Alp ,Balkanları ,Krım yarımadasını və s. göstərmək olar. Böyük regionlarla yanaşı subregionlara da ayrılır .
Böyük regionun tərkib hissəsi olan , özünəməxsus tarixi , təbii və iqtisadi şəraitinə , ixtisaslaşmasına görə fərqlənən ərazi subregion adlanır . Baş Qafqaz suayrıcısı Qafqaz regionunu 2 subregiona – Şimali Qafqaz , Cənubi Qafqaza bölür . Onların daxilində ayrı-ayrı ölkələr yerləşir . Subregionlar bölünmə onların daxil olduğu ölkələrin ətraflı öyrənilməsinə , statistik hesablamalrın aparılmasına imkan verir.



Yüklə 166,34 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə