Sığorta haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 290,22 Kb.
Pdf görüntüsü
səhifə1/7
tarix14.09.2018
ölçüsü290,22 Kb.
#68247
  1   2   3   4   5   6   7


Sığorta haqqında Azərbaycan Respublikasının Qanunu 

 

I fəsil. Ümumi müddəalar  



 

Bu Qanun sığorta işinin inkişaf etdirilməsinə  və etibarlı  şəkildə  həyata keçirilməsinə, 

sığortalıların və sığortaçıların hüquq və mənafelərinin qorunmasına yönəldilir, sığortaçıların maliyyə 

sabitliyinin təmin edilməsini, sığorta sahəsində fiziki və hüquqi şəxslərin peşəkar fəaliyyətini 

(ekspert, aktuar, agentlik, broker və produktor fəaliyyətini) göstərmələrini, sığorta müqavilələrindən 

irəli gələn münasibətlərini tənzimləyir, sığorta sahəsində dövlətin səlahiyyətlərini müəyyən edir. 

Bu Qanun sosial sığorta sahəsində yaranan münasibətlərə şamil edilmir. 

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər Azərbaycan Respublikasının 

ərazisində Azərbaycan Respublikasının vətəndaşları  və hüquqi şəxsləri ilə  bərabər  əsaslarla 

sığortalanma hüququna malikdirlər.  

 

Maddə 1. Əsas anlayışlar  

 

Bu Qanunda aşağıdakı əsas anlayışlardan istifadə edilir: 



sığorta — sığortalının  əmlakının və  əmlak mənafelərinin müdafiəsi sahəsində 

münasibətlərdir;  

 

həyat sığortası — sığortalının ölümü, sağlamlığının, iş qabiliyyətinin qojalığa, yaxud əlilliyə 

görə tamamilə və ya qismən itirilməsi halları üçün aparılan sığortadır. Həyat sığortası üzrə müqavilə 

müddəti bitdikdə və ya sığorta hadisəsi baş verdikdə sığorta məbləği sığorta müqaviləsində müəyyən 

edilmiş qaydada və şərtlərlə sığortalıya qaytarılır.  

 

qeyri-həyat sığortası — sığorta hadisəsi baş verdiyi zaman sığortalıya vurulan zərər 

ödənilməklə onun məsuliyyəti, əmlakı və mənafeləri ilə bağlı risklərin sığortasıdır.  

 

sığortalı — sığortaçı ilə müqavilə bağlayan (sığorta etdirən) və ya xeyrinə sığorta müqaviləsi 

bağlanan (sığorta olunan), yaxud qanuna görə sığortalanmış sayılan fiziki şəxs (fəaliyyət qabiliyyəti 

məhdud olan və ya fəaliyyət qabiliyyəti məhkəmə  tərəfindən məhdudlaşdırılan, eləjə  də  fəaliyyət 

qabiliyyəti olmayan şəxslərdən başqa) və ya hüquqi şəxs;  

 

sığortaçı — yalnız sığorta və  təkrar sığorta fəaliyyətini göstərmək məqsədilə yaradılmış, 

qanunverijiliklə müəyyənləşdirilmiş qaydada xüsusi razılıq almış hüquqi şəxs olan sığorta 

təşkilatıdır;  

 

sığorta riski — ehtimal olunan elə hadisədir ki, onun baş verməsinə qarşı  sığorta aparılır. 

Sığorta riski sayılan hadisənin təsadüf əlamətləri olmalıdır.  

 

sığorta hadisəsi — qanuna və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin, sığortalıya və 

ya üçünjü şəxslərə ödənilməsi üçün əsas olan hal.  

 

sığorta məbləği — sığorta müqaviləsinə  və ya qanuna uyğun olaraq sığorta obyektinin 

sığortalandığı və sığortaçının öhdəliklərinin son həddi olan pul məbləği;  

 



sığorta ödənişi — sığorta hadisəsi baş verdikdə  sığortalının  əmlakına və ya əmlak 

mənafelərinə dəyən zərərin yerini doldurmaq üçün pul və ya natura şəklində ödənilən vəsait;  

 

sığorta haqqı — sığorta müqaviləsinə və ya bu Qanuna uyğun olaraq sığortalının sığortaçıya 

verməli olduğu pul məbləği;  

 

sığorta tarifi — sığorta haqqının hesablanması üçün aktuari hesablamalarına  əsasən 

müəyyən edilən faiz dərəjəsi;  

 

sığorta müqaviləsi — sığortalı ilə sığortaçı arasında sazişdir. Bu müqaviləyə görə sığortaçı 

sığorta hadisəsi zamanı  sığortalıya sığorta ödənişi verməyi, sığortalı isə müəyyənləşdirilmiş 

müddətlərdə sığorta haqqını ödəməyi öhdəsinə götürür;  

 

ümumi sığorta daxılı — yüksək sığorta risklərinin sığortalanmasında öz ödəmə 

qabiliyyətinin təmin olunması və sığortalıların əmlak mənafelərinin müdafiəsinə zəmanət verilməsi 

üçün sığortaçıların öz aralarında bağladıqları saziş  əsasında qarşılıqlı  sığorta fəaliyyətinin təşkili 

formasıdır.  

frontinq sazişi — frontinq edən sığortaçı  tərəfindən digər sığortaçının təklifi ilə  sığorta 

şəhadətnamələrinin verilməsinə və təkrar sığorta müqaviləsinə əsasən komisyon mükafatı almaqla, 

həmin sığortaçıya risklərin tam həjmdə ötürülməsinə dair razılaşmaqdır;  

 

Sığorta  şəhadətnaməsi — sığortalı ilə  sığortaçı arasında bağlanan sığorta müqaviləsinin 

olmasını təsdiq edən və həmin müqavilənin əsas məzmununu əks etdirən sənəddir.  

 

Maddə 2. Sığorta sistemi və sığorta haqqında qanunvericilik.  

 

1. Sığorta sistemi müvafiq icra hakimiyyəti orqanından, sığortaçılardan, sığorta brokerləri, 



agentləri və ekspertlərindən ibarətdir. 

2. Sığorta sahəsində qanunvericilik Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, bu 

qanundan, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından və Azərbaycan 

Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.  

 

Maddə 3. Sığortaçının müstəqilliyi  

 

Dövlət hakimiyyəti və bələdiyyə orqanları, qanunvericilikdə nəzərdə tutulmuş tənzimləmə və 



nəzarət funksiyalarının həyata keçirilməsi halları istisna olmaqla, sığortaçının fəaliyyətinə qarışa, 

onun əmlakına və fondlarına sərəncam verə bilməzlər.  

 

Maddə 4. Sığortaçının öz fəaliyyəti barədə məlumat verməsi  

 

1. Sığorta müqavilələri bağlayarkən sığortaçı sığortalının tələbi ilə müvafiq sığorta növü üzrə 



xüsusi razılıq və öz maliyyə vəziyyəti barədə məlumatı (mühasibat balansını, mənfəət-zərər barədə 

hesabatı) və əvvəlki il üçün auditor rəyini, sığortaçının təkrar sığortaya risklərin verilməsi haqqınla 

məlumatı təqdim etməlidir. 

2. Yanlış  və ya yarımçıq məlumat verməklə  sığortalını çaşdıran sığortaçı qanunvericiliyə 

uyğun olaraq məsuliyyət daşıyır.  



Yüklə 290,22 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə