Susanna Tamaro



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə1/23
tarix18.06.2018
ölçüsü0,6 Mb.
#49506
  1   2   3   4   5   6   7   8   9   ...   23


Susanna Tamaro 

(Ġtaliya) 

"Ürəyimin apardığı yerə get" 

(roman) 


 

Türkiyə türkcəsindən uyğunlaĢdıranı: Tovuz 

 

Getdiyin gündən iki ay keçdi və iki aydan bəri yaĢadığını bildirən bir təbrik açıqcasından baĢqa 



səndən heç bir xəbər almadım. Bu səhər bağçada uzun müddət əkdiyin güllərdən birinin 

qarĢısında durdum. Payızın düĢməsinə baxmayaraq, o açıq-bənövĢəyi rəngiylə çoxdan solmuĢ 

baĢqa bitkilərin arasında məğrur və tənha, qürurla durmuĢdu. Onu nə zaman əkdiyimizi 

xatırlayırsanmı? On yaĢındaydın və artıq «Kiçik Ģahzadə»ni oxumuĢdun. O kitabı sənə sinifdən-

sinifə keçməyin münasibətiylə hədiyyə olaraq almıĢdım. Hekayəyə heyran olmuĢdun. Bütün 

tiplər arasında sənin sevdiklərin gül və tülkü idi; baobabı, ilanı, pilotu və o kiçicik planetlərində 

bekar oturan özündən razı avara adamları heç bəyənməmiĢdin. Günlərin birində səhər yeməyini 

yeyərkən, «Bir gül istəyirəm»- dedin. Əslində güllərimizin həddən çox olduğunu söyləsəm də 

sən inad edirdin, «Mən yalnız mənə aid olan bir gül istəyirəm, ona baxmaq, onu böyütmək 

istəyirəm». Güllə bərabər bir də tülkü istəyirdin. UĢaqlara xas hiyləgərliklə sadə arzunu elə dilə 

gətirdin ki, bunun imkansız olduğunu söyləyə bilmədim. Gül olar - deyəndən sonra səni bir 

tülküdən necə məhrum edə bilərdim ki? Bu mövzuda uzun-uzadı mübahisə etdikdən sonra bir it 

əldə etmək mövzusunda razılaĢdıq. 

Onu almağa getməmiĢdən əvvəlki gecə gözünü qırpmadın. Yarım saatdan bir qapımı döyür, 

«yata bilmirəm» - deyirdin. Səhər yeddidə yeməyini yemiĢ, yuyunmuĢ, hətta geyinmiĢdin də; 

çiynində palton, yumĢaq oturacaqda oturub məni gözləyirdin. Saat onun yarısında it fermasının 

qabağındaydıq, amma ferma hələ açılmamıĢdı. Sən barmaqlarının 2 

arasından baxaraq deyirdin: «Necə anlayacağam ki, bunlaradan hansı mənimdir?». Səsindən 

sonsuz bir səbirsizlik hiss olunurdu. Səni sakitləĢdirirdim, «narahat olma, - deyirdim, -kiçik 

Ģahzadənin tülküsünü necə əhilləĢdirdiyini xatırla». 

Üç gün aramsız olaraq it fermasına getdik. Ġçəridə iki yüzdən çox it vardı, sənsə hamısını görmək 

istəyirdin. Hər qəfəsin önündə durur, marağla qımıldanmadan gözlərini ora zilləyərdin. Bu 

zaman itlərin hamısı tellərin üstünə atılır, hürür, hoppanıb düĢür, papıĢları ilə telləri parçalamağa 

çalıĢırdılar. Ġt fermasının sahibi də yanımızdaydi. BaĢqaları kimi bir qız olduğunu düĢünərək səni 

həvəsləndirmək üçün gözəl it cinsləri göstər və deyirdi: «Bu Cockerə bax, ya da bu Lassiye 

necədir?» Sənsə donuz kimi səs çıxarır və onu dinləmədən gedirdin. Buskla səfərlərimizin 

üçüncü günündə rastlaĢdıq. Xəstə itlərin yaxĢılaĢması üçün sığındıqları arxa qəfəslərin 

birindəydi. Qəfəsin önünə gələndiyimiz an bütün itlər bizə sarı qaçdığı halda o, hətta baĢını belə 

qaldırmadı. Balaca barmağınla göstərərək, «budur, bu» -deyə bağırdın. «Bu iti istəyirəm» -

söylədin. Qadının təəccübdən üzünün ifadəsinin necə dəyiĢdiyini xatırlayırsanmı? Heç cür 

təsəvvür edə bilmirdi ki, belə eybəcər bir itə sahib olmaq istəyirsən. Həqiqətən də Busk balaca 

idı, amma balaca olmasına baxmayaraq dünyanın bütün cinslərinin xüsusiyyətlərini daĢıyırdı. 

Qurd kimi baĢı, ov iti kimi sallaq və yumĢaq qulaqları, nazik ayaqları, tülkü kimi quyruğu, 

doberman kimi qara tükləri vardı. Kağızları imzalamaq üçün idarəyə getdiyimiz zaman xanım 

bizə onun haqqında danıĢdı. 

Yazın əvvəlində hərəkət edən bir ovtomobildən çölə hoppanmıĢdı. Yerə bərk dəydiyi üçün ağır 

yaralanmıĢdı. Elə buna görə də ön ayaqlarından biri cansız vəziyyətdə sallanırdı. 

Busk indi yanımdadır. Mən yazarkən hərdən-bir içini çəkir və burnunun ucunu ayaqlarıma 

yaxınlaĢdırır. Burnu və qulaqları artıq ağappaq olub, və gözlərinin üstündə yaĢlı itlərə xas pərdə 

əmələ gəlib. 

Ona baxanda kədərlənirəm. Mənə elə gəlir ki sanki yanımda sənin bir parçan var, həm də bu 

sənin ən sevdiyim parçandır. Ġllər öncə o it fermasının iki yüz qonağı arasından ən bədbəxt və 

çirkin olanını seçməyi bacaran parçan. 



Bu müddətdə tənha bir evdə bekar qalarkən səninlə birlikdə keçirdiyimiz illərə aid mübahisələr 

və incinkliklər əriyib getdi. Ġndi ətrafımda sayrıĢanlar sənin ürkək və küsəyən, kiçik bir qız 

olduğun illərə aid xatirələrdir. Bunları ONA yazıram, son zamanlardakı o məğrur və güclü 

insana deyil. Bunu mənə GÜL təklif etdi. Bu səhər onun yanından keçərkən mənə belə dedi, «al 

kağızı və ona bir məktub yaz». Bilirəm, ayrılarkən ĢərtləĢdiyimizə görə bir-birimizə 

yazmayacağdıq və mən məyus olsam da bu sözümə əməl etməliydim. Bu sətirlər bir zaman 

uçaraq Amerikada sənin əlinə qonmayacaq. Geri qayıtdıqda artıq burda olmasam əvəzimə səni 

bu məktublar gözləyəcək. Niyə belə söyləyirəm? Çünki bir ay keçməmiĢdi ki, həyatımda ilk dəfə 

olaraq ağır xəstələndim. Buna görə də indi Ģübhələrim arasında bu da var ki, altı, yeddi ay sonra 

gəldikdə sənə qapı açmaya, səni qucaqlamaya da bilərəm. Bir zamanlar bir dostum heç bir 

xəstəlik çəkməyənlərin intizara və Ģiddətli bir narahatlığa tab gətirmədiklərini söyləmiĢdi. 

Mənim də baĢıma buna bənzər iĢ gəldi. Bir səhər gülləri sulayərkən qəflətən kimsə iĢığı 

sondürdü. Cənab Razmanın arvadı hasarın o biri tərəfindən məni görməsəydi inanıram ki, sən 

indi yetim qalmıĢdın. Yetimmi? Ġnsanın nənəsi ölərsə belə demək olarmi? Əmin deyiləm. Bəlkə 

də nənələr, babalar, itmiĢləri adlandırmağa dəyməyəcək aksesuarlar olaraq görünürlər. Ġnsan 

baba və nənəsindən, nə yetim, nə də dul qalır. Onları ucsuz-bucaqsız yolların birində təbiətin 

qanunu olaraq sanki bir çətiri unudan kimi buraxırıq. 

Xəstəxanada oyandığım zaman heç bir Ģeyi dəqiqliklə xatırlamıram. Gözlərimi bağlayarkən piĢik 

bığı kimi incə və uzun bığlarımın çıxdığını zənn etdim, amma gözlərimi açar-açmaz bunların 

sadəcə iki balaca plastik qaz balonu olduğunu anladım; burnumdan çıxıb dodaqlarımın üstüylə 

aĢağı sallanırdı. Ətrafımda yalnız qəribə cihazlar vardı. Bir neçə gün sonra adi bir otağa keçdim, 

burada məndən baĢqa iki nəfər də 3 

yatırdı. Naharların birindən sonra cənab Razman və arvadı mənə baĢ çəkdilər. Söylədilər ki, 

həyatda sağ qaldığınıza görə itinizə borclusunuz. 

Ayağa qalxmağı bacardıqdan sonra bir gün otağa tibbi yoxlamaların birində gördüyüm gənc bir 

həkim gəldi. Oturacaqlardan birini götürüb yatağımın yanında əyləĢdi və danıĢmağa baĢladı. 

«Sizə baxası və qərar verəsi bir qohum-əqrəbanız yoxdursa, heç vasitəçi qoymadan sizinlə 

səmimi söhbət edəcəm» - dedi. DanıĢarkən ona baxırdım, amma dinləmirdim. Nazik dodaqları 

vardı və bildiyin kimi belə insanları heç bir zaman xoĢlamamıĢam. Ona qalarsa səhhətim o qədər 

ağır idi ki, evə qayıtmağıma icazə də verməyəcəkdi. Həkim tibb bacılarının nəzarətində yaĢaya 

biləcəyim bir neçə qocalar evinin adını çəkdi. Üzümün ifadəsindən bir Ģey hiss edərkən həmin an 

əlavə etdi: «Fikriniz o köhnə, Ģəraitsiz evlərə getməsin, indi hər Ģey təmamilə baĢqadır, iĢıqlı 

otaqları və gəzib dolaĢılası bağçaları vardır». Sonda: «həkim,- dedim, -eskimosları 

tanıyırsınızmı?». Ayağa qalxarkən: «Əlbəttə» - deyə cavab verdi. «Budur, baxın mən də onlar 

kimi ölmək istəyirəm». Bir Ģey qanmadığını görüb əlavə etdim: «Mən bəyaz divarlı bir otaqda 

yataq xəstəsi olub daha bir il yaĢamaqdansa, bostanımdakı boranıların arasında üzüüstə 

yıxılmağı üstün tuturam». Həkim artıq qapının yanındaydı. Gülümsəyirdi. Otağdan 

çıxmamıĢdan: «həmiĢə belə deyirlər, amma son dəqiqədə müalicə olunmaq üçün bura qaçarlar, 

hələ üstəlik də yarpaq kimi titrəyirlər». 

Üç gün sonra, əgər ölərsəm günahın mənə aid olduğunu bildirən gülünc bir sənəd imzaladım. 

Bunu kiçik baĢlı, ama qulaqlarına iri qızıl sırğa taxmıĢ gənc bir tibb bacısına verdikdən sonra bir-

iki para əĢyamı neylon torbaya qoyub taksi dayanacağına sarı yollandım. 

Busk məni bağça qapısında görər-görməz qaçmağa baĢladı, sonra sevincini təsdiqləmək üçün 

hürərək iki-üç çiçək ləkini də əzdi. Bu dəfə ona hirslənmədim. Torpağa bulaĢmıĢ burnuyla məni 

vurduqda, «gördünmü köhnə dostum, yenə birlikdəyik» söylədim və qulaqlarının arxasını 

qaĢıdım. 

Sonrakı günlərdə heç nəylə məĢğul olmadım. Yıxıldığımdan bəri bədənimin sol tərəfi əmrlərimə 

əvvəlkilər kimi əməl etmirdi. Ələxsus da əlim çox zəiflədi. HəmiĢə sağ əlimdən daha çox istifadə 

edirdim. Biləyimə çəhrayı bir lent bağladım, beləcə uzanıb bir Ģey alacağım zaman sağ əlimi 

deyil, soldan istifadə etməyi düĢünürəm. Bədənin hərəkətlərini yerinə yetirərkən onun nə qədər 

böyük bir düĢmən ola biləcəyini hiss etmirsən; amma indisə yanıldığımı düĢünürəm. 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə