Ермяни вandallarынын
йох етдийи
XAN SARAYI
Azәrbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumәt Tәşkilatlarına
Dövlәt Dәstәyi Şurası
Azərbaycan Tarixçiləri
İctimai Birliyi
Azərbaycan Milli Elmlər Akademiyası
Tarix İnstitutu Elmi Şurasının qərarı ilə çap olunur
İdeya müəllifi,
layihənin rəhbəri,
ön sözün müəllifi və
elmi redaktor:
Yaqub Mahmudov
Əməkdar elm xadimi,
AMEA-nın müxbir üzvü,
Dövlət Mükafatı Laureatı
Rəyçi:
Güntəkin Nəcəfli
tarix üzrə fəlsəfə doktoru
Texniki redaktor:
Mehri Xanbabayeva
riyaziyyat üzrə fəlsəfə doktoru
Nazim Mustafa.
İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi Xan sarayı.
Bakı, Azərbaycan Tarixçiləri İctimai Birliyi, 201 . - 48 s.
ISBN 978-9952-8268-3-8
© AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu,
6
2016
Bilirsiniz ki,
alimlərimiz mənim təşəbbüsümlə
İrəvan xanlığı haqqında böyük
elmi əsər yaratmışlar. Bunun çox böyük
əhəmiyyəti vardır. Ancaq bu əsər daha çox
faktoloji və elmi məsələləri əks etdirir.
Hesab edirəm ki, daha geniş
auditoriyaya çatdırmaq üçün
kiçik həcmli broşürlər də buraxılmalıdır.
İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Azәrbaycanın diplomatik xidmәt
orqanları rәhbәrlәrinin beşinci
müşavirәsindәki nitqindәn.
7 iyul 2014-cü il
Oxuculara
İrəvan şəhəri, onun şanlı qəhrəmanlıq səhifələri ilə
zəngin olan tarixi keçmişi hər bir azərbaycanlı üçün doğma
və əziz dir. Tarixin bütün dövrlərində Azərbaycanın ayrıl-
maz tərkib hissəsi olan İrəvan ölkənin tarixi keçmi şin də
dərin iz qoymuşdur.
XIX əsrin əvvəllərində Şimali Azərbaycan çar Rusiyası
tərəfindən işğal olunana qədər İrəvan Azərbaycanın çox
mühüm dövlətçilik mərkəzlərindən biri idi. Avtoxton əha li -
si Azərbaycan türklərindən ibarət olan bu şəhər bütün orta
əsrlər boyunca Azərbaycanın əmirlik, bəylərbəyilik və xanlıq
mərkəzlərindən biri olmuşdur. Müstəqil Azərbaycan döv -
lət lərindən biri olan İrəvan xanlığının (1747-1828) paytaxtı
olduğu dövrdə İrəvan Cənubi Qafqazın, həmçinin bütün
Yaxın və Or ta Şərqin ən mühüm ticarət, sənətkarlıq, mədə -
niyyət və siyasi mərkəzlərindən birinə çevrilmişdi.
Beynəlxalq ticarət yollarının qovşağında yerləşən İrə-
van şəhərində Azərbaycan xalqı zəngin mədəniyyət, o cüm-
lədən nadir memarlıq inciləri yaratmışdır.
Qədim İrəvan şəhərinin tarixi yerlərindən biri məşhur
İrəvan qalası idi. İrəvan qalası Azərbaycan Səfəvi dövlətinin
banisi Şah İsmayıl Xətainin göstərişi ilə səfəvi sərkərdəsi Rə-
van qulu xan tərəfindən XVI əsrin əvvəllərində (1509-1517)
tik di rilmişdir.
5
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
TARİX İNSTİTUTU
ERMƏNİ VANDALLARININ YOX ETDİYİ XAN sARAYI
İrəvan qalası qədim ta rixi abidələrlə, nadir memarlıq
kompleksləri ilə olduqca zəngin idi. İrəvan qala sındakı Xan
sarayı, yaxud
Sərdar sarayı Azərbaycan memar lığının şah
əsərlərindən biri idi. Bu nadir tarixi abidəni 1578-ci ildə
Azərbaycan Səfəvi dövlətinin İrəvan bəylərbəyi Toxmaq
xan tikdirmişdi.
Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələrindən
sonra çar Rusiyası erməniləri qacarlar İranı və Osmanlı im-
periyası ərazisindən Cənubi Qafqaza köçürdükdən sonra
Azərbaycan xalqına qarşı etnik təmizləmələr, zorakı depor -
ta si yalar və soyqırımları dövrü başlandı. Nəhayət, 1918-ci
il ma yın 29-da Şimali Azərbaycanda – keçmiş İrəvan xanlı -
ğının ərazisində erməni dövləti yaradıldı.
Erməni vandalları ötən 180-200 il ərzində tarixi Azər-
bay can torpaqları olan İrəvan xanlığı və Zəngəzur ərazi -
sində etnik təmizləmə aparıb ancaq ermənilərin yaşadığı
monoetnoslu dövlət yaratdılar. Çar Rusiyasından və sovet-
bolşevik rejimindən hər cür kömək alan ermənilər bununla
kifayətlənməyib Azərbaycan xalqına məxsus olan yüzlərlə
yaşayış məskənlərini, ta ri xi abidə ləri, o cümlədən qalaları,
memarlıq kom pleks lə ri ni, məscidləri, minarələri, qəbiris-
tanları məhv etdilər və bütün ta ri xi adları dəyişdirdilər.
İrəvan şəhərinin tarixi simasını dəyişdirib “erməni
şəhərinə” çevirmək siyasəti yeridən vandallar bu qədim
Azərbaycan şəhərinin bütün tarixi abidələrini məhv etdilər.
Erməni vandalizminin soyqırımına məruz qalmış
abidələrdən biri də Azərbaycan memarlığının nadir incisi
olan Xan sarayı, yaxud Sərdar sarayıdır.
ERMƏNİ VANDALLARININ YOX ETDİYİ XAN sARAYI
6
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
TARİX İNSTİTUTU
Özgə torpağında özünə “Vətən” yaradan, bütün dün -
yaya özlərini “mədəni”, “sivilizasiya keçmiş xalq”, türkləri
isə “yırtıcı”, “vəhşi” kimi təqdim edən erməni van dalları
yüz illərlə öz varlığını qoruyub saxlamış bu nadir memarlıq
incisini dağıdıb yerində konyak zavodu tikdilər.
Erməni vandallarının dağıdıb məhv etdiyi qədim İrə-
van, onun bütün tarixi türk-müsəlman abidələri, o cüm-
lədən Xan sarayı (Sərdar sarayı) Azərbaycan xalqının tarixi
yaddaşında yaşayır.
Oxuculara təqdim olunan bu kitabçada Azərbaycan
xalqına məxsus olan bu nadir tarixi abidənin – Xan sara -
yının, yaxud Sərdar sarayının acı taleyindən bəhs olunur.
“İrəvan xanlığı: Erməni vandallarının
yox etdiyi Xan sarayı” kitabçası çapa hazır-
lanarkən yaxından köməklik göstər diyinə görə
Azərbaycan Respublikası Prezidenti İşlər
İdarəsi nin Prezident Kitab xa na sı nın əmək-
daşlarına təşəkkur edirik.
Yaqub Mahmudov
Əməkdar elm xadimi,
AMEA-nın müxbir üzvü,
Dövlət Mükafatı laureatı
7
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
TARİX İNSTİTUTU
ERMƏNİ VANDALLARININ YOX ETDİYİ XAN sARAYI