00i11az titul(1-7)



Yüklə 42,46 Mb.
Pdf görüntüsü
səhifə12/61
tarix11.07.2018
ölçüsü42,46 Mb.
#55215
1   ...   8   9   10   11   12   13   14   15   ...   61

 
38 
 
 
 
 
 
 
  NoSQL  ("Not  Only  SQL"  –  "təkcə  SQL  deyil"  sözlərinin  qısaltması) 
relyasiyalı verilənlər bazalarının işarəedilməsi sistemlərində istifadə olunan 
modellərdən fərqli verilənlər bazasının gerçəkləşdirilməsinə yönəlik bir sıra 
ənənəvi yanaşmaları özündə birləşdirir. Onlardan daim dəyişilən verilənlər 
strukturunda  (məsələn:  sosial  şəbəkələrdə  informasiyanın  toplanması  və 
saxlanması üçün) istifadə etmək əlverişlidir. 
 
 
MapReduce  paylanmış hesablamalar  modelidir. Bu modeldən  çox  böyük 
həcmli  verilənlər  üzərində  paralel  hesablamalar  aparmaq  üçün  istifadə 
olunur.  Burada  sorğu  ayrıca  proqramdır  və  emal  edilmək  üçün  verilənlər 
proqrama ötürülmür, əksinə, proqram verilənlərin "yanına gedir". İş prinsipi 
verilənlərin  iki  metod  –  Map  və  Reduce  tərəfindən  ardıcıl  emalından 
ibarətdir. Map metodu öncədən verilənləri seçir, Reduce isə onları bir yerə 
toplayır.
 
 
Hadoop 
yanaşmasından Facebook, eBay, Amazon və bu kimi başqa 
çox-
yüklü  saytlarda  axtarış  və  kontekst  mexanizmləri  gerçəkləşdirmək  üçün 
istifadə edilir. Başlıca özəlliyi istənilən bənddə sıradançıxmaya qarşı qorun-
muş olmasıdır, belə ki, hər bir blokun verilənlərinin ən azı başqa bir bənddə 
kopiyası olur.
 
 
 
 
Son illər "Business Intelligence" texnologiyası haqqında çox danışılır. Bu haqda İnter-
netdən  məlumat  toplayın.  Onun  "böyük  verilənlər"  texnologiyası  ilə  hansı  əlaqəsinin 
olduğunu aydınlaşdırmağa çalışın.
 
 
Özünüzü yoxlayın 
1. 
"Böyük verilənlər" nə deməkdir? 
2. 
Üç "V" nəyi ifadə edir?
 
3. 
"Çeşidlilik" xassəsi nəyi bildirir? 
 
4. 
"Böyük verilənlər"ə hansı sahələrdə rast gəlinir?
 
5. 
"Böyük verilənlər"in emalı üçün hansı yanaşmalar mövcuddur? 
 
 
ö y r ə n ə k
A R A Ş D I R A Q  –
  LAYİHƏ


 
39 
 
 
 
İnformasiya
  sistemlə
ri
 

 
İ
NFORMASİYA CƏMİYYƏTİ 
 
Bəşəriyyət aqrar və sənaye mərhələsindən sonra 
öz inkişafının yeni bir mərhələsinə – ən qiymətli 
resursun informasiya hesab edildiyi informasiya 
cəmiyyətinə daxil olur. Bu gün informasiya cə-
miyyətinin  elementlərini  həyatın  hər  sahəsində 
görmək  mümkündür.  Artıq,  demək  olar  ki,  hər 
kəsin  cibində  "ağıllı  telefon",  hər  kəsin  evində 
kompüter və  bütün  şirkətlərdə  informasiya  tex-
nologiyalarını idarə edən bir şöbə vardır.  
 
"İnformasiya  cəmiyyəti"  anlayışı 
nəyi ifadə edir?  
 
"Elektron  hökumət"  nədir  və  onun 
daxilində münasibətlərin hansı mo-
delləri var?  
 
 
 
Ümumtəhsil  məktəblərinin  10-cu  sinfi  üçün  "İnformatika"  dərsliyindəki  "İnformasiya 
cəmiyyəti"  bölümündə  verilmiş  informasiya  cəmiyyətinin  xarakterik  əlamətlərini  yada 
salın. (Dərsliyin elektron versiyasını "Tədris resurslarının idarəolunmasının məlumat sis-
temi"ndən – trims.edu.az saytından əldə edə bilərsiniz.)  
 
İnformasiya cəmiyyətinin əlamətləri 
İnformasiyanın 
emalı və sax-
lanması pro-
sesinə xüsusi 
texniki 
qurğular cəlb 
edilir. 
Cəmiyyətin 
hərəkətverici 
qüvvəsi infor-
masiya məh-
sulunun 
istehsalıdır. 
 
Dəyərlər dəyi-
şərək yeni hə-
yat tərzi forma-
laşır, asudə 
vaxtda məşğu-
liyyətlər də-
yişir. 
 
Evlərdə cürbə-
cür elektron 
cihazlar və 
kompüterləş-
dirilmiş 
qurğular var. 
 
Kompüter tex-
nikası, kompü-
ter şəbəkələri
informasiya 
texnologiyaları  
inkişaf edir. 
Təhsil 
sahəsində 
fasiləsiz təhsil 
sistemi  
yaranır. 
 
 
 
– Bu göstərilənlərə daha hansı əlamətləri əlavə edərdiniz?  
– Yaşadığımız cəmiyyət "informasiya cəmiyyəti" adlandırıla bilərmi? 
 
İnformasiya  cəmiyyətinin  formalaşması  informasiya-kommunikasiya  texnolo-
giyalarının vətəndaşların gündəlik həyatına tətbiqi sürəti, eləcə də əhalinin və ayrı-
ayrı  qurumların  İnternet  şəbəkəsi  üzərindən  göstərilən  müxtəlif  elektron  xid-
mətlərdən istifadəyə hazırlıq səviyyəsi ilə bağlıdır.  
 
 
 
F Ə A L İ Y Y Ə T  
1.8 
Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 27 mart 2006-cı il 
tarixində qəbul etdiyi qətnaməyə görə, 17 may Ümumdünya İnfor-
masiya Cəmiyyəti günü (World Information Society Day) kimi elan 
olunub. Bu əlamətdar gün ölkəmizdə də qeyd edilir. 
Tari
x
  LAYİHƏ


 
40 
 
 
 
 
 
 
İctimai inkişafın yeni, informasiya mərhələ-
sinə  keçidi  ilə  əlaqədar  olaraq  sosial  həyatın 
müxtəlif sahələri də bu və ya digər dəyişiklik-
lərə  məruz  qalır.  Elmi-texniki  tərəqqi,  kom-
püterləşmə  və  yeni  informasiya  texnologiya-
larının tətbiqi sayəsində iqtisadiyyat, təhsil və 
mədəniyyət sahələri müasirləşir. İctimai həya-
tın  siyasət  kimi  mühüm  sahəsi  də  bu  dəyişikliklərdən  kənarda  qala  bilməz.  İndi 
dövlət idarəçiliyinin yeni formasından – elektron hökumətdən danışılır. İnformasiya 
cəmiyyətinə xas olan keyfiyyətcə yeni idarəetmə forması kimi elektron hökumətdə 
(electronic  government)  hökumətin  fəaliyyəti  informasiya  texnologiyaları  vasi-
təsilə həyata keçirilir.      
 
 
"İnformasiya cəmiyyətinin əsas əlamətləri" mövzusunda təqdimatın hazırlanması 
1.  Microsoft PowerPoint (və ya OpenOffice Impress) proqramını başladın. Proqramın 
baş  pəncərəsi  və  onunla  birlikdə  bir  slayddan  ibarət  yeni  təqdimat  faylı  açılacaq. 
Pəncərənin mərkəzində böyük çərçivədə aktiv slayd yerləşir. Bütün slaydları (indiki 
və  bundan  sonra  daxil  edəcəyiniz  yeni  slaydları)  isə  pəncərənin  sol  hissəsindəki 
slaydlar sahəsində görmək olar.  
2.  Yeddi yeni slayd yaradın.  
3.  Birinci slaydı aktivləşdirin. Bu slayd, adətən, təqdimatın titul slaydı olur və burada 
təqdimatın adı, onun müəllifi kimi məlumatlar yerləşdirilir. Slaydın Click to add 
title sahəsinə təqdimatın başlığını (İnformasiya cəmiyyətinin əlamətləri) yazın.
 
4.  Click to add subtitle sahəsinə özünüz haqqında məlumat yerləşdirin.
 
5.  İkinci slaydı aktivləşdirin. Bu slaydda "Fəaliyyət" bölümündə verilmiş sxem (cəd-
vəl) yerləşdiriləcək. Öncə slayd üçün yeni tərtibat (maket) seçin. Bu məqsədlə alətlər 
panelinin Slides bölümündəki
 düyməsini çıqqıldadın. Təklif olunan müx-
təlif slayd maketlərindən birini, məsələn, Title and Content maketini seçin. Slaydın 
başlığını və uyğun sxemi (cədvəli) daxil edin.
 
6.  Üçüncü və sonrakı beş slaydın hər biri informasiya cəmiyyətinin qeyd edilmiş 6 əla-
mətindən birinə həsr olunacaq. Üçüncü slaydı aktivləşdirin və onun üçün Content 
with  Caption  maketini  seçin.  Uyğun  sahəyə  (solda  yuxarıda)  slaydın  başlığını, 
ondan aşağıdakı sahəyə isə birinci əlaməti və onun şərhini daxil edin. Sağdakı sahəyə 
isə mövzu ilə əlaqədar bir şəkil, yaxud video yerləşdirin. Slayda müəyyən dizayn 
vermək  üçün  Design  menyusunu  seçin.  Təklif  olunan  şablonlar  üzərində  siçanın 
A D D I M  
A D D I M –

İnformasiya cəmiyyəti 

İnformasiya cəmiyyətinin 
əlamətləri 

Elektron hökumət 

"Bir pəncərə" texnologiyası 

AR
 

zl
ə
r 
  LAYİHƏ


Yüklə 42,46 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə