0f11aztitul(1-7)



Yüklə 42,65 Mb.
Pdf görüntüsü
səhifə17/79
tarix31.10.2018
ölçüsü42,65 Mb.
#77559
1   ...   13   14   15   16   17   18   19   20   ...   79

43 
 
 
Maqnit seli hansı sürətlə dəyişdi? 
• Məsələ 1. 
Konturdan keçən maqnit seli 0,02 san 
müddətində bərabər sürətlə  54 MVb-dən 
12 MVb-yə qədər azaldıMaqnit seli 
hansı sürətlə dəyişdi?
 
 
 
Nəticənin müzakirəsi: 
 Kəmiyyətin dəyişmə sürəti nə 
deməkdir? 
 Maqnit selinin dəyişmə sürəti 
hansı fiziki kəmiyyəti təyin 
edir? Fərziyyənizi söyləyin.  
 
Burulğanlı elektrik sahəsi. İnduksiya elektrik hərəkət qüvvəsi. Elektromaqnit 
induksiyası  hadisəsi  nəticəsində  keçirici  qapalı  konturda  induksiya  cərəyanının 
yaranmasına səbəb dəyişən maqnit sahəsinin öz ətrafında burulğanlı elektrik sahəsi 
yaratmasıdır. Bu sahə konturdakı sərbəst elektronlara təsir edərək onları nizamlı hə-
rəkətə gətirir – induksiya elektrik cərəyanı yaradır. Cərəyanın yaranması üçün müs-
bət vahid yükün keçirici kontur boyunca  yerdəyişməsi  zamanı  burulğanlı  elektrik 
sahəsinin  gördüyü iş  sıfırdan  fərqlidir. Həmin  iş  keçirici  qapalı  konturda  yaranan 
induksiya elektrik hərəkət qüvvəsi (EHQ) adlanan fiziki kəmiyyəti xarakterizə edir. 
  İnduksiya elektrik hərəkət qüvvəsi – müsbət vahid elektrik yükünün qapalı 
kontur boyunca hərəkəti zamanı burulğanlı elektrik sahəsinin gördüyü işin həmin 
yükün miqdarına olan nisbətinə bərabər olan kəmiyyətdir
ℰ =
??????
??????
.                        (1) 
Elektromaqnit induksiyası hadisəsinə aid apardığınız araşdırmalardan müəyyən-
ləşdirdiniz  ki,  keçirici  qapalı  konturda  yaranan  induksiya  cərəyanının  qiyməti  bu 
konturla hüdudlanan səthdən keçən maqnit selinin dəyişmə sürəti ilə  mütənasibdir. 
Deməli, keçirici konturda induksiya cərəyanı yaradan induksiya EHQ də  xarici maq-
nit selinin dəyişmə sürətindən asılıdır. 
 Çox kiçik zaman müddətində maqnit seli ∆Ф qədər dəyişirsə, 
∆Ф

 nisbəti maqnit 
selinin dəyişmə sürətidir
Elektromaqnit induksiyası qanunu. Yuxarıda deyilənlər əsasında elektromaq-
nit induksiyası qanunu belə ifadə olunur: 
 
  Keçirici qapalı konturda yaranan induksiya EHQ bu konturla hüdudlanan 
səthdən keçən maqnit selinin dəyişmə sürəti ilə düz mütənasibdir
ℰ = −
∆Ф
∆??????
.                    (2) 
(2) ifadəsindəki mənfi işarəsi onu göstərir ki, induksiya cərəyanının yaratdığı maqnit 
sahəsi bu cərəyanı yaradan xarici maqnit selinin dəyişməsinə mane olur.  
Əgər kontur N sayda sarğıdan ibarət olarsa, (2) ifadəsini belə də yazmaq olar: 
ℰ = −??????
∆Ф
∆??????
.                  (3) 
Burada 
ℰ − induksiya EHQ olub BS-də vahidi voltdur (1V): 
ℰ =
∆Ф
∆??????
= 1
????????????
??????????????????
= 1??????. 
ARAŞDIRMA  
1 
  LAYİHƏ


44 
 
Keçirici qapalı konturda yaranan induksiya cərəyanının şiddəti dövrə hissəsi üçün 
Om qanununa əsasən müəyyən olunur: 
?????? =

??????
=
1
??????
∆Ф
∆??????
 ??????ə ????????????  

??????
= −
1
??????
∆Ф
∆??????
.          (4) 
Burada R – konturun müqavimətidir. 
Maqnit sahəsində hərəkət edən naqildə induksiya EHQ. Naqil maqnit sahə-
sində hərəkət etdikdə onun sərbəst yükləri də naqillə birlikdə hərəkət edir. Bu sə-
bəbdən maqnit sahəsi hər bir yükə Lorens qüvvəsi ilə təsir edir. Nəticədə yüklər naqil 
daxilində yerlərini dəyişərək nizamlı hərəkət edir – naqildə induksiya EHQ yaranır. 
Yaranan induksiya EHQ naqilin maqnit sahəsinə düşən hissəsinin uzunluğundan, 
sürəti və maqnit induksiya vekto-
rlarının modulundan asılıdır. Bunu 
elektromaqnit  induksiyası  qanu-
nuna  əsasən  asanlıqla  isbat  etmək 
olar. 
Fərz  edək  ki,  uzunluğu 
??????  olan 
naqil  induksiyası 
??????⃗  olan  bircins 
maqnit sahəsində induksiya vekto-
runa  perpendikulyar  istiqamətdə 
∆?????? = ??????∆?????? qədər yerini dəyişdi 
(b)

Bu  zaman  naqildə  yaranan  induk-
siya EHQ: 
ℰ =
∆Ф
∆??????
=
??????∆??????
∆??????
=
????????????∆??????
∆??????
=
??????????????????∆??????
∆??????
= ????????????

.  
Burada 
∆Ф = ??????∆??????  və  ∆?????? = ??????∆??????  olduğu  nəzərə  alınmışdır  (bax: 
b
).  Naqilin 
hərəkət sürəti maqnit induksiya vektoru ilə 
?????? bucağı təşkil edərsə, naqildə yaranan 
induksiya EHQ: 
ℰ = ????????????

????????????????????????.                 (5) 
Maqnit  sahəsində  hərəkət  edən  naqildə  yaranan  induksiya  cərəyanının  isti-
qamətini sağ əl qaydası ilə təyin etmək əlverişlidir: 
 Sol əl maqnit sahəsində elə tutulur ki??????⃗ vektoru ovuca daxil olsun və  açılan  
dörd barmaq naqilin hərəkəti istiqamətində yönəlsin, bu zaman 
90° açılmış baş 
barmaq induksiya cərəyanının istiqamətini göstərəcəkdir
 
 
İnduksiya EHQ və induksiya cərəyan şiddətini təyin edin 
• Məsələ 2. 
Konturdan keçən maqnit seli 0,03 san 
müddətində bərabər sürətlə 48 MVb-dən sıfıra 
qədər azaldı. Konturun müqaviməti 6 Om 
olarsa, orada yaranan induksiya EHQ və 
induksiya cərəyan şiddətini təyin edin.
 
 
Nəticənin müzakirəsi: 
 Maqnit selinin dəyiş-
məsi nəyə bərabərdir? 
 İnduksiya EHQ ilə 
induksiya cərəyan 
şiddətini necə təyin 
etdiniz? 
 
 
ARAŞDIRMA 
2 
TƏTBİQETMƏ 
??????⃗
??????⃗
∆??????
??????
??????  
??????  
??????  
(b)
 
∆??????
  LAYİHƏ


Yüklə 42,65 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə