1. Təhsil sistemi haqqında anlayış Az. Res-da təhsil sisteminin quruluşu, ar-nın Təhsil Qanunu Təhsil sisteminin prinsipləri


ALİ MƏKTƏB MÜƏLLİMİNİN PEDAQOJİ USTALIĞI



Yüklə 411,69 Kb.
səhifə13/17
tarix26.10.2023
ölçüsü411,69 Kb.
#131515
1   ...   9   10   11   12   13   14   15   16   17
2 MÜHAZİRƏ

ALİ MƏKTƏB MÜƏLLİMİNİN PEDAQOJİ USTALIĞI
Müəllimin məhsuldar fəaliyyətini təmin edən əsas amil­lərdən biri - pedaqoji ustalıqdır. Ustalıq - pedaqoji prosesin intensivliyini, effektivliyini daim yüksəltmək məharətidir. Öz işinin ustası olan müəllim tədris etdiyi fənni, pedaqogika və psixologiyanı, təlim-tərbiyə texnologiyalarını, pedaqoji innovasiyaları, aksiologiyanın (latınca axia - məziyyət, qiymət, lə­yaqət deməkdir. Əxlaqi sərvətlər haqqında nəzəriyyə) əsasla­rını dərindən bilən, yaradıcı fəaliyyət göstərən, elmin müxtəlif sahələrinə və incəsənətə bələd olan, yüksək mədəniyyətə malik insandır.
Ustalıq və peşəkarlıq müəllimin pedaqoji əməyin me­todlarını yaxşı bilməsində təzahür edir. Belə müəllim təhsil- tərbiyənin qanunauyğunluqlarını, prinsip və qaydalarını dərindən bilir, diaqnostlaşdırma, proqnozlaşdırma və layihələşdirmə məharətinə malik olur. Pedaqoji ustalıq və peşə­karlıq müəllimin müvafiq bilik, bacarıq və vərdişlər sistemi ilə şəxsi keyfiyyətlərinin ahəngdarlığını özündə birləşdirir.
Ustad müəllim tədris materialının öyrənən tərəfindən müstəqil, şüurlu və yaradıcı tərzdə mənimsənilməsinə nail ol­maqla yanaşı, həm də onlara gələcək mütəxəssis üçün zəruri olan keyfiyyətlər aşılayır, onların vətəndaş kimi formalaş­masını və fəal həyat mövqeyi qazanmasını təmin edir.
Müasir dövrün tələbələri 30, 20, hətta 10 il bundan əv­vəlki tələbələr deyil. Onlar daha cəsarətli, daha müstəqil, daha şüurlu, hər cür elmi-texniki yeniliklərdən xəbərdar olan, müasir texnikadan «baş çıxaran» gənclərdir. Köhnə metodlarla işləmək, onlara vaxtı keçmiş yollarla təsir etmək müm­kün deyil. Buna görə də ustad müəllim müasir sivilizasiyaya və gəncliyə uyğun yeni yanaşma tərzləri və texnologiyalar hazırlamağı bacarmalı, bilik və praktiki fəaliyyət baxımından daima tələbələri qabaqlamalıdır.
Ustad müəllim bir sıra keyfiyyətləri ilə fərqlənir. Bu keyfiyyətlər aşağıdakılardır:

  • öz üzərində müntəzəm işləməklə elmi və professional hazırlığını təkmilləşdirir;

  • zəngin erudisiyaya, məntiqi təfəkkürə malik olmaq­la, elmin bütün sahələrinə nüfuz etməyi bacarır;

-öz fənnini elmin və texnikanın müasir inkişaf səviy­yəsində bilir;
-təhsil-tərbiyə prosesini rasional surətdə qurmağa imkan verən metodik hazırlığa malikdir;
-özünün şəxsi keyfiyyətlərinə əsaslanaraq, tələbələrin təlim-idrak fəaliyyətini səmərəli surətdə təşkil etməyi bacarır;
-akademik qrupa, onun hər bir üzvünün maraq və meyillərinə, qabiliyyətlərinə yaxşı bələddir və öz fəaliyyətini layihələşdirərkən bunları nəzərə alır;
-möhkəm əqidəyə malikdir, prinsipial və ədalətlidir, öz fəaliyyətində cəmiyyətin tələblərini, dövlətin mənafeyini əsas götürür;
-vəzifə və məsuliyyət hissinə malikdir, həyatda fəal mövqe tutur, ölkənin daxili və xarici siyasəti ilə maraqlanır, kütləvi informasiya vasitələrini diqqətlə izləyir;
-təhsil-tərbiyə prosesini humanistləşdirmə, humanitarlaşdırma, diferensiallaşdırma prinsipləri əsasında qurmağı bacarır;
-geniş dünyagörüşünə, yüksək mədəniyyətə malikdir;
-tələbələrin şəxsi həyatı ilə maraqlanır, onlara ina­nır, etibar və hörmət edir;
-texniki, əmək, bədii, idman və digər ümumi bacarıq­lara malikdir;
-aktyorluq və rejissorluq əlamətlərinə malikdir;
-yetirmələri üçün ən yaxşı nümunə, ən mükəmməl etalondur;
-nöqsanını etiraf etməyi, mənfi cəhətlərinə qarşı mü­barizə aparmağı bacarır;
-nəfsinə qalib gəlməyi, bacarır.
Pedaqoji ustalığın ən mühüm göstəricilərindən biri də pedaqoji taktdır. Pedaqoji takt - dərin psixoloji biliklərə əsas­lanır və ustad müəllimin xarakterinin bütövlüyünü, möhkəm­liyini və məharətini nümayiş etdirir.

Yüklə 411,69 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə