1. Təhsil sistemi haqqında anlayış Az. Res-da təhsil sisteminin quruluşu, ar-nın Təhsil Qanunu Təhsil sisteminin prinsipləri



Yüklə 411,69 Kb.
səhifə2/17
tarix26.10.2023
ölçüsü411,69 Kb.
#131515
1   2   3   4   5   6   7   8   9   ...   17
2 MÜHAZİRƏ

Fasiləsiz təhsil sistemi bütün tip tədris müəssisələri ixtisasartırma və ixtisasdəyişmə təhsilini, özünü təhsili əhatə edir.
Fasiləsiz təhsil - təhsil sisteminin bir mərhələsindən digərinə maneəsiz keçmək imkanında və hər bir vətəndaşın önırü boyu təkmilləşməsinin zəruriliyində ifadə olunur.
Respublikamızda fasiləsiz təhsil sistemi ailə tərbiyəsi zə­minində qurulur. Məktəbəqədər tərbiyə müəssisələri - körpə­lər evi; körpələr evi-uşaq bağçası; uşaq bağçası; əqli və fiziki cəhətdən qüsurlu uşaqlar üçün məktəbəqədər tərbiyə müəssisə­ləri; məktəb-uşaq bağçası fasiləsiz təhsil sisteminin ilk pilləsidir.
Məktəbəqədər tərbiyə- müəssisələrində uşaqların fiziki və psixi sağlamlıqları təmin edilir, şəxsiyyətləri ahəngdar surətdə inkişaf etdirilir, normal həyat tərzi üçün şərait yaradılır, davranışlarında özünü göstərən çatışmayan cə­hətlər, nöqsanlar korreksiya edilir, ümumi təhsilə hazırlanır.
Ümumi təhsil - icbari olduğundan fasiləsiz təhsil sis­temində baza mərhələsini təşkil edir. Üç pillədən (I-IV sinifləri əhatə edən - ibtidai təhsil, V-IX sinifləri əhatə edən - na­tamam orta təhsil, X-XI (XII) sinifləri əhatə edən - orta təhsil) ibarət olan orta ümumi təhsil müəssisələri şagirdlərin meyl və maraqlarını, fərdi psixoloji xüsusiyyətlərini nəzərə alaraq onlara elmlərin əsaslarını öyrədir, fiziki və intellektual inkişafını təmin edir, şəxsiyyətini formalaşdırır, şüurlu surətdə peşə seçməyə istiqamətləndirir.
Peşə təhsili - ölkə iqtisadiyyatının müxtəlif sahələri üçün ixtisaslı peşə sahibləri hazırlayır. Natamam orta təhsil, yaxud orta ümumi təhsil bazasında təşkil olunur.
Orta ixtisas təhsili - natamam orta, ümumi orta təhsil a-asmda təşkil olunur (liseylər, kolleclər, gimnaziyalar və s.) və ölkə iqtisadiyyatının müxtəlif sahələri üçün orta ixtisaslı mütəxəssislər yetişdirir. Ali təhsil-ümumi orta təhsil, peşə təhsili, yaxud orta ixtisas təhsili bazasında qurulur. Ali təhsil universitetlərdə, institutlarda, akademiyalarda konservatoriyalarda, alin hərbi məktəblərdə həyata keçirilir. Ali məktəblər dövlət tərəfindən və habelə, müvafiq icazələrlə, özəl qaydada açılır.
Ali məktəbin fəaliyyət istiqamətləri aşağıdakılardır:
-dərin elmi biliyə, mütərəqqi dünyagörüşünə, mükəmməl ixtisas hazırlığına, yüksək erudisiyaya, mədəniyyətə malik vətəndaşlar yetişdirmək;
-müxtəlif dərəcələrdən olan ali təhsilli mütəxəssislər hazırlamaq;
-gəncləri elmi axtarışlara yönəltmək, onlarda təlim- idrak motivlərini formalaşdırmaq;
-elmi-metodik ədəbiyyat, dərslik və tədris vəsaitləri hazırlamaq;
-dövlət, müəssisə və ya müvafiq təşkilatların sifarişləri ilə kadr hazırlamaq üçün müqavilə bağlamaq;
-elmi-pedaqoji və elmi kadrların attestasiyasını keçir­mək;
-ixtisasartırma və kadrların yenidən ixtisaslaşmasım təmin etmək;
-xarici ölkələrin ali məktəbləri ilə əlaqə yaratmaq və s.
Ali təhsil müəssisələri elmi-pedaqoji potensialı, maddi-texniki imkanları və təmayüldən asılı olaraq birpilləli (bakalavr), ikipilləli (magistratura), iiçpilləli (doktorantura) təhsil verə bilər. Elə ali məktəblər var ki, onlar yalnız bir pillədən ibarətdir və yüksək ixtisaslı mütəxəssis kadrlar hazırlayır (məsələn, Azərbaycan Dövlət Tibb Universiteti, Ali Hərbi Məktəb və s.).
Birpilləli ali məktəblərdə müəyyən peşə istiqaməti və ya konkret ixtisaslar üzrə ali təhsilli mütəxəssislər hazırlanır. Həmin pillənin məzunları ali təhsilli mütəxəssis kimi dövlət orqanlarında, digər idarə, müəssisə və təşkilatlarda əmək fəaliyyətinə başlaya bilər, yaxud müsabiqə yolu ilə istiqamət əsasında ixtisaslaşmalar üzrə ali təhsili davam etdirə bilərlər.
Magistraturada daha dərin ixtisaslaşma apanlmaqlaj elmi-tədqiqatçılıq bacarıqları formalaşdırılır. Magistraturanı başa vurduqdan sonra müdavimlər universitet və institutlarda yaradılmış Elmi Şuranın qərarı ilə «magistr» dərəcəsi alır-;
Magistr dərəcəli mütəxəssislər ali məktəbin bakalavr pillə­sində orta ixtisas məktəblərində elmi-tədqiqat mərkəzlərində, dövlət orqanlarında işləyə bilərlər.
AZƏRBAYCAN RESPUBLİKASINDA TƏHSİL SİSTEMİNİN PRİNSİPLƏRİ
Azərbaycanda təhsil sistemi dövlətin təhsil siyasətinin prinsipləri əsasında fəaliyyət göstərir. Bu prinsiplər Təhsil Qa­nununda öz əksini tapmışdır. Azərbaycan Respublikasının təhsil sistemi öz işini bu prinsiplər əsasında qurur.
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə