1. Təhsil sistemi haqqında anlayış Az. Res-da təhsil sisteminin quruluşu, ar-nın Təhsil Qanunu Təhsil sisteminin prinsipləri


Hüquqi baxımdan hamının dövlət standartları çərçivə­sində təhsil almaq imkanlarına malik olması



Yüklə 411,69 Kb.
səhifə3/17
tarix26.10.2023
ölçüsü411,69 Kb.
#131515
1   2   3   4   5   6   7   8   9   ...   17
2 MÜHAZİRƏ

Hüquqi baxımdan hamının dövlət standartları çərçivə­sində təhsil almaq imkanlarına malik olması

Respublikamızda təhsil almaq sahəsində heç bır məhdu­diyyət yoxdur və hər bir vətəndaşın təhsil almaq hüququ var­dır. Təhsil - dövlət standartlarına uyğun olaraq reallaşdırılır.
Dini mənsubiyyətindən,. sosial vəziyyətindən, dilindən, yaşından asılı olmayaraq hamının təhsil almaq hüququ vardır. Hər kəs təhsil müəssisəsini, təhsilin formasını, təlim dilini seçməkdə azaddır.

  • Təhsilin humanist xarakteri

Bu prinsipin tələbinə görə, təhsil prosesində öyı ənənlərin maraq və meyilləri, fərdi imkanları, arzu və istəkləri nəzərə alınır, onlara şəxsi həyat və sosial fəaliyyətləıi üçün zəruri bilik, bacarıq və vərdişlər verilir, təhsil dövlət hesabına reallaşdırılır, fasiləsiz təhsil və özünütəhsil üçün şərait yaradılır, təhsilin iştirakçıları arasında əməkdaşlıq təmin olunur, gənci nəslə milli və bəşəri keyfiyyətlər aşılanır.
Bir sözlə, təhsilin humanist xarakteri təhsilin məzmunundan tutmuş təşkilinə qədər təhsilin bütün komponent və altkomponentlərini əhatə edir.

  • Milli, ümumbəşəri dəyərlərin, insan həyatı və sağlamlığının, şəxsiyyətin azad inkişafının üstün tutulması

Bu prinsip respublikamızda təhsil sisteminin bəşəri dəyərləri ümumiləşdirilmiş formada özündə əks etdirməsində gənc nəslin sağlam və ahəngdar inkişafı üçün hər cür şərait yaradılmasında, hər bir insanın öz istedad və qabiliyyətlərini istədiyi istiqamətdə inkişaf etdirmək hüququna malik olma­sında, respublikamızda məktəbdənkənar tərbiyə müəssisələri­nin geniş şəbəkəsinin fəaliyyət'göstərməsində də təzahür edir.

  • Təhsilin humanitarlaşdırlması

Bu prinsip təhsil müəssisələrində humanitar fənlərə ayrı­lan saatların artırılmasında, məktəblərimizdə Azərbaycan xalqının mənəvi dəyərlərinin daha dərindən öyrənilməsində, gənc nəslin estetik tərbiyəsinə diqqət və qayğının yüksəlmə­sində, öyıədən və öyrənənlərin həmrəylik və əməkdaşlığının inkişaf etdirilməsində özünü göstərir.
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə