1. Təhsil sistemi haqqında anlayış Az. Res-da təhsil sisteminin quruluşu, ar-nın Təhsil Qanunu Təhsil sisteminin prinsipləri



Yüklə 411,69 Kb.
səhifə14/17
tarix26.10.2023
ölçüsü411,69 Kb.
#131515
1   ...   9   10   11   12   13   14   15   16   17
2 MÜHAZİRƏ

Pedaqoji takt - müəllimin tələbə kollektivinə və ayrılıqda onun hər bir üzvünə dərindən bələd olmasında, hər bir pedaqoji situasiyada adekvat davranış formasında, səbrli, təmkinli, dö­zümlü olmasında, hisslərini idarə edə bilməsində, təhsil-tərbiyə­nin imkanlarına nikbin münasibətində, ən çətin və mürəkkəb məqamlarda belə ruhdan düşməməsində, özünə qarşı tələbkar lı­ğında, davranışını daim nəzarət altında saxlamasında təzahür edən mürəkkəb sistemdir.
Pedaqoji proses ziddiyyətli, dinamik və dəyişkən sistem olduğundan şablon sxemlərdən, hazır reseptlərdən istifadə et­məklə müvəffəqiyyət qazanmaq mümkün deyil. Müəllim hər bir konkret pedaqoji situasiyanın həllinə yaradıcılıqla yanaşmalıdır. Bu, müəllimin pedaqoji taktının təzahürüdür.
Müəllimin mənəvi zənginliyi, əxlaqi saflığı, vətənpər­vərliyi, sözü ilə əməlinin üst-üstə düşməsi, müəllim adının mü­qəddəsliyini qoruması, hər cür xırda, təsadüfi, xüdbin, eqoist hisslərdən uzaq olması və şəxsi kədəri ilə heç kəsi narahat et­məməsi və əhvalını nizamlaya bilməsi, yaranmış vəziyyəti dərhal düzgün qiymətləndirməsi və çevik davranışı ilə situasiyanı düzgün qiymətləndirməsi, yetirmələrinin mövqe və baxışlarına hörmətlə yanaşması - pedaqoji taktın struktur elementləridir.
Pedaqoji takta malik müəllim öz yetirmələri qarşısında tələblər qoymağı, xəbərdarlıq etməyi, səhvlərdən çəkindir­məyi bacarır.
Ustad müəllim həm də pedaqoji texnikaya yaxşı yiyələn­miş olur. A.S.Makarenko öz əsərlərində pedaqoji texnika ilə bağlı kompleks məsələləri geniş işıqlandırmışdır. A.S.Makarenko zahirən əhəmiyyətsiz görünən, lakin pedaqoji prosesdə həlledici əhəmiyyəti olan zahiri görkəmə, geyimə, necə dayanmaq, stol arxasında necə oturmaq və necə qalxmaq, səsi necə idarə etmək, necə gülümsəmək kimi detallara xüsusi mqqət yetirirdi. O, pedaqoji fəaliyyətdə səsin və mimikanın idarə edilməsinin əhəmiyyətini xüsusilə qeyd edir, gələcək müəllimlərə aktyorluq elementlərini, danışıq məharətini öyrət­məyin zəruriliyini qeyd edirdi .
Müəllim yüngül narazılıqdan - qəzəbə qədər müxtəlif çalarlı hissləri təzahür etdirməyi, auditoriyada tələbələrlə mü­nasibətdə nikbin, gümrah, yaradıcılıq əhvali-ruhiyyəsi yarat­mağı bacarmalıdır. Müəllim nikbin, öz qüvvə və imkanlarına inanan enerjili insan olmalıdır ki, bunları öz yetirmələrinə də təlqin edə bilsin.
Pedaqoji takt və onunla vəhdətdə olan bir çox bacarıq­lar müəllimin pedaqoji ustalığını təmin edir və ona avtoritet (nüfuz) qazandırır.
Avtoritet təhsil-tərbiyə prosesində formalaşır, müəllimə yetirmələrinin hörmət və inamını qazandırır. Müəllimin avtoriteti ictimai və pedaqoji fəaliyyəti, pedaqoji ustalığı, taktı və texnikası hesabına illər boyu tədriclə formalaşır. Lakin avtoritet birdəfəlik və həmişəlik qazanılmış keyfiyyət deyil. Yüksək iradi səy və dözümlülük sayəsində müəllim öz avtoritetini qoruyub saxlamağı və daim təkmilləşdirməyi bacar­malıdır. Ancaq bu, süni olmamalıdır.
Ustad müəllim olmaq üçün heç də xüsusi istedad vacib deyil. Sadəcə olaraq, öz işini, yetirmələrini sevmək, əsl vətən­daş olmaq, möhkəm əqidə və ideyalılıqla seçilmək, fənnini, onun tədrisi metodikasını və psixologiyanı dərindən bilmək, pedaqoji məharətini daim inkişaf etdirmək gərəkdir. Bu halda, hər bir müəllim ustad ola bilər.
ALİ MƏKTƏB MÜƏLLİMİ TƏRBİYƏÇİ KİMİ
Ali məktəb pedaqogikasının mühüm problemlərindən bin də tələbələrin milli mənlik, ləyaqət şüuruna məxsus şəxsiyyət kimi formalaşmasının metodikası və texnologiyasıdır. Bu işdə alı məktəb müəlliminin rolu çox böyükdür. Ali məktəb müəlliminin tərbiyəçi kimi rolu onun təlim prosesi ilə yanaşı, tələbə kollektivinin təşkili və tənzimlənməsi funksiyaları ilə şərtlənir. Müəllimin elmi, nəzəri, professional hazırlığı, intellektual inkişafı, həyat təcrübəsi, pedaqoji etikası, geniş erudisiyası tərbiyə üçün əlverişli mühit yaradır.
Ali təhsil müəssisəsində tərbiyə işi iki əsas istiqamətdə reallaşdırılır:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə