1. Təhsil sistemi haqqında anlayış Az. Res-da təhsil sisteminin quruluşu, ar-nın Təhsil Qanunu Təhsil sisteminin prinsipləri



Yüklə 411,69 Kb.
səhifə10/17
tarix26.10.2023
ölçüsü411,69 Kb.
#131515
1   ...   6   7   8   9   10   11   12   13   ...   17
2 MÜHAZİRƏ

Təlim prosesinin tənzimlənməsi idarə olunan sistemin fəaliyyətinin elə təşkili deməkdir ki, bu zaman idarə olunan sistemin nəzərdə tutulmuş səviyyəyə qalxması təmin olunur.
Təlimin özünəməxsusluğu ondadır ki, bu prosesin idarə olunması konkret şəxsiyyət - müəllim tərəfindən həyata keçi­rilir. Aydındır ki, tədris proqramının tərtibi zamanı müəllimin şəxsiyyəti ilə bağlı mürəkkəb və çoxçalarlı faktorları nəzərə almaq mümkün deyil. Ən yaxşı halda, proqram müəyyən təh­sil alanlar qrupunun tipik xüsusiyyətləri sisteminə uyğunlaş­dırıla bilər. Konkret qrupda təlim prosesində elə əlavə xüsu­siyyətlər aşkarlana bilər ki, onların nəzərə alınması qarşıya qoyulmuş məqsədə daha tez çatmağa imkan verər.
Öyrənən tərəfindən biliklərin mənimsənilməsinin idarə edilməsi prosesində müəllim onların (öyrənənlərin) real bilik səviyyəsini nəzərə almaqla faktları müqayisə etmək və ümumi­ləşdirmək, nəticələr çıxarmaq, alınmış məlumatları tənqidi surətdə təhlil etmək bacarıqlarının formalaşmasına xüsusi diqqət yetirməli, dərslik materiallarını necə mənimsədiklərinə, mənimsəməyə nə qədər vaxt sərf etdiklərinə nəzarət etməli, korreksiya işi aparmalı və təlim-idrak fəaliyyətinin səmərəli təşkilinə nail olmalıdır.
Təlim prosesinin effektivliyinin təmin edilməsi öyrənənlərin idrak fəaliyyətinin formalaşması və onların ümumi təc­rübədən fərdi təcrübəyə keçməsi prosesi kimi başa düşül­məlidir.
ALİ MƏKTƏB MÜƏLLİMİNİN FUNKSİYALARI VƏ ONA VERİLƏN TƏLƏBLƏR
Ali məktəb müəlliminin fəaliyyəti bir sıra funksiyaların yetirilməsi ilə bağlıdır. Bu funksiyalar aşağıdakılardır: təhsillverici, tərbiyəedici, təşkiledici, tədqiqatçılıq.
Bu funksiyalar biri-birilə sıx vəhdətdədir və biri-digərini tamamlayır. Ali məktəb müəllimi üçün daha spesifik olan funksiya pedaqoji və elmi tədqiqatçılıq fəaliyyətidir. Tədqiqatçılıq fəa­liyyəti ali məktəb müəllimini daxilən zənginləşdirir, onun yaradıcı potensialını inkişaf etdirir, elmi səviyyəsini yüksəldir. Müəllimin elmi- tədqiqatçılıq fəaliyyəti onun pedaqoji fəaliyyətin məqsədlərini daha aydın dərk etməsinə, təlim informasi­yaların daha dərindən ümumiləşdirməsinə və daha məntiqi surətdə sistemləşdirməsinə, aparıcı ideya və nəticələri daha aydın müəyyənləşdirməsinə kömək edir.
Ali məktəb müəllimi müəyyən pedaqoji qabiliyyətlərə malik olmalıdır. Pedaqoji ədəbiyyatda müəllimin əsas peşə qabiliyyətləri belə qruplaşdırılır:
-konstruktiv qabiliyyətlər; didaktik qabiliyyətlər; təşkilati qabiliyyətlər; avtoritar qabiliyyətlər; kommunikativ qabiliyyətlər; qnostik qabiliyyətlər; suqqestiv qabiliyyətlər; perseptiv qabiliyyətlər.

Yüklə 411,69 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə