1. Təhsil sistemi haqqında anlayış Az. Res-da təhsil sisteminin quruluşu, ar-nın Təhsil Qanunu Təhsil sisteminin prinsipləri



Yüklə 411,69 Kb.
səhifə8/17
tarix26.10.2023
ölçüsü411,69 Kb.
#131515
1   ...   4   5   6   7   8   9   10   11   ...   17
2 MÜHAZİRƏ

Təhsil strategiyası - təhsil fəlsəfəsinin struktur elementi­dir, onun qanunlarına və prinsiplərinə istinad edir, gənc nəs­lin müstəqil həyata hazırlığının nəzəriyyəsi və praktikası ilə bağlı məsələləri əhatə edir, təhsilin tendensiyalarım etibarlı, uzunmüddətli proqnozlar əsasında layihələşdirir. Təhsilin fəlsəfəsinə, onun konseptual müddəalarına və ümumi qanu­nauyğunluqlarına dövlət səviyyəsində istinad etmək - təhsil siyasətidir.
Siyasət təhsil fəlsəfəsinin dövlətin idarəetmə fəaliyyətin­də əxzidir. Deməli, təhsil fəlsəfəsinin prinsipləri eyni zamanda dövlətin təhsil strategiyasının prinsipləridir.
Təhsil strategiyası - dövlət siyasətinin son dərəcə mü­hüm sferası olmaqla və bilavasitə dövlət siyasətinin məqsəd­ləri ilə müəyyənləşir. Siyasət, təhsil strategiyası qarşısında və­zifələr qoyur, strategiya isə onları reallaşdırmağın yollarını müəyyənləşdirir, həyata keçirilməsi mexanizmi göstərir. Təhsilin qanunauyğunluqlarına və tendensiyalarına istinad etməklə dövlətin yürütdüyü siyasət onun inkişafının əsas istiqamətlərini, strateji məqsədlərini müəyyən edir.
Strateji məqsədlər - proqnozlaşdırılmış, uzunmüddətli məqsədlərdir.
Son illərdə dünyada təhsil sistemini təkmilləşdirmək məqsədilə milli doktrinalar, proqramlar, təhsilin modernləş­dirilməsi konsepsiyaları yaranmış, yeni təhsil standartlarının Yaradılması ideyası irəli sürülmüşdür. Təhsilin standartlaşdırılması və təhsil standartlarının permanent (fransızca per­manent, latınca permaneo - qalıram, davam edirəm, fasiləsiz davam edən, daimi deməkdir) modernləşdirilməsi fikri artıq çox mənalı şəkildə qəbul edilir. O fikir də mübahisə doğurmur yeni təhsil standartları yalnız təhsilin məzmununun yeniləşdirilməsi əsasında yaradıla bilər.
Dövlətin təhsil strategiyası reallaşdırılarkən aşağıdakı prinsipial xüsusiyyətlərə (bunu əsas prinsiplər də hesab etmək olar) istinad edilməlidir:

  • təhsilin universal və fundamental xarakteri;

  • təhsil prosesində şəxsiyyətin fərdiləşdirilməsi və sosializasiyası (ictimailəşdirilməsi);

  • təhsilin kompotentliyi (professionallığı və əxlaqiliyi);

  • humanistləşdirmə və humanitarlaşdırma;

  • təhsildə milli və ümumbəşəri dəyərlərin vəhdəti.

Bu prinsiplər biri-birilə və təhsil qanunları (ümumilik, obyektivlik və tamlıq, təhsilin inkişaf komponentlərinin biri- birindən asılılığı) ilə vəhdətdə təhsil strategiyasının əsas mahiyyətini ifadə edir.
Təhsil strategiyasının hər bir prinsipi həm ayrılıqda, həm də vəhdətdə kompleks həyati problemlərdən, sistemli siyasətin nəticəsi kimi özünü göstərir.
Bütöv, tam, uzunmüddətli sistemə daxil edilən dolayı, situativ məqsədlər, imitasiyalar (latınca imitatio — təqlid, yamsılama, saxta deməkdir) təhsilə, cəmiyyətə, insani münasi­bətlərə dağıdıcı təsir göstərir. Bu neqativ halın qarşısını almaq üçün fəaliyyət prosesində yuxarıda qeyd edilən dövlət təhsil strategiyaları (prinsipləri) əsas götürülməlidir.
Obyektiv gerçəklik - fəlsəfə vasitəsi ilə dövlətə və bütöv­lükdə cəmiyyətə, həm də pedaqogikaya dünya təhsil strate­giyasının tamlığı və vahidliyinin təmin edilməsi sifarişini ve­rir. Universallıq və tamlıq bu gün biri-biri ilə kəskin ziddiy­yətdədir. Gerçəklik haqqında birləşdirilməsi çətin olan, xırda «hissəciklər»dən ibarət biliklərlə didaktikanın tələbləri arasın­da ziddiyyətlər mövcuddur.
Təhsilin universallığı və fundamentallığı strategiyası L|ınumilik, obyektivlik və tamlıq) prinsiplərindən ayrılmazdır q.dövlətin təhsil siyasətinin əsasıdır. Bu, eyni dərəcədə, təh- ‘ Un digər strategiyalarına (prinsiplərinə) da aiddir.

Yüklə 411,69 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə