1. Təhsil sistemi haqqında anlayış Az. Res-da təhsil sisteminin quruluşu, ar-nın Təhsil Qanunu Təhsil sisteminin prinsipləri


Təhsil sistemində vahidlik və varislik



Yüklə 411,69 Kb.
səhifə4/17
tarix26.10.2023
ölçüsü411,69 Kb.
#131515
1   2   3   4   5   6   7   8   9   ...   17
2 MÜHAZİRƏ

Təhsil sistemində vahidlik və varislik

Təhsil sistemində vahidlik və varislik eyni tip tədris müəssisələrinin tədris planı və proqramlarının vahidliyində və dövlət standartlarına uyğun olmasında, cəmiyyətin bütün üzvlərinin təhsili üçün eyni şərait yaradılmasında, xalqımızın mənafeyinə xidmət etməsində ifadə olunur.

  • Dövlət təlim-tərbiyə müəssisələrində təhsilin dünyəviliyi

Dünyəvilik prinsipi təhsil alanlara gerçəklik haqqında leak obyektiv, düzgün elmi biliklər verilməsinə əsaslanır.

  • Təhsilin demokratikləşdirilməsi və dövlət-ictimai xa­rakter daşıması

Bu prinsip cəmiyyətimizin üzvlərinin təlim dilini və təhsilin formasını seçməkdə sərbəst olmasında, təhsil alanların c|izıı və maraqlarına uyğun peşə-ixtisas seçməsində, öz istetad və qabiliyyətlərini təkmilləşdirmək imkanlarının olmasında təhsilin keyfiyyətinin daim yüksəldilməsi istiqamətində iş aparılmasında təmin edilir.
Təhsilin demokratikləşdirilməsi dövlətin təhsillə bağlı irəli sürdüyü demokratik qanunlara riayət etmək əsasında reallaşdırılır.

  • Təhsilin fərdiləşdirilməsi və diferensiallaşdınlması

Təhsilin diferensiallaşdırılması təhsil alanların fərdi im­kanları və psixoloji xüsusiyyətləri əsasında həyata keçirilir. Diferensiallaşdırma təhsilin, demək olar ki, bütün mərhələlərində özünü göstərir.

  • Təhsil sisteminin açıqlığı

Bu o deməkdir ki, Azərbaycanda dövlət orqanları ilə bərabər, ictimai təşkilatlar, kooperativlər, ayrı-ayrı vətəndaşlar təhsilin inkişafına yaxından kömək edir, onun yeniləşməsi və təkmilləşdirilməsi üçün şərait yaradır, tədris-tərbiyə müəs sisələrinin normal fəaliyyət göstərməsinə himayədarlıq edir.
Hazırda Azərbaycan təhsil sistemində dünya standartla rına uyğun istiqamətdə ciddi islahatlar aparılır. Azərbaycan da təhsil islahatlarının reallaşdırılmasmda ümummilli lideri­miz H.Əliyevin böyük rolu olmuş, onun tərəfindən verilmiş «Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı» (1999-cu il) isə bu sahədə bütün konseptual göstərişlər özündə əks etdirmişdir. Proqramda respublikamızın təhsil sisteminin dünya standartlarına uyğunlaşdırılınası, ümum" təhsil məktəbləri üçün dünya standartlarına uyğun proqram və dərsliklərin hazırlanması, ali məktəblərdə struktur və məzmun dəyişikliklərinin edilməsi, ali təhsil müəssisələrində çoxballı qiymətləndirmə sisteminə keçilməsi, təhsilin bütün sahələrində əsaslı islahatlar aparılması, respublikanın aparıcı ali məktəblərinə müstəqillik statusu verilməsi və digər fəaliyyət istiqamətləri müəyyənləşdirilmişdir.

Yüklə 411,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə