1. Təhsil sistemi haqqında anlayış Az. Res-da təhsil sisteminin quruluşu, ar-nın Təhsil Qanunu Təhsil sisteminin prinsipləri



Yüklə 411,69 Kb.
səhifə7/17
tarix26.10.2023
ölçüsü411,69 Kb.
#131515
1   2   3   4   5   6   7   8   9   10   ...   17
2 MÜHAZİRƏ

Təhsilin keyfiyyətinə nəzarət

Müasir dövrdə keyfiyyət göstəriciləri tələbələrin təhsil aldığı dövrdə qazandıqları bilik, bacarıq və vərdişlərin inkişaf səviyyəsinə uyğun müəyyənləşdirilir.
Transmilli təhsil standartlarına uyğun olaraq Azərbay­can ali təhsil müəssisələrinin akkreditasiya və attestasiyası mexanizmləri tətbiq edilir. 2004-cü ildə Azərbaycan hökumət tərəfindən ali və orta ixtisas təhsili müəssisələrinin attestasiya və akkreditasiyası haqqında normativ hüquqi sənəd - Əsasnamə təsdiq olunmuşdur.

  • Mobilliyin genişləndirilməsi

Ali təhsil sistemində mobillik (latınca mobilis - mütəhərrik; deməkdir) deyildikdə, sərbəst, çevik hərəkət başa düşülür. Təhsil alanlar və təhsil verənlər (professor-müəllim heyəti), habelə digər kadr korpusunun qarşılıqlı əməkdaşlığı­nın və qarşılıqlı öyrənmənin dərinləşdirilməsini təmin edilməsi məqsədilə, mobillik, başqa sözlə, sərbəst çevik hərəkət genişləndirilməlidir.
Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə bir çox xarici ölkələrin səfirlikləri, daimi nümayəndəlikləri açılmış, xarici ölkələrdə isə respublikamızın diplomatik korpusları fəaliyyətə başlamışdır. Bu da Azərbaycan vətəndaşlarının xarici ölkələrə getməsi üçün xeyli sadələşdirilmiş və asanlaşdırılmışdır. Həm də xarici vətəndaşların da respublikamıza problemsiz gəlməsi üçün real şərait yaradılmış, sovet dövrünə xas olan «Çin səddi» aradan qaldırılmışdır.

  • Qanunvericilik bazasının yaradılması

Respublikamızda ali təhsil sahəsində Avropa məkanının norma və standartlarına uyğun yeni qanunvericilik sənədləri hazırlanmaqdadır. Transmilli qanunvericilik aktları ali təhsildə ən müasir, mütərəqqi yanaşmalara, yaradıcı münasibətlərə, yeni pedaqoji təfəkkürə, müasir modellərə və parametrlərə əsaslanır.

  • Dərəcələrin tanınması

Bu, o deməkdir ki, ali təhsil sistemində dəqiq müqayisə edici dərəcələr müəyyənləşdirilməlidir.
Azərbaycanın ali təhsil sistemində artıq bir neçə ildir ki, təhsili başa çatdıranlara diploma əlavə edilən xüsusi sənəd də verilir. İşə götürənlər diploma standart formalı əlavələri də qəbul etməlidirlər. Əlavə sənəd geniş yayılmış Avropa dillərinin birində yazılmalıdır.
Ümumavropa standartları müəyyənləşdirildikdən sonra “Boloniya prosesi”nə qoşulan bütün ölkələr kimi respublika­mızda da ali təhsilin məzmununda «ümumi standartlara riayət olunma» tələbi əsas götürüləcəkdir.
Son dövrlərdə yenilikçi-pedaqoq alimlər tərəfindən on­larla pedaqoji sistemlər təklif olunmuş, təhsilin yeni-yeni qanunauyğunluqları müəyyənləşdirilmişdir. Bütün bu yenilik­lər aşağıdakı xüsusiyyətləri özündə ehtiva edir:

  • həmin yeniliklər cəmiyyətin tələblərindən irəli gəlmişdir və pedaqoji ictimaiyyətin situativ reaksiyasının məh­suludur;

  • pedaqoji nəzəriyyənin kifayət qədər mükəmməl və əsaslandırılmış olmamasının təzahürüdür;

  • pedaqoji nəzəriyyənin fəlsəfi-metodoloji əsaslarının kifayət qədər işlənməməsinin nəticəsidir;

  • vahid konseptual sistemin olmaması - situativ, fraqmentar nəzəriyyələrin vəhdətini təmin etməyə, zəngin pedaqoji təcrübəni formalaşdırmağa imkan vermir;

  • təhsilin biri-birini tamamlayan (biri-birinə zidd olma­yan) kateqoriyalar, qanunauyğunluqlar toplusunun olmaması.

Göstərilən nöqsanları aradan qaldırmadan, təhsilin və təhsil sisteminin qanunauyğunluqlarını dərk etmədən, mü­kəmməl doktrina (elmi, fəlsəfi, siyasi nəzəriyyə) yaratmadan təhsil sahəsində dövlət siyasətini düzgün formalaşlırrnaq mümkün deyil.
Dövlət, hər şeydən əvvəl, təhsil sahəsində öz strategiya­sını (yunanca strateqos, stratos - qoşun, aqo - aparıram de məkdir. İki mənada işlənir. Birinci, hərb sənətinin tərkib his­səsi, onun ən mühüm sahəsi, ikinci, ictimai-siyasi mübarizəyə düzgün və perspektiv (uzaq) proqnozlara əsaslanan rəhbərlik sənəti) müəyyənləşdirməlidir.
Maraqlıdır ki, insanın və. sivilizasiyanın inkişafın keyfiy­yətcə yeni mərhələyə qalxması ilə təkcə proseslər deyil, an­layışlar da qloballaşır. Bu gün strategiya anlayışı təhsilə də aid edilir. Təhsilin inkişaf strategiyası tarixin irəli sürdüy suallara, planetar çağırışlara, dünyanı bürüyən təhlükələrə cavab vermək iqtidarında olmalıdır.

Yüklə 411,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə