1. Təhsil sistemi haqqında anlayış Az. Res-da təhsil sisteminin quruluşu, ar-nın Təhsil Qanunu Təhsil sisteminin prinsipləri


Təhsildə şəxsiyyətin fərdiləşdirilməsi və sosializasiyası prinsipi



Yüklə 411,69 Kb.
səhifə9/17
tarix26.10.2023
ölçüsü411,69 Kb.
#131515
1   ...   5   6   7   8   9   10   11   12   ...   17
2 MÜHAZİRƏ

Təhsildə şəxsiyyətin fərdiləşdirilməsi və sosializasiyası prinsipi. Şəxsi və sosial oriyentasiya (latınca oriens. orientis q şərq, fransızca orientation, hərfi mənası Şərqə istiqamətlənmə deməkdir) dərin təhsilə tələbat deməkdir. Təhsil təbii və sosial varlıq olan insanın məişətinin ayrılmaz tərkib hissəsidir! İnsandan təcrid olunmuş sosiallaşma (ictimailəşmə), eynilə sosiallaşma olmadan təbii kontekstdən xaricdə fərdiləşn» qeyri-adiliyə, antihumanizmə gətirib çıxara bilər.
Təhsilin bütün qanunlarının və prinsiplərinin, xüsusən strategiyasının ilk və son məqsədi gələcəyə nikbin baxışlı xoş­bəxt insan formalaşdırmaqdır. Hər bir insanın özünəməxsus xoşbəxtliyi var. Talesiz insanların bədbəxtliyi və kədərində isə oxşar cəhətlər çoxdur. Fiziki və mənəvi sağlamlıq normal ailə həyatı, yaxşı iş və sədaqətli dostlar, gözəllik və firavanlıq, nik­binlik və gümrahlıq, ətrafdakılarla qarşılıqlı anlaşma və hörmət, qayğılı və həssas münasibət insanın xoşbəxtlik göstə­riciləridir. İnsanı xoşbəxt edən nə varsa, onun özünü də, ətrafındakıları da duyğulandırır, nəcib mühüt yaradır. Xeyir­xahlıq və alicənablıq həyatı gözəlləşdirir. Bədbəxtlik və eqoizm isə təkcə insanın öz qəlbinə, ruhuna deyil, təbiətə də öldürücü təsir göstərir.
Təhsilin humanistləşdirilmə və humanitarlaşdırma prin­sipi üzərində qurulması insana özünü də, ətrafındakıları da xoşbəxt etməyin yollarım öyrədir, insanda həyatın hər bü­zər bəsi nə dözmək bacarığı formalaşdırır.
Təhsildə milli və ümumbəşəri dəyərlərin vəhdəti. Bu strategiya konkret ölkədə və bütün dünyada təhsil prosesinin inkişafetdirici istiqamətinin reallaşdırılmasmı təmin etməyə yönəlir.
Digər tərəfdən, yalnız öz mədəniyyətinə qapılma (bu, heç mümkün də deyil) milləti cılızlaşdırmaqla, dünya mədə­niyyəti sırasından çıxarar, qarşılıqlı zənginləşmə yollarına «Çin səddi» çəkərdi. Əlbəttə, bu, yeni ideya deyil. Hər bir xalq öz milli mədəniyyətini inkişaf etdirməklə yanaşı, digər xalqların da mədəniyyətlərini öyrənməli, qarşılıqlı mədəni münasibətlərdə iştirak etməlidir. Deməli, əsas məsələ - etnomədəni təhsil-tərbiyə prosesləri ilə ümumbəşəri başlanğıc arasında ahəngdar uzlaşmanın təmin olunmasıdır.
Belə çıxır ki, müasir dünyanın inkişafını xalqların, mil­lətlərin, dövlətlərin, milli təhsil doktrinaları və sistemlərinin «konvergensiyası» (latınca convergere - yaxınlaşmaq, bənzə­mək deməkdir) prosesini - vahid insan sivilizasiyasının təşək­külü tendensiyası kimi qəbul edən nəzəriyyəçilər öz müla­hizələrində haqlıdırlar.
Bu fakt nəyi göstərir? Hazırda milli hüdudları qorumaq qeyri-mümkündür və müxtəlif xalqların özünəməxsusluğu, milli təhsil doktrinası arasındakı hüdudlar silinməkdədir. Bütün bunlar atävizm (latınca atavus - ulu əcdad deməkdir) demək deyilmi? Axı, söhbət xarici görünüşdən, geyimdən, üzün ifadəsindən, bir sözlə, milli xüsusiyyətlərdən deyil, mahiyyət xarakteri daşıyan milli mentalitetdən, dövlətçilikdən, xalqın mənəviyyatından gedir. Əgər «mənəvi konvergensiya» baş verərsə, bu, xalqlar üçün, insanlıq üçün hansı nəticələrə gətirib çıxarar?
Sistemlər haqqında təlimdə deyilir ki, sistemə məxsus elementlərin fərqlərinin nəzərdən qaçırılması sistemin dağılmasına gətirib çıxarır. Dünyanın mövcudluğu mahiyyət etibarilə gerçək aləmin məkan və zaman daxilində daimi hərəkətindən, canlının və cansızın, yerin və kosmik fəzanın heyrətamiz müxtəlifliyindən ibarətdir. Bu isə o deməkdir ki, xalqların, mədəniyyətlərin, təhsil sistemlərinin qeyri-adi müxtəlifliyi min illərlə yer sivilizasiyasının mövcudluğu və inkişafının zəruri, obyektiv nəticəsidir.
. Təhsildə milli və ümumbəşəri dəyərlərin vəhdəti prinsipinin reallaşdırılması imkanları sosial və noosfer qloballaşma prosesləri ilə əlaqədar olaraq getdikcə daha artıq genişlənir və dərinləşir. Bu, birinci növbədə, fasiləsiz təhsil «loko­motivi» olan ali təhsil sisteminə aiddir. Avropa təhsil məka­nında təhsil kooperasiyalarının yaradılması bir çox ölkələrin reallıqlarına, vətəndaşların tələblərinə cavab verir, intellek­tual, mədəni, sosial, elmi-texniki potensialının inkişafına və möhkəmlənməsinə təkan verir.
İnsan özünü dərk etməyə qadir olan varlıqdır, başqa sözlə, özünü idarə edən, özünü reallaşdırmağı bacaran təbiətin bir hissəsidir. İnsanın mahiyyətindəki ilahi başlanğıc onu təbiətlə immanent (latınca immanentis nəyinsə daxilində olan, nəyə isə xas olan qanunauyğunluq deməkdir) əlaqələrini dərk etməyj və buna uyğun davranmağa, təbiətin bütün ünsürlərinə və təzahürlərinə qayğılı, həssas münasibət bəsləməyə yönəldir- İnsanın özünə, ailəsinə, əmək kollektivnə, ölkəsinə, xalqına, dövlətinə, millətinə, ümumiyyətlə, insanlığa, bəşəriyyətə qayğılı münasibəti nə qədər geniş və dərin olarsa, onda İlahiyə bağlılıq da o qədər güclü olar.
PEDAQOJİ FƏALİYYƏTİN STRUKTURU PEDAQOJİ FƏALİYYƏT TƏŞKİLATİ-İDARƏETMƏ PROSES KİMİ
Pedaqoji fəaliyyət - bir sıra idraki əməliyyatların vəh­dətindən ibarət mürəkkəb prosesdir. Bu mürəkkəb fəaliyyətin birinci komponenti müəllimin öyrətmə fəaliyyətidir. Sonrakı komponentlər refleksiv olaraq birincinin üzərində qurulur, başqa sözlə, öyrətmə fəaliyyətinə xidmət edir.
Müasir texnoloji cəmiyyət çox intensiv inkişaf edir və bunu təhsil sistemindən də tələb edir. Yəni ölkə iqtisadiy­yatının sifarişinə uyğun mütəxəssisin operativ surətdə layihə- ləşdirilməsini və müvafiq məqsədlərin tədris proqramlarının məzmununa daxil edilməsini tələb edir. Bu cür layihələşdirmə nətcəsində geniş mənada - insan, dar mənada - mütəxəssis modeli yaranır, dövlətin mənafeyinə uyğun olaraq şəxsiyyətin intellektual bacarıqları, bilikləri, qabiliyyətləri və onlar arasındakı əlaqələr aydın surətdə müəyyənləşdirilir və dəqiqləşdirilir. Təlim - öyrədən və öyrənənin fəal qarşılıqlı fəaliyyətidir, öyrənənin şəxsi səyi nəticəsində müəyyən bilik, bacarıq və vərdişlərin qazanılması prosesidir.
Pedaqoq öyrənmənin təlim-idrak fəallığını təmin elm üçün lazımi şərait yaradır, orla (öyrənənə) zəruri informal yaları və vasitələri təqdim edir, təlim fəaliyyətini istiqa­mətləndirir və nəzarət edir. Təlimin ən ümumi funksiyaSl cəmiyyət üzvlərinin əmək qabiliyyətlərini inkişaf etdirməkdir.
Təhsil prosesinin inkişafı, əslində, onun mürəkkəb fəaliyyət növlərinin daha sadə növlərə parçalanmasından, təlimin isə daha sadə fəaliyyət növlərinə ayrılmasından ibarət­dir. Lakin bu cür inkişaf mürəkkəb fəaliyyətin dərin təhlilini, onun struktur elementlərinin müəyyənləşdirilməsini tələb edir. Məqsəd, mürəkkəb professional fəaliyyət növlərinin sa­də, elementar fəaliyyət növlərinə parçalanması, sonra isə bu sadə əməliyyatların konstruksiyası nəticəsində mürəkkəb pe­şəkar fəaliyyət növlərinin yaradılmasıdır.
Deməli, elementar əməliyyatların müəyyənləşdirilməsi və onların translyasiyası pedaqoji fəaliyyətin birinci prinsipi­dir. Lakin bu, kifayət deyil. Çünki fəaliyyəti sona qədər sadə elementlərə parçalamaq mümkün deyil. Fəaliyyətdə daha mürəkkəb əlaqə və münasibətlər təzahür edir. Buradan peda­qoji fəaliyyətin ikinci prinsipi meydana gəlir: mənimsənilmiş elementlərdən mürəkkəb fəaliyyət növünü layihələşdirmək məqsədilə rəmzi vasitələrin müəyyənləşdirilməsi və translyaj siyasi. Rəmzi vasitələr pedaqoji fəaliyyətin layihəbşdirilməsinə xidmət edən ünsürlərdir.
Prosessual (qarşılıqlı münasibətlərin müəyyən olunması qaydası) - texnoloji baxımdan, təlim prosesi - iki təlim situa­siyasının ardıcıllığından ibarətdir. Bu situasiyalar elə qurulub ki, əvvəlki situasiyalar sonrakılar üçün vasitə və material rolunu oynayır. Yəni təhsil sistemi texnoloji proseslər sisteminə daxil edilir və nəticədə cəmiyyətin tələblərinə uygun sosial-mədəni qabiliyyətlərə malik şəxsiyyət formalaşır.
Təlim prosesində idarəetmə dedikdə, təhsil verənin təhsilalanlara məqsədəyönlü və sistemli təsiri başa düşülür.
İdarə etmək - öyrənənə təzyiq göstərmək, onu təbiətinə zidd başqa bir istiqamətə yönəltmək demək deyil, əksinə, pro­sesin xarakterini, bütün tərkib ünsürlərini nəzərə alaraq pedaqoji təsirləri məntiqi olaraq uzlaşdırmaqdır.
Təlim prosesinin idarə olunmasının özünəməxsus xüsu­siyyətləri vardır. Bu xüsusiyyətlər aşağıdakılardır:

  • şüurlu və planlı təsir;

  • idarə edən sistemaltı ilə (öyrədənlə) idarəetmə obyekti (öyrənən) arasında səbəb-nəticə əlaqələrinin mövcudluğu;

  • idarə olunan sistemin dinamikliyi;

  • etibarlılıq, yəni idarə olunan sistemin müəyyən şəraitdə verilmiş funksiyaları həll edə bilməsi;

  • davamlılıq, yəni idarə olunan sistemin daxili və xarici amillərin təsirinə baxmayaraq, müəyyən olunmuş fəaliyyət rejimini saxlaması.

İdarəetmə - həm fasiləsiz, həm də dövrü prosesdir. Bu, bir sıra idarəetmə həlqələrinin eyni zamanda və ardıcıllıqla reallaşdırılması ilə əlaqədardır. İdarəetmə fəaliyyəti məqsədin qoyulması və vəzifələrin müəyyənləşdirilməsi ilə başlayır, onların həlli ilə başa çatır. Bundan sonra qarşıya yeni məqsədlər qoyulur və idarəetmə fəaliyyəti davam edir. Fasiləsiz idarəetmə prosesinin sxemi belədir:

Təlim və tərbiyə prosesi belə bir sxem əsasında idarə olunur.
Təlim prosesinin effektiv surətdə idarə olunmasını Ərnin etmək üçün aşağıdakı tələblərə əməl olunmalıdır:

  • təlim məqsədlərinin müəyyənləşdirilməsi;

  • idarə olunan prosesin real səviyyəsinin (vəziyyətnin) müəyyənləşdirilməsi;

  • fəaliyyət proqramının hazırlanması;

  • təlim prosesinin vəziyyəti haqqında müəyyən parametrlərə uyğun informasiyanın alınması (əks əlaqə);

  • əks əlaqə kanalı ilə alınmış informasiyanın işlən­məsi;

  • təlim prosesinə korreksiyaların daxil edilməsi.

İdarəetmə prosesində öyrədənin vəzifəsi idarə olunan prosesin inkişaf strukturunu dəyişmək və onu əvvəlcədən nə­zərdə tutulan səviyyəyə çatdırmaqdır.
Təlimin idarə olunması bu prosesin hər bir iştirakçısı­nın yerini, vəzifələrini, hüquq və məsuliyyətini dəqiqləşdirmə­yi, məqsədə çatmaq üçün əlverişli situasiya yaratmağı tələb edir.
Təlim prosesində əks-əlaqənin yaradılması iki məqsəd daşıyır;
-əks-əlaqə məzmununun müəyyənləşdirilməsi - təlim məqsədlərinə və təlimin qanunauyğunluqlarına uyğun olaraq nəzarət olunacaq xarakteristikalar məcmusunun müəyyənləş­dirilməsi (bu, tədris proqramlarının tərtibi zamanı baza kimi götürülür);
-əks-əlaqənin tezliyinin müəyyənləşdirilməsi.

Yüklə 411,69 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə