1. Təhsil sistemi haqqında anlayış Az. Res-da təhsil sisteminin quruluşu, ar-nın Təhsil Qanunu Təhsil sisteminin prinsipləri


DÜNYA TƏHSİL SİSTEMİNİN İNKİŞAF STRATEGİYASI- İNTEQRASİYA VƏ UNİFİKASİYA PROBLEMLƏRİ



Yüklə 411,69 Kb.
səhifə5/17
tarix26.10.2023
ölçüsü411,69 Kb.
#131515
1   2   3   4   5   6   7   8   9   ...   17
2 MÜHAZİRƏ

DÜNYA TƏHSİL SİSTEMİNİN İNKİŞAF STRATEGİYASI- İNTEQRASİYA VƏ UNİFİKASİYA PROBLEMLƏRİ
Müasir dünya təhsil məkanı məqsəd və vəzifələrinə, səviyyəsinə və keyfiyyətinə görə müxtəlif təhsil sistemlərini özündə birləşdirir. Hər bir ölkənin təhsil sistemi özünəməxsus xüsusiyyətləri qoruyub saxlasa da, dünya təhsil sistemi vahid, tam bir sistem təşkil edir və burada qlobal tendensiyalar nəzərə çarpır və bu tendensiyalar sırasında ali təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi, ali məktəbin tədris proqramlarının yeniləşdirilməsi və korrektə edilməsi, ali təhsilin mobilliyinin artırılması, dünya təhsil sistemlərinin qarşılıqlı yaxınlaşması, «Avropa eyniliyinin» və «vətəndaşlığı­nın» təmin edilməsi; xarici dillərin öyrənilməsinin genişləndi­rilməsi, təlimin keyfiyyətinə və kadr hazırlığına yüksək tələb­lər verilməsi, təhsilə ayrılan dövlət büdcəsinin artırılması, yüksək ixtisas təhsilinə keçilməsi, təhsil sahəsində dövlətlər- arası əməkdaşlığın gücləndirilməsi, dünya təhsilinin humani­tar tərkibinin əsaslı surətdə artırılması, şəxsiyyətyönümlii təhsilə üstünlük verilməsi, dünya təhsil məkanının polimədəni və sosial yönümlü olması kimi istiqamətləri göstərmək olar. Müasir dövrdə dünya təhsil sisteminə «bazar» və «sahib­karlıq» baxımından yanaşılması prioriteti də qeyd edilməlidir.
Qlobal və regional xarakteri ilə fərqlənən dünya təhsil sisteminin əsas məqsədi insanı gələcəkdə gözləyən probemlərin səmərəli həlli yollarına istiqamətləndirmək, onda jŞgüzarlıq və sahibkarlıq keyfiyyətləri aşılamaq, onu proqnozladırma, modelləşdirmə, layihələşdirmə və yüksək səviyyəli Peşə ixtisas fəaliyyətinə hazırlamaqdır.
İnsanlarda irqlərə, dinlərə, sosial quruluşlara, onların mədəni ənənələrinə tolerant münasibət tərbiyə etmək, böyük kiçik etnosların tolerant birgəyaşayışını təmin etmək, 0 ımədəni tərbiyəyə diqqəti artırmaq, dünya təhsil sisteminin Prioritetlərindəndir.
Müstəqi demokratik respublikamız dünya təhsil sistemində baş verən inteqrativ və unifıkasiya (uni + latınca ~ edirəm deməkdir)proseslərindən geri qala bilməz..
Qloballaşdırma təcrübəsi dünyanın digər regionlarında olduğu kimi Azərbaycanda gedən proseslərə öz pozitiv təsirini göstərir. Respublikamızda bu istiqamətdə ciddi iş gedir, islahatlar aparılır. Azərbaycan sürətlə müasir dünya təhsil məkanına qoşulur, çox mürəkkəb, lakin tam, bütöv bi sistem olan dünya təhsil sistemini qoruyub saxlamaq, möhkəmləndirmək, təkmilləşdirmək, polietnik tərbiyə mədəniyyətlərinin qarşılıqlı əlaqəsini təmin etmək istiqa­mətində məqsədyönlü fəaliyyət göstərir.
Sivilizasiyanın müasir inkişaf səviyyəsində Azərbaycan təhsil sistemi dünya təhsil sisteminə intensiv surətdə inteqra­siya edir və bu, hər şeydən əvvəl, təhsilin məzmununun dünya standartlarına uyğunlaşdırılmasmda, təhsilin məzmunun elmin və texnikanın tərəqqisinə müvafiq qurulmasında, peda­qoji prosesdə müasir informasiya-kommunikasiya texnologi­yalarından istifadə olunmasında özünü göstərir. Tədris prose­sinə yaradıcı münasibət, yeni pedaqoji təfəkkürün forma­laşmasına, müasir tələblərə cavab verən mütərəqqi metodların yaradılmasına şərait yaradır.
Təhsil sistemi açıq bloklar sisteminə daxil olduğundan Azərbaycan Respublikası öz təhsil sisteminin inkişaf"priori­tetlərini dünyada gedən proseslərə inteqrasiya olunmaqla müəyyənləşdirir. İnteqrasiya prosesi - respublikamızda aparı­lan təhsil islahatlarının ana xəttini təşkil edir.
2010-cu ilədək Azərbaycan təhsil sisteminin Avropa təhsil məkanına inteqrasiyasının inkişaf perspektivləri aşağıdakı kimi müəyyənləşdirilmişdir:

  • Avropanın norma və standartlarına uyğun olaraq ali təhsil sahəsində qanunvericilik sənədlərinin hazırlanması və qəbul edilməsi;

  • «Boloniya prosesi»nin şərtlərinə uyğun olaraq ali təhsil sektorunda islahatların aparılması;

  • Avropa Şurasının təhsil və ali təhsil-tədqiqat komitələrinin təşəbbüsü ilə həyata keçirilən proqramlarda iştirak etmək;

  • Vahid Avropa təhsil məkanına inteqrasiyanı sürət­ləndirmək məqsədilə informasiya və təcrübə mübadiləsini dəstəkləmək.

Ümumavropa ölkələrinin təhsil sistemlərinin beynəlxalq müqayisəetmə və onlar arasındakı ekvivalentliyi müəyyənləş­dirmək üçün iki əsas mərhələli sistemə ehtiyac vardır:

  • dərəcəyə qədərki mərhələ, başqa sözlə, ilk akademik dərəcəyə qədərki təhsil (bakalavriat);

  • dərəcədən sonrakı mərhələ, başqa sözlə, ilk akademik dərəcə alandan sonrakı təhsil (magistratura).

Dərəcəyəqədərki mərhələdə (bakalavriatda) tələbələrin diversifikasiya edilmiş proqramlara çıxmaq imkanları olma­lıdır, yəni təhsil alanlar bu mərhələdə fənlərarası məşğələlərdə iştirak etmək, bir və ya bir neçə xarici dil öyrənmək, yeni informasiya texnologiyalarından istifadə etmək imkanlarına malik olmalıdırlar.
Birinci mərhələdə təhsil müddəti 3 ildən az, 4 ildən çox olmamalıdır.
Dərəcədən sonrakı mərhələdə (magistraturada) çox geniş seçim imkanları olmalıdır. İkinci mərhələdə təhsil müd­dəti 1-2 ıl nəzərdə tutulur. Bu mərhələnin yekununda təhsil alanlara magistr dərəcəsi verilir. Doktorluq dərəcəsi almaq üçün təhsilin müddəti 7-8 il olmalıdır. Təhsilin üçüncü mərhə­ləsinin sonunda təhsil alanlara doktor dərəcəsi verilir.
Azərbaycan Respublikası özünün ali təhsil sistemini ümumavropa standartlarına uyğunlaşdırmaq üçün aşağıdakı­ları reallaşdırmağa çalışır:
İkipilləli ali təhsil sisteminin tətbiq
Avropa ali təhsil zonası üçün ali təhsilin bütün ölkələrdə vahid formalı strukturuna keçid məqsədilə Azərbaycanda artıq neçə ildir ki, dövlət tərəfindən təsdiq olunmuş ixtisas klassifikatoruna uyğun olaraq ali təhsilli mütəxəssis hazırlığı iki mərhələdə həyata keçirilir: bakalavriat — 4 il; magistratura _ 2 il.
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə