1. Təhsil sistemi haqqında anlayış Az. Res-da təhsil sisteminin quruluşu, ar-nın Təhsil Qanunu Təhsil sisteminin prinsipləri


ALİ MƏKTƏB MÜƏLLİMİNİN ATTESTASİYASI



Yüklə 411,69 Kb.
səhifə17/17
tarix26.10.2023
ölçüsü411,69 Kb.
#131515
1   ...   9   10   11   12   13   14   15   16   17
2 MÜHAZİRƏ

ALİ MƏKTƏB MÜƏLLİMİNİN ATTESTASİYASI
Pedaqoji fəaliyyət «insan-insan» tipli fəaliyyətdir. Fəaliyvətin bu tipi insanın bir sıra keyfiyyətləri ilə müəyyən olunur: insanlarla iş prosesində özünü daim yaxşı hiss etmək, ünsiyyətə tələbat; özünü başqalarının yerinə qoya bilmək; başqalarının əhvalını, düşüncələrini, niyyətlərini dərhal hiss etmək; insanlar arasındakı münasibətlərdən baş açmaq; insanların şəxsi keyfiyyətlərinə yaxşı bələd olmaq və bütün məqamları yadda saxlamaq və s. «İnsan-insan» tipli fəaliyyətdə iştirak edən hər bir kəs aşağıdakı bacarıqlara malik olmalıdır:
-təşkilatçılıq, idarə və rəhbərlik, öyrətmək və tərbiyə etmək bacarığı;
-insanlara xeyirxahlıqla xidmət etmək bacarığı;
-başqalarını dinləməyi və başa düşməyi bacarmaq;
-kommunikativ mədəniyyət;
-geniş erudisiyası;
-insan ağlının, hisslərinin, xarakterinin təzahürlərini müşahidə edə bilmək, onun daxili aləminin modelini qura bilmək; ona zorla bu və ya digər mülahizəni qəbul etdirməmək;
-insanı nikbinlik əsasında layihələşdirmək;
-başqalarının hisslərini başa düşmək;
-müşahidəçilik;
-qeyri-standart situasiyaları həll etməyi bacarmaq;
-özünü yüksək səviyyədə idarə etməyi bacarmaq.
Bu, «insan-insan» tipinə daxil olan pedaqoji fəaliyyətlə məşğul olan müəllimin - tərbiyəçinin ümumiləşmiş portretidir.
Pedaqoji fəaliyyətin subyekti olan müəllim bütün bunlarla yanaşı, peşə səriştəliyi və didaktik mədəniyyəti ilə də seçilməlidir.
Pedaqoji prosesin mərkəzi siması olan müəllim üçün aydın olmayan və ifadəsiz nitq, qapalılıq, dərhal nəzərə çarpan fiziki qüsur, görkəmindəki səliqəsizlik, astagəllik, biganəlik kimi nöqsanlar yolverilməzdir.
Müəllimin zəruri peşə keyfiyyətlərinin strukturunu aşağıdakı xarakteristikaların bloku kimi təqdim etmək olar:
-obyektiv xarakteristikalar (peşə ilə bağlı bilik, bacarıq və vərdişlər, pedaqoji və psixoloji biliklər);
-subyektiv xarakteristikalar (psixoloji mövqe, durum (ustanovka), şəxsi keyfiyyətlər).
Müəllimin «insan-insan» tipli fəaliyyətində müvəffəqiy­yətini təmin edən bütün bu xarakteristikaları müəyyən etmək üçün heç bir ölçü, heç bir kriteriya, yaxud müvafiq kriteriya yoxdur. Ancaq tərəddüd etmədən hökm vermək olar ki, müəllimin, xüsusən də ali məktəb müəlliminin yaradıcılıq qa­biliyyəti və pedaqoji ustalığı, bir tərəfdən, onun malik olduğu ümumi və xüsusi qabiliyyətlərinin, bilik və bacarıqlarının məcmusu ilə ölçülürsə, digər tərəfdən, həm də ən başlıcası, fəaliyyətinin sonunda yeniliyi, orijinallığı və unikallığı ilə seçilən məhsul əldə etməsilə dəyərləndirilir. Ali məktəb müəl­liminin əldə etdiyi bu məhsul - kamil mütəxəssisdir, yeni cə­miyyətin fəal qurucusudur, böyük hərflə yazılan İnsandır.
Müəllimin professionallığının, ustalığının, novatorluğunun qiymətləndirilməsi metodikası müəllimlərin, habelə tədris müəssisələrinin attestasiyası adlanır.
Müəllimlərin attestasiyası pedaqoji kvalimetriya prosesi ilə sıx vəhdətdədir. «Kvalimetriya» (latın sözüdür, kval- keyfıyyət, metros- ölçmək) termini pedaqoji tədqiqatların istiqamətini bildirir. Bunun başlıca məzmununu pedaqoji parametrləri və xarakteristikaları ölçmək və qiymətləndirmək təşkil edir. Kvalifikasiya attestasiyanın həyata keçirilməsi mexanizmini təşkil edir.
Attestasiyada məqsəd, müəllimin tutduğu vəzifəyə yararlı olub-olmadığını müəyyənləşdirmək və onun kvalifikasiya kateqoriyasını müəyyənləşdirməkdir. Kvalifikasiya kon­kret fəaliyyət növünün icrası üçün zəruri olan qabiliyyətlərin inkişaf səviyyəsi deməkdir. Kvalifikasiya - nəzəri biliklərin, praktik bacarıqların həcmi və işçinin mühüm sosial-iqtisadi xarakteristikası ilə müəyyən edilir; kvalifikasiya kateqori­yaları işçinin professionallığının, fəaliyyətinin səmərəliliyi və məhsuldarlığının müvafiq normativ kriteriyalara uyğunluğu ilə müəyyənləşdirilir.
Attestasiya ali məktəb müəllimlərinin təhsil-tərbiyə pro­sesinin nəticələri üçün məsuliyyət hissini artırmaq, pedaqoji fəaliyyətin motivlərini inkişaf etdirmək, fasiləsiz özünütəhsil və özünütəkmilləşdirməni stimullaşdırmaq, yaradıcılıq qabiliyyətlərini formalaşdırmaq, fəallığım, ustalığını artırmaq məqsədilə keçirilir. Attestasiya demokratiklik, sistemlilik, kollegiallıq, aşkarlıq prinsiplərinə əsaslanmalıdır. Attestasiya­nın müəyyənləşdirdiyi maddi və mənəvi rəğbətləndirmə isə müəllimləri öz ustalığını daha artıq zənginləşdirməyə təhrik etməlidir.
İnkişaf etmiş ölkələrdə müəllimlərin attestasiyası testlər vasitəsilə reallaşdırılır və kvalifikasiya göstəriciləri kimi professional indeks əsas götürülür. Professional (peşə) indeksi isə aşağıdakı formula ilə müəyyənləşdirilir:
Burada
Pi - professional (peşə) indeksi
Yt - tədris müddətinin sonunda keçirilən yekun testləşdirmənin nəticələri;
Bt - tədrisin başlanğıcında keçirilən testləşdirmənin nəticələri;
Öq - təhsil alanların öyrənmə qabilliyini ifadə edir.
Formuladan belə bir qanunauyğunluq çıxır; tədris müd­dətinin sonunda keçirilən yekun testləşdirmənin nəticələri iI3 (Yt) tədrisin başlanğıcında keçirilən testləşdirmənin nəticələri (Bt) arasındakı fərq (Yt-Bt) nə qədər çoxdursa, təhsil alanın öyrənmə qabilliyi bir o qədər yüksəkdir və deməli, müəllimin professional (peşə) indeksi (Pi) də o nisbətdə yüksəkdir-

Başqa sözlə, müəllimin son nəticəyə töhvəsi Y,-B, fərqi ilə müəyyən edilir.
Təhsilalanların öyrənmə qabilliyyəti onların konkret bilikləri, bacarıqları, mənimsəmənin səviyyələri, «təlimə daxili müqaviməti» və digər amillərlə ölçülür. Formuladan məlum olur ki, təhsil alanların öyrənməyə qabilliyi (Öq) ilə müəllimin professional indeksi (Pi) tərs mütənasibdir. Yəni öyrənənlərin öyrənməyə qabilliyi yüksək olduqca, professional indeksin əhəmiyyəti o qədər azalır. Əksinə, öyrənməyə qabillik aşağı olduqda, müəllimin professional indeksinin əhəmiyyəti bir o qədər artır. Buradan belə bir qanunauyğunluq təzahür edir: təhsil alanların öyrənmə (oxuma, mənimsəmə) qabilliyi aşağı olduğu təqdirdə müəllimin yüksək göstəricilər, nəticələr əldə etməsi onun pedaqoji ustalığının göstəricisidir.
Müəllimlərin attestasiyası zamanı aşağıdakı meyarlar (kriteriyalar) əsas götürülməlidir:
-təlim məşğələlərinin keyfiyyəti - 70% (T,~0,7);
-təhsilalanların münasibəti - 5%> ( T2—0,05);
-valideynlərin, ictimaiyyətin münasibəti- 5%> (T.-0,05);
-inzibati orqanların verdiyi qiymət - 5%> (T4-0,05);
-həmkarların verdiyi qiymət - 5%> (T5=0,05);
-müəllimin özünü qiymətləndirməsi - 10 %> (T6 =0,1).
-Kvalifıkasiya (K) = 100% (1,0)
Əgər pedaqoji kvalifikasiyanın komponentlərini A (Aı; Ao; A3; A4; A5; A6) ilə, amillərin proporsiyasını (nisbətini, təsir çəkisini) isə T (Tı;, T2; T3; T4; T5; T6)ilə işarə etsək, onda kvalifıkasiya indeksini aşağıdakı formula ilə hesablamaq olar:
Ki—T1A1+T2A2+T3A3+T4A4+T5A5+T6A6
Nəticələrin etibarlılığını təmin edən daha kamil attesta­siya modelləri vardır. Attestasiya komissiyası mümkün mo­dellərdən istifadə edərək müəllimlərin kvalifıkasiya indeksini müəyyən edir, müəllimin pedaqoji və elmi fəaliyyətini əks et­dirən sənədlərlə tanış olur, müəllimin tutduğu vəzifəyə yararlığı, kateqoriyası, rəğbətləndirmə formaları, fəxri adlar və s. haqqında müəyyən qərar çıxarır.
Bütün sınanmış modellərə, kriteriyalara baxmayaraq, müəllimin ustalığını, kvalifıkasiya indeksini etibarlı surətlə müəyyənləşdirmək, nəticələrin tam obyektivliyini təmin etmək olduqca çətin bir işdir.
Müəllimin əməyini qiymətləndirərkən, onu attestasiya­dan keçirərkən, zənnimizcə aşağıdakı suallara cavab axtar­maq lazımdır:
-müəllim kimi öyrədir?
-nə üçün öyrədir? (son məqsədi nədir?)
-nəyi öyrədir?
-necə öyrədir?
Müəllimin pedaqoji əməyini bu kriteriyalarla qiymətlən­dirmək onun didaktikaya hansı səviyyədə bələd olmasını, pe­daqoji fəaliyyətini layihələşdirmək qabiliyyətini və kvalifika- siya indeksini müəyyənləşdirməyə imkan verər.




Yüklə 411,69 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə