1. Təhsil sistemi haqqında anlayış Az. Res-da təhsil sisteminin quruluşu, ar-nın Təhsil Qanunu Təhsil sisteminin prinsipləri



Yüklə 411,69 Kb.
səhifə15/17
tarix26.10.2023
ölçüsü411,69 Kb.
#131515
1   ...   9   10   11   12   13   14   15   16   17
2 MÜHAZİRƏ

təlim prosesində

  • kompleks şəkildə həyata keçirilən xüsusi təlimdənkənar tərbiyə prosesində.

    Ali məktəbdə müəllimin tərbiyəçi kimi fəaliyyətinin bu iki istiqaməti dialektik vəhdətdədir. Təlimdənkənar tərbiyəvi işlər təlim prosesində reallaşdırılan tərbiyə prosesinin davamı­dır və onlar biri-birini tamamlayır. Əsas fərq iş metodlarm- dadır.
    Təlim əməyini və tərbiyəvi fəaliyyəti biri-birindən təcrid etmək olmaz. Bir-birilə üzvi vəhdətdə olan təlim və tərbiyə prosesində müvəffəqiyyət qazanan o müəllimlərdir ki, onlar hər iki prosesi əlaqəli şəkildə həyata keçirə bilirlər. Müəllim- tərbiyəçi tələbənin ən yaxın məsləhətçisi olmalı, həyat yollarında onu düzgün istiqamətləndirməyi bacarmalıdır.
    Mürəkkəb tərbiyə işi müəllimin qarşısında ciddi tələblər qoyur. Tərbiyə edən müəllim «nəzarətçi» rolunda deyil, qüv­vətli nümunə, «avtoritet» rolunda çıxış etməlidir.
    Ali məktəbdə təlimin tələbə şəxsiyyətinə tərbiyələndirici təsiri çox böyükdür. Bu, ali məktəbdə pedaqoji prosesin özü­nəməxsus xüsusiyyətindən irəli gəlir. Ümumtəhsil məktəblə­rində tərbiyə işlərinə geniş yer verildiyi halda, ali məktəbin bu baxımdan imkanları məhduddur. Hər şeydən əvvəl, ona görə ki, ali məktəbdə müəllim-tələbə ünsiyyəti epizodik xarakter daşıyır. Bu, həm də onunla əlaqədardır ki, təhsil-tərbiyə prosesini bilavasitə reallaşdıran ümumtəhsil məktəbindən fərqli olaraq, ali məktəb müəllimi interpretator deyil, bu və ya digər elm sahəsində konkret tədqiqatlar aparan şəxsdir.
    Ali məktəbdə professor-müəllim heyətinin tərbiyə işində iştirakının əsas forması kuratorluqdur (latınca curator - hami, qəyyum deməkdir. Müəyyən işin yaxud işlərin gedişini izlə­yən, icrasına nəzarət edən şəxs). Təcrübə göstərir ki, kurator akademik qrupda mühazirə oxuyan, yaxud seminar və ya praktik məşğələlər aparan yüksək pedaqoji etikaya malik müəllimlərdən təyin olunduqda tərbiyəvi işlərin effekti daha yüksək olur. Bu, müəllimin tələbə qrupunun tərkibinə, onla­rın maraqlarına, bir-birlərinə münasibətlərinə yaxşı bələd ol­masından irəli gəlir. Müəllim-tərbiyəçi tələbələri yaxşı tanı­yarsa, onun üçün tələbələrdə təlimə maraq oyatmaq, onlarda elmi, siyasi, mədəni dünyagörüşü formalaşdırmaq, ixtisas ba­carıqlarını genişləndirmək o qədər də çətin olmur. Odur ki, akademik qruplar üçün kuratorlar təyin olunduqda məhz bu cəhəti nəzərə almaq lazımdır.
    Ali məktəbdə tərbiyəvi işin təşkili zamanı ali təhsil mü­əssisələrinə xas olan bir sıra xüsusiyyətləri və çətinlikləri nəzərə almaq lazımdır:
    -ümumuniversitet miqyasında ixtisasların çoxluğu və müxtəlifliyi tərbiyə işində tələbələrin maraqlarını nəzərə almağı çətinləşdirir;
    -tələbə kollektivinin tərbiyə edilməsi işi müəllimdən dərin nəzəri hazırlıq və ixtisaslarla bağlı bilgilər tələb edir;
    -ali məktəb müəllimi unutmamalıdır ki, o, ümumtəhsil hazırlığı keçmiş, müəyyən həyat təcrübəsi olan, ictimai- siyasi hadisələri təhlil etməyi və ümumiləşdirməyi bacaran, şəxsi mülahizələri olan, ən başlıcası isə, daim təkmilləşən insanlarla işləyir;
    -hər bir kursda tərbiyə işinin özünəməxsus istiqa­mətləri müəyyənləşdirilməlidir;
    tərbiyə işində tələbələrin yaş xüsusiyyətləri nəzərə alınmalıdır;
    -birinci kurs tələbələrilə aparılan tərbiyəvi işlərə xü­susi diqqət yetirilməlidir, çünki məhz birinci kursda adap­tasiya prosesi başlanır, tələbənin peşəni düzgün, məqsədəuy­ğun, yaxud təsadüfi seçməsi, nəyə qabil olması və səmimi istəkləri aşkarlanır.
    Birinci kurs tələbələrinə əqli əmək mədəniyyəti, əqli əmək gigiyenası, əqli əməyin təşkili, mühazirələrdə qeydlər götürülməsi, seminar məşğələlərinə, kollokviumlara, məqbul və imtahanlara hazırlıq haqqında məlumatlar verilməli və onların ali məktəbin təlim və ictimai həyatına daha tez qovuşması təmin olunmalıdır.
    Yuxarı kurslarda tərbiyə işinin istiqaməti dəyişir. İnfor­masiyaları daha tez və intensiv surətdə mənimsəmək bacarıqlarının formalaşdırılması, peşə maraqlarının dərinləş­dirilməsi, ixtisas hazırlığı, əmək fəaliyyətinə istiqamətlənmə və s. həyata keçirilir.
    Vətəndaşlıq, şüurlu intizam, mərdlik, mütəşəkkillik, diqqətlilik və həssaslıq, qətiyyət və nəzakətlilik məhz sosial yönümlü işlərin təsiri altında inkişaf edən mühüm mənəvi keyfiyyətlərdir. Respublikamızın müasir inkişaf səviyyəsində cəmiyyətimizə məhz bu keyfiyyətlərin daşıyıcısı olan mütəxəssislər gərəkdir.
    Ali məktəbdə tərbiyə prosesinin mühüm istiqamətlərin­dən biri də tələbələrin elmi-tədqiqat işlərinə cəlb edilməsidir. Müəllim tələbədə elmi axtarıcılığa maraq oyatmağı və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməyi bacarmalıdır.
    Tələbələrlə birlikdə elmi ideyaların müzakirəsi, tələbə­lərin müvafiq kafedra və laboratoriyaların elmi işlərində iştirak etməsi, elmi seminarlarda, konfranslarda, müsabiqə­lərdə iştirakı, mütəxəssis diskussiyaları, elmi proqnozlar və onların sosial əhəmiyyəti haqqında söhbətlər tərbiyənin çox qüvvətli amilləridir və kamil, mənəviyyatca zəngin mü­təxəssisin formalaşmasını təmin edən əsas vasitələrdən biı idir.
    Ali məktəbdə təhsil - tərbiyə və elmi sferalar biri-birilə qırılmaz vəhdətdədir və biri digərinə nüfuzedici təsir göstərir.
    Ali məktəb müəlliminin oxuduğu mühazirə heç bir şeylə əvəz edilməyən tərbiyə formasıdır, elmə, incəsənətə, humanist ənənələrə müraciətdir, həyata, elmə, insanlara məhəbbət hissinin, reallıqlara nikbin münasibətin tərbiyə edilməsi metodudur. Mühazirə hansı formada qurulursa-qurulsun, tələbələrin əqlinə və hisslərinə qüvvətli təsir edərək, fəal qavramanı təmin edir, yeni biliklərə, axtarışlara, tədqiqatlara maraq oyadan qüvvətli stimulyator rolunu oynayır.
    MÜƏLLİMİN ÖZÜNÜTƏKMİLLƏŞDİRMƏSİNİN SƏMƏRƏLİ YOLLARI
    İnsanın mədəni və intellektual aləminin formalaşmasına bir sıra amillər təsir göstərir. Bu amillərdən özünütəhsilin rolu xüsusilə böyükdür. Özünütəhsil - müxtəlif elmi, bədii kitabla­rın, incəsənət haqqında əsərlərin, məlumat ədəbiyyatının mü­taliəsidir. Ahəngdar inkişaf baxımından təhsil səviyyəsini hər hansı bir bilik sahəsinə dərin maraqla vəhdətdə inkişaf etdirmək lazımdır. Özünütəhsil prosesində hafizənin, təfəkkürün və nitqin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməlidir.
    Özünütəhsil və özünütəkmilləşdirmə texnologiyası aşa­ğıdakı komponentlərdən ibarətdir:

    • İntellektual inkişaf ümumi mədəni inkişafla, estetik, fiziki və əxlaqi özünütəkmilləşdirmə ilə vəhdətdə həyata keçirilməlidir.

    • Hər şeydən əvvəl, hafizə inkişaf etdirilməlidir.

    Hafizəni inkişaf etdirməyin bir neçə yolu vardır:

    • əqli fəaliyyətlə sistematik olaraq məşğul olmaq;

    • hafizəni daim informasiyalarla zənginləşdirmək;

    • bilikləri praktika ilə əlaqələndirmək;

    • yadda saxlamanın məqsədini dəqiqləşdirmək, bu və ya digər materialı yadda saxlamağın zəruriliyini dərk etmək, biliyin harada istifadə olunacağını aydınlaşdırmaq;

    -əvvəlcə aydın dərk etmək, anlamaq, yalnız bundan sonra hafizədə saxlamağa səy göstərmək;
    -hafizədə saxlanması tələb olunan materialı seçmək, dərk etmək, sistemləşdirmək, əvvəlki biliklərlə əlaqələndirmək;
    -əsas ideyaları və onların əsaslandırılması yollarını də­rindən mənimsəmək (belə olduqda hafizə lazım olan anda bütünn məqamları canlandıra bilir);
    -öyrənmə zamanı yaxşı əhval-ruhiyyə yaratmaq; -adi və yenini, qeyri-adi olanı, maraq doğuran və zəru­ri olanı görməyi bacarmaq.

    Yüklə 411,69 Kb.

    Dostları ilə paylaş:
  • 1   ...   9   10   11   12   13   14   15   16   17




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə