1. Təhsil sistemi haqqında anlayış Az. Res-da təhsil sisteminin quruluşu, ar-nın Təhsil Qanunu Təhsil sisteminin prinsipləri



Yüklə 411,69 Kb.
səhifə11/17
tarix26.10.2023
ölçüsü411,69 Kb.
#131515
1   ...   7   8   9   10   11   12   13   14   ...   17
2 MÜHAZİRƏ

Konstruktiv qabiliyyətlər tələbə şəxsiyyətini layihələşdirməyə, öz fəaliyyətinin strategiyasını müəyyənləşdirməyə, təlim- tərbiyənin taktiki məqsədlərini reallaşdırmağa imkan verir. Diaqnostlaşdırma və onunla qırılmaz surətdə əlaqədar olan proqnozlaşdırma pedaqoji prosesi düzgün istiqamətləndirməyə şərait yaradır. Əlində dəqiq diaqnozu olan və əlverişli proqnoza əsaslanan peşəkar pedaqoq təhsil-tərbiyə fəaliyyətini səmərəli və məhsul şəkildə təşkil edir, gələcək fəaliyyətin modelini qura bilir, həm özünün, həm də tələbələrinin fəaliyyət növlərini layihələşdirir.
Konstruktiv qabiliyyət təhsil-tərbiyə prosesini modelləşdir­məyə, pedaqoji prosesdə bütün potensial imkanlardan və biliklər­dən səmərəli və fəal surətdə istifadə etməyə, pedaqoji ustalığı ar­tırmağa əlverişli şərait yaradır.
Layihələşdirmə qabiliyyəti həmçinin son məqsədi görməyə, tələbənin gələcək ixtisaslaşması ilə bağlı aktual vəzifələri konkret­ləşdirməyə, tədris etdiyi fənnin elmi-nəzəri və praktik əhəmiy­yətini düzgün müəyyənləşdirməyə imkan verir.
Didaktik qabiliyyətlər informasiyaların seçilməsində, tədris materialının hazırlanmasında, mövzunun şəxsiyyətyönümlü im­kanlarının müəyyənləşdirilməsində, təlim metodlarının seçil­məsində, intizamın bərpa edilməsində və işgüzar təlim şəraitinin yaradılmasında, tələbələrin idrak maraqlarının, tələbatlarının stimullaşdırılmasında, öyrənənlərdə müstəqillik, təşəbbüskarlıq və təlim-idrak fəallığının artırılmasında təzahür edir.
Təşkilati qabiliyyətlər tələbələrin fəaliyyətinə düzgün rəh­bərlikdə, onları aktiv təlim-idrak prosesinə cəlb etməkdə, asudə vaxtlarını günün tələbləri səviyyəsində qurmaq bacarığında, habelə özünün ali məktəbdə pedaqoji əməyini təşkil etmək məharətində ifadə olunur. Akademik qruplarda şəxsiyyətlərarası münasibətləri tənzimləmək, tələbələri ictimai işlərə cəlb etmək və vəzifə bölgüsü aparmaq, planlaşdırmaq, görülmüş işləri yekunlaşdırmaq və s. təşkilati qabiliyyətlərlə bağlıdır.
Müəllim təkcə tələbələrin fəaliyyət və davranışını deyil, öz fəaliyyətini də real şəraitə uyğun dəyişdirməyi bacarmalıdır.
Pedaqoji prosesin nəticələrinə nəzarət etmək və korreksiya işi aparmaq təşkilatçılıq qabiliyyəti ilə sıx bağlıdır.
Kommunikativ (latınca kommunicetio rabitə, əlaqə deməkdir) qabiliyyət münasibətlərin nizama salınması, tələbələrlə, öz ləmkarları və rəhbər işçilərlə məqsədəuyğun pedaqoji ünsiyyətin yaradılması, tərbiyə işlərinin həyata keçirilməsi, pedaqoji prosesin gedişinin təhlili, yol verilmiş səhvlərin, yaxud arzuolunmaz nəticələrin səbəblərinin aşkarlanması və qısa zaman kəsiyində korrektə edilməsilə bağlıdır. Kommunikativ qabiliyyət və ünsiyyətdə komponentlik (latınca componens, componentis - təşkil edən deməkdir) müəllimə tələbələri, həmkarları ilə asanlıqla ünsiyyət yaratmağa və beləliklə, pedaqoji vəzifələri müxtəlif situasiyalarda səmərəli surətdə həll etməyə əlverişli şərait yaradır. Ünsiyyət pro­sesində müəllim tələbəyə, sadəcə olaraq, informasiya çatdırmır, emosional təsir göstərməklə, onu birgə fəaliyyətə, elmi əməkdaş­lığa təhrik edir.

Yüklə 411,69 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə