1. Təhsil sistemi haqqında anlayış Az. Res-da təhsil sisteminin quruluşu, ar-nın Təhsil Qanunu Təhsil sisteminin prinsipləri



Yüklə 411,69 Kb.
səhifə12/17
tarix26.10.2023
ölçüsü411,69 Kb.
#131515
1   ...   9   10   11   12   13   14   15   16   17
2 MÜHAZİRƏ

Suqqestiv qabiliyyət (latınca suqqestio - təlqin, eyham, işara deməkdir). Bu, təhsil alanlara təlqinedici, iradi-emosional təsir göstərməkdə ifadə olunur.
Perseptiv (latınca perceptio - qavrayış, təsəvvür deməkdir) qabiliyyətlər təhsilalanların daxili aləmini görmək bacarığında, onların emosional vəziyyətini obyektiv qiymətləndirməkdə, psixi­kasının xüsusiyyətlərini üzə çıxarmaqda təzahür edir. Suqqestiv və perseptiv qabiliyyətlər kommunikativ qabiliyyətlərlə vəhdət təşkil edir və onlardan ayrılmazdır.
Avtoritar qabiliyyət (latınca auctoritas, almanca autoritat - hakimiyyət, nüfuz deməkdir) - təhsil alanlara iradi-emosional təsir göstərməklə onların nüfuzunu qazanmaqda özünü göstərir (şübhəsiz, nüfuzu öz fənnini yaxşı bilmək, həssaslıq və pedaqoji takt əsasında da qazanmaq olar).
Avtoritar qabiliyyət müəllimin bir sıra kompleks keyfiyyət­ləri, xüsusən də qətiyyət, təkidlilik, dözüm, tələbkarlıq və digər iradi keyfiyyətləri, yetirmələrinin təhsil və tərbiyəsi üçün məsuliyyət hissi, özünə inam kimi şəxsi psixi xüsusiyyətlərilə sıx vəhdətdədir. Bu qabiliyyət «pedantizm»dən uzaq olmalıdır.
Qnostik qabiliyyət (yunanca qnosis - bilik, qnostis - idrak deməkdir) dedikdə, müəllimin ixtisas fəaliyyətinin əsasını təşkil edən bilik və bacarıqlar sisteminə dərindən bələd olması başa düşülür. Təlim-idrak fəaliyyətinin effektivliyini təmin edən amillərin müəyyənləşdirilməsi, fərziyyənin irəli sürülməsi və yoxlanması, ziddiyyətlərin aşkarlanması və həll edilməsi, alınan nəticələrə tənqidi münasibət - qnostik qabiliyyətlərlə bağlıdır.
Qnostik qabiliyyət pedaqoji nəzəriyyəyə dərindən bələd olmaq və ondan yaradıcı şəkildə istifadə etmək, qabaqcıl təcrüf bəni öyrənib ümumiləşdirmək, elmi-tədqiqat fəaliyyəti ilə məşğul olmaq, təkcə öz fənnini deyil, onun tədrisi metodikasını və habelə psixologiyanı dərindən bilmək, elmi yenilikləri müntəzəm izləmək və innovasiyalan təhsilin məzmununa daxil etmək bacarıqları ilə müəyyənləşir. Pedaqoji fəaliyyətə yaradıcı münasibət və təlim- tərbiyənin ən yeni metodlarından səmərəli surətdə istifadə olunması müəllimin qnostik qabiliyyətlərinin göstəricisidir.
Qnostik qabiliyyətlər müəllimi müntəzəm surətdə öz üzərin­də işləməyə, özünütəhsillə məşğul olmağa, pedaqoji fəaliyyətini elmi innovasiyalarla zənginləşdirməyə təhrik edir.
Pedaqoji fəaliyyətin müvəffəqiyyətini təmin edən digər qabiliyyətlər də mövcuddur: Yüksək elmi-ixtisas, psixoloji, pedaqoji və metodik biliklər, təlim-tərbiyə prosesinin texnologiyala­rının praktik surətdə mənimsənilməsi və uğurla tətbiqi; müşa­hidəçilik, həssaslıq; insanların psixoloji vəziyyətini başa diişə bil­mək, şəraitdən çevik surətdə «baş açmaq», davranışın adekvatlığı (latınca adaequatus - bərabərləşdirilmiş, bərabər, uyğun, dəqiq, ımütabiq deməkdir); nitq mədəniyyəti, erudisiya; məntiqi hafizə; yaradıcı təfəkkür; diqqətin həcmi və bölüşdürülməsi; ekspressiv (fransızca expressionnisme; expression - ifadə, dilin ifadəliliyi deməkdir) qabiliyyətlər, dözümlülük, səbr və təmkin; səsini, mimika və pantomimikasını idarə edə bilmək; əks əlaqə yaratmaq; pedaqoji takt; pedaqoji informasiya və müxtəlif psixoloji təsir vasitələrindən istifadə məharəti; ünsiyyətdə demokratik üslub; öz şəxsiyyətinə yaradıcı münasibət; özünütəhsil; təhsil-tərbiyənin yeni metodlarının mənimsənilməsi və tətbiqi bu qəbildən olan qabiliy­yətlərdir. Bu qabiliyyətlər müəllimin ümumi peşə qabiliyyətləri olan konstruktiv, didaktik, təşkilati-idarəetmə, kommunikativ, qnostik qabiliyyətləri ilə sıx vəhdətdədir və müəllimlik fəaliyyətində təcrübə artdıqca, tədricən inkişaf edərək zənginləşir. Müəllimin ümumi pedaqoji- xüsusi, şəxsi, spesifik, nəzəri (akademik) qabiliyyətləri biri-birilə dialektik vəhdətdədir, biri-birinə nüfuz edir, biri-birini tamamlayır və zənginləşdirir. Pedaqoji fəaliyyətdə müəllimin təcrübəsi artdıqca yeni qabiliyyətlər formalaşır.
Ali məktəb müəlliminin qabiliyyətlərini aşağıdakı kimi səciyyələndirmək olar:





Yüklə 411,69 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə