1. Təhsil sistemi haqqında anlayış Az. Res-da təhsil sisteminin quruluşu, ar-nın Təhsil Qanunu Təhsil sisteminin prinsipləri


Akademik və elmi dərəcələrin müəyyənləşdirilməsi



Yüklə 411,69 Kb.
səhifə6/17
tarix26.10.2023
ölçüsü411,69 Kb.
#131515
1   2   3   4   5   6   7   8   9   ...   17
2 MÜHAZİRƏ

Akademik və elmi dərəcələrin müəyyənləşdirilməsi

Dünyanın bir çox ölkələrinin ali təhsil və ondan sonrakı mərhələdə akademik və elmi dərəcələrinin strukturu, sertifi­kat və diplomların forma və xüsusi çəkisi ilə bağlı mövcud reqlamentlərin öyrənilməsi nəticəsində belə bir qənaətə gəlin­mişdir ki, müxtəlif ölkələrdə akademik və elmi dərəcələrin reqlamentlərində bir çox oxşar cəhətlər vardır. Bununla belə, elə iki ölkə tapmaq mümkün deyil ki, onların təhsil modellə­rində diplomlar və onların əldə olunması üçün qoyulan şərtlər üst-üstə düşsün. Ayrı-ayrı ölkələrdə bakalavr, magistr, fəlsəfə doktoru, elmlər doktoru, mütəxəssis, lisenziat, tədqiqatçı və s. kimi dərəcələri özündə əks etdirən və müxtəlif kriteriyalarla səciyyələnən təhsil sənədləri mövcuddur. «Boloniya prosesi» iştirakçısı olan ölkələr bu problemin müvəffəqiyyətli həllinə xüsusi diqqət yetirirlər.
«Boloniya prosesi» çərçivəsində ümumavropa modelinə maneəsiz, daha asan, daha çevik keçid məqsədilə Azərbay­canda uzun illər boyu elmlər namizədi və elmlər doktoru strukturu ilə fəaliyyət göstərən elmi-pedaqoji kadr hazırlığı sistemindən fəlsəfə doktoru və elmlər doktoru modelinə keçid ideyası meydana gəlmişdir.

Bu müddəaya əsasən milli ali təhsil sistemlərində tədris Şosesinin ağırlığı kreditlərlə (latınca creditum — borc deməkdir) müəyyənləşdirilir və bu məqsədlə kreditlərin təşkil edilməsi üzrə Avropa Sisteminə (ECTS) uyğun sistemin tətbiqi təklif olunur.
Uzun illər «beş ballı» sistemlə qiymətləndirmə aparılan bir ölkədə birbaşa kreditlər sisteminə keçid heç də asan iş deyil. Odur ki, 1998-ci ildən başlayaraq Azərbaycanın ali təhsil sistemində çoxballı qiymətləndirmə mexanizmləri tətbiq edilməkdədir. Respublikamızın bir çox ali məktəbləri qiymət­ləndirmənin bu təcrübəsini müvəffəqiyyətlə həyata keçirir. Qiymətləndirmənin çoxballı mexanizmi ənənəvi qiymətləndir­mə mexanizmi ilə müqayisədə bir sıra üstünlüklərə malikdir:

  • çoxballı sistem təhsil alanların biliyinin qiymətləndiril­məsinə obyektiv-demokratik yanaşmanı təmin edir,

  • çoxballı qiymətləndirmə mexanizmində «təsadüfi» qiy­mətləndirmə hallarına yol verilmir;

  • tələbə semestr boyu, fəaliyyət göstərərək ballar toplayır;

  • tələbə tədris fənnini mənimsəmə səviyyəsini nümayiş etdirmək üçün geniş imkanlara malik olur.

Beləliklə, məlum olur ki, çoxballı sistemdə də «kreditlər» modelində olduğu kimi «toplayıcı model»ə üstünlük verilir. Bütün bu proseslər Azərbaycanın ali təhsil sistemində «kreditlər» modelinin tətbiqi üçün əlveıişli yaradır.
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə