1 Willem F. van Eekelen



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə238/256
tarix23.01.2018
ölçüsü4,6 Mb.
#22119
1   ...   234   235   236   237   238   239   240   241   ...   256

 

532


kəsizliyini qorumaq,demokratik təsisatları və prosedurları qorumaq və cəmiyyətin 

müxtəlif təbəqələrinin dinc yanaşı yaşamasını təmin etmək onların işidir. Beynəl-

xalq baxımdan,bu qüvvələr ikitərəfli və ya çoxtərəfli çərçivə sazişləri ilə geniş su-

rətdə koordinasiya edilməlidir,çünki onlar kollektiv müdafiə müqavilələri əsasında 

birgə/birləşmiş əməliyyatlarda və ya,həmçinin,münaqişələrin qarşısını almaq və ya 

həll  etmək və ya münaqişə sonrası yenidənqurma dövründə  yardım etmək üçün 

beynəlxalq  sülhü saxlama və ya stabilizasiya missiyalarında iştirak edə bilərlər. 

Hökümət səviyyəsində,müasir təhlükə mühiti,ilk növbədə, diplomatik,siyasi, 

hərbi, humanitar,iqtisadi və sosial növlü böhranları əhatə edən möhkəm böhran ida-

rəetmə imkanları yaratmağı tələb edir ki,bütün bu məsələlərin, birləşmiş fəaliyyət 

planlaması əsasında eyni vaxtda həll edilməsi təmin edilsin.Silahlı qüvvələr səviy-

yəsində,Şreyer bildirir ki, sayı və ölçüsü baxımından kiçik,lakin daha bacarıqlı və 

çevik və  əhəmiyyətli dərəcədə geniş  səlahiyyətləri olan yeni hərbi strukturlar və 

təşkilatlar tələb olunur. Bu silahlı qüvvələr daha çevik,çoxməqsədli və xaricə gön-

dərilib saxlanılmaq imkanında olduqca onların xərcləri də çoxalacaq və bu cür qüv-

vələrin sayı azalacaq. Polis səviyyəsində, ölkədən-ölkəyə fərq olsa da ,milli təhlü-

kəsizlik,artıq polis xidmətinin əsas məqsədi deyil,əvəzində, o, xüsusi polis birliklə-

rinə doğru inkişaf edir və bu birliklər ölkə  səviyyəsində  mərkəzləşmiş formada 

transnasional terror qrupları ilə və mütəşəkkil cinayətlə  məşğul olur. Kəşfiyyat və 

təhlükəsizlik agentlikləri səviyyəsində,terror və cinayətgar təşkilatların,hətta təhlü-

kəsizlik-kəşfiyyat qüvvələrindən daha da bacarıqlı qüvvələr hazırlamaq və şəraitə 

uyğunlaşdırmaq üzrə çevik hərəkətlərini üzə çıxarmaq. Dövlətlərin uğur qazanma-

ları üçün cinayətgarların addımlarını öncədən bilməlidirlər,onlar sadəcə izləməklə 

məşğul olmamalıdırlar. Lakin,indiki zamanda, təhlükənin təbiətinin dəyişməsi, 

keçmiş ziddiyyətlərə,rəqabətə  və qarşılıqlı inamsızlığa baxmayaraq, kəşfiyyat or-

qanları,təhlükəsizlik xidmətləri və polis xidməti təşkilatları arasında daha yaxın 

əməkdaşlığı tələb edir.  



Müdafiə və təhlükəsizlik sahələrində əmək bölgüsü dəyişən vəziyyətdərdə. Seçi-

cilərin öz hökümətlərindən gözləntiləri arasında,bu, hökümətlərin mühüm hadisələ-

ri planlaşdırmaq,hazırlamaq və idarə etmək bacarığıdır. Bu siyasətlərin bir qis-

mi,müdafiə və təhlükəsizlik subyektlərinin istifadəsini tələb edəcək və gözlənilmə-

yən vəziyyətlər yarandıqda onların istifadəsini nəzərdən keçirmək lazım gələcək. 

Bu cür hadisələr çoxlu formalarda meydana gələ bilər:təbii və ya insan tərəfindən 

törədilmiş fəlakətlər;mülki itaətsizlik və qarışıqlıq;terror,üsyan və müharibə təhlü-

kələri. Bütün bu hadisələr, ümumilikdə  vəziyyətin dəyişməsidir və o, müdafiə  və 

təhlükəsizlik qüvvələrinin yeridilməsi və işə qarışmasını zəruri edir. Şreyer, dəyi-

şən vəziyyətdərdə müdafiə və təhlükəsizlik sahələrində əmək bölgüsü nümunələrini  

üç geniş nümunə halında verir:1)təbii fəlakət;2)mülki qarışıqlıq; və 3)fövqaladə və-

ziyyət. Müdafiə  və  təhlükəsizlik strukturlarının hər bir qolu unikal imkanlar irəli 



 

533


sürür,baxmayaraq ki,qüvvələrin düzgün qarışığı məhdud resursların israf edilməsi-

nə aparmamalıdır və ya fövqaladə hallar təbliğ edilməməlidir. Mühüm hadisələr 

gözlənilə bilər və planlaşdırıla bilər:bu cür riskləri planlaşdırmayan dövlət öz əhali-

sini uçuruma aparır.  



AB daxilində  sərhəd idarəetməsi üçün müdafiə  və  təhlükəsizlik sahələrində 

əmək bölgüsü. Tərifə görə, transnasional təhlükələr bütün AB ölkələrini əhatə  edir 

və ona görə də bu təhlükələr koordinasiyalı və ahəngli siyasətlər tələb edir. Bu si-

yasətlər,sərhəd təhlükəsizliyi sahəsində öz səylərini koordinasiya etmək marağında 

olan bütün tərəflərin ehtiyaclarını önə  çəkmək üçün birləşmiş  sərhəd idarəetməsi 

konsepsiyasının yaradılmasına gətirdi. Bu vəziyyətdə,gömrük və immiqrasiya 

agentlikləri və həmçinin,müxtəlif müfəttiş idarələri,sərhəd polisi təşkilatları ilə ya-

xından işləməlidirlər. Sərhəd təhlükəsizliyi,sadəcə milli məsələ olmadığından, bey-

nəlxalq  əməkdaşlıq tələb olunur. Ona görə  də, sərhəd təhlükəsizliyi sistemləri,öl-



kə,idarələrarası  və  həmçinin,beynəlxalq,regional, çoxtərəfli və ikitərəfli  səviyyə-

lərdə əməkdaşlığı əhatə edir. Ona görə də,AB, Şenqen ölkələri arasında daxili sər-

hədləri ləğv edəndən bəri,sərhədlərin qorunması tədbirləri Avropanın əsas narahat-

lıqlarından biri olmuşdur və ona görə  də Amsterdam müqaviləsində göstərilən 



azadlıq,təhlükəsizlik və ədalət zonasını təmin etmək üçün zəruri tədbirlər görməli-

dir. 


Şreyerin analizlərinə görə,genişlənmiş Avropa öz sərhədləri çərçivəsində işlə-

məyi öyrənməlidir. Təhlükəsiz sərhədlər qurmaq qala mentaliteti və ya  fiziki yeni 

divarlar qurmaq məsələsi deyil. Əvəzində,sərhəd təhlükəsizliyi AB xarici sərhədlə-

rini qanuni surətdə keçmək üçün ümumi qaydalar və praktikalar hazırlamaq haq-

qındadır. Beləlilklə,şəffaflıq,ictimai maarifləndirmə,xidmətin keyfiyyəti və sürəti 

və səfər edənlər haqda  məlumatların gizliliyinin qorunması ən yüksək prioritetlər 

olmalıdır. Əgər,sərhəd nəzarəti ümumi yanaşma vasitəsilə təmin edilirsə,genişlən-

miş Birlik,vətəndaşların ehtiyac və qayğılarına daha diqqətli və açıq olmalıdır. 

Şreyerin geniş yazısı,inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə praktika-

da keçən təşkilati məsuliyyətlərin bölünməsi konsepsiyası ilə bağlı konkret nümu-

nələri unikal şəkildə göstərir. O,məsələni belə qoyur :“Əmək bölgüsü üçün müm-

kün müxtəlif yanaşmalar mövcuddur, ABŞ və Avropada terrora qarşı mübarizənin 

təşkilinin müxtəlifliyi göstərdiyi kimi..... Onlar, beləliklə, əvvəlki zamanlardakı ter-

ror təhlükələrinə qarşı hazırladıqları təsisatları və siyasətləri daha hərtərəfli olaraq 

indiki vəziyyətə uyğunlaşdırmalıdırlar”. Görünür,guya Avropa ölkələri həmən döv-

rdə indiki və meydana gələn təhlükələrə qarşı daha yaxşı adaptasiya oluna bilən tə-

sisatlara malikdir,baxmayaraq ki, o, bunu mübahisəli sayır.”Avropa və Amerika 

dövlətlərinin hazırladığı təsisati,təşkilati və doktrinalı yanaşmalarl,terror təhlükələri 

inkişaf etdikcə, yaxşı  işləyə bilən norma və prosedurların hazırlanması üçün əsas 

formalaşdıra bilər”. Siyasət və təsisati işlərində maraqlı olan dövlət xadimləri üçün 




Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   234   235   236   237   238   239   240   241   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə