1 Willem F. van Eekelen



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə246/256
tarix23.01.2018
ölçüsü4,6 Mb.
#22119
1   ...   242   243   244   245   246   247   248   249   ...   256

 

551


qüvvələri yaratdı. Ferens Molnarın “Kadr Siyasətinin Prinsip və Praktikaları: Ma-

carıstan Silahlı Qüvvələrinin Nümunəsi” daxili və xarici qüvvələrin dəyişən təhlü-

kəsizlik durumunu necə formalaşdırmasından danışır. Molnar qeyd edir ki, Maca-

rıstanın daxili siyasətində baş verən demokratikləşmə, həm ölkəyə,həm də cəmiy-

yətə ciddi dəyişim gətirdi,o cümlədən, kadrlarla bağlı məsələlərdə,şəxsi heyətin de-

mokratik normalara təlim edilməsində və cəmiyyətə qarşı ordunun  münasibətinin 

dəyişməsində qanun aliliyini təmin etdi. Xarici baxımdan, yeni və dinamik  təhlü-

kəsizlik mühiti, sovet sistemi dağıldıqdan sonra yeni müdafiə siyasətləri,strategiya-

ları və strukturları qurulmasının təşəbbüsündə olmuşdur. Daxildə, sosial və siyasi 

konsensus, demokratikləşmə sahəsində tez uğura gətirdi. Yeni xarici mühitə uy-

ğunlaşmaq  əhəmiyyətli dərəcədə  çətin oldu,çünki, Macarıstan, digər başqa prob-

lemləri, iqtisadi çətinlikləri və ictimai təhlükəsizliyi əhatə edən məsələləri də həll 

etməliydi. Buna baxmayaraq,demokratikləşmənin dərinləşməsi və xarici siyasət, 

Macarıstan silahlı qüvvələrində uyğun kadr siyasətinin,strategiyaların, praktikaların 

formalaşmasına gətirdi. Keçid dövrünün lap başlanğıcından demokratik prosedurla-

ra uyğunlaşma,şişirdilmiş  hərbi qüvvələrin təhlükəsizlik mühitinə cavab olaraq 

azaldılması və ciddi büdcə məhdudiyyətləri, həmçinin, döyüş bacarıqlarının təkmil-

ləşdirilməsi tələbləri Macarıstanda dəqiq kadr siyasəti və uyğun iş mexanizmləri 

qurmağa məcbur etdi. Bu fəsil kadrlarla bağlı məsələləri gözdən keçirir. 

 

• 



Dəyərlərin və Qanunların Təşviq edilməsində Parlamentin rolu 

 

Normativlik baxımdan,demokratik yolla seçilmiş parlament, kadrlarla bağlı 



məsələlərin də daxil olduğu,milli təhlükəsizlik infrastrukturu əsaslarının müəyyən 

edilməsində əsas rola sahibdir. Konstitusiya yolu ilə müəyyən edilmiş hakimiyyət 

kimi,qanunverici orqan, müdafiə qüvvələrinin iş mexanizmlərini hazırlamaq, yük-

sək rütbəli təyinatları təsdiq etmək və başlıca demokratik dəyərlərin silahlı qüvvə-

lərə yeritmək hüququ və  vəzifələrinə malikdir. Macarıstanda, Parlament, silahlı 

qüvvələrin sayı,tərkibi (generalların,zabitlərin,müqavilə  əsaslı  əsgərlərin,çağırışçı 

məcburi əsgərlərin və mülkilərin) və silahlı qüvvələrin ali komanda strukturları və 

həmçinin, silahlı qüvvələrin orta və uzunmüddətli inkişafının əsas məqsədləri haq-

qında,o cümlədən  şəxsi heyətlə bağlı  məsələlərlə bağlı  qərar verir.Macarıstan 

üçün,bu qanunverici aktlar “hərbi qulluqçuların” formada olan vətəndaşlar olduğu-

nu və demokratik cəmiyyətin  ayrılmaz hissəsi olduğunu tam mənada vurğula-

yır.Digər tərəfdən, keçən onillikdə qəbul olunan qanunverici aktlar, onların yerinə 

yetirilməsi üçün əhəmiyyətli olan zəruri xarakteristikaları və məhdudiyyətləri Hü-

quqi Status haqqında Akta salmışdır və o, qanun aliliyi,daxili qayda və qanun və 

hərbi təşkilatın sabitliyinə təminat verir.  

 



 

552


• 

Kadr Siyasəti və Rəhbərlik 

 

Yeni təhlükəsizlik mühiti (regional,alt-regional münaqişələrlə və təhlükəsizlik 



gündəliyində yuxarıda dayanan terrorçuluqla),NATO üzvlüyü  və yeni sosial-mə-

dəni  reallıq,kiçik və daha mobil peşəkar silahlı qüvvələr tələb edirdi. Əlavə ola-

raq,bazar iqtisadiyyatının məhdudiyyətləri ölkəni  və milli maraqları qorumaq üçün 

xərc aparan xərclərə gətirir. Bunları nəzərə alaraq,ordu kadr siyasətinin tələblərinə 

olan nöqteyi-nəzərini dəyişməli idi. Kommunist dövründəki sistemə əks olaraq,iqti-

sadi və  təhlükəsizlik yanaşmaları Macarıstanın kdarlar siyasətini dəyişməyə  məc-

bur etdi və silahlı qüvvələrin ən bacarıqlı və cəlbedici üzvlərini xidmətdə saxladı. 

Könüllülük xidmət sisteminin irəli getməsilə,Macarıstan ordusu əmək bazarında 

əsas subyektə çevrildi. Macarıstan silahlı qüvvələri mümkün əmək resurslarından 

istifadə edərək orduya əsgər yığır,onlara təlim və təhsil verir və öz hərbi xidmətçi-

lərinin mülki həyata keçməsinə və beləliklə yenidən əmək bazarına keçməsilə,ölkə-

nin ən geniş işverəni kimi çıxış edir. Bu cür ağır işi görərək,kadr strategiyasının ya-

radılması və kadrların idarəetməsi sisteminin yaradılması 90-cı illərin əsas zərurəti-

nə çevrildi.  Kadr resursları hazırlamaq üçün, İnsan resursları planlaşdırma siste-



mi, İnsan resursları idarəetməsi və  İnsan resursları inkişafı  elementləri daxil olan 

üç qatlı yanaşma tətbiq edilməsi ilə Macarıstan təcrübəsi əhəmiyyətli dərəcədə yax-

şılaşdı,baxmayaraq ki, çoxüzlü mühitdə davam edən dəyişikliklər indiki dünyanın 

tələblərinə cavab verən kadrların tapılması və saxlanması üçün problem yaradır. 

 

• 

Hüquqların  Qorunması 



 

Başqa digər Avropa ölkələrində olduğu kimi, Macarıstan Silahlı Qüvvələrinin 

hərbi heyəti üçün təmsilçilik birliklərinin yaradılmasına izn verilir. Hərbçilərin və 

mülki qulluqçuların hüquqlarını qoruyan təşkilatlar 1991-ci ildən fəaliyyətə başla-

mışdır və bu təşkilatlar qəbul edilmiş qanunlar əsasında və ordunun sayının ixtisara 

salınması ehtiyacından yaranmışdır. 1995-ci ildən başlayaraq, hərbçilərin maraqla-

rını “Honved” birliyi təmsil edir. O, Hərbçilərin Leqal Statusu haqqında Akt-ın for-

malaşdırılmasında aparıcı rol oynamışdır və bu Akt  öz təşkilatlarını qurmaq üçün 

və ya bu cür təşkilatın üzvü olmaq üçün əsgərlərin hüquqlarını müəyyən edir.Birli-

yin məqsədi,əsgərlərin başlıca hüquqlarını təmin etməkdir,lakin onun fəaliyyətinin 

son nəticəsi odur ki, əsgərlər də “formada olan vətəndaşlardır”. Onların interpreta-

siyasına görə mülkilər və əsgərlər fundamental olaraq eyni hüquqlara malikdirlər; 

lakin,əsgərlərin mülki hüquqları ən az hərbi tapşırıqlar zamanı məhdudlaşdırıla bi-

lər.Formada olan vətəndaşlar tam olaraq hərbi təlimatlara,intizam və  hərbi itaətə 

tam riayət edirlər və onların Birliklər daxilindəki fəaliyyətləri komandanların və 

komandirlərin əleyhinə yönəlməmişdir. Buna baxmayaraq, Birlik birbaşa əsgərlərin 




Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   242   243   244   245   246   247   248   249   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə