1 Willem F. van Eekelen



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə248/256
tarix23.01.2018
ölçüsü4,6 Mb.
#22119
1   ...   244   245   246   247   248   249   250   251   ...   256

 

555


ləşdirə bilmişdir. Baxmayaraq ki,geniş müdafiə planlaşdırması strukrurları çox say-

da təsisatları əhatə edir, xüsusi olaraq  maliyyə planlaşdırması sahələri üçün :bu qa-

nunverici orqanlar və onların daxili xüsusiləşmiş komissiyalarıdır; planlaşdır-

ma,maliyyə və resurs ayrılmasında iştirak edən həlledici funksiyaları ilə hökümət-

dir; və  müdafiə nazirliyinin özüdür.  Bu funksiyalar arasında dinamikanı gücləndi-

rən, bir biri ilə  rəqabətdə olan rəsmi və qeyri rəsmi təsisatlar,o cümlədən,hüquqi 

strukturlar,qanun və qayda mexanizmləri və adət və ənənələrdir. Dövlət-cəmiyyət 

məsuliyyətlərini və addımlarını şərtləndirən hökümət sistemində və ölkə normala-

rında uyğunsuzluqlara baxmayaraq,Marku  istənilən maliyyə planlaşdırmasının 

məhsuldarlığının maksimumlaşdırması üçün ən geniş  yanaşmalar müəyyən edir. 

 

• 

Demokratik idarəçiliyin müxtəlif səviyyələrinin - icra,qanunverici 



və məhkəmə qollarının- məsuliyyətləri dəqiq müəyyən edilməlidir. Parlament

normativ qanunlar,prosedurlar və büdcələr qəbul etməlidir,hökümət isə büdcə 

məhdudiyyətlərinə uyğunlaşmaq üçün əlavə siyasət və strategiyalar və kom-

promislər qurmalıdır.  

• 

Büdcəli və büdcədən kənar tədbirlərin koordinasiyası  və idarəet-



məsi üçün aydın mexanizmlərin müəyyən  edilməsi məhsuldar resurs ayrılması 

üçün önəmlidir.  Bu mexanizmlər təkcə yerinə yetirmə  mərhələsində istifadə 

olunan metodlar və prosedurları yox,qərar qəbul etmə prosedurlarını və məsu-

liyyətləri də əhatə etməlidir. Strateji qiymətləndirməni və siyasi variantları ki-

min formalaşdırdığı, hansı zaman müddətinə və qərarların yerinə yetirilməsinə 

kim sərəncam verdiyini və onlara kimin nəzarət etdiyini müəyyən etmək birin-

ci dərəcəli əhəmiyyət daşıyır.  

• 

Hökümət və qeyri hökümət təşkilatları arasındakı münasibətlər uy-



ğunsuz qərarlar və  hətta korrupsiyadan uzaqlaşmaq üçün aydın razılaşmalar 

arasında qurulmalıdır. Bütün fəaliyyətlər ayrımçılığa yol vermədən aydın qay-

dalar və prosedurlar əsasında aparılmalıdır. 

 

Hərtərəfli büdcə qanunları və ictimaiyyətə açıq olan inzibati qaydalar, ictimai 



fondların istənilən öhdəliklərini və ya xərclərini idarə etməlidir,xüsusilə də, mü-

dafiə sektoru daxilində imzalanmış bütün müqavilələr üçün. Dövlət qulluqçuları 

üçün (mülki və hərbi)etik davranış standardları aydın olmalı və geniş ictimaiyyə-

tə məlum olmalıdır. 

Marku qeyd edir ki,maliyyə planlaşdırması  və resurs ayrılması üçün aydın 

müəyyən edilmiş çərçivə yoxdur və xas olan şəxsi tərəf tutma sonucda həmin ori-

entasiyanı əks etdirən sistemi dəyişə bilər. Məsələn, bir qrup iqtisadi məhsuldarlı-

ğı vurğulaya bilər,digəri isə qanuni norma və standardlara uyğun olan prosedurla-

rı dəyişər. 



 

556


•    Planlaşdırma və Resurs ayrılmasının Prinsipləri 

 

Sağlam düşüncəyə  və milli müdafiənin maliyyə yanaşmalarına öz anlamı ilə 



yanaşaraq ,Marku hesab edir ki, ilkin,başlıca düşüncə müdafiənin istisnasız ictimai 

firavanlıq olduğunu anlamaqdır və müdafiəni dəstəkləyən istehsalatın  özəl xüsu-

siyyətləri vardır. Ona görə də, ölkənin öz müdafiəsinə ödəmək istədiyi bədəl, ideal 

bazar tələb və təkliflər balansı vasitəsilə formalaşmır. Çünki burada bir neçə isteh-

salçı  və istehlakçının  əvəzinə,mülii müdafiə üçün yalnız bir tədarükci var, o da 

dövlətdir və o qiyməti müəyyən edir, müdafiə “məhsulunun” miqdarını və keyfiy-

yətini də, o təyin edir. Marku belə arqument gətirir ki, “müdafiənin təmiz ictimai 

əmtəə olması faktı,rəhbərlik və maliyyə planlaşdırmaçılarına,onların bazar mühi-

tindən fərqli şəraitdə fəaliyyət göstərdiklərini anlatmalıdır”. Bu cür məlumatlar on-

ların hərəkətlərində aparıcı prinsiplər olmalıdır.  

Ümumi tətbiq edilən prinsip ondan ibarətdir ki,dövlətin formalaşdırdığı  məq-

sədlər və onun planlaşdırma gümanları, son məhsulun texniki xaraketristikaları və 

ya hazırlıq statusu baxımından, bu məqsədlərə çatmaq üçün vaxt müddəti və dəyər 

məhdudiyyəti baxımından, ölçülü olmalıdır.Qərar vericilər və planlaşdırıcılar hər 

bir müdafiə proqramının tam xərcləri haqqında bütöv fikir əldə etmək üçün hər bir 

qərarın maliyyə və qeyri maliyyə təsirlərini başa düşməlidirlər. Digər mühüm prin-

sip isə hər hansı proqramın maliyyə vəziyyətini həm strateji, həm də operativ sə-

viyyədə yenidən qiymətləndirməkdir. Proqramın maliyyə statusunun periodik təfti-

şi və ya strateji səviyyədə bütün proqramların təftişi, ixtisar edilməli xərcləri üzə 

çıxara bilər,ödəmələri təxirə sala bilər və ya yüksək prioritetli fəaliyyətlərə axan re-

sursların durğunluğunu üzə  çıxara bilər.  Əlavə olaraq, müdafiə planlaşdırıcıları 

müdafiə sahəsində planlaşdırlmamış  xərclərin istisna yox,qayda olduğunu prinsip 

kimi qəbul etməlidirlər. Maliyyə planlaşdırıcısının bu prinsipə riayət etməsi üçün 

arxalanacağı yol, milli xüsusiyyətlərdən doğan  norma və prosedurlardan asılı olur. 

Və,son prinsip odur ki, yaxşı təcrübəyə qoyulan yatırım,tarixən,ən yaxşı sərf edilən 

puldur. Daimi və ya xüsusi komitələr və komissiyalar  konkret təşkilati və planlaş-

dırma  mühitlərinə uyğunlaşdırılaraq pula qənaət etmək üçün qurulur. 

 

•  Şəffaf və Məhsuldar Planlaşdırma Yaradılması 



 

Maliyyə planlaşdırmasının və resurs ayrılmalarının geniş məqsədləri, illik xər-

clərə səmərəli nəzarət etmək, müdafiənin təmin olunmasında məhsuldarlığa nail ol-

maq və optimal müdafiə strukturu müəyyən etməkdir. Bütün bunları  nəzərə ala-

raq,Marku maliyyə şəffaflığı və planlaşdırmasını gücləndirən bir neçə addımı vur-

ğulayır. 




Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   244   245   246   247   248   249   250   251   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə