1 Willem F. van Eekelen


Regional və Sub –Regional Silah Nəzarəti



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə251/256
tarix23.01.2018
ölçüsü4,6 Mb.
#22119
1   ...   248   249   250   251   252   253   254   255   256

 

562


•  Regional və Sub –Regional Silah Nəzarəti 

 

Qərb-Şərq arasında gərginliyin zəifləməsi və nüvə müharibəsi təhlükəsinin 



azalması ilə, keçən əsrin son onilliklərində potensial regional təhlükələrin qarşısını 

almaq üçün regional təhlükəsizlik strukturlarının yayılması müşahidə edilmiş-

dir.Soyuq Müharibə zamanında,Qərb-Şərq kontekstində  geniş miqyaslı hücum 

əməliyyatları ehtimallarını azaltmaq məqsədilə üstünlük təşkil edən inam yaratma 

tədbirləri, indiki zamanda geniş  mənada  əhəmiyyətini itirmişdir. Bu vakuumun 

içində,müasir dövrümüzün gözlənilməyən ssenariləri ilə məşğul olmaq üçün lazımi 

çevikliyi olan mexanizmlər olmalıdr. Bu ərəfədə,bir neçə mexanizm, o cümlədən

insan hüquqları və demokratiya sahəsində problemlər olduqda tətbiq ediləcək Mos-

kva mexanizmi, böhranlı  vəziyyətlərlə bağlı Berlin mexanizmi və  məqsədi aydın 

olmayan hərbi hallarla bağlı Vyana mexanizmi təklif edildi.  

 Vyana mexanizminin analizi xüsusi olaraq nümayiş etdirir ki,könüllü əmək-

daşlıq üçün az miqdarda  stimul verən inam-yaratma tədbirləri və hətta qüvvələrin 

azaldılması üçün ondan da az stimul verərək öz güçünü itirir və ona görə də,arzu 

olunan kimi iş görmə bacarığını da itirir. Onun qeyd etdiyi kimi,”Onun gətirdiyi 

qazanclara baxmayaraq,regional tədbirlərin özləri də müəyyən risklər gətirir”.Du-

nay  hesab edir ki, bütün Avropa üzrə tədbirlərin əldə edilməsi üçün razılığa gəlmə-

yin  şanslarının az görünməsinə baxmayaraq,inam və sabitliyin güclənməsi istiqa-

mətində gedən ÜmumiAvropa prosesləri dəyişməz və  rəngarəng mozaikli yerli 

sxemlərlə təhlükə altına qoyulmamalıdır. Görünən odur ki,istənilən Avropa gündə-

mi regional və ikitərəfli inam yaratmaq mexanizmləri qəbul etməklə zənginləşmək-

də davam edəcəkdir. 

 

•  Avropada Sub-Regional Əməkdaşlıq  



 

Varşava Müqaviləsi Təşkilatının dağılması ilə,1990-cı illər  Şərqi-Mərkəzi və 

Şərqi Avropa ölkələri arasında əməkdaşlığın artması ilə müşahidə olundu və əsas 

məqsəd də əməkdaşlığı təşviq etmək idi.Siyasi mühitdə gedən müsbət dəyişikliyin 

regional sabitlik üçün və öz növbəsində təhlükəsizlik üçün də yayıcı təsiri var idi. 

Bu qrupların gördüyü işlərin siyahısı,bilavasitə Vişeqrad Qrupunun, əsasən də 

NATO üzvlüyü üçün atılan məcburi addımlar fonunda bircinsli deyildi.Yəqin ki,di-

gər keçmiş Sovet respublikaları,kimlər ki, NATO-ya girmək istəmir və ya üzvlüyü 

qazana bilməyəcəyinə ümid edir, onlar daha çox sub-regional təhlükəsizlik əmək-

daşlığına çalışacaqlar.İndiki zamanda,belə əməkdaşlıq üçün mexanizmlər məhdud-

dur. 

Cənubi-Şərqi və Şərqi-Mərkəzi Avropada təhlükəsizlik və əməkdaşlığı güclən-



dirmək üçün Qərbin hazırladığı müxtəlif yanaşmaların arasında, regionun dövlətlə-


 

563


ri arasında sub-regional əməkdaşlığın inkişaf etdirilməsidir. Bu cür tövsiyələrdən 

ortaya çıxan çox sayda ikitərəfli və çoxtərəfli sazişlərin içində Sabitlik Paktı xüsusi 

diqqət də analiz tələb edənidir. Potensial münaqişə  mənbələri kimi,ərazi iddiaları 

və milli azlıqlara münasibətdən doğan münaqışə  mənbələrini söndürmək üçün 

Avopa ölkələri,xüsusilə  də Fransa yeni metodlar irəli sürməyə çalışırdı. Sabitlik 

Paktı bu baxımdan  Şərqi-Mərkəzi Avropada zorakılığın yayılmasının qarşısını 

aldı,baxmayaraq ki,Dunay uğurların çoxunu AB –nin üzvlüyə namizədlərə olan nü-

fuzu ilə əlaqələndirir. O qeyd edir ki “Sabitlik paktı sübut etdi ki, Qərb,Şərqin han-

sı yerində əlində əhəmiyyətli mexanizmlərə sahibdirsə, orada da region- daxili mü-

nasibətləri inkişaf etdirmək imkanındadır”. AB-yə girmək məsələsi gündəmdə ol-

mayan yerlərdə, təsir etmək imkanları da az idi. 

 

•      AB Qonşuluq Siyasəti 



 

Soyuq Müharibə illərində çətinləşmiş ənənəvi dövlətlərarası münasibətləri ye-

nidən qurmaq məqsədi ilə,Avropa, regionun bütün ölkələri ilə möhkəm münasibət-

lər qurmaq üçün əhəmiyyətli dərəcədə səylər göstərdi və xüsusilə də gələcəkdə AB 

üzvü olmaq istəyən ölkələrlə münasibətdə. Dunayın fikirlərinə görə,Qərb son za-

manlarda dağınıq regional əməkdaşlığın baş alıb getməsindən çox narahat olmuş-

dur. Bu narahatlığa görə, AB, yeni təşəbbüs olan”Yeni Qonşuluq Siyasəti”-ni irəli 

sürdü və bu təşəbbüsün məqsədi genişlənmədən sonra digərlərinə qapının bağlandı-

ğı qavrayışının aradan qaldırılması idi. AB,indiki reallıqlara görə AB-ə daxil ola 

bilməyən bu sərhəd ölkələri ilə döst münasibətləri qurmaq arzusundadır, xüsusən 

də,sərhəd,regional əməkdaşlıq,yoxsulluq və digər məsələlər üzrə. Dunay təklif edir 

ki, əgər AB özünün genişlənmiş sərhədləri boyunca yerləşən dövlətlərlə işləməsə,o 

zaman AB öz qonşularının qəzəbi və daha pis təzahürlərlə rastlaşacaq. 

 

•  Sülh Naminə Tərəfdaşlıq(SNT) 



 

Özlərinin keçmiş rəqibləri ilə sistemli şəkildə əlaqədə olmaq üçün,NATO üz-

vləri hesab etdilər ki,tez bir zaman ərzində təkcə gələcək qarşılıqlı uzlaşmanı təşviq 

edən mexanizmlər yox,həm də NATO-üzvü olmayanlara  konkret tapşırıqları yeri-

nə yetirmək üçün mexanizmlər hazırlamaq lazımdır. Çünki,NATO-nun özünün si-

lahlı qüvvələri olmadığından,o, üzvlər arasında və Avropanın qalan ölkələri arasın-

da ikitərəfli  əlaqələr qurmuşdur. Bu əlaqələrin hesabına, NATO bir çox ölkələri 

NATO üzvlüyünə hazırlamış və çoxlu sayda ölkələrin ordusunun modernizasiyası-

na kömək etmişdir. SNT Planlaşdırma və Qiymətləndirmə Prosesi (PQP),iştirakçı-

lar üçün tələbləri aydınlaşdırmaqla  qarşılıqlı uzlaşmaya təşviq edən  əsas SNT sə-

nədidir və onun irəliləyişi qiymətləndirmək üçün geniş icmal prosesi vardır. Bax-



Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   248   249   250   251   252   253   254   255   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə