1 Willem F. van Eekelen



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə254/256
tarix23.01.2018
ölçüsü4,6 Mb.
#22119
1   ...   248   249   250   251   252   253   254   255   256

 

570


şən təhlükəsizlik mühitinin artan tələbləri və  məhdud resurslar üzərində  rəqabət

demokratik hakimiyyət qarşısında cavabdehliyin təmin edilməsi üçün parlamenti 

rolu həmişəkindən daha çoxdur. Bu kontekstdə,van Eekelen, hərbi alqı-satqı prose-

sində parlamentin iştirakı üçün mexanizm təklif edir. 

Ən azı nəzəri olaraq,hər bir alqı-satqı dairəsi operativ tələblərin müəyyən edil-

məsindən başlayır və bu iş Soyuq Müharibə sonrakı dövrdə əhəmiyyətli dərəcədə 

çətin olmuşdur.Van Eekelen qeyd etdiyi kimi,Qərbi Almaniyanı sovet təhlükəsin-

dən qorumaq məsələsi ilə,müdafiə planlaşdırması və  hərbi təhcizat daha asan idi. 

Müasir təhlükəsizlik mühitində,müdaxilə  tələbləri  ərazi müdafiəsindən geniş  fər-

qlənir və  nəticədə, izləmə,müşahidə, nəqliyyat,logistika və avadanlıq sahələrinə 

əhəmiyyətli təsir etmişdir.Çeviklik və mobillik modda olan sözlərə çevrildi və on-

lar sadəcə “kəmiyyət göstəriciləri ilə müəyyənləşdirilə bilməz”. 

Prosesdə birinci addım,icra orqanları ilə qanunvericilik arasında birləşmiş mü-

nasibətləri xarakterizə edir. Ümumi qaydada operativ tələblər müəyən ediləndən 

sonra,ilk məlumat parlamentə göndərilir: avadanlığın növü və zəruri olan avadanlı-

ğın ümumi sayı. Tələblər qəbul olunandan sonra, növbəti mərhələdə, bir sıra möv-

zuların öyrənilməsi və mümkün təminatçılarla bağlı hazırlıq işləri aparılır. Operativ 

tələblər,texniki xarakteristikalara köçürülür və sonra satınalma strategiyası qurulur 

və silahlı qüvvələr üçün istehsal  və təhvil cədvəli tərtib edilir. İdeallaşmış üçüncü 

və dördüncü addımlar, maraqlı olan təminatçıların verdiyi siyahının tam öyrənilmə-

sidir. Onların bütün xarakteristikaları yerinə yetirə biləcəklərmi və ya danışıqlar 

nəticəsində əldə olunan təkliflər əsasında, yəqin ki,sahədə sınaqlarla tamamlanan, 

alqı-satqı hazırlıqlarını başa çatdırmasıdır. Bu son mərhələ,media,tədqiqat mərkəz-

ləri və parlamentarların iştirakını cəlb edən gərgin lobbiçilik dövrüdür.  Bu həm də 

elə mərhələdir ki, onlar çox ehtiyatlı olmalıdırlar, özlərinin xeyrinə heç bir xidmət 

qəbul etməli deyillər,çünki bu onların fikirlərinə təsir kimi qəbul oluna bilər. van 

Eekelen qeyd edir ki, bu cür ideal ardıcıllıq və ya oxşar proseslər,sadəcə bir necə 

NATO ölkəsində həyata keçirilir. 

ABŞ və Avropanın müdafiə sənayelərinin və siyasətlərinin uzun-uzadı müqayi-

sələrindən sonra,van Eekelen, ölkə parlamentlərinin,müdafiə strukturlarını ümum-

likdə  nəzarət etmək üçün və alqı-satqı proseslərinə xüsusi nəzarət üçün metodlar 

irəli sürür. 

  

1)  Parlament vasitəsilə,hökümət öz təhlükəsizlik konsepsiyalarını  və 



təhlükəsizlik siyasətlərini müntəzəm surətdə  yeniləməlidirlər. Bu icra or-

qanı  səviyyəsindəki konsepsiya, müdafiə  tələblərini nə  qədər mümkünsə 

konkret olaraq sadalamalı və təhlükə qiymətləndirməsi prosesi ilə müşaiyət 

olunmalıdır. 




 

571


2)  Parlament,beynəlxalq sülhü dəstəkləyən əməliyytalarda ölkənin iş-

tirakının məqsədlərinin müəyyən edilməsində və birliklər və onların təcrü-

bə və hazırlıqları baxımından xarici ölkəyə göndərilməsində hansı konkret 

köməyin olacağının müəyən edilməsində yardımçı ola bilər. 

3)  Şəxsi heyət və avadanlıq səviyyəsi bu məqsədlərə uyğun gəlməli-

dir, o cümlədən,təlim,logistik dəstək və birgə tədbirlər baxımından,ən yax-

şı variant, təlim keçmiş  və münaqişə qalxarsa və  əməliyyatlara qoşulmaq 

haqda siyasi qərar olarsa,hərbi zonaya göndərilməyə hazır olan “güc paket-

ləri” hazırlamaqdır.  

4)  NATO və AB ölkələrində, müttəfiqlərin və tərəfdaşların satınalma 

planlarına daha çox diqqət yetirilməlidir. 

5)  Daha konkret olaraq müdafiə  məmulatları satınalmaları üçün,van 

Eekelen hesab edir ki,ən  əsası  əmin olmaqdır ki,hökümətlər demokratik 

proseslər üçün sayılan “üzə  çıxart,izah et və  əsaslandır” modelini hərbi 

avadanlıq sektoruna da tətbiq etsinlər. 

 

Büdcə nəzarəti baxımından, parlamentarlar əmin olmalıdırlar ki,onlara təqdim 



olunan planları  həyata keçirmək üçün lazımi miqdarda maliyyə yetəcək,təkcə bu 

maliyyə ilində yox,tam bütov alqı-satqı prosesi dönəmində,çünki uzun müddətli la-

yihələrdə, hökümətlərin siyasətində qiymət artmalarını nəzərə almamaq və bu ildə-

kindən daha da optimist olmaq tendensiyası vardır. Xərclərin artması tez-tez 

olur,gecikmələr olur və proqramlar büdcələndiyindən daha çox baha başa gəlir. 

Müdafiə satınalmaları, uzun zaman aldığından,uzun müddətli imkanlar qurmaqa tə-

sirləri qiymətləndirmək və yeni avadanlığın silahlı qüvvələrin ahəngli quruluşuna 

necə uyğun olacağını müəyyən etmək vacibdir. İndiki dövrdə “birləşmə”-yə edilən 

vurğu bunu daha da zəruri edir. 

van Eekelen analiz etdiyi halların oturuşmuş demokratik varlı ölkələrə aid ol-

masına baxmayaraq,onun yazdığı fəsil liberallaşma dövrü yaşayan ölkələrdə səmə-

rəli demokratik təsisatların inkişafına kömək edir.Birincisi,o,bütün ölkələrdə müda-

fiə strukturları ilə bağlı intensiv debatlara və gözdən keçirmələrə ehtiyac olduğunu 

qeyd edir,və yəqin ki,daha çox o ölkələrdə ki,orada texnoloji yeniliklərin üstünlü-

yündən istifadə edib tətbiq etmək mümkündür.İkincisi,təhlükəsizlik tələbləri parla-

mentarları məcbur edir ki,özlərinin təhlükəsizlik potensiallarına maksimal istifadə 

nöqteyi nəzərindən yanaşsınlar. Daha da üsyankar hərbi ənənələri olan ölkələr,mü-

dafiəyə üstünlük verən dövlətlər və sülhə dəstək dəyərləri üzərində hərəkət edən öl-

kələr, indi, əhalinin təhlükəsizliyini təmin etmək üçün bütün bu variantları birləş-

dirməlidirlər.Və parlamentlər,müdafiə strukturlarında populayar normalar və  də-

yərlərin təmin edilməsi üçün aparıcı qüvvədir. 

 



Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   248   249   250   251   252   253   254   255   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə