1 Willem F. van Eekelen



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə253/256
tarix23.01.2018
ölçüsü4,6 Mb.
#22119
1   ...   248   249   250   251   252   253   254   255   256

 

567


dirlər. Onlar öz məlumatlarının faydalı olacağını bilməlidirlər və siyasi rəhbərliyə 

daha yaxşı xidmət  etmək üçün bu məlumatları necə təkmilləşdirməyi bilməlidirlər.  

Siyasi rəhbərlik geniş  mənada kəşfiyyat xidmətinin onlara veridiyi məlumatları 

diqqətə almalıdır və kəşfiyyat imkanlarından necə istifadə olunması haqda xəbər-

dar olunmalıdırlar. 

 

•  Qanunvericilik Nəzarəti 



 

Kəşfiyyat aparatının həqiqətən siyasi rəhbərliyə xidmət etdiyini və öz səlahiy-

yətindən sui-istifadə etmədiyini təmin etmək üçün son səlahiyyət və nəzarət funksi-

yası,xalqı  təmsil edən hökümətin qolu-  parlamentin üzərinə düşür. Baxmayaraq 

ki,bir qayda olaraq,kəşfiyyat funksiyaları üzərində seçilmiş nümayəndələr nəzarət 

etməlidir,lakin reallıqda parlamentin bir neçə üzvünün bu işləri səmərəli görmək 

üçün peşəkar bacarığı olur.Lakin,Şreyerin aydınlaşdırdığı kimi,təcrübəsizlik parla-

mentarları öz vəzifələrini yerinə yetirməkdən azad etmir. Ölkə parlamenti kəşfiyyat 

funksiyalarını nəzarətdə saxlamaq üçün dörd geniş yanaşmadan istifadə edə bilər. 

 

•  Nəzarət 



 

Qanunvericilik aktlarının yerinə yetirilməsinin monitorinq edilməsi, problemlər 

meydana gəldikdə dinləmələr və sorğular təşkil edilməsi və qanunverici aktların ar-

zu olunan nəticələr verib-vermədiyinin müəyyən edilməsi. Onlar seçicilərin arzula-

rını geniş şəkildə bildiklərinə görə və onların hansı hökümət siyasətini qəbul edəcə-

yini bildiklərinə görə,parlament nəzarət komitələrinin qapalı iclaslarında ikinci rəy 

də  təmin edilə bilir. Ölkə üçün baha başa gələn və  təhlükəli həssas məsələlərdə 

ikinci rəy həyati məna daşıyır. 

 

•   Şəffaflıq 



 

Nəzarət komitələrinin debatları,dinləmələri və hesabatları vasitəsilə,ölkə parla-

menntarları şəffaflığı artıra bilərlər,kəşfiyyat xidmətlərinin ictimaiyyət üçün görün-

tüsünü yarada bilərlər. Bu cür gücləndirilmiş şəffaflıq,xidmətlərin fəaliyyətləri üzə-

rində hesabatlılığı yaxşılaşdırmaq və ictimai inam və milli dəstək üçün edilir. 

Sonda,milli parlament, xidmətlərlə ictimaiyyət arasında körpü yaradır. Çün-

ki,əksər kəşfiyyat fəaliyyətləri və informasiyalar ictimaiyyətə qapalı qalır. Qanun-

vericilərin   hesabatlar tələb etmək,dinləmələr keçirmək və pozuntuları araşdırmaq 

kimi hüquqları olmalıdır. 

 

 




 

568


 

•  Məhkəmə Nəzarəti 

 

Məhkəmə hakimiyyəti və nəzarəti,  nisbətən qeyri-məhdud parlament nəzarəti 



ilə müqayisədə çox hallarda məhduddur. Ümumiyyətlə, məhkəmə  nəzarəti,siyasi 

məsələlərlə yox,hüquqi məsələlərlə məşğul olur. Hüquqi orqanlar bütün qanunları 

gözdən keçirir və onların konstitusiyaya uyğun olub –olmadığını şərh edir. Onun, 

kəşfiyyatı nəzarət etmək məsələsində rolu məhduddur,lakin o,zaman –zaman kəş-

fiyyat fəaliyyətlərinin gedişi gözdən keçirildikdə  əhəmiyyətli ola bilər.Kəşfiyyat 

fəaliyyətlərinin müstəqil məhkəmə tərəfindən gözdən keçirilə bilməsi faktı önləyici 

tənzimləmə yaradır. Məhkəmə orqanları,kəşfiyyat məsələlərində daha çox icra qo-

luna hörmətlə yanaşsa da, məhkəmə hakimiyyəti hökümət sirliliyinin ən yaxşı ha-

kimi ola bilər. Məhkəmə nəzarəti üçün universal model olmadığından,müəyyən “ən 

yaxşı praktikalar  potensial yanaşmaları müəyyən etməyə imkan verir:kəşfiyyat 

xidmətləri öz direktivlərinə və rəhbər prinsiplərinə riayət etdikləri  qədər,öz  ölkə-

lərinin qanunlarına da  eyni dərəcədə riayət etməlidirlər;kəşfiyyat xidmətlərinin öl-

kə daxilində hər hansı elektronik müşahidə və ya fiziki axtarış aparmasından öncə 

məhkəmə qərarı tələb olunur; və onlar,daxili kəşfiyyat üçün məlumat toplama me-

todlarının özəl həyat,mülki hüquqlar və azadlıqların inkişaf etmiş standardlarına 

uyğun olmasını təmin etməlidirlər. 

 

•  İctimaiyyətin Rolu 



 

İctimaiyyətin,kəşfiyyat xidmətlərinin gündəlik işində az rol oynamasına bax-

mayaraq, onun, milli kəşfiyyat xidmətlərinin legitimliyi və  fəaliyyətləri üzərində  

genis potensial təsir imkanları vardır. Qanunvericilik, ölkənin mülki cəmiyyətinin-

qeyri hökümət təşkilatlarının,insan hüquqları  təşkilatlarının,maraq qruplarının və 

fərdlərin və medianın fəal iştirakını təmin edə bilər. ABŞ-dakı “İnformasiya Azad-

lığı Aktı” kimi,müəyyən zamandan sonra kəşfiyyat məlumatlarının ictimaiyyətə 

açıqlanmasını imkan verən qanunlar, ictimaiyyəti məlumatlandırar v kəşfiyyat xid-

mətlərinin gözdən keçirilməsinə imkan yaradar. Əlavə olaraq,dövlətin geniş təhlü-

kəsizlik qayğılarının gizli olmayan hissələrinin açıqlanması,təkcə geniş nəzarət və 

gözdən keçirmə yox,həm də  artan ictimai dəstəyə gətirər. İctimaiyyətin rolunu ar-

tırmaq üçün başqa çox sayda imkanlar var,məsələn,insan hüquqlarının və mülki 

azadlıqların potensial pozulmasının ictimai qayğıya çevrilməsi,məlumatları qiy-

mətləndirmək üçün zərərçəkənlərə kömək edilməsi və yeni qanunvericilik aktının 

dəyişməsinə kömək edilməsi. Mübahisəli görünməsinə baxmayaraq,media,kəşfiy-

yat xidmətinin hesabatlılığının güclənməsi üçün mühüm rol oynayır.Özlərinin araş-

dırma metodları ilə,jurnalistlər,kəşfiyyat xidmətlərinin qanun  pozuntularını  və 



 

569


uğursuzluqlarını üzə çıxara bilirlər,baxmayaraq ki,media özünün peşəkar öhdəlik-

lərinə tez-tez etinasız yanaşır. Bu cür media məsuliyyətsizliklərinə baxmayaraq,öl-

kənin mediası kəşfiyyat orqanlarında səlahiyyətdən məkrli məqsədlər üçün istifadə-

ni araşdırmalıdır.  

Şreyerin yazdığı fəsil,milli kəşfiyyat agentlikləri ilə bağlı dövlət-cəmiyyət mü-

nasibətlərinin uyğun  şərtlərini izah etməyə çalışır. Kəşfiyyat nədir və o, dövlət 

üçün nə edə bilər suallarına cavab verərək,fəsilin qalan hissəsi potensial təcavüzkar 

agentlyin üzərində demokratik nəzarətin mühüm cəhəti üzərində durur. Heç bir uy-

ğun demokratik nəzarət nümunəsinin olmamasına baxmayaraq,Şreyerin yazısı ay-

dınlaşdırmağa çalışır ki,dövlətin və cəmiyyətin bütün təbəqəsi  davamlı surətdə fəal 

olmalı və bu işə qarışmalıdır ki,kəşfiyyatın mühüm funksiyası kəşfiyyat xidmətləri-

ni yaradan demokratik niyyətləri getdikcə dağıtmasın. 

 

•  Parlament və Hərbi Alqı-Satqı 



 

Müasir təhlükəsizlik mühitinin,ölkə və beynəlxalq müdafiə tələblərinə qoydu-

ğu tələblərlə səsləşərək,van Eekelen –in”Parlamentlər və Hərbi Alqı-Satqı” yazısı, 

milli təhlükəsizliyin hərbi alqı-satqı tərəfinin prosess və prosedurlarının geniş xüla-

səsidir. İnkişaf etmiş ölkələrdə,hərbi alqı-satqının hər hansı bir sahəsində çalışanlar 

bu sahəyə xas olan mürəkkəblikləri və ziddiyyətləri başa düşürlər. Van Eekelen bu 

prosesi izləyərkən parlamentarların necə ehtiyatlı olmaları  xəbərdarlığını yaxşı 

əsaslandırılıb. O hesab etdiyi kimi: 

Ümumiyyətlə,müdafiə məsələləri və xüsusən də alqı-satqı məsələləri şəffaflıq-

dan çox uzaqdır və onları izləmək də  çətindir. Hətta informasiya olsa da, və onu 

tez-tez açıq mənbələrdən də əldə etmək olur,debatlara təsir edən çox sayda tərəfli 

və tərəfsiz iddialardan bir nəticəyə gəlmək üçün geniş təcrübə tələb olunur.Parla-

mentarların möhkəm durması və peşəkar işçilərdən istifadə edərək,beyin mərkəzlə-

rini cəlb edərək və qeyri-hökümət təşkilatları ilə məsləhətləşərək özlərini məsələyə 

yönəltmələri tələb olunur. Qısa olaraq,bir çox sahələr var ki,parlamentlər müdafiə 

strukturlarına birbaşa təsir edə bilirlər nəinki hərbi alqı-satqı vasitəsilə,baxmayaraq 

ki, bunu səmərəli  şəkildə etmək praktikada çətin olur. Bu baxımdan,van Eekelen 

alqı-satqı səylərində ölkənin səmərəli iştirakının və nəzarətinin  geniş prinsiplərin-

dən söz açır. 

 

Hərbi Alqı-Satqının Xüsusiyyətləri 

 

Müdafiə  xərcləri başqa hökümət xərclərindən özünə xas olan xüsusiyyətlərə 



görə  fərqlidir və  ən azı Avropada soyuq Müharibənin bitməsi ilə,müdafiə sahəsi 

başqa sosial və təhlükəsizlik tələblərinə görə ikinci dərəcəli sahəyə çevrildi. Dəyi-




Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   248   249   250   251   252   253   254   255   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə